Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə72/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   68   69   70   71   72   73   74   75   ...   118

 
177 
40. Yenə Səduq həmin kitabda Hüseyn ibn Əlidən nəql edir: “Allah 
  حلَْوحأ ْمُهُضْعحـب مماححْرحْلأا وُلْوُأحو
 مهَّللا  مباحتمك  مفي  ٍضْعحـبمب
 “Allahın kitabında qohumların bəziləri bəzilərindən qabaqdılar” – ayəni nazil 
edəndə  onun  təvilini  Rəsulullahdan  (s)  soruşdum.  Cavab  verdi:  Mənim  doğma  qohumlarım 
sizsiniz.  Mən  vəfat  etsəm,  atan  Əli  mənim  yerimə  layiqdir,  atan  dünyadan  gedərsə,  qardaşın 
Həsən ona layiqdir və Həsən dünya ilə vidalaşanda sən ona layiqsən...” 
Bunlar  qısa  surətdə  nəzərdə  tutduğum  hədislər  idi  və  dediklərimizə  nisbətdə  gülüstan 
müqabilində  bir  şaxə  gül,  dəniz  qarşısında  bir  qətrədir.  Hər  halda  onlardan  bəziləri  bəhs 
olunan mətləbi çatdırmaq üçün kafidir. Vəl həmdulillahi Rəbbil-aləmin. Vəssalam. 
“Ş” 


 
178 
ALTMIŞ ÜÇÜNCÜ MƏKTUB 
3 Səfər 1330 
1. Şiə “nəss”ləri höccət deyildir. 
2. Nə üçün yalnız şiələr bu hədisləri nəql etmişlər? 
3. Qeyri-şiə təriqindən olan hədislər göstər. 
 
1.  Bu  “nüsus”  sünnilər  üçün  höccət  deyil.  Çünki,  onların  fikrincə  sübut  olunmamışdır. 
Buna görə onlarla müxaliflərə qarşı istidlal etmək olmaz. 
2. Əgər doğrudurlarsa, bəs başqaları nə üçün onları zikr etməmişlər? 
3. Lütfən, sünnilər tərəfindən bu mövzuda deyilmiş qalan hədisləri də bizim üçün zikr edin. 
Vəssalam. 
“S” 


 
179 
ALTMIŞ DÖRDÜNCÜ MƏKTUB 
4 Səfər 1330 
1. Biz bu “nüsus”u sizin xahişinizə görə verdik. 
2. Sünnilər qarşısında bizim höccətimiz onların səhih “nüsus”udur. 
3. Amma bu hədislərin zikr edilməməsinin səbəbi. 
4. Vərasətin “nəss”inə işarə. 
 
1. Bu rəvayətləri ona görə verdik ki, onlardan məlumatınız olmaq üçün xahiş etmişdiniz.  
2.  Sizin  qarşınızda  bizim  höccətimiz  ötən  məktublarda  gələn  sizin  özünüzün  (sünnilər) 
səhih hədislərinizdir.  
3.  Sünni  alimlərin  yalnız  şiə  mənbələrində  gələn  hədisləri  zikr  etməmələrinə  gəlincə,  bu 
Ali-Məhəmmədə  kin  bəsləyən  və  həqiqəti  gizlətmək  istəyən  adamların  xasiyyət,  təbiət  və 
ədavətini  göstərir.  Belələri  “Firon  firqəsi”nin  (Bəni-Üməyyə)  başçıları,  yaxud  səltənət  və 
dövlətin nökərləri olmuşlar. Onlar hər yerdə, tam qüvvə ilə Əhli-beytin fəzilətlərini boğmaq, 
onların nurunu söndürməyə səy etmiş və bütün müsəlmanları (ya təşviq, ya qorxu ilə) onların 
fəzilət  və  xüsusiyyətlərinin  müsadirəsinə  məcbur  etmişlər.  Onlar  bu  işi  bəzən  dirhəm-dinar, 
bəzən vəzifə-mənsəb, bəzən də şallaq və qılıncla yerinə yetirmişlər. Onların fəzilətlərini təkzib 
edənləri  yüksəldir,  onları  təsdiq  edənləri  isə  özlərindən  uzaqlaşdırır,  həbs  edir  və  ya 
öldürürdülər.  
Sən  yaxşı  bilirsən  ki,  imamət  “nüsus”u  və  xilafət  peymanı  zülmkarları  vəhşətə  gətirən 
həqiqət  idi.  Çünki  onların  zülmkar  hökumətlərinin  əleyhinə  idi,  mülk  və  hakimiyyətlərini 
kökündən qoparırdı. Belə olduğu halda bu hədislərin zalım hökmdarlar və onların mütilərinin 
əlindən salamat qalması, onların bizim əlimizə çoxlu sənəd və müxtəlif təriqlərlə çatmasının 
özü həqiqəti göstərir və həqiqətən möcüzələr möcüzəsidir. Deməliyəm ki, Əhli-beytin məqam 
və  mənzilətinin  qəsbkarları,  onların  dostlarına  ən  ağır  işkəncələr  verir,  saqqallarını  qırxaraq 
bazarda  gəzdirməklə  alçaldır,  müsəlmanların  gözündən  salır  və  bütün  hüquqlardan  məhrum 
edirdilər.  Belə  ki,  hökmdarın
1
  ədalətindən  məhrum,  xalqla  ünsiyyətdən  qırılırdılar.  Əgər  bir 
şəxs Əli haqqında yaxşı söz desəydi, ya malı müsadirə olunur, ya da boynu vurulurdu. Onun 
fəzilətlərini  deyən  nə  qədər  dil  kəsilmiş,  ona  hörmətlə  baxan  nə  qədər  göz  hədəqəsindən 
çıxarılmış, nə qədər əl onun fəzilətinə işarə etdiyi üçün kəsilmiş, dostcasına onlara tərəf gedən 
nə  qədər  ayaq  bədəndən  ayrılmış,  onların  nə  qədər  müridlərinin  evi  yandırılmış,  nə  qədər 
xurmalıqlar  qırılmış,  sonra  həmin  xurma  ağaclarında  dara  çəkilmiş  və  ya  ev-eşiklərindən 
didərgin düşmüş, hərəsi bir yerə dağılışmışlar.  
Amma, burada hədis hafizləri və sünnənin qoruyucuları arasında elə ünsürlər də olmuşdur 
ki,  onlar  böyük  Allaha  yox,  yalnız  zülmkar  hakimlərə  və  onların  nökərlərinə  xidmət  etmiş, 
onlara  təzim  edərək  yaltaqlıqla  hər  cür  pis  işə  əl  atmış,  təhrif,  “təshih”  və  təziflə  məşğul 
olmuşlar.  Belələrinə  indiki  zamanımızda  da  rast  gəlinir.  Onlar  hakimə  xoş  gəlmək  üçün  biri 
digərini  qabaqlayır,  onun  siyasətlərini  təsdiqləyir,  ehkamlarını  müsbət  sanırlar  (istər  düzgün 
olsun, istər əyri). Onlar yalnız onun istədiyini edir və siyasətinə uyğun fitva verirlər. Halbuki, 
“kitab” və sünnənin əleyhinə olub, ümmətin icmasına qarşı çıxırlar. Bunların hamısı mənsəb 
və  məqam  hərisliyinə  görə  və  ya  (səhv  addımlarında)  işdən  qovulmaq  qorxusundandır. 
                                                 
1
  İbn  Əbil-Hədidin  “Nəhcül-bəlağənin  şərhi”nin  3-cü  cildinin  15-ci  səhifəsinə  baxın.  Əhli-beyt  və  onların 
şiələrinə o zaman edilmiş zülmlərin bəzilərini (orada) tapacaqsan. İmam Baqirin (ə) orada sözü var ki, bəhs 
edənlər üçün faydalıdır.  


 
180 
İşlərində  təmiz  və  hakimin  yükünün  altına  girməyən  şəxslərlə  onun  istəklərini  imzalayanlar 
arasında  böyük  fasilə  vardır.  Hökumət  və  onların  hakimlərinin  nəzərincə,  belələri  imtiyaza 
malik olub, möhtərəm hesab olunurdular. Çünki hakimlər üçün onlar həmişə yaxşı vasitə olur, 
onların  fitvalarıyla  Allah  və  rəsulu  (s)  ilə  vuruşurdular.  Buna  görə  də  hakim  və  valilərin 
yanında  yüksək  məqam  və  vəzifə  sahibi,  məqbul  dayaq  hesab  olunurlar.  Onlar  Əli,  ya  Əhli-
beytin  fəzilətlərini  özündə  əks  etdirən  düzgün  hədisləri  təəssübkeşliklə  rədd  edir,  çox  böyük 
cəhdlə inkar və mümkün olan hər bir vasitə ilə onu etibardan salırdılar. Rəvayətçilər də onları 
rafizilərə mənsub edir və rafizi olmaq isə ən böyük günah və çirkin ad sayılırdı. Bəli, Əli (ə) 
haqqında deyilmiş hədislərə, xüsusilə şiələrin istidlal etdikləri rəvayətlərə nisbət onların rəftarı 
belə idi. 
Dediyimiz  bu  yaltaq  kəslər  hər  yerdə  dövlət  tərəfindən  xüsusi  böyüklük  və  dini-dünyəvi 
elmlərin  sahibi  kimi  tanıtdırılırdı.  Zöhd  və  ibadətlə  içlərini  gizlədənlər  və  həmçinin,  tayfa 
başçıları, şeyxlər də onlarla belə rəftar edirdi. Ona görə də bu düzgün hədislərin rəddi üçün bir 
söz deyəndə, onların rəyi  höccət sayılır, avam və avara adamların arasında, bütün şəhərlərdə 
yayırdılar. Beləliklə onların rəyi hər əsrdə möhtərəm sayılaraq bir üsul kimi qiymətləndirilirdi.  
O  vaxt  bu  ünsürlərdən  başqa  bir  qrup  da  var  idi  ki,  qorxu  onları  Əlinin  və  Əhli-beytin 
fəzilətlərini  danışmaqdan  çəkinməyə  məcbur  etmişdi.  Bu  yazıqlar  Əlinin  və  Əhli-beytin 
fəzilətləri barədəki düzgün hədislərdən söhbət açdıqda sorğu-sual edilirdi. Onlar da qorxudan, 
cavab  verərkən  məcazlara  və  ikimənalı  sözlərə  üz  gətirirdilər.  Yaltaqların  və  onların 
əlaltılarının müxtəlif həmləsindən qorxurdular. Həqiqətdən xəbərsiz hay-küy qoparan avam və 
boşboğazlar  və  yaltaqlarla  həmahəng  olmalarından  çəkinirdilər.  Xalqa  Əmirəl-möminini 
lənətləməyi əmr edən hakim və başçılar onlara aman vermirdilər. Onları pulla, hədə-qorxu və 
vədə  ilə  o  həzrətə  eyib  tutmaq  və  onun  haqqında  pis  danışmağa  məcbur  edirdilər.  Əlini  elə 
tanıtdırırdılar  ki,  hamı  ona  nifrət  etsinlər.  Onun  haqqında  elə  sözlər  danışırdılar  ki,  qulaqlar 
onu eşidərkən çox narahat olurdu. Sünnilər bayram və cümə günləri minbərlərində ona lənət 
deyirdilər. “Allahın nuru sönməz və övliyasının fəzilətləri itməz” – vədəsi olmasaydı, bu səhih 
hədislər  şiə  və  sünni  təriqiylə  bizə  çatmaz.  Onun  fəzilətlərinin  “nüsus”u  ardıcıl  nəql 
olunmazdı. Allaha and olsun ki, mən Allahın xalis bəndəsi, Peyğəmbərin qardaşı Əli ibn Əbu 
Talibə verdiyi parlaq zəkadan heyrətdəyəm! Heyrətdəyəm ki, onun nuru, necə də qara zülmət 
pərdələri yırtır, təlatümləri kənar edir və günəş kimi asimanda işıq saçır!  
4.  Zikr  olunmuş  bütün  qəti  dəlillərdən  əlavə,  burada  sizin  “vərasət”  “nəss”iniz  kafidir. 
Çünki o özü təklikdə kamil höccətdir. Vəssalam. 
“Ş” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə