Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə56/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   52   53   54   55   56   57   58   59   ...   118

 
135 
3. İmam Təbərsi “Məcməül-bəyan”da bu ayənin təfsirində xatırlamışdır ki, cəmin Əmirəl-
mömininə  aid  edilməsinin  səbəbi  o  həzrətə  ehtiram  və  təzim  əlamətidir.  Çünki  lüğət  tərtib 
edənlər müfrədi cəm halında təzim və ehtiram məqsədilə də işlədirlər və əlavə etmişdir ki, bu 
həqiqət o dərəcədə şöhrət tapmışdır ki, dəlilə ehtiyacı yoxdur.  
4.  Zəməxşəri  “Kəşşaf”  təfsirində  başqa  bir  məna  incəliyini  xatırladaraq  deyir:  “Əgər 
soruşsan  cəm  sözü  necə  olur  ki,  yalnız  Əliyə  (ə)  aid  olur?  Deyərəm:  Baxmayaraq  ki,  əməl 
yalnız  bir  nəfərin  əməlidir,  amma  cəm  halda  ona  görə  işlənmişdir  ki,  camaat  onun  əməlinə 
doğru  təşviq  olunsun,  Allah  tərəfindən  onun  nail  olduğu  şeylərə  onlar  da  nail  olsunlar.  Ona 
görə belə deyilib ki, möminləri yaxşılığa, ehsana, fəzilətə çatmağın vacibliyindən agah etsin. 
Yəni, vacib bir iş qarşıya çıxarsa, təxirə salmasınlar, hətta namazda olsalar belə. 
5. Mən deyirəm: Mən daha gözəl və dəqiq bir incəlik bilirəm. O da bundan ibarətdir ki, bu 
ayə müfrəd yox, cəm halında ona görə işlənmişdir ki, bu həqiqətin özü Allah nahiyəsindən bir 
sıra  adamlar  üçün  rəhmət  və  mərhəmətdir.  Belə  ki,  Əli  (ə)  haqqında  pis  danışanlar,  Bəni 
Haşim  düşmənləri,  münafiqlər,  paxıllar  və  özləri  qabağa  düşmək  istəyənlərin  bu  həqiqəti 
müfrəd  halında  eşitməyə  taqətləri  yox  idi.  Çünki  bu  halda  həqiqəti  gizlətmək,  onu  azdırmaq 
üçün yer qalmırdı və bu vəziyyətdə –öz qərəzlərindən naümid olduqları üçün– onlar tərəfindən 
İslama dəhşətli bir zərbə dəyə bilərdi. Ona görə də tək şəxsə mənsub olmasına baxmayaraq, 
vəziyyətdən  çıxış  yolu  məqsədi  ilə  cəm  halında  işləndi.  Sonra  bir-birinin  ardınca  müxtəlif 
ibarətlər, “nəss”lər və izahlar bir çox məqamlarda (o həzrət tərəfindən) bəyan oldu ki, vilayət 
işini xalqın arasında tədricən yaysın. (Və bu elə belə də davam edirdi,) nəhayət, Allah dinini 
kamilləşdirdi və bütün nemətləri sona yetirdi. Bu həqiqəti çatdırmaqda Peyğəmbərin (s) üsulu, 
camaata  çətin  məsələləri  aşılamaq  işində  dəqiqliyi  eynilə  hikmət  sahiblərinin  rəftarına 
bənzəyir. Əgər ayə müfrəd (tək) halında işlənsəydi, ona heç vaxt qulaq asmaz, barmaqları ilə 
qulaqlarını tutar, qürur və təkəbbür ilə ondan üz döndərərdilər.  
Belə  məna  incəliyi  yalnız  bu  ayəyə  məxsus  deyil,  Qurani-kərimin  bütün  ayələrindəki 
Əlinin  və  Əhli-beytin  (ə)  fəzilətlərinə  aid  olan  yerlərdə  eynidir  və  bu  da  gizli  deyildir.  Bu 
məsələləri  biz  “Səbilül-möminin”  və  “Tənzilül-ayat”  kitablarımızda  qəti  və  aydın  dəlillərlə 
aydınlaşdırmışıq. 
“Ş” 


 
136 
QIRX ÜÇÜNCÜ MƏKTUB 
4 Məhərrəm 1330 
Ayələrin məfhumunu (siyaq) “vəli” sözünü “mühibb” və buna oxşar sözlərin mənasına 
dəlalət etdiyini göstərir. 
 
Allah atana rəhmət eləsin! Şübhənin kökünü və ona təhrik edəni yox etdin! Şübhəni məhv 
etdin! Həqiqi haqqı aşkar etdin! Bir cəhəti çıxmaq şərti ilə başqa heç nə qalmır. O da bundan 
ibarətdir  ki,  deyilir:  Ayə  kafirlərin  hökmranlığı  və  dostluğunun  nəhyi  tərzindədir.  Yəni  o 
ayələrdəndir ki, müsəlmanlara kafirləri özlərinə vəli və dost tutmağa icazə vermir və şahidi bu 
ayənin əvvəli və sonrasıdır. Və bu ayədə “vəli” sözündən məqsədin “nəsir”, “mühib”, yaxud 
“sədiq”  və  başqa  bu  kimi  sözlər  olması  daha  uyğundur.  Bunun  cavabı  nədir?  Lütfən  bəyan 
edin. Vəssalam. 
“S” 


 
137 
QIRX DÖRDÜNCÜ MƏKTUB 
5 Məhərrəm 1330 
1. Ayənin məfhumu “nəsir” və ona bənzər sözlərin mənasına dəlalət etmir. 
2. Ayənin məfhumu dəlillər ilə müxalif ola bilməz. 
 
1.  Cavab:  Ayə,  göründüyü  kimi,  özündən  əvvəlki  ayələrdən  (kafirlərin  vilayət  və 
dostluğunu inkar edən ayələrdən) fərqli və o ayələrin quruluşundan kənardır. Aşkar. Əmirəl-
möminini  mədh  edir,  çünki  bu  ayələrdə  Əmirəl-mömininin  və  Əhli-beytin  üstünlüklərindən, 
onun  imamət  və  rəhbərliyə  layiq  olmasından  və  qüdrəti  qarşısında  mürtədləri  təhdid 
etməsindən bəhs edir və onları onun qüdrəti vasitəsi ilə qorxudur. Sübutu da odur ki, bu ayə, 
bəhs etdiyimiz ayədən əvvəl gəlmişdir: 
 ْمُهُّـبمَُ ٍمْوحقمب ُهّللا  متيْأحي حفْوحسحف مهمنيمد نحع ْمُكنمم َّدحتْرحـي نحم ْاوُنحمآ حنيمذَّلا احهُّـيحأ احي
هّللا  مليمبحس  مفي  حنوُدمهاحُيُ  حنيمرمفاحكْلا ىحلحع ٍةَّزمعحأ  حينمنممْؤُمْلا ىحلحع ٍةَّلمذحأ ُهحنوُّبمَُحو
...
  “Ey  iman  gətirənlər,  sizlərdən  kim 
dinindən  dönsə,  tezliklə  Allah  bir  qövmü  gətirəcək  ki,  Allah  onları  sevir,  onlar  da  Allahı 
sevirlər.  (Bu  qövm)  möminlər  qarşısında  itaətkar  və  kafirlər  qarşısında  güclü  və  qüvvətlidir. 
Allah yolunda cihad edirlər və məlamət (acı söz) edənin məlamətindən qorxmurlar. Bu, Allah 
fəzlidir, onu kimə istəsə verir. Allahın lütfü vüsətli və O, (hər şeyi) biləndir.”
1
 
Bu  ayə  “Əmirəl-möminin”ə  aiddir  və  onun  və  əshabəsinin  qüdrəti  ilə  müxalifləri 
qorxudur.
2
  Belə  ki,  Əmirəl-möminin  (ə)  özü  “Cəməl”  döyüşü  günü  və  imam Baqir  və  imam 
Sadiq  (ə)  bu  mətləbə  işarə  buyurmuşlar.  Sələbi  öz  təfsirində  onu  söyləmiş  və  “Məcməül-
bəyan”  müəllifi  onu  Əmmardan,  Hüzəyfədən  və  İbn  Abbasdan  nəql  etmişdir.  Bu  haqda 
şiələrin  fikri  eynidir.  Pak  Əhli-beyt  (ə)  imamları  təriqi  ilə  bu  barədə  doğru  və  mütəvatir 
xəbərlər çatmışdır.  
Buna  görə  də  “vilayət”  ayəsi  o  həzrətin  vilayətinə  və  imamətinin  vacibliyinə  işarə 
olunandan  sonra  (ondan  əvvəlki  ayədə  deyilib)  gəlmişdir  və  vilayət  ayəsi  əvvəlki  ayədə 
deyilmişlərin və keçmişə işarənin şərhidir. Buna görə də necə demək olar ki, bu ayə kafirlərin 
vilayəti və dostluğunu qadağan edən ayələrin tərzində gəlmişdir. 
2. Bundan əlavə, Allahın rəsulu (s) Əhli-beyt imamlarını Quranın səviyyəsində tutmuş və 
elan  etmişdir  ki,  bu  ikisi  bir-birindən  ayrılmayacaqlar.  Deməli,  onlar  Quran  ilə  bərabər 
səviyyəlidirlər,  doğru  yolu  onların  vasitəsilə  tanımaq  olar.  Biz  mütəvatir  şəkildə  gördük  ki, 
onlar bu ayə vasitəsilə o həzrətin xilafət və vilayəti üçün dəlillər gətirirlər və “vəli”nin təfsirini 
elə  müəyyənləşdirmişlər  ki,  biz  də  onu  dedik.  Buna  görə  də  əgər  ayənin  deyilmə  tərzinin 
(siyaq) onların “nəss”ləri ilə uyğun olmamasını fərz etsək və təslim olsaq, onun qədr-qiyməti 
                                                 
1
 “Maidə”, 54-cü ayə. 
2
 Bu, Peyğəmbərin buyurduğu sözə bənzəyir: “Ey Qüreyş dəstəsi, Allah sizin yanınıza bir nəfəri göndərənə 
qədər öz işinizdən əl çəkməyəcəksiniz. Allah onun qəlbini iman ilə doldurmuşdur, o sizin boynunuzu vurar, 
siz də qoyun sürüsü kimi onun qabağından qaçarsınız.” Əbu Bəkr boynunu uzatdı ki, o mənəm! Peyğəmbər 
(s)  buyurdu:  Yox.  Ömər  dedi:  Mənəm?  Buyurdu:  Yox,  o  kəsdir  ki,  çarığını  yamayar.  Bu  zaman  Allahın 
rəsulunun çarığı Əlinin əlində idi və onu tikirdi.” “Sünən” yazanların çoxu bu hədisi nəql etmişlər. Bu hədis 
“Kənzül-Ümmal”ın  6-cı  cildinin  393-cü  səhifəsinin  əvvəlində  610-cu  hədisdir.  Buna  oxşar  hədislərdən 
Peyğəmbərin  söylədiyi  bu  hədisdir:  “Sizin  aranızda  elə  adam  vardır  ki,  Quran  təvilinə  (anlayış,  izahat) 
əsasən  mübarizə  edər,  necə  ki,  mən  Quran  tənzilinə  əsasən  mübarizə  etdim.  Əbu  Bəkr  dedi:  Mənəm? 
Buyurdu:  Xeyr,  o  kəsdir  ki,  hücrədə  çarığa  yamaq  vurur.  Əli  evdən  çıxdı.  Peyğəmbərin  (yamaq  vurduğu) 
çarığı əlində idi.” İmam Əhməd Hənbəl  “Müsnəd”də onu  Əbu Səddən nəql etmiş. Hakim ”Müstədrək”də, 
Əbu  Yəla  “Müsnəd”də  və  bir  çox  sünnə  yazanlar  “sünən”də  və  Müttəqi  Hindi  onu  “Kənzül-Ümmal”ın 
altıncı cildinin 155-ci səhifəsində nəql etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə