Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə71/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   67   68   69   70   71   72   73   74   ...   118

 
175 
16. Yenə Səduq “İkmalüd-din”də Əlidən (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: “Məndən 
sonra imamlar on iki nəfərdir. Onların birincisi sən və sonuncusu Qaimdir ki, Allah onun əli 
ilə yerin şərq və qərbini fəth edəcək.”
1
 
17.  Səduq  “Əmali”  kitabında  imam  Sadiqin  (ə),  vasitəsilə  Peyğəmbərdən  nəql  edir:  “Əli 
məndəndir,  mən  Əlidən.  O,  mənim  tinətimdən  (torpağımdan)  yaranmışdır.  Odur  ki,  mənim 
sünnəm  vasitəsilə  xalqın  ixtilaflarını  onlara  aydınlaşdırar.  O,  Əmirəl-möminin,  nurluların  və 
(qiyamətdə) alnı açıqların rəhbəri və övsiyaların ən yaxşısıdır.” 
18.  Səduq  “Əmali”də,  Əlidən  (ə)  nəql  edir  ki,  Peyğəmbər  (s)  buyurub:  “Əli  möminlərin 
əmiridir.  Onun  vilayət  əhdini  Allah  göydə  bağlamış,  mələklərini  ona  şahid  tutmuşdur:  O, 
xəlifə, Allahın höccəti və müsəlmanların imamıdır.” 
19. Yenə Səduq “Əmali”də İbn Abbasdan nəql etmişdir ki, Peyğəmbər (s) Əliyə buyurdu: 
“Ey  Əli,  sən  məndən  sonra  müsəlmanların  imamı,  əmirəl-möminin,  ağüzlülərin  rəhbəri, 
Allahın höccəti, övsiyaların seyyidisən.”  
20. Yenə Səduq “Əmali”də İbn Abbasdan nəql edir ki, Peyğəmbər Əliyə buyurub: “Ey Əli, 
sən ümmətim arasında mənim xəlifəm və mənə nisbətdə Şeysin Adəmə olan nisbəti kimisən.” 
21. Yenə Səduq “Əmali”də Əbuzərdən nəql edir: “Bir gün məsciddə Allahın rəsulunun (s) 
yanında  idik.  Buyurdu:  İndi  qapıdan  bir  şəxs  daxil  olacaqdır  ki,  möminlərin  əmiri  və 
müsəlmanların imamıdır. Birdən Əli ibn Əbu Talib qapıda göründü. Rəsulullah onu qarşıladı, 
sonra üzünü bizə tutub dedi: “O, məndən sonra sizin imamınız və pişvanızdır.” 
22. Səduq “Əmali”də Cabir ibn Abdullah Ənsaridən xəbər vermişdir ki, Allahın rəsulu (s) 
buyurdu: “Əli ibn Əbu Talib İslamda ən qabaqcıl, elm və bilikdə hamıdan daha biliklidir... O, 
məndən sonra imam və xəlifədir.” 
23.  Səduq  “Əmali”də  İbn  Abbasdan  nəql  etmişdir  ki,  Allahın  rəsulu  (s)  buyurdu:  “Ey 
camaat,  kim  Allahdan  artıq  düz  danışandır?  Böyük  Allah  mənə  əmr  etmişdir  ki,  Əlini  sizin 
aranızda hidayət bayrağı, imam, xəlifə və vəsi edim, onu özümə qardaş və vəzir seçim.”  
24.  Səduq  “Əmali”də  Əbu  Əyyaşdan  nəql  etmiş  ki,  Peyğəmbər  (s)  bizə  xütbəsində 
buyurdu:  “Əmim  oğlu  Əli  qardaşım,  vəzirim,  xəlifəm  və  mənim  tərəfimdən olan  göstərişləri 
çatdırandır.” 
25. Səduq “Əmali”də Əmirəl-möminindən (ə) nəql etmişdirki, deyir: Peyğəmbər (s) bir gün 
bizim  üçün  xütbə  oxuyub  buyurdu:  “Ey  insanlar,  Allahın  ayı  sizə  tərəf  üz  tutub...”  Sonra 
Ramazan  ayının  fəziləti  haqqında  sözünü  davam  etdi.  Mən  soruşdum:  Ey  Allahın  rəsulu,  bu 
ayda  ən  yaxşı  iş  nədir?  Buyurdu:  “Pəhriz  və  Allahın  haram  etdiklərindən çəkinmək.”  Ondan 
sonra  ağladı.  Soruşdum:  Ey  Allahın  peyğəmbəri,  ağlamağınıza  nə  səbəb  oldu?  Cavabında 
buyurdu:  “Ağlamağım  ona  görədir  ki,  bu  ayda  sənin  qanının  tökülməyini  halal  hesab 
edəcəklər.
«
 حفيلحخ حو يدْلُو وبحا حو يَّيمصحو حتْنحا ُّيلحع اي
 َّمُا يلحع يـت
في تي
 
ييْهحـن حكيْهحـن حو يرْمحا  حكُرْمحا تيْوحم حدْعحـب حو تيايحح
»
 
Ey 
Əli,  sən  mənim  vəsim,  övladlarımın  atası,  mən  öləndən  sonra  və  sağlığımda  ümmətimə 
xəlifəsən. Sənin əmrin mənim əmrim və səni inkar məni inkar etməkdir.” 
26.  Səduq  “Əmali”də  Əlidən  (ə)  nəql  etmişdir  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Ey  Əli,  sən 
mənim  qardaşım,  mən  də  sənin  qardaşınam.  Mən  nübüvvət  üçün  seçilmişəm,  sən  imamət 
üçün.  Mən  “sahibi-tənzil”,  sən  “sahibi-təvilsən.”  Sən  bu  ümmətin  mürəbbisi  və  atasısan.  Ey 
Əli, sən vəsi, xəlifə, vəzir, variz və mənim övladlarımın atasısan.” 
28.  Səduq  “Əmali”də  Ümmü-Sələmədən,  uzun  bir  hədisdə  nəql  edir  ki,  Peyğəmbər 
buyurdu:  “Ey  Ümmü-Sələmə,  eşit  və  şahid  ol,  Əli  ibn  Əbu  Talib  mənim  vəsim  və  məndən 
sonra  xəlifəm  olacaqdır.  Mənim  vədlərimi  əda  edən  və  düşmənləri  yolumun  üzərindən 
uzaqlaşdırandır.”  
                                                 
1
 Bu hədis və bundan əvvəl verdiklərimizin hamısı “İkmalüd-Din”də 24-cü babın 149-164-cü səhifələrində 
verilib.  


 
176 
29.  Səduq  “Əmali”də  Salman  Farsidən  xəbər  vermişdir  ki,  eşitdim  Allahın  rəsulu  (s) 
buyurdu:  “Ey  mühacir  və  ənsar,  istəyirsinizmi  sizə  elə  şeyi  tanıdım  ki,  məndən  sonra  ona 
arxalanıb,  heç  vaxt  yolunuzdan  sapmayasınız?  Ərz  etdilər:  Bəli,  ey  Rəsulullah  (s).  Buyurdu: 
Bu Əli qardaşım, vəsim, vəzirim, varisim, xəlifəm və sizin imamınızdır. Məni sevdiyiniz kimi 
onu sevin. Mənə ikram və ehtiram etdiyiniz kimi ona ehtiram edin. Cəbrail mənə əmr etmişdir 
ki, bu həqiqəti sizə deyim.” 
30.  Səduq  Əmalidə  Zeyd  ibn  Ərqəmdən  xəbər  vermişdir  ki,  Peyğəmbər  (s)  buyurdu: 
“İstəyirsinizmi sizə bir şeyi göstərim ki, əgər ona arxalansanız heç vaxt həlak və yolu azmış 
olmazsınız?” O vaxt buyurdu: “Sizin imam və vəliniz Əli ibn Əbu Talibdir. Ona arxa və ona 
qarşı  xeyirxah  olun,  onu  təsdiq  edin  ki,  Cəbrail  mənə  bu  xəbəri  yaymağı  (Allah  tərəfindən) 
əmr etmişdir.” 
31. Səduq “Əmali”də İbn Abbasdan xəbər vermişdir ki, Allahın rəsulu (s) buyurdu: 
«
 ُّيلحع اي
لحخ حو تيَّمُا ُمامما حتْنحا
 يدْعحـب اهْيحلحع يـتحفي
»
 “Ey Əli, məndən sonra ümmətimin rəhbər və xəlifisisən.” 
32. Səduq “Əmali”də İbn Abbasdan xəbər vermişdir ki, Allahın rəsulu (s) buyurdu: “Allah 
mənə  vəhy  etdi  ki,  ümmətimin  içərisindən  bir  nəfəri  qardaşım,  varisim,  xəlifəm  və  vəsim 
edim. Soruşdum: Ey Pərvərdigar, o şəxs kimdir? Vəhy gəldi: O səndən sonra ümmətin imamı 
və Mənim höccətimdir. Dedim: Ey Pərvərdigar, o kimdir? Buyurdu: Mənim sevdiyim və Məni 
sevən şəxsdir. Və nəhayət buyurdu: O, Əli ibn Əbu Talibdir.” 
33.  Səduq  “Əmali”də  imam  Sadiqin  (ə),  vasitəsilə  Allahın  rəsulundan  (s)  nəql  etmişdir: 
“Meraca gedəndə Allah, Əli barədə mənə bu sifarişi etdi ki, o pəhrizkarların imamı, nurluların 
rəhbəri və möminlərin sərkərdəsidir...”  
34. Səduq “Əmali”də imam Rzanın (ə), vasitəsilə Peyğəmbərdən (s) xəbər vermişdir: “Əli 
məndəndir  və  mən  Əlidən.  Allah  Əlinin  qatilini  öldürsün,  Əli  məndən  sonra  ümmətin 
imamıdır.” 
35.  Şeyxüt-Taifə  Əbu  Cəfər  Məhəmməd  ibn  Həsən  Tusi  “Əmali”sində  Əmmar  Yasirdən 
nəql  etmiş  ki,  Rəsulullah  (s)  Əliyə  (ə)  buyurdu:  “Allah  səni  elə  zinətlə  bəzəmiş  ki,  heç  bir 
bəndə Allah yanında zinətlərin ən sevimlisi olan belə bir zinətlə bəzənməmişdir, səni dünyada 
“zöhd” zinəti ilə bəzəmiş və elə eləmişdir ki, nə sən dünyadan bəhrə alasan, nə dünya səndən 
bir kam alsın, sənə möhtacların məhəbbətini inayət etmiş və səni elə yaratmışdır ki, onlar sənə 
tabe  olduqlarından  şadsan  və  onlar  da,  sən  imamları  olduğundan  xoşhaldırlar.  Xoş  o  kəsin 
halına ki, səni dost bilir və sənin barəndə sidq və doğruluqla çalışırlar. Vay o şəxsə ki, səninlə 
düşməndir və sənin fəzilətlərini inkar edir!” 
36. Yenə Şeyx Tusi “Əmali”də Əlidən (ə) xəbər vermiş ki, Kufə minbərində buyurdu: “Ey 
camaat, mənim Rəsulullah (s) tərəfdən on xislətim var ki, mənə günəşin işıqlandırdığı hər bir 
şeydən  sevimlidir.”  Həzrət  (s)  mənə  buyurub:  Ey  Əli,  sən  dünyada  və  axirətdə  mənim 
qardaşımsan,  sən  qiyamətdə  mənə  ən  yaxın  adam  olacaqsan.  Behiştdə  mənzilin  mənim 
mənzilimlə üzbəüzdür. Sən mənim varisim, mənim vədlərimi yerinə  yetirən və xanədanımda 
vəsimsən.  Sən  mənim  qeybətim  zamanı  əhlimin  içərisində  məni  qoruyansan.  Sən  mənim 
ümmətimin imamı, rəiyyətim arasında ədalət uğrunda qiyam edənsən. Sənin düşmənin mənim 
düşmənim və mənim düşmənim Allahın düşmənidir.” 
37.  Səduq  “Ən-nüsus”  ələl  əimmə”  kitabında  Həsən  ibn  Əlidən  (ə)  xəbər  vermişdir  ki, 
deyir: Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən mənim elmimin varisi, hikmətlərimin mədəni və 
məndən sonra imamsan.” 
38. Səduq həmin kitabda İmran ibn Həsindən nəql etmiş ki, deyir: Peyğəmbər (s) Əliyə (ə) 
buyurdu: “Sən məndən sonra imam və xəlifəsən.” 
39.  Yenə  Səduq  həmin  kitabında  Əlidən  (ə)  xəbər  vermişdir  ki,  Peyğəmbər  (s)  mənə 
buyurdu:  “Ey  Əli,  sən  Əhli-beytimin  dünyadan  getmiş  adamlarının  vəsisi,  ümmətimin  sağ 
qalanlarına xəlifəsən.” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə