Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə69/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   65   66   67   68   69   70   71   72   ...   118

 
169 
ƏLLİ DOQQUZUNCU MƏKTUB 
28 Məhərrəm 1330 
1. Həqiqət aşkar oldu. 
2. Şüurlu şəkildə həqiqətdən uzaqlaşmaq. 
 
1.  Mən  indiyədək  mübahisə  etdiklərim  arasında  səndən  mülayim  və  dəlil  gətirməkdə 
səndən  güclüsünü  görmədim.  İşarə  etdiyiniz  o  qərinələrlə  həqiqət  aşkar  oldu  və  yəqinin 
üzərindən şəkk pərdəsi götürüldü. artıq heç bir şəkk yeri qalmadı ki, “qədir” hədisində gəlmiş 
“vəli”,  “mövla”  sözlərindən  məqsəd  yalnız  “idarə  etməkdə  hamıdan  layiqli  mənasındadır. 
Əgər  məqsəd  “nasir”  və  bunun  kimilər  olsaydı,  sual  verən  Allahdan  əzabın  enməsini 
istəməzdi. Beləliklə, sizin söylədikləriniz “mövla” mənasında tamamilə doğru və şübhəsizdir.  
2.  Amma  kaş,  hədisin  təfsirindəki  nəzərlə  də  razılaşaydınız  ki,  alimlər  imam  İbn  Həcər 
“Səvaiq”də  və  Hələbi  “Sirə”də  deyirlər  ki,  düzdür  Əli  (ə)  imamətə  hamıdan  çox  layiqdir, 
amma  məqsəd  budur  ki,  yalnız  müsəlmanlar  ona  beyət  edəndən  sonra  imam  və  hakim  ola 
bilər. Yoxsa, lazım gələr ki, Peyğəmbərin (s) həyatda olduğu zamanda imam olsun, və hədisdə 
onun imamətinin vaxtına işarə olunmadığından, məqsəd budur ki, “beyət zamanı o, vilayətdə 
hamıdan  layiqlidir.”  Buna  əsasən,  daha  üç  xəlifə  ilə  ziddiyyət  yaranmayacaq  və  beləliklə, 
saleh sələflərin kəramət və ehtiramı hifz olunacaqdır. Vəssalam. 
“S” 


 
170 
ALTMIŞINCI MƏKTUB 
30 Məhərrəm 1330 
Həqiqətdən uzaqlaşmağın mümkünsüzlüyü. 
 
Allah  haqqı  sizin  vasitənizlə  qorusun!  Bizə  tövsiyə  etmişsiniz  ki,  “qədir”  hədisinin  təfsiri 
ilə  razılaşaq  “Əli  imamətə  o  vaxt  layiqdir  ki,  müsəlmanlar  onu  seçsin  və  onunla  beyət 
etsinlər.”  Belə  çıxır  ki,  o həzrətin  “qədir”  günü  elan  olunmuş  üstün  Peyğəmbərin buyurduğu 
saatdan  yox,  öz  vaxtına  aiddir.  Başqa  sözlə,  onun  üstünlüyü  tam  gələcəyə  aid  olub,  üç 
xəlifənin xilafəti zamanına dəlalət etmir.  
Biz  sizi  həqiqətin  işığına,  ədalətin  izzətinə,  insafın  şərəfinə  və  fəzilətin  namusuna  and 
veririk, özünüz bu məna ilə qane ola bilərsinizmi ki, biz də sizinlə bərabər addımlayaq? Razı 
olarsınızmı ki, bu məna sizin tərəfinizdən göndərilsin və sizə mənsub edilsin, biz də sizə tabe 
olaq  və  sizin  kimi  yol  gedək?  Mən  sizin  ona  qane  olub,  onunla  razılaşmağınıza  inana 
bilmirəm.  İnan  ki,  siz  də  bu  mənanı  ehtimal  vermiş  adamlardan  heyrətdəsiniz.  Bu  elə 
ehtimaldır  ki,  hədisin  ləfzi  əsla  ona  dəlalət  etmir,  onun  məzmununa  tamamilə  yaddır. 
Peyğəmbərin  hikmət  və  bəlağət,  yüksək  rəftarı,  mənalı  sözləriylə  düz  gəlmir  və  həmçinin, 
əvvəldə  işarə  etdiyimiz  qəti  şahidlərlə  də  əlaqəsi  yoxdur.  Həmçinin,  Haris  ibn  Nöman 
Qəhrinin  hədisdən  başa  düşdükləriylə  də  müvafiq  olmayacaq.  Elə  buna  görə  Allah, 
Peyğəmbəri, səhabə və hamı biz dediyimiz mənanı deyirlər.  
Bütün bunlardan əlavə verilən təfsir öz-özlüyündə hədisin ümumi mənasıyla da düz gəlmir. 
Çünki belə çıxır ki, Əli ilk üç xəlifə və onların dövrünün müsəlmanlarının heç birinin mövlası 
deyilmiş  (diqqət  edin)  və  bu  da  Peyğəmbərin  (s)  buyruğunun  tam  əksinədir.  Halbuki  Həzrət 
(s)  buyurdu:  “Mən  möminlərə  nisbətdə  özlərindən  yaxın  deyiləmmi?”  Hamı  dedi:  “Bəli.”  O 
zaman  buyurdu: 
«
هلاوم  ُتنك  نمف
»
  yəni  hamı,  tək-tək 
«
 ّيلعف
 
هلاوم
»
  istisnasız  olaraq.  Diqqət 
yetirirsinizmi?  Hətta  Əbu  Bəkr  və  Ömər  Peyğəmbərin  (s)  “qədir”  günü  Əli  haqqında  dediyi 
sözünü eşidəndə ona dedilər
1

«
 ٍةحنممؤُمحو ٍنممّمؤُم ِّلك ُ ليْوحم  ٍبملاط بيحا حنْباي حتْيحسْمحا
»
 “Ey Əbu Talibin oğlu, 
hər mömin kişi və mömin qadının mövlası oldun!” Mülahizə edin, ikisi də aşkar dedilər ki, o 
bütün mömin qadın və kişinin mövlasıdır və bu ümumiyyət “qədir” günündən etibarən bütün 
kişi və qadın möminlərin hamısına şamildir.  
Nəql  olunmuşdur  ki,  Ömərə  dedilər:  “Sən  Əli  ilə  elə  rəftar  edirsən  ki,  Peyğəmbərin  (s) 
səhabəsindən heç kəslə o cür rəftar etmirsən.
2
 Ömər cavab verdi: Axı o mənim mövlamdır.” 
Görürsünüz, özü aydın surətdə demişdir ki, Əli onun mövlasıdır. Halbuki, o vaxt hələ nə xalq 
Əlini  xilafətə  seçmişdi  və  nə  də  ona  beyət  etmişdi.  Bu  məna  ona  dəlalət  edir  ki,  Əli  elə  o 
vaxtdan bütün müsəlmanların mövlasıdır.  
Başqa  bir  məsələ  də  bizim  dediyimizin  şahididir:  “İki  ərəbin  bir-birilə  sözü  düşmüşdü. 
Qəzavət üçün Ömərin yanına gəldilər. Ömər Əliyə (ə) dedi ki, onların arasında qəzavət etsin. 
O ikisindən biri dedi: Bu şəxsmi bizim aramızda qəzavət etsin? Ömər yerindən sıçrayıb, onun 
                                                 
1
 İbn Həcərin “Səvaiq”də beşinci fəslin axırında, birinci babındakı nəqlinə əsasən Darü-Qütni nəql etmişdir. 
26-cı səhifəsinə  müraciət et. Başqa hədis yazanlar da öz sənədləri və təriqləriylə onu vermişlər. Əhməd də 
Ömərdən  belə  sözü  Bəra  ibn  Azibin  “Müsnəd”in  4-cü  cildinin  281-ci  səhifəsindəki  hədisinə  əsasən 
vermişdir. Bu məna kitabın 54-cü məktubunda da getmişdir.  
2
 Darü-Qütni “Səvaiq”in 36-cı səhifəsindəki nəqlə əsasən, onu nəql etmişdir.  


 
171 
boğazından  tutdu
1
  və  dedi:  Vay  olsun  sənə!  Heç  bilirsənmi  bu  kimdir?  Bu,  sənin  mövlan  və 
hər bir mömin şəxsin mövlasıdır və mövlası bu şəxs olmayan mömin deyil.” 
Bu barədə xəbər və rəvayətlər çoxdur və siz –Allah haqqı sizin vasitənizlə qorusun!– yaxşı 
bilirsiniz  ki,  əgər  İbn  Həcərin  və  onun  ardıcıllarının  “qədir”  hədisi  barədə  olan  fikirləri 
düzdürsə,  onda  gərək  Peyğəmbəri  (nəuzubillah)  bihudə  danışan  bilək.  Allaha  pənah  aparırıq 
bu  cür  fikirlərdən!  Çünki  onların  (İbn  Həcər  və  ardıcılları)  etiqadına  əsasən,  Peyğəmbərin  o 
qəribə dayanacaq və qeyri-adi yığıncaqda deməli elə bir mühüm sözü yox imiş və təkcə bunu 
demək istəmiş ki, camaat nə vaxtsa Əli ilə beyət etmək istəsə, o vaxt onların rəhbəri olacaqdır. 
Bu  sözə  hələ  ağıllılar  qalsın  bir  tərəfə,  səfehlər  də  gülər.  Daha  Əli  başqaları  üzərində  bir 
imtiyaza  malik  olmayacaq  və  müsəlmanların  heç  biri  də  bu  barədə  müstəsna  deyillər.  Buna 
görə də Əli, başqa səhabə və müsəlmanlar bu cəhətdən bərabərdirlər. Bəs, o hansı fəzilətdir ki, 
Peyğəmbər  o  gün  Əli  haqqında  buyurub?  O  imtiyaz  və  fəzilət  hansıdır?  Ey  müsəlmanlar,  –
əgər onların yürütdüyü “fəlsəfə” qurtarsa– buyurun, siz cavab verin! 
Amma Əlinin imamət və rəhbərliyi əgər gələcəyə aid edilməsə, onda “o, Peyğəmbərin (s) 
zamanında da rəhbərdir” – fikri səhv və camaatı düz yoldan sapdırmaqdır, “mənzilət” hədisini 
düzgün başa düşməməkdir. Çünki orada deyilir: 
«
يدْعحـب َّمبحنلا ُهَّنحا  ّلاما يسوم نمم حنُوراه مةحلمزْنحمبِ  ّنيمم حتْنحا
»
 
Həmçinin “inzar” günündəki “yovmüd-dar” hədisini görməməzliyə vurmaqdır: 
«
 حو ُهحل اوُعحْسماحف
اوُعيطحا
»
  “Onu  eşidin  və  itaət  edin.”  və  çoxlu  sayda  biri-digərilə  bağlı  deyilmiş  hədisləri 
unutmaqdır.  
Lap  fərz  etsək  ki,  Əlinin  imamət  və  rəhbərliyi  Peyğəmbərin  (s)  həyatı  dövrünə  şamil 
deyildir,  amma  o  həzrətin  (s)  ölümündən  sonra  ki,  qətidir.  Çünki  şübhəsiz  bu  ümumi  qayda 
onu  tələb  edir  və  o  da  budur  ki,  əgər  çoxmənalı  bir  kəlmədən  “qərib”  (yaxın)  mənasının 
ifadəsi ələ gəlməzsə, sonrakı ən yaxın məna nəzərə alınacaqdır.  
Amma  saleh  sələfin  kəramət  və  ehtiramına  gəldikdə  isə  dediyiniz  təvilsiz  də  qorunub 
saxlanılır. Belə ki, əgər lazım gəlsə onu açıqlayaram. Vəssalam. 
“Ş” 
                                                 
1
  İbn  Həcərin  “Səvaiqi-Mühriqə”nin  11-ci  fəslinin  axırlarında  verdiklərinə  müvafiq  olaraq  Darü-Qütni  də 
onu nəql etmişdir.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə