Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə61/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   57   58   59   60   61   62   63   64   ...   118

 
149 
Əxzər Ənsari deyir: “Peyğəmbər (s) buyurdu: “Mən Quranın tənzilinə əsasən vuruşuram və 
Əli onun təvilinə əsasən vuruşacaq.”
1
 
40. Peyğəmbər (s) buyurdu: 
«
اي 
 مللهامب ًانايما ْمُُلََّوحا حتْنحا ٍعْبحسمب حساّنلا ُممصْحتُ حو يدْعحـب حةَّوُبُـن لاحف مةَّوُبُّنلامب حكُممصْخحا ُّيملحع
ةّيمزحم مللها  حدْنحع  ْمُهُمحظْعحا  حو ةَّيمعَّرلا  مفي مُُلَحدْعحا  حو مةّيموَّسلامب مُهُمحسْقحا مللها مدْهحعمب مُهاحفوحا  حو
»
  “Ey  Əli,  mənim  sənə  olan 
imtiyazım  yalnız  nübüvvətimdir.  Məndən  sonra  nübüvvət  və  peyğəmbərlik  yoxdur.  Sənin 
camaat  qarşısında  yeddi  imtiyazın  var.  Birinci  şəxssən  ki,  Allaha  iman  gətirmişsən,  Allahın 
əhdinə  hamıdan  artıq  əməl  edənsən,  Allahın  əmrlərində  hamıdan  möhkəmsən,  Beytül-malın 
bölünməsində  bərabərliyə  daha  çox  riayət  edənsən,  rəiyyətə  qarşı  hamıdan  çox  adilsən, 
mühakimədə  daha  gözüaçıq  və  məziyyətlərdə  (üstünlüklərdə)  Allahın  yanında  hamıdan 
üstünsən.”
2
 
Əbu  Səid  Xidridən  yetişmişdir  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Ey  Əli,  sənin  yeddi  xislətin 
vardır  ki,  heç  kəs  sənin  tayın  deyil.  Sən,  Allaha ilk  iman  gətirən,  onun  əhdinə  daha  vəfadar, 
əmrinə  hamıdan  artıq  əməl  edən,  rəiyyətə  qarşı  daha  ədalətli,  mühakimədə  daha  xəbərdar, 
məziyyətlərdə hamıdan üstünsən...” 
Yazmağı əhd etdiyim qırx hədis bunlar idi. Amma bunlardan başqa da çoxlu hədislər vardır 
ki,  onları  geniş  surətdə  vermək  imkanı  yoxdur.  Onlar  da  həmin  “sünən”  kimi  bir-birləri  ilə 
bağlı və həmahəngdir, hamısı bir mənanı bildirirlər. O da budur ki, Əli bu ümmətdə Allahın 
rəsulundan sonra ikincidir və Peyğəmbərdən (s) sonra bu ümmətin rəhbərliyi (Peyğəmbər (s) 
kimi)  Əli  ilədir.  Beləliklə,  bunlar  o  sünnələrdəndir  ki,  söz  ardıcıllığına  malik  olmasalar  da, 
məna ardıcıllığına malikdirlər və elə buna görə də sənin üçün qəti, aydın bir dəlil və höccətdir. 
Vəssalam. 
“Ş” 
 
 
 
 
 
                                                 
1
  O,  İbn  Əbu  Əxzərdir.  İbn  Səkən  onu  yad  etmiş  və  bu  hədisi  ondan  (Haris  ibn  Həsirə  təriqiylə)  Cabir 
Cöfidən,  o  da  İmam  Baqirdən  (ə),  o  da  atası  Zeynəlabidindən  (ə),  o  da  Əxzərdən,  o  da  Peyğəmbərdən  (s) 
nəql  etmişdir.  İbn  Səkən  demişdir:  “O,  səhabələr  arasında  məşhur  deyildir.  Hədisin  sənədləri  şubhəlidir.” 
Bunların hamısını Əsqəlani “Əl-İsabə” kitabında Əxzərin şərhi-halında zikr etmişdir. Darü-Qütni bu hədisi 
“Əl-İfrad”da vermiş və demişdir: “Bu hədisi yalnız Cabir Cöfi zikr etmiş və o, rafizidir.” 
2
 Əbu Nəim bu hədisi Məazdan və ondan sonrakı hədisi Əbu Səiddən “Hilyətül-Övliya”da vermişdir. Hər iki 
hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində mövcuddur. 


 
150 
QIRX DOQQUZUNCU MƏKTUB 
11 Məhərrəm 1330 
Əlinin (ə) fəzilətlərinə etiraf. 
Onun fəzilətləri xilafətə vəsiyyət üçün səbəb deyildir. 
 
1.  İmam  Əbu  Abdullah  Əhməd  Hənbəl  deyir:  “Peyğəmbərin  əshabələrinin  heç  biri 
haqqında Əli ibn Əbu Talib (ə) qədər Allahın rəsulu (s) tərəfindən fəzilət nəql olmamışdır.”
1
 
İbn  Əbbas  demişdir:  “Heç  bir  kəs  haqqında  Əliyə  (ə)  aid  olan  qədər  Quran  ayəsi  nazil 
olmamışdır.”
2
  Digər  bir  hədisdə  demişdir:  “Əli  haqqında  300  Quran  ayəsi  nazil  olmuşdur.”
3
 
Yenə  demişdir:  Harada  Allah 
اونمآ  نيذلا  اهيا  اي
  –  ayəsini  buyurmuşdursa,  Əli  onun  əmiri  və 
şərəfidir.”
4
  
Allah  Quranın  çox  ayələrində  Məhəmməd  (s)  əshabələrini  məzəmmət  etmiş,  amma  Əlini 
yaxşılıqdan başqa cür yad etməmişdir. Abdullah ibn Əyyaş ibn Əbu Rəbi deyir: “Əli haqqında 
elm və bilik baxımından nə istəyirsən, tam inamla de. Onun İslamda parlaq bir keçmişi vardır, 
Allahın  rəsulunun  (s)  kürəkənidir.  Onun  dini  başa  düşməkdə,  döyüşdə  qələbə  çalmaqda  və 
əliaçıqlıqda tayı-bərabəri yoxdur.”
5
 
İmam  Əhməd  ibn  Hənbəldən  Əli  və  Müaviyə  haqqında  soruşulduqda,  cavab  vermişdir: 
“Əlinin (ə) düşməni çox idi. Düşmənləri elə bir şeyin daim axtarışında və təftişində idilər ki, 
onun vasitəsilə Əlidə (ə) eyib tutsunlar. Amma,
6
 heç bir eyib tapa bilmədilər. Elə buna görə də 
onunla  mübarizə  edən  Müaviyənin  haqqında  mədh  və  təriflər  qoşdular.  Bu  bir  plan  idi  və 
beləliklə, Əlini sarsıtmaq istəmişlər.”  
Qazi  İsmayıl,  Nisai,  Əbu  Əli  Nişaburi  və  başqaları  demişlər:  “Səhabələrin  heç  birinin 
fəzilət  və  bacarıqları  haqqında  Əlinin  fəzilətləri  qədər  doğru  sənədlərlə  məlumat 
çatmamışdır.”
7
 
2.  Bu  bir  həqiqətdir  ki,  onda  heç  bir  irad  yoxdur.  Amma  burada  bir  sual  vardır  ki,  o 
həzrətin  xilafətə  gəlməsi  barədə  Peyğəmbər  (s)  vəsiyyət  etmişdir,  ya  yox?  Nəql  etdiyiniz 
rəvayətlər bu barədə aydın və dəqiq sənəd deyildir.  
Bu  düzdür  ki,  İmam  hesaba  sığmayan  xüsusiyyət  və  fəzilətlər  sahibidir.  İnanırıq  ki,  o 
həzrət  daha  yüksək  mədhə  layiqdir  və  bu  haqda  dediklərinizdən  neçə  bərabər  artıq  zikr 
etmişlər. Əlbəttə, onlarda imamətə işarə də vardır. Amma, bildiyiniz kimi, sadəcə işarə ilə əhd, 
vəsiyyət və rəhbərlik tamam başqa bir şeydir. Vəssalam. 
“S” 
                                                 
1
 Hakim “Müstədrək”in 107-ci səhifəsində onu vermiş və Zəhəbi “Təlxis”də onu təqib etməmişdir. 
2
 İbn Əsakir və başqa “sünən” sahibləri onu vermişdir. 
3
 İbn Əsakirin verdiyi hədisdir. 
4
 Təbərani, İbn Hatəm və “sünən” yazan başqa bir qrup onu vermişlər. İbn Həcər onu nəql etmiş və əvvəlki 
üç hədisi də “Səvaiq”in 9-cu babının 3-cü fəslinin 76-cı səhifəsində nəql etmişdir. 
5
  Xəbər  əhli  və  “sünən”  yazanlar  onu  İbn  Əyyaşdan  nəql  etmişlər  və  bunu  “Səvaiq”də  (əvvəldə  işarə 
etdiyimiz yerdə) görə bilərsiniz. 
6
 Sələfi “Ət-tüyuriyyat” kitabında və İbn Həcər “Səvaiq”də, əvvəl göstərdiyimiz yerdə onu nəql etmişdir. 
7
  Bu  nəzərlər  müxtəlif  şəkildə  onlardan  çatmış  və  İbn  Həcər  “Səvaiq”in  2-ci  fəslinin  9-cu  babının  72-ci 
səhifəsinin əvvəlində onu nəql etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə