Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə63/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   59   60   61   62   63   64   65   66   ...   118

 
155 
ƏLLİ DÖRDÜNCÜ MƏKTUB 
18 Məhərrəm 1330 
“Qədir” hədisinin bir hissəsinə işarə. 
 
Təbərani və başqaları düzgünlüyünə inandıqları
1
 sənədlə Zeyd ibn Ərqəmdən nəql etmişlər 
ki,  Peyğəmbər  (s)  Qədir-xumda,  ağacların  altında  xütbə  oxuyub,  buyurdu:  “Ey  insanlar,  az 
qalmışdır Allahın yanına dəvət olunum və bu dəvətə müsbət cavab verim.
2
 Mən məsulam və 
sual  haqqında  qərar  qəbul  edəcəyəm.
3
  Siz  də  məsulsunuz  və  dindiriləcəksiniz.
4
  Orada  nə 
deyəcəksiniz?  Dedilər:  Şahidlik  edəcəyik  ki,  risaləti  təbliğ  etdiniz,  cihad  etdiniz,  nəsihət 
etdiniz, Allah sizə yaxşı mükafat versin. Peyğəmbər (s) buyurdu: Məgər sizin şəhadətiniz bu 
deyilmi ki, 
«
هُلوُسحر حو ُهُدْبحع ًادّمُمُ َّنما حو ُللها ّلاما حهلا م لا
»
 və belə deyilmi ki, behişt və cəhənnəm, ölüm və 
ölümdən  sonra  həyat  haqqdır?  Qiyamət,  şübhəsiz  olacaqdır  və  Allah  ölənləri  qəbirdə 
dirildəcəkdir?  Dedilər:  Bəli,  ona  şahidlik  edəcəyik.
5
  Bu  zaman  Peyğəmbər  (s)  ərz  etdi:  Ey 
Allah, şahid ol. Sonra buyurdu: Ey insanlar, Allah mənim mövlamdır və mən də möminlərin 
mövlasıyam və mən onların özündən onlara yaxınam.
6
 
«
 ُهاداع ْنحم مداع حو ُهلااو ْنحم  ملاو َّمُهللحا ًاّيملحع يـنْعحـي ُهلاْوحم اذهحف ُهلاْوحم ُتْنُك ْنحمحف
»
 
Mən hər kəsin mövlasıyamsa, 
bu (Əli) onun mövlasıdır. Ey Pərvərdigar, onu sevəni sev, ona düşmən olana düşmən ol! Sonra 
buyurdu:  Ey  camaat,  mən  sizdən  əvvəl  gedirəm  və  siz  Kövsər  hovuzunun  kənarında  mənim 
yanıma daxil olacaqsınız. Onun uzunluğu Busra (Şam şəhərlərindən biri) ilə Səna arasındakı 
fasilədən  çoxdur.  Bu  hovuzun  kənarında  ulduzların  sayı  qədər  gümüş  qablar  mövcuddur. 
                                                 
1
  Sünnilərin  tanınmış  şəxsiyyətlərindən  bir  qrupu  onun  düzgünlüyünü  təsdiq  etmişlər.  Hətta,  İbn  Həcər 
“Səvaiq”  kitabının  1-ci  babının  5-ci  fəslinin  25-ci  səhifəsində  Təbərani  və  başqalarından  nəql  etdiyi 
şübhələrdən 11-ci şübhədə onun doğruluğunu etiraf etmişdir. 
2
 Özünün rehlət (vəfat) xəbərini verdi ki, Allahın əhdini təbliğ etmək vaxtı çatmışdır, özündən sonra xəlifə 
təyin  etməlidir  və  onu  təxirə  sala  bilməz.  Çünki  ola  bilər  ki,  ümmətin  ehtiyacı  olan  bu  işin  bünövrəsini 
möhkəmləndirmədən əvvəl bu dəvət yerinə yetirilə (o həzrət vəfat edə). 
3
  Qardaşının  xəlifəliyə  elanı  ilə  irəli  keçmək  istəyənlərə,  həsəd  aparanlara,  kinlilərə  və  nifaq  əhlinə  ağır 
olduğunu  bilərək,  Peyğəmbər  (s)  istədi  onu  bu  şəkildə  (bir-başa  elan  etmədən)  təbliğ  etsin  ki,  onların 
qəlblərini  yavaş-yavaş  yumşaltsın,  onların  pis  sözləri  və  bəd  əməllərini  azaltsın.  Bu  şəkildə  onlara  dedi: 
“Mən  məsulam”.  Halbuki  bildirdi  özü  yalnız  məmurdur,  onlardan  sorğu-sual  olunacaq.  Bunu  Vahidi 
“Əsbabun-Nüzul” kitabında vermiş və demişdir: Bu ayə –
 
 حكِّبَّر نمم  حكْيحلمإ  حلمزنُأ احم ْغِّلحـب ُلوُسَّرلا احهُّـيحأ احي
 Qədir-xum günü 
və Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. 
4
 Ola bilsin, o həzrətin “Siz də məsulsunuz və dindiriləcəksiniz”-dən məqsədi Deyləmi və başqalarının nəql 
etdikləri  mətləbə  işarədir.  Belə  ki,  “Səvaiq”  və  başqa  kitablarda  vardır  ki,  İbn  Səid  deyir:  “Peyğəmbər  (s) 
buyurdu  ki,  bu  ayənin 
 ْسَّم مُهَّـنمإ  ْمُهوُفمقحو
 حنوُلوُئ
  (Onları  məhşər  günü  dayandırın  ki,  dindirilməlidirlər)  –  təfsiri 
budur:  Onları  dayandıran  ki,  Əlinin  vilayəti  haqqında  dindiriləcəklər.”  İmam  Vahidi  də  demişdir:  “Onlar 
Əlinin  vilayəti  və  Əhli-beyt  haqqında  dindiriləcəklər.  Buna  görə  Peyğəmbərin  (
نولؤسم  مكنا
)  “siz 
məsulsunuz”-dan məqsədi vilayət və o həzrətin vəsiyyəti ilə müxalif olanların təhdidi olmuşdur.” 
5
  Bu  xütbə  haqqında  fikirləş.  Hər  kəs  dərindən  düşünsə  anlayar  ki,  məqsəd  şiənin  dediyi  kimi,  Əlinin 
vilayətinin üsuli-dindən olmasını çatdırmaqdır. Çünki o həzrət soruşmuşdu: Məgər siz şəhadət vermirsinizmi 
ki,  Allahdan  başqa  bir  məbud  yoxdur  və  Məhəmməd  (s)  onun  qulu  və  rəsuludur?  Sonra  sözünə  davam 
edərək  istəmişdir  ki,  qiyamət  və  ölülərin  dirilməsinə  mötəqid  olduqlarını  etiraf  etsinlər  və  nəhayət,  vilayət 
məsələsini qarşıya qoymaqla elan etmişdir ki, bu da eynilə yuxarıda iqrar etdiklərinizlə bir səviyyədədir. Bu 
isə nitq üslubu və deyiliş tərzindən tanış olanlar üçün çox aydın məsələdir. 
6
 Məqsəd budur ki, Allah mənim barəmdə ölçü götürməyə məndən daha layiqdir, mən möminlər barədə ölçü 
götürməyə onların özlərindən daha layiqəm və mən möminlərə qarşı necəyəmsə, Əli (ə) də onlara o cürdür. 


 
156 
Mənimlə orada görüşəndə, sizdən “səqəleyn” haqqında soruşacağam ki, məndən sonra onlarla 
necə  rəftar  etmisiniz.  Onlardan  biri  “siqli-əkbər”  –  Allahın  kitabıdır  ki,  bir  ucu  Allahın 
“əlində”, birisi isə sizin ixtiyarınızdadır. Ondan yapışın ki, yolunuzu azmayasınız. O birisi isə 
“yaxınlarımdır” (Əhli-beytim). Allah-taala məni agah edibdir ki, bu ikisi Kövsər hovuzunun 
kənarında mənim yanıma daxil olana qədər bir-birindən ayrılmayacaqlar.”
1
 
Hakim  “Müstədrək”də
2
  “Mənaqibi-Əli”də  Zeyd  ibn  Ərqəmdən  (Buxari  və  Müslimin 
şərtinə əsasən) iki düzgün təriqlə nəql etmişdir: “Allahın rəsulu (s) “həccətül-vida”dan qayıdıb 
Qədir-xuma  yetişəndə  əmr  verdi  ki,  orada  ağacların  altını  süpürsünlər.  Sonra  buyurdu:  Mən 
(haqqa tərəf) dəvət olunmuşam və onu qəbul etmişəm. Mən iki qiymətli şeyi sizin  yanınızda 
qoyuram:  Allahın  Kitabı  və  Əhli-beytim.  Görün,  məndən  sonra  onlarla  necə  rəftar 
edəcəksiniz.  Kövsər  hovuzunun  kənarında  mənim  yanıma  gələnə  qədər  bu  ikisi  bir-birindən 
ayrılmayacaqdır.”  Sonra  buyurdu:  “Böyük  və  əzəmətli  Allah  mənim  mövlamdır  və  mən  hər 
bir  möminin  mövlasıyam.”  Sonra  Əlinin  əlindən  tutdu  və  buyurdu: 
«
هُّيـملحو اذحهحـف ُهلاْوحم  ُتْنُك  ْنحم
»
 
“Mən  hər  kimin  mövlasıyamsa,  bu  (Əli)  onun  mövlasıdır.  Ey  böyük  Allah,  onu  sevəni  sev, 
ona  düşmənlik  edənə  düşmən  ol.”  O,  hədisi  bütünlükdə  zikr  etmiş,  amma  Zəhəbi  “Təlxisi-
Müstədrək”də onun ardını verməmişdir.  
Hakim  yenidən  onu  “Müstədrək”in  “Zeyd  ibn  Ərqəm  babı”nda
3
  xatırlamış  və  onun 
düzgünlüyünü  təsrih  etmişdir.  Zəhəbi  də  “Təlxis”  kitabının  o  babında  bu  həqiqəti  –öz 
inadkarlığına  baxmayaraq–  təsrih  etmişdir.  İmam  Əhməd  Hənbəl  Zeyd  ibn  Ərqəmdən
4
  belə 
nəql etmişdir: “Peyğəmbər (s) ilə bir vadiyə varid olduq ki, ora Qədir-xum adlanırdı. Namaz 
əmri  verildi  və  o  bərk  istidə  namaz  qıldı.  Sonra  oradakı  ağacın  üstünə  bir  parça  saldılar  ki, 
Peyğəmbər (s) üçün kölgə olsun. O həzrət, bizim üçün xütbə oxudu və buyurdu: Məgər bilmir 
və şəhadət vermirsinizmi ki, mən hər bir möminin mövlasıyam? Dedilər: Bəli! Buyurdu: Bəs 
elə  isə,  mən  hər  kəsin  mövlasıyamsa,  Əli  onun  mövlasıdır.  Ey  Pərvərdigar,  onu  sevəni  sev, 
ona düşmən olana düşmən ol.” 
Nisai  Zeyd  ibn  Ərqəmdən
5
  nəql  etmişdir  ki,  Peyğəmbər  (s)  “həccətül-vida”dan  qayıdıb 
Qədir-xuma daxil olanda buyurdu ki, orada ağacların altını süpürsünlər. Ondan sonra buyurdu: 
“Mən  (haqq  tərəfə)  dəvət  olunmuşam  və  dəvəti  qəbul  etmişəm.  Mən  sizin  yanınızda  iki 
qiymətli  və  əziz  şey  qoyuram:  Allahın  kitabı  və  Əhli-beytim.  Baxın,  görün  məndən  sonra 
onlarla necə rəftar edəcəksiniz! Onlar Kövsər hovuzunun yanında mənim yanıma gələnə qədər 
bir-birlərindən  ayrılmayacaqlar.  Sonra  buyurdu:  Allah  mənim  mövlamdır  və  mən  hər  bir 
möminin  mövlasıyam.  Sonra  Əlinin  əlindən  tutub  dedi:  Mən  hər  kəsin  mövlasıyamsa,  bu, 
onun mövlasıdır. Ey Pərvərdigar, onu sevəni sev, ona düşmən olana düşmən ol.” 
Əbu Tüfeyl deyir: “Zeydə dedim: Bunu Allahın rəsulundanmı eşitdin?
6
 Cavab verdi: Orada 
elə  bir  adam  yox  idi  ki,  onu  gözləri  ilə  görməsin  və  bu  sözləri  qulaqları  ilə  eşitməsin.”  Bu 
                                                 
1
 Bu Təbərani, İbn Cərir, Hakim vəTirmizinin Zeyd ibn Ərqəmdən nəql etdikləri hədisin ləfzinin eynidir. İbn 
Həcər  və  başqaları  da  Təbəranidən  gördüyünüz  kimi  onu  nəql  etmişlər  və  onu  Müslim  düzgün  bilmişdir. 
“Səvaiq”in 25-ci səhifəsinə baxın. 
2
 3-cü cild, səh. 109. 
3
 3-cü cild, səh. 533. 
4
 “Müsnəd”, 4-cü cild, səh. 372. 
5
 “Xəsaisül-Ələviyyə”nin 21-ci səhifəsində 
«
 ُتْنُك ْنحم
هّيـلو
 
هُّيـملحو اذحهحـف
»
-dən söhbət etdiyi yerdə. 
6
 Əbu Tüfeylin sualından belə anlaşılır ki, o,  bu ümmətin işindən təəccüblənib ki, “qədir” hadisəsi ola-ola, 
Əlini (ə) necə kənar ediblər? Guya, o, bu rəvayətə şübhə edir. Çünki Zeyddən eşidəndə soruşur ki, görəsən 
özü eşidibdir, ya yox. Zeyd o qədər adamların olmasına baxmayaraq cavab verir ki, hətta orada bir nəfər belə 
yox  idi  ki,  gözləri  ilə  onu  görməsin  və  qulaqları  ilə  eşitməsin.  Bu  vaxt  Əbu  Tüfeyl  başa  düşür  ki,  xilafət 
məsələsi şair Kümeytin dediyi kimidir: 
 
«
مخ ريدغ حود حودلا موي و  اعيطُا ول ةفلالا هل حنابا  اموي مويلا كاذ لثم رأ لَو
»
 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə