Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə60/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   56   57   58   59   60   61   62   63   ...   118

 
147 
30. Peyğəmbər (s) buyurmuşdur: 
«
 ْسحمْلا  مفي  حبُن حيُ ْنحا ٍدححملا ُّلمحَ لا ُّيلحع اي
كُْيرحغ حو يْيرحغ حدمج
»
 “Ey Əli, 
mən və səndən başqa məsciddə cünub olmaq heç kəsə halal deyildir.”
1
 
Bu hədisə oxşar hədisi Təbərani Ümmü-Sələmədən, Bəzzar Səddən, (o da) Peyğəmbər dən 
(s) nəql etmişdir: “Məsciddə cünub olmaq mən və Əlidən başqa heç kəsə halal deyildir.” 
31. Peyğəmbər (s) buyurmuşdur: 
«
ةحمايمقْلا حموحي تيَّمُا يلحع ٌةَّجُح ًاّيملحع يـنْعحـي اذه حو احنحا
»
 “Mən və bu (Əli), 
qiyamət günü ümmətimə höccətik.” Xətib, Ənəsdən onu nəql etmişdir.
2
 Doğrusu, Əbül-Həsən 
(Əli) Peyğəmbərdən (s) sonra onun vəliəhdi və əmr sahibi olmasa idi, necə höccət ola bilərdi? 
32. Peyğəmbər (s) buyurdu: “Behişt qapısının üstündə yazılmışdır: 
«
 مللها  ُلوُسحر ٌدَّمحُمُ ُللها ّلاما حهلما لا
 مللها  ملوُسحر وُخحا ٌّيملحع
»
 “Tək olan Allahdan başqa məbud yoxdur. Məhəmməd Allahın rəsulu və Əli 
onun qardaşıdır.”
3
 
33. Peyğəmbər (s) buyurdu: “Ərşin üzərində yazılmışdır: “Tək olan Allahdan başqa məbud 
yoxdur. Məhəmməd onun rəsuludur. Ona (s) Əlini arxa və köməkçi etdim.”
4
 
34.  Allahın  rəsulu  (s)  buyurur:  “Nuhun  əzmini,  Adəmin  elmini,  İbrahimin  helmini, 
Musanın zirəkliyini, İsanın zöhdünü görmək istəyən şəxs Əli ibn Əbu Talibə nəzər yetirsin.” 
Beynəqi özünün “Səhih”ində və imam Əhməd Hənbəl “Müsnəd”ində onu nəql etmişdir.”
5
 
35. Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: “Ey Əli, səndə İsadan bir nişanə var. (O da budur) 
yəhudilər  onunla  o  dərəcədə  düşmən  oldular  ki,  anasını  müttəhim  etdilər.  Xristianlar  ona  o 
qədər  məhəbbət  bəslədilər  ki,  malik  olmadığı  mənzilət  və  məqamı  (Allah  məqamını)  ona 
nisbət verdilər.”
6
 
36. Peyğəmbər (s) buyurdu: 
«
لحا
  حو حينساي ُبمحاص يحسيع ليما ُقمباّسلا حو نوُن منحب حعحشوُي ليما ُقباّسلحا ٌةحثلاحث قَّبُّس
 ٍبملاط  بيحا  ُنْب  ٌّيملحع  ٍدَّمحُمُ ليما  ُقمباّسلا
»
  “Sibqət  edənlər  (qabaqda  gedən,  burada  ilk  iman  gətirənlər 
nəzərdə  tutulur)  üç  nəfərdir.  Musaya  ilk  iman  gətirən  Yuşə  ibn  Nun,  İsaya  ilk  iman  gətirən 
“Yasin sahibi”, Məhəmmədə ilk iman gətirən Əli ibn Əbu Talibdir.”
7
 
37.  Peyğəmbər  (s)  buyurdu:  “Siddiqlər  üç  nəfərdir:  Həbib  Nəccar,  Ali-Yasin  mömini  ki, 
dedi:  Ey  camaat,  Allahın  elçilərinə  tabe  olun.  Hizqil,  Ali-Firon  mömini  ki,  dedi: 
                                                 
1
 34-cü məktubda onun izahında yazdığımıza bax və orada haqqında zikr etdiyimiz hədislərə diqqət et. 
2
 “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsinin həmin 2632-ci hədisidir. 
3
  Təbərani  onu  “Əl-övsət”də,  Xətib  “Əl-müttəfəq  vəl-müftərəq”də  nəql  etmişdir.  Necə  ki,  “Kənzül-
Ümmal”ın  6-cı  cildinin  159-cu  səhifəsinin  əvvəlində  verilmişdir  ki,  34-cü  məktubda  göstərdik  və 
tədqiqatçılara faydalı olan məsələləri xatırlatdıq.  
4
 Təbərani “Əl-Kəbir”də və İbn Əsakir Əbil-Həmradan “məruf” şəkildə nəql etmişdir. “Kənzül-Ümmal”ın 6-
cı cildinin 157-ci səhifəsində də verildiyi kimi. 
5
  İbn  Əbil-Hədid  bu  xəbəri  hər  ikisindən  nəql  etmişdir  ki,  “Nəhcül-bəlağənin  şərhi”,  2-ci  cildinin  449-cu 
səhifəsindəki  xəbərlərdən  4-cü  xəbərdir.  İmam  Razi  “mübahilə”  ayəsinin  mənasında  özünün  “Təfsiri-
Kəbir”inin  2-ci  cildinin  228-ci  səhifəsində  onu  vermiş,  onu  müvafiq  və  müxalif  nöqteyi-nəzərindən 
müsəlləm (düzgün)  hədis hesab etmişdir. Bu hədisi İbn Bittə İbn Abbasdan  nəql etmişdir. Necə ki, Qahirə 
sakini Əhməd ibn  Siddiq Həsəni Məğribinin 
«
 ملعلا ةنيدم باب ثيدح ةحص في يلعلا كللما حتف
 ّيلع
»
 kitabının 34-cü 
səhifəsində verilmişdir. “Əli bütün peyğəmbərlərin sirlərini özündə cəmləyəndir” – fikrini etiraf edənlərdən 
olan ariflər şeyxi Mühyiddin Ərəbidən nəql edibdir. Necə ki, arif Şərani “Əl-yəvaqit vəl-Cəvahir” kitabının 
32-ci bəhsinin 172-ci səhifəsində ondan nəql etmişdir. 
6
 Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu vermişdir. 
7
  Təbərani  və  İbn  Mərdəveyh  onu  İbn  Abbasdan,  və  Deyləmi  Ayişədən  nəql  etmişdir  və  bu  “müstəfiz” 
(düzgün) hədislərdəndir. 


 
148 
Pərvərdigarım  Allahdır  –  deyən  şəxsimi  öldürürsünüz?  Və  Əli  ibn  Əbu  Talib  ki,  onların 
hamısından üstün və biliklidir.”
1
 
38.  Peyğəmbər  (s)  Əliyə  (ə)  buyurdu:  “Məndən  sonra,  ümmətim  tezliklə  səninlə  düşmən 
olacaq  və  sən  mənim  ayinimlə  yaşayacaqsan.  Mənim  qanunuma  görə  öldürüləcəksən.  Səni 
sevən  məni  sevmiş,  səninlə  düşmənlik  edən,  mənimlə  düşmənlik  etmişdir.  Tezliklə  saqqalın 
başının  qanına  bulaşacaqdır.”  Və  Əli  (ə)  eyni  buna  oxşarını  Peyğəmbərdən  nəql  etmişdir: 
“Ondan (s) sonra ümmət mənimlə düşmən olacaq.”
2
  
İbn  Abbas  deyir  ki,  Peyğəmbər  (s)  Əliyə  buyurdu:  “Tezliklə məndən  sonra,  məşəqqət  və 
narahatlığa  düçar  olacaqsan.  Ərz  etdi:  O  vaxt  dinim  salamat  olacaqmı?  Buyurdu:  Bəli,  dinin 
salamat olacaqdır.” 
39.  Peyğəmbər  (s)  bir  gün  səhabələrinin  toplanışında  buyurdu:  “Sizin  aranızda  Quran 
təvilinə  əsasən  vuruşan  var,  necə  ki,  mən  onun  tənziminə  əsasən  vuruşdum.”  Camaat 
çiyinlərini  çəkdi.  Əbu  Bəkr  və  Ömər  də  orada  idilər.  Əbu  Bəkr  dedi:  O  şəxs  mənəm? 
Buyurdu: “Yox.” Ömər soruşdu: Mənəm? Buyurdu: “Yox, o şəxsdir ki, çəkmə yamayır (yəni 
Əli və bu zaman o, bir çəkmə yamayırdı).” 
Əbu Səid Xidri deyir: “Əlinin yanına gəldim və ona bu şad xəbəri verdim, heç başını da 
qaldırmadı. Elə bil ki, onu dəfələrlə Allahın rəsulundan (s) eşitmişdi.”
3
 
Ömərin xilafəti zamanı Əbu Əyyub Ənsarinin hədisi
4
 də bunun kimidir və deyir: “Allahın 
rəsulu (s) Əliyə (ə) “nakisinlər” (əhdləri sındıranlar), “qasitinlər” (zalımlar) və “mariqinlər”lə 
(yoldan çıxanlar) mübarizə edib onları öldürmək fərmanını (əmrini) verdi.” 
Əmmar Yasir bir hədisdə deyir ki, Peyğəmbər (s) buyurdu: 
«
  حتْنحا حو ُةحيمغابْلا ُةحئمفْلا حكـُلمتاقُتـحس ُّيلحع اي
 ّنيمم  حسْيحلـحف  ٍذمئحمْوحـي  حكْرُصْنحـي ْحلَ  ْنحمحف  ِّقحْلْا  يحلحع
»
  “Ey  Əli,  tezliklə  üsyançılar  dəstəsi  səninlə  mübarizə 
aparacaqlar.  Amma  sən  düz  yoldasan.  Sənə  kömək  etməyən  məndən  deyil.”
5
  Həmçinin 
Əbuzər  bir  hədisdə  deyir:  Peyğəmbər  buyurdu:  “And  olsun  o  kəsə  ki,  mənim  canım  onun 
əlindədir, sizin aranızda bir kişi var ki, məndən sonra Quranın təvilinə əsasən vuruşacaq, necə 
ki, mən müşriklərlə onun tənzilə əsasən vuruşdum.”
6
 
Həmçinin,  Məhəmməd  ibn  Übeydullah  bir  hədisi  ibn  Əbu  Rafedən,  o  da  atasından,  o  da 
cəddi Əbu Rafedən xəbər vermişdir ki, Peyğəmbər (s) buyurdu: “Məndən sonra, bir qrup Əli 
ilə vuruşacaq. Onlarla cihad etmək ilahi bir vəzifədir. Cihad etmək qüdrətinə malik olmayan 
kəs dili ilə, bundan da aciz olan qəlbi ilə onlarla cihad etməlidir.”
7
 
                                                 
1
 Əbu Nəim və İbn Əsakir Əbu Yəladan “mərfu” şəklində nəql etmiş və İbn Nəccar da İbn Abbasdan mərfu 
şəkildə  vermişdir.  İbn  Həcərin  “Səvaiq”inin  9-cu  babının  2-ci  fəslində,  74-cü  səhifənin  axırında  və  onun 
sonunda vermişdir. 
2
 Bu hədisləri Hakim “Müstədrək”in 3-cü cildinin 140 və 147-ci səhifəsində vermiş, onları düzgün bilmiş və 
Zəhəbi “Təlxis”də Buxari və Müslimin şərtinə əsasən, onun doğruluğunu etiraf etmişdir. 
3
  Hakim  “Müstədrək”in  3-cü  cildinin  122-ci  səhifəsində  onu  vermiş  və  demişdir:  Bu  hədis  “Şeyxeyn”in 
(Buxari  və  Müslim)  şərtinə  əsasən  düzdür.”  Amma  o  ikisi  bunu  nəql  etməmişlər.  Zəhəbi  də  Şeyxeynin 
şərtinə əsasən, onu düzgün bilmiş, bunu “Təlxis”də hədisin nəqlindən sonra demişdir. İmam Əhməd Hənbəl 
bu  hədisi  Əbu  Səid  Xidridən  “Müsnəd”in  3-cü  cildinin  33  və  82-ci  səhifələrində  nəql  etmiş,  Beyhəqi 
“Şöəbül-İman”da,  Səd  ibn  Mənsur  özünün  “Sünən”ində,  Əbu  Nəim  Hilyədə  və  Əbu  Yəla  “Sünən”də  onu 
vermiş ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindəki həmin 2585-ci hədisidir. 
4
 Hakim 139-cu səhifədə onu iki təriqlə nəql etmiş və həmçinin sonrakı hədis “Müstədrək”in 3-cü cildində 
gəlmişdir. 
5
 İbn Əsakir nəql etdiyi kimi, o hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindədir. 
6
 “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində olduğu kimi Deyləmi onu vermişdir. 
7
  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  155-ci  səhifəsində  olduğu  kimi,  Təbərani  onu  “Kəbir”  kitabında 
vermişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə