Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə52/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   48   49   50   51   52   53   54   55   ...   118

 
123 
qapıları bağlamağı əmr etdim! Amma həqiqətdə mən heç nəyi bağlamamış və ya açmamışam, 
mən məmur olunmuşam və itaət etmişəm.” 
1
 
Təbərani  “Əl-Kəbir”də  İbn  Abbasdan  nəql  etmişdir  ki,  Allahın  rəsulu  (s)  bir  gün  ayağa 
qalxıb  buyurdu:  “Mən  sizi  öz  yanımdan  (məsciddən)  çıxarıb  onu  saxlamadım,  Allah  sizi 
çıxarıb  onu  saxlamışdır.  Mən  məmur  olunmuş  qulam,  mənə  verilmiş  fərmana  əməl  edirəm. 
Mən vəhydən savayı heç nəyə itaət etmirəm.”
2
 Yenə Allahın rəsulu (s) buyurmuşdur: “Ey Əli, 
məndən  və  səndən  başqa  məsciddə  cənabət  heç  kəs  üçün  halal  deyildir.”
3
  Səd  ibn  Əbu 
Vəqqas,  Bəra  ibn  Azib,  İbn  Abbas,  İbn  Ömər  və  Hüzeyfə  ibn  Üseyd,  Qifari  bütün  bunların 
hamısını  nəql  edibdemişlər  ki,  Peyğəmbər  (s)  məscidə  gəlib  buyurdu:  “Allah  Musaya  vəhy 
buyurdu: Mənim üçün pak bir məscid tik ki, səndən və Harundan başqa heç kəs orada məskən 
seçməsin. Allah mənə də vəhy buyurub ki, pak və təmiz bir məscid tikəm və məndən, bir də 
qardaşım Əlidən savayı heç kəs orada sakin olmasın.”
4
 
Bizim  yazdıqlarımız  bu  haqda  sübut  olunan  bütün  toplanmış  “nəss”ləri  özünə  sığışdıra 
bilməz.  İbn  Abbasdan  Əbu  Səid  Xidri,  Zeyd  ibn  Ərqəm,  “Xəsəm”  qəbiləsindən  səhabi  bir 
şəxs, Əsma binti-Ümeys, Ümmi-Sələmə, Hüzeyfə ibn Üseyd, Səd ibn Əbi-Vəqqas, Bəra ibn 
Azib, Əli ibn Əbu Talib, Ömər, Əbuzər, Əbu Tüfeyl, Bureydə Əsləmi, Əbu Rafe (Rəsulullah 
tərəfindən  azad  olunmuş  qul),  Cabir  ibn  Abdullah  və  başqalarından  çatmış  açıq  “nəss”ləri 
özündə sığışdıra bilməz.  
Peyğəmbərdən çatmış  duada  belə  oxuyuruq:  “Pərvərdigara!  Qardaşım  Musa  səndən  xahiş 
edib  dedi:  Pərvərdigara!  Mənə  ürək  genişliyi  inayət  et!  İşimi  asan  et!  Qüssə  və  düyünü 
dilimdən  aç  ki,  camaat  sözümü  başa  düşsünlər  və  mənim  üçün  ailəmdən  (əhlimdən)  vəzir 
təyin et! Harun qardaşımı və onun vasitəsilə arxamı möhkəmlət və onu işlərimə şərik et.” Sən 
ona  vəhy  etdin  ki,  “tezliklə  qardaşın  vasitəsilə  qollarını  möhkəmlədəcəyəm  və  sizə  yüksək 
məqam  və  mövqe  əta  edəcəyəm.  Ey  böyük  Yaradan!  Mən  sənin  qulun  və  rəsulun 
Məhəmmədəm.  Mənə  ürək  genişliyi  ver!  İşimi  asan  et!  Ailəmdən  mənə  vəzir  təyin  et!  Əli 
qardaşımı.”
5
 
Bəzzar  da  buna  oxşarını  nəql  etmişdir  ki,  Peyğəmbər  (s)  Əlinin  əlini  tutub  dedi:  “Musa 
Allahdan  istədi  ki,  məscidini  Harun  üçün  pak  etsin,  mən  də  Allahdan  istədim  ki,  məscidimi 
sənin üçün pak və təmiz etsin. Sonra Əbu Bəkrə xəbər göndərdi ki, evinin qapısını bağlasın. 
O, əvvəl dedi: “İnna lillah və inna iləyhi raciun” və sonra dedi: “Eşitdik və itaət etdik.” Sonra 
Ömər  və  Abbasa  xəbər  göndərdi  ki,  evlərinin  qapısını  bağlasınlar.  O  vaxt  buyurdu: 
“Evlərinizin  qapısını  mən  bağlamamış  və  Əlinin  qapısını  mən  açmamışam.  Allah  onun 
qapısını açmış və sizinkini bağlamışdır.”
6
 
Bizim nəzərdə tutduğumuz Əlinin Haruna (mənzilət və məqamda) oxşamasının ümumiliyi 
haqqında bu qədər kifayətdir. Vəssalam. 
 “Ş” 
                                                 
1
  Əhməd  “Müsnəd”in  4-cü  cildinin  369-cu  səhifəsində  onu  nəql  etmiş  və  Zeyd  də  “Kənzül-Ümmal”da  və 
onun “Müntəxəb”indəki “Müsnəd”də olduğu kimi söyləmişdir. 5-ci cild 29-cu səhifəyə müraciət et. 
2
 Müttəqi Hindi işarə etdiyimiz səhifənin haşiyəsinin sonunda onu nəql etmişdir. 
3
 Tirmizi öz “Səhih”ində yazdığı, Müttəqi Hindi qeyd etdiyimiz kimi “Müntəxəb”də söyləmişdir. Bəzzar da 
onu  Səddən  İbn  Həcərin  “Səvaiq”inin  9-cu  babının  hissəsindəki  hədislərdən  13-cü  hədisdə  nəql  etdiyimiz 
kimi, onu xatırlamışdır. 73-cü səhifəyə müraciət et. 
4
 İbn Məğazili adı ilə məşhur olan Əli ibn Məhəmməd Xətib Şafei Fəqih öz “Mənaqib”ində müxtəlif yollarla 
onlardan bəhs etmiş və Bəlx tədqiqatçı alimi “Yənabiül-Məvəddə”nin 17-ci babında onu nəql etmişdir. 
5
 İmam Əbu İshaq Sələbi “Təfsiri-Kəbir”ində “Maidə” surəsinin 55-ci ayəsində bu hədisi Əbuzərdən və ona 
bənzərini Bəlx tədqiqatçısı imam Əhmədin “Müsnəd”indən nəql etmişdir. 
6
 Bu “Kənzül-Ümmal”da 6156-cı hədisdir ki, 6-cı cildin 48-ci səhifəsində verilmişdir. 


 
124 
OTUZ BEŞİNCİ MƏKTUB 
27 Zilhiccə 1329 
Başqa “nəss”lərin xahişi. 
 
Allah  atana  rəhmət  eləsin,  nə  qədər  aydın  və  cah-cəlallı  ayələr,  əlamətlər  və  dəlillərdir, 
bəyan və dəlillərin necə də fəsahətdən faydalanmışdır! Ardını da zikr et, ardını..., elə o ardıcıl, 
“mütəvatir” və aydın “nəss”lərdən! Fəzl və üstünlük səndədir. Vəssalam. 
 “S” 


 
125 
OTUZ ALTINCI MƏKTUB 
29 Zilhiccə 1329 
1 İbn Abbasın hədisi. 
2. İmranın hədisi. 
3. Büreydənin hədisi. 
4. “On xüsusiyyətlər” hədisi. 
5. Əlinin hədisi. 
6. Vəhəbin hədisi. 
7. İbn Əbu Asimin hədisi. 
 
1. Əbu Davud Təyalisinin –“İstiab”da Əlinin şərhi-halında yazıldığı kimi– İbn Abbasdan 
söylədiyi hədisi mütaliə etsən kifayət edər. O, deyir: Peyğəmbər Əli ibn Əbu Talibə buyurdu: 
«
يدْعحـب ٍنممؤُم ِّلُك ُّليحو حتْنحا
»
 “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”
1
 
2. Bu da yuxarıdakı hədis kimi doğru bir hədisdir. İmran ibn Həsin deyir: “Allahın rəsulu 
(s) bir dəstəni döyüşə göndərdi və Əlini qoşunun başçısı təyin etdi. O, qələbədən sonra xüms 
payından  bir  kənizi  özü  üçün  seçdi.  Ordudakılar  ona  irad  tutdu.  Onlardan  dörd  nəfəri  əhd 
bağladılar ki, Peyğəmbərə şikayət etsinlər. Qayıdandan sonra onlardan biri Peyğəmbərə dedi: 
Ey  Allahın  rəsulu,  Əlinin  nə  etdiyini  bilirsənmi?  Peyğəmbər  üzünü  ondan  çevirdi.  İkincisi 
qalxıb həmin sözü dedi. Peyğəmbər ondan da üz döndərdi. Üçüncüsü qalxıb iki nəfərin sözünü 
təkrar  etdi.  Peyğəmbər  ondan  da  üz  çevirdi.  Dördüncüsü  qalxıb  o  üç  nəfərin  dediyini  təkrar 
etdi. Bu dəfə Peyğəmbər üzünü onlara tutub qəzəbli halda buyurdu: Əlidən nə istəyirsiniz? Əli 
məndən, mən də ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.”
2
 
3. Habelə Büreydənin hədisidir ki, “Müsnədi Əhməd”in beşinci cildinin 356-cı səhifəsində 
yazılmışdır. O, deyir: “Allahın rəsulu iki dəstə qoşunu Yəmənə göndərdi. O dəstədən birinin 
başçısı  Əli  ibn  Əbu Talib  idi  və  o  birisinin  başçısı Xalid  ibn  Vəlid.  Peyğəmbər  (s)  buyurdu: 
Bir-birinizə  çatanda  hər  iki  dəstənin  başçısı  Əli  olacaqdır.
3
  Əgər  ayrılsanız  hər  kəs  öz 
                                                 
1
 Əbu Davud və başqa  “sünən”  yazıçıları Əbu  Əvanə Bəzzah ibn  Abdullah Yeşkəridən,  Əbu Bələc Yəhya 
ibn  Səlim  Fəzaridən,  Əmr  ibn  Meymun  Udidən,  İbn  Abbasdan  məruf  şəkildə  bu  hədisi  nəql  etmişlər. 
Sənədin müəllifləri hamısının höccət olduğuna görə Müslim və Buxari onlardan dəlillər gətirmişlər. Yalnız 
Yəhya  ibn  Səlimdən  başqa  ki,  ondan  hədis  söyləməyiblər.  Alimlər  sadəcə  onun  etimadlı  olmasını  qeyd 
etmişlər. O, Allahı çox zikr edənlərdən olmuşdur.  
 Zəhəbi “Mizanül-Etidal”da onun şərhi-halında İbn Müin, Darü-Qütni, Məhəmməd ibn Səid və Əbu Hatəm 
və başqaları onun etimadlı olduğunu nəql etmişdir. 
2
  Bir  sıra  “sünən”  yazıçıları,  o  cümlədən  Nisai  “Xəsaisül-Ələviyyə”də  və  Əhməd  ibn  Hənbəl  İmrandan 
“Müsnəd”in  4-cü  cildinin  438-ci  səhifəsinin  əvvəlində  və  Hakim  “Müstədrək”in  3-cü  cildinin  111-ci 
səhifəsində  və  Zəhəbi  “Təlxisi-Müstədrək”də  Müslimin  şərtinə  əsasən,  hədisin  doğru  olduğunu  etiraf 
etmişdir.  İbn  Şeybə  və  İbn  Cərir  də  onu  nəql  etmiş  və  səhih  bilmişlər,  necə  ki,  Müttəqi  Hindi  “Kənzül-
Ümmal”ın 6-cı cildinin 400-cü səhifəsinin əvvəlində bunu nəql etmişdir. Tirmizi, Əsqəlaninin “Əl-İsabə”də 
Əlinin şərhi-halında nəql etdiyi kimi, əsaslı sənədlər ilə onu söyləmişdir. Əllamə İbn Əbil-Hədid “Nəhcül-
bəlağənin  şərhi”nin  2-ci  cildinin  450-ci  səhifəsində  ondan  yazaraq  demişdir  ki,  Əbu  Abdullah  Əhməd 
“Müsnəd”də  bir  dəfədən  çox  onu  nəql  etmiş  və  “Fəzaili-Əli”  kitabında  onu  söyləmişdir.  Hədis  yazanların 
əksəriyyəti bu hədisi rəvayət etmişlər. 
3
 Peyğəmbər (s)  həyatı boyu heç kəsi Əliyə rəis etməmiş, əksinə,  həmişə Əli başçı olmuşdur. Hər  yerdə –
başqalarının  əksinə–  o,  bayraqdar  olmuşdur.  Belə  ki,  Üsamənin  qoşununda  əskərlərdən  olan  Əbu  Bəkr  və 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə