Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə70/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   66   67   68   69   70   71   72   73   ...   118

 
172 
ALTMIŞ BİRİNCİ MƏKTUB 
1 Səfər 1330 
Şiə təriqi ilə gəlib çatmış “nüsus”un tələbi. 
 
Əgər  saleh  sələfin  kəramət  və  ehtiramı  qorunmuş  olsa,  imamətə  aid  olan  hədislərin  heç 
birində eyib  yoxdur.  İstər “qədir” hədisi olsun, istər ondan başqası və təvilə yer  yoxdur. Ola 
bilər bu barədə sizdə hədislər olsun ki, sünnilərin ondan xəbəri olmasın. Xahiş olunur, onları 
nəql edin ki, agah olaq. Vəssalam. 
“S” 


 
173 
ALTMIŞ İKİNCİ MƏKTUB 
2 Səfər 1330 
Qırx hədis. 
 
Bizdə Peyğəmbərin (s) pak Əhli-beytinin təriqiylə səhih və mütəvatir “nəss”lər vardır ki, 
sünnilərin onlardan xəbəri yoxdur. İndi sizə qırx hədis nəql edirəm:
1
 
1. Səduq Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qummi “İkmalüd-din və 
itmamün-nemə”  kitabında  Əbdür-Rəhman  ibn  Səmurədən  nəql  edir  ki,  Peyğəmbər  (s)  ona 
buyurmuşdur: 
«
تيَّمُا ُمامما ُهَّنماحف  ٍبملاط بيحا منْب ّيملحعمب حكْيحلحعف ُءارلآا  متحّحقَّرحفحـت و ُءاوْه ْلأا تحفحلحتْخا اذما ةحرُحسم حنْباحي
 يـتحفيلحخ حو 
يدْعحـب نمم ممهْيحلحع
»
 “Ey Səmurənin oğlu, rəylər müxtəlif və pərakəndə olanda Əli ibn Əbu Taliblə 
ol! O, məndən sonra mənim ümmətimin imamı və xəlifəmdir.” 
2.  Yenə  Səduq  “İkmalüd-din”  kitabında  İbn  Abbasdan  nəql  edir  ki,  Allahın  rəsulu  (s) 
buyurub: 
«
 ملْهحا ليما حعحلَّطما لياعحت حو  حكحرابحت للها َّنما
 
 ًاّيلحع حراتْخاحف حةحيمناّثلا حعحلَّطما َّمـُث ًاّيبحن نيحلحعحجحف اهنمم نّحراتْخاحف ًةحعلاّطما  مضْرحْلاا
 ًاريزحو حو ًةحفيلحخ حو ًاّيمصحو حو ًاّيلحو حو ًاخحا ُهحذمَّتُحا ْنحا نّحرحمحا َّمـُث ًامامما ُهحلحعحجحف
»
 “Allah yer əhlinə baxıb, məni seçdi və 
peyğəmbəri etdi. Yenidən baxıb, Əlini seçdi və onu imam etdi. Sonra mənə buyurdu ki, onu 
özümə qardaş, vəli, xəlifə və vəzir edim.” 
3.  Yenə  Səduq  “İkmalüd-din”də  sənədlə  imam  Sadiqdən  (ə),  o  da  ata  və  babalarından  və 
Peyğəmbərdən  (s)  belə  nəql  etmiş:  “Cəbrail  Allah  tərəfindən  mənə  xəbər  verdi  ki,  Allah 
buyurmuşdur:  Bilsin  ki,  Məndən  başqa  məbud  yoxdur,  Məhəmməd  (s)  Mənim  bəndəm  və 
elçimdir, Əli ibn Əbu Talib xəlifəm, onun imam olan övladları hüccətlərim və (onları), behiştə 
daxil edəcəyəm.” 
4. Yenə Səduq “İkmalüd-din”də imam Sadiqin (ə), vasitəsiylə, cəddi Rəsulullahdan (s) belə 
nəql etmişdir: “Məndən sonra imam 12 nəfərdir. Onların birincisi Əli (ə), sonuncusu Qaimdir 
(ə). Onlar mənim xəlifələrim və vəsilərimdir.”  
5. Yenə Səduq Əsbəğ ibn Nübatədən nəql etmişdir: “Bir gün Əli ibn Əbu Talib (ə) bizim 
yanımıza gəldi və əlini oğlu Həsənin (ə) əlindən tutduğu halda deyirdi: Bir gün Peyğəmbər (s) 
evdən çıxdı və əli mənim əlimdə ikən dedi: İnsanların ən yaxşısı və onların seyyidi və sərvəri, 
məndən sonra qardaşım Əlidir. O, məndən sonra hər bir müsəlmanın imamı və hər möminin 
əmiri olacaqdır.” 
6.  Yenə  Səduq  “İkmalüd-din”də  imam  Rzadan  (ə),  o  da  ata-babalarından,  onlar  da 
Peyğəmbərdən  (s)  belə  nəql  edir:  “Kim  mənim  dinimə  arxalanmaq  və  məndən  sonra  nicat 
gəmisinə minmək istəyirsə, Əli ibn Əbu Talibə iqtida etsin. O, vəsi və ümmətimə həyatımda 
və vəfatımdan sonra xəlifə olacaq.  
                                                 
1
 Bu ədədi ona görə seçdik ki, çünki Əmirəl-möminin Əli ibn Əbu Talib, Abdullah ibn Əbbas, Abdullah ibn 
Məsud,  Abdullah  ibn  Ömər,  Əbu  Səid  Xidri,  Əbu  Dərda,  Əbu  Hüreyrə,  Ənəs  ibn  Malik,  Məaz  ibn  Cəbəl 
çoxlu və müxtəlif təriqlərlə belə nəql etmişlər: Peyğəmbər (s) buyurub: “Kim dinimdən 40 hədis əzbərləyib 
onu qorusa, Allah qiyamətdə o kəsi fəqih və alimlərin zümrəsində məhşərə gətirəcək.” Başqa bir rəvayətdə 
deyilir  ki,  “Allah  onu  alim  və  fəqih  kimi  dirildəcək.”  Əbu  Dərdanın  rəvayətində  deyilir:  “Mən  qiyamətdə 
onun müdafiəçisi və (lehinə) şahid olacağam.” İbn Məsudun rəvayətində “...ona deyiləcək behişt qapılarının 
hansından  istəyirsən,  daxil  ol.”  İbn  Ömərin  rəvayətində  belədir:  “...alimlərin  sırasına  yazılar  və  şəhidlərlə 
birgə dirilər.” Qırx hədisin və başqalarının əzbərlənməsi haqqında məktublarımızda da bir sıra hədislər qeyd 
etmişdik.  Peyğəmbərin  (s)  bu  sözü  bizə  kifayətdir:  “Allah  mənim  sözümü  olduğu  kimi  eşidib,  onu 
əzəbərləyib və başqalarına çatdırana yardım edər.” 


 
174 
7.  Yenə  Səduq  “İkmalüd-din”də  imam  Rzadan  (ə),  ata-babalarından,  onlar  da 
Peyğəmbərdən  (s)  belə  nəql  edir:  “Mən  və  Əli  bu  ümmətin  atasıyıq.  Bizi  tanıyan  Allahı 
tanımışdır. Bizi tanımayan və inkar edən Allahı tanımamış və inkar etmişdir. Əlidən ümmətin 
iki nəsli və behişt cavanlarının seyyidi və ağası Həsən və Hüseyn (əleyhumassəlam) dünyaya 
gəlmişdir.  Hüseynin  (ə)  nəslindən  doqquz  nəfər  dünyaya  gələcəkdir  ki,  onlara  itaət  mənə 
itaətdir,  onlara  qarşı  üsyan  və  itaətsizlik  mənə  qarşı  üsyan  və  itaətsizlikdir.  Onların 
doqquzuncusu Qaim və Məhdidir.”  
8.  Səduq  “İkmalüd-din”də  imam  Həsən  Əskərinin  (ə),  vasitəsilə  Allahın  rəsulundan  (s) 
nəql  edir  ki,  İbn  Məsuda  buyurmuşdur: 
«
مكْيلع يـتفيلخ  حو يدْعحـب ْمُكُمامما بملاطيبحا ُنْب ٌّيلحع دوُعْسحم حنْباحي
»
 
“Ey  Məsudun  oğlu,  Əli  ibn  Əbu  Talib  məndən  sonra  sizin  imamınız  və  sizin  üzərinizdə 
mənim xəlifəmdir.” 
9.  Yenə  Səduq  “İkmalüd-din”də  Salmandan  nəql  edir:  “Peyğəmbərin  (s)  yanına  daxil 
oldum,  gördüm  Hüseyn  ibn  Əli  (ə)  onun  dizinin  üstündə  oturub.  Həzrət  onun  dodaqlarını 
öpərək  buyurur:  Sən  ağanın  ağa  oğlu,  imamın  imam  oğlu,  imamın  qardaşı  və  imamların 
atasısan.  Sən  Allahın  höccəti,  Allahın  höccətinin  oğlu  və  doqquz  höccətin  atasısan.  Onların 
doqquzuncusu onların Qaimidir.” 
10.  Yenə  Səduq  “İkmalüd-din”də  Salmandan  Peyğəmbər  (s)  haqqında  uzun  bir  hədisdə 
deyir ki, Həzrət (s) Fatiməyə (səlamullah ələyha) buyurdu: “Ey Fatimə, bilmirsənmi ki, biz elə 
bir  ailəyik  Allah  axirəti  bizim  üçün  seçib?  Allah  yer  əhlinə  nəzər  yetirdi,  onların  arasından 
məni seçdi və ikinci dəfə baxdı, sənin ərini seçdi. Mənə vəhy etdi ki, səni onunla evləndirim, 
onu  özümə  vəli  və  vəzir  və  ümmətimin  içərisində  xəlifəm  edim.  Buna  görə,  atan 
peyğəmbərlərin,  ərin  isə  övsiyaların  ən  yaxşısıdır.  Sən  birinci  kəs  olacaqsan  ki,  (behiştdə) 
mənim yanıma gələcəksən.” 
11. Yenə Səduq “İkmalüd-din”də uzun bir hədisdə nəql edir ki, bir dəfə Osmanın dövründə 
200-dən çox mühacir və Mədinə əhli məscidə toplaşmışdı. Elmi bəhs və müzakirə edir və biri 
o  birinə  özünü  öyürdü.  Amma  Əli  sakit  idi.  Ona  dedilər:  Ey  Həsənin  atası,  sən  nə  üçün 
danışmırsan? Əli dilə gəlib onların yadına Peyğəmbərin sözünü saldı: 
«
 حو يثراو حو يريزحو حو يخحا ٌّيلحع
 ُّمليو  حو  تيَّمُا  في  يـتحفيلخ  حو  يّيصحو
كمّ ملذب  ُهحل  اوّرمقحاحف  يدْعحـب  ٍنمؤم  ِّلُك 
»
  “Əli  mənim  qardaşım,  vəzirim, 
ümmətimin içərisində varis, vəsi və xəlifəmdir. O, məndən sonra hər bir müsəlmanın vəlisidir. 
Bu haqqı ona aid edin.” 
12.  Yenə  Səduq  “İkmalüd-din”də  Abdullah  ibn  Cəfər,  Həsən,  Hüseyn,  Abdullah  İbn 
Abbas,  Ömər  ibn  Əbusəlmə,  Üsamə  ibn  Zeyd,  Salman,  Əbuzər  və  Miqdaddan  nəql  edir  ki, 
deyirlər: Peyğəmbərdən eşitdik ki, deyirdi: 
 «
 ْنمم حيننممؤُمْلاب ليْوحا ّيلحع يخحا َُّثُ ْممهمسُفْـنحا ْنمم حيننممؤُمْلامب ليْوحا احنحا
 ْممهمسحفْـنحا
»
  “Mən  möminlərə  nisbətdə  nəfslərinə  özlərindən  üstünəm,  sonra  qardaşım  Əli  onlara 
özlərindən üstündür.” (Burada onların üzərində hakimlik nəzərdə tutulur.) 
13.  Yenə  Səduq  “İkmalüd-din”də  Əsbəğ  ibn  Nübatə  və  İbn  Abbasdan  xəbər  verir  ki, 
Rəsulullahdan (s) eşitdim buyurdu: “Mən, Əli, Həsən, Hüseyn və onun doqquz övladı (hər bir 
günah və çirkinlikdən) pak və təmizik.” 
14.  Yenə  Səduq  “İkmalüd-din”də  İbayə  ibn  Rəbi  və  ibn  Abbasdan  xəbər  verir  ki, 
Peyğəmbər (s) buyurdu: “Mən peyğəmbərlərin seyyidi və Əli övsiyyaların seyyididir.” 
15. Yenə Səduq “İkmalüd-din”də imam Sadiqin (ə), vasitəsilə Allahın rəsulundan (s) nəql 
edir:  “Əziz  və  cəlil  Allah  peyğəmbərlərin  arasından  məni  seçdi  və  mənim  tərəfimdən  Əlini. 
Onu  bütün  övsiyalardan  üstün  tutdu  və  Əlidən  Həsən  və  Hüseyni  və  Hüseyndən  övladlarını 
seçdi ki, dinini bidətçilər və azğınlardan qorusun.”  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə