Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə77/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   73   74   75   76   77   78   79   80   ...   118

 
192 
bilmiş.
1
  Onu  incidən  Allah  və  rəsulunu  (s)  incitmişdir.
2
  Kim  onu  təhqir edib  söysə,  o  ikisini 
təhqir  edib  söymüşdür.
3
  O,  yaxşıların  imamı,  yolunu  azmışların  qatilidir.  Ona  kömək  edən 
qalib,  onu  unudan  unudular.
4
  Müsəlmanların  ağası,  pəhrizkarların  imamı,  möminlərin 
rəhbəridir.
5
  O,  hidayət  bayrağı,  Allahın  övliyalarının  imamıdır.  Allaha  itaət  edən  nur,  işıq, 
Allahın pəhrizkarlara itaətini lazım bildiyi söz və üsuludur.
6
 O, böyük siddiq, ümmətin faruqu, 
möminlərin  sərkərdəsidir.
7
  O,  böyük  furqan  və  “zikri-həkim”  hökmündədir.
8
  Onun 
Rəsulullaha  nisbəti  Harunun  Musaya  olan  nisbəti  kimidir.
9
  Onun  Peyğəmbərə  nisbəti 
Peyğəmbərin  Allaha  olan  nisbəti  kimidir
10
.  O,  Peyğəmbərinə  başının  bədəninə  olan  nisbəti 
kimidir.
11
  O,  Peyğəmbərin  canı  və  ruhu  kimidir.
12
  Allah  yer  əhlinə  nəzər  saldı  və  bu  ikisini 
seçdi.
13
 Kifayətdir ki, Ərəfatda “həccətül-vida”da buyurdu: “Onun (s) tərəfindən Əlidən başqa 
heç  kim  (göstəriş  və  hökm)  yaymamalıdır.
14
  Bunlar  Əlidən  və  Peyğəmbər  məqamına  layiq 
olanlar başqa heç kimə aid deyildir.  
Bütün bunlardan sonra hansı ağıllı bir insanın onun vəsiyyətini inkar etməyə haqqı vardır?! 
Bu işdə qərəzi olandan başqa heç kəsin! Çünki vəsiyyətdə bir sıra nüfuzlu işlərin öhdədarlığı 
qeyd olunmuşdu ki, qərəzli adamlar ona göz yuma bilməzdilər!  
2.  Amma  vəsiyyəti  inkar  edən  “məzhəbi  ərəbə”nin  davamçılarından  bəziləri  güman 
etmişlər  ki,  “vəsayət”  xüləfayi-səlasə  (üç  xəlifə)  ilə  uyğun  gəlmir.  Bu  isə  təəssübkeşliyin 
əlamətidir.  
3.  Sünnilər  bu  məsələdə  bizim  qarşımızda  mübahisə  edə  bilməzlər.  Amma  Buxari  və 
başqaları  Təlhə  ibn  Misrəfdən  nəql  etmişlər  ki,  Abdullah  ibn  Əbu  Ovfadan  soruşdu: 
“Peyğəmbər vəsiyyət etmişdimi?” Cavab verdi: “Yox.” Ona dedim: “Necə, oldu özü vəsiyyət 
etməyi  xalqa  vacib  bildi,  amma  özü  onu  tərk  etdi?”  Cavab  verdi:  “Allahın  kitabını  sifariş 
etdi.” Bu hədis ağ yalandır və bizim üçün heç bir etibarı yoxdur. Göründüyü kimi bu hədis o 
dövrün  siyasətinin  tələbinə  uyğundur.  Bizim  əlimizdə  yetərincə  pak  Əhli-beyt  tərəfindən 
vəsiyyət haqqında deyilmiş düzgün hədis və xəbərlər vardır. Buna görə də, onlara əks olan hər 
bir şeyi divara vurmaq lazımdır və heç vaxt mötəbər sayılmayacaq.  
                                                 
1
  Həmin  məktubun  23-cü  hədisinə  əsasən  və 
«
للا
هاداع  نم  داع  و  هلااو  نم  لاو  مه
»
  –  mütəvatir  cümləsi  sənə 
kifayətdir. Bu qədər bəsdir və şükür Allaha, 36-cı məktubda Büreydənin hədisində bildin ki, Rəsulullah (s) 
buyurdu: 
«
نيقراف دقف اّيلع قراف نم و نيضغبا دقف اّيلع ضغبا نم
»
. Yenə mütəvatir şəkildə gəlib çatmışdır: 
«
 نموم لاا هبَ لا
 قفانم لاا هضغبي لا و
»
 Allaha and olsun ki, bu Peyğəmbərin vəsiyyəti, əhd və peymanıdır. 
2
  Əmr  ibn  Şaşın  hədisini  nəzərdən  keçirsəniz  kifayətdir  və  orada  deyilir: 
«
نّاذآ  دقف  ايلع  اذآ  نم
»
.  Əhməd 
“Müsnəd”in  3-cü  cildinin  483-cü  səhifəsində,  Hakim  “Müstədrək”in  3-cü  cildinin  123-cü  səhifəsində, 
Zəhəbi  “Təlxis”in  həmin səhifəsində onun düzgünlüyünə etiraf, Buxari öz tarixində, İbn Səd  “Təbəqat”da, 
ibn  Əbu  Şeybə  özünün  “Müsnəd”ində,  Təbərani  “Əl-kəbir”də  onu  nəql  etmişlər.  Bu  hədis  “Kənzül-
Ümmal”ın 6-cı cildinin 400-cü səhifəsində mövcuddur. 
3
 48-ci məktubun 18-ci hədisinə və s. əsasən. 
4
 48-ci məktubun 18-ci hədisinə əsasən. 
5
 Həmin məktubun birinci hədisinə və s. əsasən. 
6
 48-ci məktubun 2, 3, 4 və 5-ci hədislərinə bax. 
7
 Həmin məktubun 6-cı hədisinə bax. 
8
 Həmin məktubun 7-ci hədisinə və s. əsasən. 
9
 Bu barədə 8-ci məktubdakı “Səqəleyn” haqqında düzgün rəvayətlərdən verilən xəbər kifayətdir ki, həqiqəti 
ayıqlara aydınlaşdırır və 50-ci məktubda gəldiyi kimi: 
«
ا و نآرقلا عم اّيلع ّنا
ناقترفي لا ّيلع عم ُنآرقل
»
 
10
 Onu 26, 28, 30, 32 və 34-cü məktublar işıqlandırır. 
11
 48-ci məktubun 13-cü hədisinə əsasən. 
12
 50-ci məktubda verdiyimiz hədisə əsasən, ora və izahına baxın. 
13
 “Mübahilə” ayəsi və İbn Ovfanın 50-ci məktubda verilən hədisinə əsasən. 
14
 68-ci məktubdakı rəvayətlər kimi. 


 
193 
4.  Bütün  deyilənlərlə  yanaşı,  vəsiyyətin  bürhan  və  sübuta  ehtiyacı  yoxdur,  çünki  ağıl  və 
vicdan ona hakimdir
1
 və şair demişkən: “Gücü olan öz ayağı üstə dura bilər. Necə ki, günəşin 
işıqlı olduğunu sübut etmək də faydasızdır.”  
Amma  Buxarinin  İbn  Əbu  Ovfadan  verdiyi  ki,  “Peyğəmbər  (s)  Allahın  Kitabını  sifariş 
etmişdir”,  doğrudur.  O,  Peyğəmbərin  (s)  bütün  vəsiyyətini  nəql  etməmişdir.  Peyğəmbər  (s) 
“səqəleyn”ə  arxalanmağı  da  birlikdə  vəsiyyət  etmiş  və  ümmətindən  tələb  etmişdi  ki,  hər  iki 
ipdən birgə tutsunlar. Və ümməti qorxutdu ki, onlara arxalanmasalar, yollarını azmış olacaq və 
xəbərdarlıq etdi ki, bu ikisi (Quran və Əhli-beyt) hovuzun kənarına gələnə qədər bir-birindən 
ayrılmayacaqlar.
2
  
Peyğəmbərin  (s)  pak  Əhli-beyti  təriqiylə  bu  haqda  düzgün  xəbərlər  deyilmişdir.  Amma 
qeyri-Əhli-beyt təriqiylə 8 və 54-cü məktublarda verdiklərimiz sizə bəsdir. Vəssalam. 
“Ş” 
                                                 
1
 48-ci məktubun 15-ci hədisinə və ona aid izahatlara müraciət edin. 
2
  Ağlın  hökmünə  əsasən,  Peyğəmbər  (s)  ola  bilməz  ki,  vəsiyyətə  əmr  edə,  bu  məsələni  ümmətindən  ciddi 
tələb edə, amma özü (ümmətin onun vəsiyyətinə hədsiz ehtiyacı olan çətin halda) onu başlı-başına buraxa. 
Çünki o Həzrət elə şeyi irs qoyurdu ki, qəyyuma bərk ehtiyacı var idi, elə “yetimlər” qoyub gedirdi və elə 
çətin  vəziyyətdə başçıya  möhtac idilər ki, heç  kəs onunla  müqayisə edilə bilməzdi. Nəuzubillah, o  özünün 
qiymətli irsinə –  şəriət  və  Allahın ehkamına qayğısızlıqmı  göstərmək, istəyirdi,  yer əhlini  yetim  və başsız, 
qaranlıqda başlı-başınamı buraxmaq istəyirdi və onların, rəhbər və pişvasız həyatlarına davam etmələrinəmi 
razı idi?! 
Vicdan hökm edir ki, Peyğəmbər Əlini vəsi seçmişdir. Çünki o Həzrət Əliyə göstəriş vermişdi ki, ona qüsl 
versin,  hünutlasın,  kəfənləsin,  borclarını  qaytarsın  müsəlmanların  ixtilaflarını  ondan  sonra  bəyan  etsin, 
hamıya çatdırsın ki, özündən sonra Əli onların vəlisidir... və bu məktubda işarə olunanlar.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə