Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə53/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   49   50   51   52   53   54   55   56   ...   118

 
126 
qoşununun  başçısı  olsun.”  Büreydə  deyir:  “Biz  Yəmən  əhlindən  olan  Bəni  Zübeydə  qəbiləsi 
ilə  üzləşəndə  döyüşdə  qələbə  çaldıq  və  Bəni  Zübeydə  qəbiləsindən  əsir  tutduq.  Əli  (ə)  əsir 
qadınların birini özü üçün seçdi. Xalid ibn Vəlid bir məktub yazdı və mənə verdi ki, Allahın 
rəsuluna  çatdırım.  O,  bu  məktubda  Peyğəmbəri  (s)  işdən  agah  etmək  istəyirdi.  Peyğəmbərin 
yanına  çatanda  məktubu  verdim.  Məktubu  ona  oxudular  və  gördüm  qəzəbləndi.  Dedim:  Ey 
Allahın  rəsulu,  bura  sığınacaq  mərkəzidir  (mən  sənə  pənah  gətirirəm).  Sən  məni  bir  nəfərlə 
göndərdin  və  ona  itaət  etmək  əmrini  verdin.  Mən  də  boynumda  olan  vəzifəni  yerinə 
yetirmişəm. Allahın rəsulu (s) buyurdu: “Əli haqqında pis danışma ki, o, məndəndir və mən də 
ondanam. O, məndən sonra sizin vəlinizdir.”
1
 
Bu sözləri eyni ilə Nisai “Xəsayisül-Ələviyyə”nin 17-ci səhifəsində bu cür yazmışdır: 
«
 لا
يدْعحـب  مكُّيـملحو  حوُه  حو  ُهْنمم  انحا  حو  ّنيمم  ًاّيلحع  َّنماحف  لي  ةدْيحرـُب  اي  َّنحضمغبـُت
»
  “Elə  etmə  ki,  məni  Əliyə  qarşı 
qəzəbləndirmək  istəyəsən.  Çünki  Əli  məndəndir  və  mən  ondanam  və  məndən  sonra,  o,  sizin 
vəliniz  olacaqdır.”  Bu  hədis  İbn  Cərir
2
  bu  cür  yazmışdır:  Büreydə  dedi:  Birdən  gördüm 
Peyğəmbərin (s) üzü qızardı və buyurdu: 
«
 ُهُّيـملحو ًاّيملحع َّنحامف ُهَّيـلحو ُتْنُك ْنحم
»
 “Hər kəsin mən vəlisiyəmsə, 
Əli  onun  vəlisidir.”  Büreydə  deyir:  Ürəyimdə  olanların  hamısı  məhv  oldu,  dedim  daha  onu 
heç vaxt pis niyyətlə yad etməyəcəyəm.” Təbərani bu hədisi müfəssəl şəkildə nəql etmişdir. O 
yazır: Büreydə Yəməndən qayıdıb məscidə daxil olanda Peyğəmbərin evinin qapısında çoxlu 
adam  oturduğunu  müşahidə  etdi.  Onu  görəndə  hamı  ayağa  durdu  və  salam  verib  səfər 
haqqında  soruşdular.  Cavab  verdi:  Xeyir  və  yaxşılıqdır.  Allah  qələbəni  müsəlmanlara  nəsib 
etdi. Soruşdular sənin tez gəlməyinə səbəb nə oldu? Cavab verdi: Əli xüms payından özü üçün 
bir  kəniz  götürdü.  Gəldim  ki,  bu  xəbəri  Peyğəmbərə  (s)  deyim.  Dedilər:  Ona  xəbər  ver,  ona 
xəbər  ver  ki,  Əli  Peyğəmbərin  gözündən  düşsün!  Peyğəmbər  (s)  qapının  arxasından  onların 
səsini  eşidirdi.  Allah  rəsulu  acıqlı  halda  evdən  çıxdı  və  buyurdu:  Nə  üçün  bir  dəstə  adam 
Əlinin  haqqında  pis  danışır?  Məqsədləri  nədir?  Əliyə  kin  bəsləyən  şəxs  mənə  kin  bəsləmiş 
olur.  Əlidən  ayrılan  şəxs  məndən  ayrılmışdır.  Əli  məndəndir  və  mən  ondanam.  O  mənim 
                                                                                                                                                   
Ömər  “bayraqaltı”  olublar.  Bəli,  “Mutə”  döyüşü  zamanı  Peyğəmbərin  (s)  Üsamənin  ixtiyarına  verdiyi 
qoşunda  bu  iki  nəfər  əlaltı  idilər  və  Peyğəmbər  (s)  özü  bu  iki  nəfəri  orduya  qatmışdı.  Bu  haqda  gələn 
xəbərlərdəki fikir eynidir. O iki nəfər “Zatüs-Səlasil” döyüşündə İbn Asın əsgərləri idi. O döyüşdə onların öz 
başçıları ilə əhvalatları (macəraları) vardır ki, Hakim “Müstədrək”in 3-cü cildinin 43-cü səhifəsində, Zəhəbi 
onu  “Təlxis”ində  aydın  şəkildə  yazmışlar.  Amma  Əli  heç  vaxt  o  həzrətin  peyğəmbərliyə  yetişdiyi  vaxtdan 
ruhu bədənindən çıxana qədər başqasının məmuru və tabeçiliyində olmamışdır. 
1
 Bu hədisi Əhməd “Müsnəd”in 356-cı səhifəsində Abdullah ibn Büreydə vasitəsilə atasından nəql etmiş və 
“Müsnəd”in  5-ci  cildinin  347-ci  səhifəsində  Səd  ibn  Cərir  təriqiylə  İbn  Abbasdan,  o  da  Büreydədən  nəql 
etmiş ki, deyir: “Əli ilə Yəmən döyüşündə idim, ondan narazı oldum. Qayıdanda Əliyə olan iradımı Allahın 
rəsuluna dedim. Allahın rəsulunun surəti dəyişdi və buyurdu: Ey Büreydə, məgər mən möminlərə özlərindən 
daha  yaxın  deyiləmmi?  Dedim:  Bəli,  ey  Allahın  rəsulu  (s).  Buyurdu: 
«
 ُهلاْوحم  ٌّيملحعحـف هلاوحم  ُتْنُك  ْنحم
»
  Mən  kimin 
mövlasıyamsa,  Əli  onun  mövlasıdır.”  Hakim  “Müstədrək”in  3-cü  cildinin  110-cu  səhifəsində  və  bir  sıra 
hədis yazanlar onu nəql etmişlər. Bu hədis –gördüyünüz kimi– çox aşkardır. “Məgər mən möminlərə onların 
özlərindən daha yaxın deyiləmmi?” – cümləsi sübut edir ki, bu hədisdə “mövla” sözündən məqsəd “dəxalət 
etməkdə üstündür” deməkdir. Buna bənzərini bir sıra hədis yazanlar, o cümlədən imam Əhməd “Müsnəd”in 
3-cü cildinin 483-cü səhifəsində Əmr ibn Şas Əsləmidən nəql etmişdir. Əmr Hüdeybiyyə əshablarından idi. 
O  deyir:  “Əli  (ə)  ilə  Yəmən  tərəfə  getdim.  Bu  səfərdə  o  mənim  narahatlığıma  səbəb  oldu.  Qəlbən  ondan 
incidim.  Qayıdanda  şikayətimi  məsciddə  dedim  ki,  Peyğəmbərə  (s)  çatsın.  Bir  gün  səhər  məscidə  gəldim. 
Peyğəmbər (s) bir neçə əshabələrinin arasında oturmuşdu. Məni görən kimi mən əyləşənə qədər mənə baxdı 
və  buyurdu:  Ey  Əmr!  Allaha  and  olsun,  məni  incitdin.  Dedim:  Səni  incitməkdən  Allaha  pənah  aparıram. 
Buyurdu: Bəli. 
«
نّاذآ دقف ايلع يذآ نم
»
 Əlini incidən şəxs, məni incitmişdir.” 
2
  Müttəqi  Hindi  “Müstədrək”in  6-cı  cildinin  398-ci  səhifəsində  söyləmiş  və  “Müntəxəbi-Kənz”də  də 
yazmışdır. 


 
127 
gilimdən  (torpağımdan)  yaranmışdır,  mən  də  İbrahimin  gilindən  (torpağından)  və  mən 
İbrahimdən  üstünəm.
1
  Elə  nəsillər  vardır  ki,  biri  digərindən  alınmışdır.  Allah  eşidən  və 
biləndir.  Ey  Büreydə,  məgər  bilmirsənmi  ki,  Əlinin  o  kənizdən  də  çox  payı  vardır,  ona  mən 
icazə vermişəm, çünki o, məndən sonra sizin vəlinizdir.”
2
 Bu hədisin nəqlində heç bir şübhə 
yoxdur. Büreydəyə qədər müxtəlif yollarla nəql olunmuşdur və hamısı etimadlıdır.  
4.  Bu  hədisin  oxşarını  Hakim  İbn  Abbasdan  nəql  etmiş  və  o,  ən  qiymətli  hədisdir.  Orada 
Əlinin  on  xüsusiyyəti  və  üstünlüyündən  bəhs  olunur.  O  cümlədən  Peyğəmbər  Əliyə 
buyurmuşdu: “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”
3
 
5.  Peyğəmbərin  ona  dediyi  elə  sözlərdən  bir  hədisdə  də  deyilir:  “Ey  Əli,  Allahdan  sənin 
üçün  beş  şey  istədim,  onlardan  dördünü  verdi,  birini  vermədi...  Verdiyi  şeylərdən  biri  bu  idi 
ki, sən məndən sonra möminlərin vəlisi olacaqsan.”
4
 
6.  Buna  oxşar  hədisi  İbn  Sakin,  Vəhəb  ibn  Həmzədən  nəql  etmişdir.  “Əs-Səhabə” 
kitabında,  Vəhəbin  şərhi-halında  yazılmışdır  ki,  Əli  ilə  səfərə  çıxdım,  ondan  narahatçılıq 
gördüm.  Dedim  ki,  qayıdanda  ondan  şikayət  edəcəyəm.  Qayıdanda  Allah  rəsuluna  şikayət 
etdim.  Buyurdu:  Bunu  Əli  haqqında  demə  ki,  o  məndən  sonra  sizin  vəliniz  olacaqdır.” 
Təbərani “Kəbir” kitabında Vəhəbdən onu nəql etmiş, yalnız bu fərq ilə ki, orada yazılmışdır: 
“Bunu Əli haqqında demə ki, o, məndən sonra sizə hamıdan daha yaxşıdır.”
5
 
7. İbn Əbu Asim mərfu şəkildə Əlidən (ə) nəql etmiş və yazmışdır: “Peyğəmbər buyurdu: 
Mən  möminlərə,  özlərindən  daha  yaxın  deyiləmmi?  Dedilər:  Bəli!  Buyurdu:  Mən  kimin 
vəlisiyəmsə, Əli onun vəlisidir.”
6
 
Bizim  pak  Əhli-beyt  imamlarımızin  haqqındakı  doğru  xəbərlərimiz  mütəvatirdir.  Məncə, 
hələlik bu qədər kifayətdir. Bundan əlavə, Allahın kitabında vilayət ayəsi bizim dediklərimizi 
sübut edir.  
“Ş” 
                                                 
1
  “Əli  mənim  torpağımdan  yaranmışdır”  –  təbiri  ilə  başa  düşülür  ki,  Həzrət  (s)  ondan  üstündür.  “Mən  isə 
İbrahimin torpağından yaranmışam” – sözündən nəzərə belə gəlir ki, İbrahim peyğəmbər Əlidən üstündür və 
bu şübhəni də aradan qaldırmaq üçün demişdir ki, “mən İbrahimdən üstünəm.”  
2
 İbn Həcər bu hədisi Təbəranidən “Səvaiq”in 11-ci babındakı ayələrdən 14-cü ayədəki məqsədlərdən ikinci 
məqsəddən  (səh.  103)  nəql  etmişdir.  Lakin  “bilmirdinmi  bir  kənizdən  daha  çox  Əliyə  məxsusdur?”  – 
cümləsinə  çatanda  nəfsinin  istəyi  ona  qalib  gəlmiş  və  ila  axir”  deyə  hədisin  ardını  deməkdən  çəkinmişdir. 
Əlbəttə, bu işin onun kimilərdən baş verməsi təəccüblü deyildir. 
3
  Hakim  “Müstədrək”in  3-cü  hissəsi  134-cü  səhifəsinin  əvvəlində  onu  yazmış,  Zəhəbi  onun  “Təlxis”ində 
hədisin  doğru  olmasına  etiraf  edərək  nəql  etmişdir  ki,  Nisai  “Xəsaisül-Ələviyyə”nin  6-cı  səhifəsində  və 
imam Əhməd “Müsnəd”in 1-ci cildinin 331-ci səhifəsində onu nəql etmiş və biz onun sözlərini eyni ilə 26-cı 
məktubda yazdıq. 
4
 Bu hədis “Kənzül-Ümmal”da 6048-ci hədisdir ki, 6-cı cildin 396-cı səhifəsində yazılmışdır. 
5
 Bu hədis “Kənzül-Ümmal”da 2579-cu hədisdir ki, 6-cı cildin 155-ci səhifəsindədir. 
6
  Müttəqi  Hindi  bu  hədisi  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  397-ci  İbn  Əbu  Asimdən  səhifəsində  nəql 
etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə