118
“İkinci qardaşlıq peymanı” haqqında Təbəraninin “Kəbir” kitabında İbn Abbasdan
söylədiyi hədis sənə kifayət edər. Orada deyilir ki, Peyğəmbər (s) Əliyə buyurdu: “Mən
mühacirlər və ənsar arasında qardaşlıq bərqərar edəndə, səni heç kəs ilə qardaş etmədiyim
üçün məndən narahatmı oldun? Razı deyilsənmi mənə Harunun Musaya olan nisbəti kimi
olasan, bu fərq ilə ki, məndən sonra peyğəmbər olmayacaqdır.”
1
6. Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması haqqındakı hədisləri
misal göstərmək olar. Bu haqda Cabir ibn Abdullahın
2
hədisi kifayətdir. O deyir: Peyğəmbər
(s) buyurdu: “Ey Əli, mənə məsciddə halal olan şey sənə də halaldır. Sənin mənə nisbətin
Harunun Musaya olduğu kimidir, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.”
Hüzeyfə ibn Üseyd Qifaridən
3
nəql olmuşdur ki, Peyğəmbər qapıları bağlayan gün ayağa
durub, xütbə oxuduqdan sonra buyurdu: “Bəzilərinə elə gəlir ki, mən Əlini məsciddə
məskunlaşdırmış, onları isə xaric etmişəm. Allaha and olsun ki, onları mən xaric etməmiş və
Əlini mən məskunlaşdırmamışam. Əksinə, Allah onları xaric etmiş və Əliyə (ə) sükunət
vermişdir. Allah Musaya və qardaşına vəhy etdi ki, öz qövmünüz üçün Misirdə evlər seçin və
evinizi qiblə edin və namaz qılın. Əli də mənim üçün Harunun Musaya olduğu nisbəti kimidir.
O mənim qardaşımdır...”
Bunun kimi misallar çoxdur. Bu kiçik imkanda onların hamısını toplamaq olmaz.
“Mənzilət” hədisinin yalnız “Təbuk” döyüşünə aid olmamasını sübut etmək üçün dediklərimiz
kifayətdir.
7. Peyğəmbərin (s) həyat tərzini mütaliə edən şəxs biləcəkdir ki, o həzrət Əli və Harunu
“Fərəqdan” (eynilə bir-birinə oxşar iki ulduz adı) kimi eyni bilirdi, heç birini heç bir şeydə
fərqləndirmirdi. Bunun özü hədisdə “Mənzilət”in ümuma aid olmasına dəlalət edir. Bundan
əlavə, bəyan etdiyimiz kimi, mənzilətin ümumiliyi hədisin kənar qərinələrinə (nişanələr)
baxmayaraq məzmunundan anlaşılır.
“Ş”
1
Müttəqi Hindi onu “Kənzül-Ümmal”da və onun “Müntəxəb”ində nəql etmişdir ki, “Müntəxəb”in 5-ci
cildinin 31-ci səhifəsinin haşiyəsinin axırında “Müsnədi-Əhməd”ə müraciət etsən, görərsən ki, nəql
etdiyimiz hədis olduğu kimi orada yazılmışdır. Həzrətin (s) “Məndən narazımı oldun?” – cümləsi nə qədər
də mehribanlıq və incəliklə deyilmişdir. Soruşa bilərsən ki, Əli (ə) nə üçün birinci dəfədə olduğu kimi, ikinci
dəfədə də şübhələndi? Axı ona (birinci dəfə) aydın olmuşdu ki, Peyğəmbər onu özünə arxa kimi seçmişdi.
Nə üçün birinci dəfəni ikinci dəfə ilə müqayisə etmədi? Cavabı budur ki, ikinci dəfəni birinci dəfə ilə
müqayisə etmək olmazdı, çünki birinci dəfə yalnız mühacirlər arasında idi. İkinci dəfə isə (birincinin əksinə
olaraq) mühacirlərlə ənsar (Mədinə müsəlmanları) arasında idi. Deməli, ikinci dəfə hər bir mühacirin qardaşı
ənsardan ibarət idi və hər bir ənsarın qardaşı mühacirlərdən. Peyğəmbər və naibinin hər ikisinin
mühacirlərdən olduğu təqdirdə belə göründü ki, bu iki nəfər bu dəfə qardaş olmayacaqlar. Buna görə Əli
başqaları ilə müqayisədə güman etdi ki, qardaşı ənsardan biri olacaq. Peyğəmbər, onunla ənsardan heç
birisinin arasında qardaşlıq əqdi kəsmədiyi üçün bu hissləri keçirdi. Lakin, Allah və Onun rəsulu yalnız onun
üstünlüyünü sübut etmək istəyirdilər. Buna görə də onunla Peyğəmbər (s) arasındakı qardaşlıq peymanı, o
gün mühacirlərlə ənsarlar arasında kəsilən əqdə görə mütləq qardaşının ənsardan olacaq təsəvvürünün əksinə
baş verdi.
2
“Yənabiül-Məvəddə” kitabının 9-cu babının sonunda Əxtəb Xarəzminin “Fəzaili-Əhli-beyt” kitabında nəql
olunmuşdur.
3
“Yənabiül-Məvəddə”nin 17-ci babında yazıldığı kimi.
119
OTUZ ÜÇÜNCÜ MƏKTUB
25 Zilhiccə 1329
Nə vaxt və harada Əli ilə Harun iki ulduz kimi təsvir olunmuşdur?
Bizim üçün sizin dediyiniz Peyğəmbərin (s) Əli və Harunu iki ulduz kimi təsvir etməsi və
hər ikisinə eyni cür baxması aydın olmadı. Nə vaxt və harada onları belə təsvir etmişdir?
“S”
120
OTUZ DÖRDÜNCÜ MƏKTUB
27 Zilhiccə 1329
1. “Şübbər”, “Şübeyr” və “Müşəbbir” günü.
2. Qardaşlıq əqdi günü.
3. Qapıların bağlanması günü.
Allah rəsulunun (s) yaşayış tərzini tədqiq et! Əli ilə Harunu göydə “Fərəqdan” ulduzlarına
və bir qiyafədə iki gözə bənzətdiyini görəcəksən ki, birinin digərindən fərqi yoxdur.
1. Məgər Əlinin övladlarının adının Harunun övladlarının adından fərqli olmadığını
mülahizə etmirsənmi? Həzrət (s) onları Həsən, Hüseyn və Möhsün adlandırdı.
1
Onların adının
Harunun övladlarının adlarına – Şübbər, Şübeyr və aralarındakı oxşarlığa təkid etmək və bu
ikisinin arasındakı oxşarlığı hər yerdə, bütün sahələrdə ümumiləşdirmək nə deməkdir?
2. Bu səbəbdən də Əlini özünə qardaş seçdi və onu başqalarından üstün etdi ki, “iki
Harun”un oxşarlığının ümumiliyi səhabələr üçün də qəti aydın olsun və çox istəyirdi ki,
aralarında heç bir fərq olmasın! Halbuki, deyildiyi kimi, Həzrət (s) əshabələri arasında iki dəfə
qardaşlıq peymanı bağladı. Birinci dəfədə Əbu Bəkrlə Ömər qardaş idilər və Osmanla Əbdür-
Rəhman ibn Ovf. Amma ikinci dəfə Əbu Bəkrlə Xaric ibn Zeyd qardaş oldular və Ömərlə
Ətban ibn Malik. Lakin Əli hər iki dəfədə, dediyim kimi, Allah rəsulunun qardaşı oldu və indi
bütün bu deyilənlərin təriqlərinin doğru olmasını arayıb-axtarmağa vaxt yoxdur. İbn Abbas və
İbn Ömər, Zeyd ibn Ərqəm, Zeyd ibn Əbu Ovfa, Ənəs ibn Malik, Hüzeyfə ibn Yəman,
Məxdəc ibn Yəzid, Ömər ibn Xəttab, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqaları tərəfindən
çatmış hədislərə diqqət yetirilmişdir. (Bəli, onların hamısını saymaq çətindir). Peyğəmbər (s)
ona buyurdu:
«
حو ايْنُّدلا مفي يخحا حتْنحا
مةحرمخلآا
»
“Sən həm bu dünyada, həm də axirətdə mənim
qardaşımsan”.
2
İyirminci məktubda nəql etdik ki, Peyğəmbər əlini Əlinin çiyninə qoydu və buyurdu: “Bu
sizin aranızda mənim qardaşım, naibim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Bir gün
Peyğəmbər (s) şad halda səhabələrinin yanına gəldi. Əbdür-Rəhman ibn Ovf bu sevincin
sirrini soruşdu. Həzrət cavabında dedi: “Səbəbi, məni yaradan tərəfindən qardaşım, əmim oğlu
və qızım haqqında müjdədir. Allah Fatimə (s) ilə Əlinin evlənməsini buyurmuşdur...”
3
Qadınların seyyidəsi ilə Əhli-beytin seyyidi və böyüyü evlənən zaman Peyğəmbər (s)
Ümmi-Əymənə buyurdu: “Ey Ümmi-Əymən, qardaşımı çağır! Ümmi-Əymən dedi: O, sənin
1
Peyğəmbərin sünnəsi aydın sübutdur. Siz “Müstədrək”in 3-cü cildinin 165-167-ci səhifələrinə müraciət
etsən, bu məzmunda doğru hədis görəcəksiniz ki, Buxari və Müslimin şərtinə görə düzdür. “Müsnədi-
Əhməd Hənbəl”də 1-ci cildin 98-ci səhifəsində yazılmış və İbn Əbdül-Birr “İstiab”da Həsənin şərhi-halında
onu xatırlamış və Zəhəbinin bizə qarşı pis münasibətinə baxmayaraq “Təlxisi-Müstədrək”də onu düz hesab
etmişdir. Hər halda o, bizim Harun, Şübbər və Şübeyrimizə qarşıdır. Bəğəvi öz “Möcəm”mində və Əbdül-
Bəni “Əl-İzah”da, “Səvaiqül-Mühriqə”nin 115-ci səhifəsində Səlmandan olduğu kimi yazmış və həmçinin
İbn Əsakir onu nəql etmişdir.
2
Hakim “Müstədrək”in 3-cü cildinin 14-cü səhifəsində iki doğru yolla Buxari və Müslimin “şərtləri”nə
əsasən İbn Ömərdən nəql etmişdir və Zəhəbi “Təlxis”də onu doğru və qəti hesab etmişdir. Tirmizi İbn
Hacərin “Səvaiqül-Mühriqə”nin 72-ci səhifəsində yazdığına əsasən nəql etmişdir. “Səvaiq”in 9-cu babının 2-
ci fəslindəki hədislərdən 7-ci hədisə müraciət et. “Üxüvvət” (qardaşlıq) hədisini “sirə” və “əxbar”da nəql
edənlər bu hadisəni yəqinliklə nəql etmişlər.
3
Əbu Bəkr Xarəzmi “Səvaiq”in 103-cü səhifəsində yazıldığı kimi onu nəql etmişdir.
Dostları ilə paylaş: |