Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə46/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   42   43   44   45   46   47   48   49   ...   118

 
106 
Musaya (ə) olan nisbəti kimi olsun? Lakin, məndən sonra peyğəmbər gəlməyəcək. Sən mənim 
xəlifəm və canişinim olmağa layiqsən. Peyğəmbər (s) ona dedi: 
«
 حو يدْعحـب ٍنممؤُم ِّلُك ُّيـلحو حتْنحا
 
 ٍةحنممؤُم
»
 
Sən məndən sonra bütün mömin kişi və qadınların vəlisi olacaqsan. 
İbn Abbas dedi: Peyğəmbər Əlinin evinin qapısından başqa məscidə açılan bütün qapıları 
bağladı. O, cünub halda məscidə daxil olurdu, ondan başqa yolu yox idi.  
İbn  Abbas  dedi:  Peyğəmbər  (s)  buyurdu: 
«
 ّيلحع  ُهلاْوحم  َّنماحف  ُهلاْوحم  ُتْنُك  ْنحم
»
  “Mən  hər  kəsin 
mövlasıyamsa, Əli də onun mövlasıdır.” 
Hakim  bu  hadisəni  nəql  edəndən  sonra  deyir:  “Bu  hədis  sənəd  nöqteyi-nəzərindən 
doğrudur, lakin Buxari və Müslim ümumi şəkildə onu nəql etmişlər.”  
Mən deyirəm: Zəhəbi “Təlxis” kitabında onu nəql etmiş və demişdir: “Bu hədis doğrudur.”  
2.  Bu  hədisdə  olan  qəti  və  aydın  dəlillər  heç  kimə  gizli  deyil.  Bu  dəlillərdən  yaxşı  aydın 
olur  ki,  Əli  (ə)  Peyğəmbərin  (s)  vəliəhdi  və  ondan  sonra  xəlifəsidir.  Məgər  mülahizə 
etmədinmi  ki,  Allahın  rəsulu  onu  bu  dünyada  və  axirətdə  özünə  vəli  etdi,  onu  başqa 
qohumlarından  üstün  tutdu  və  onu  özü  ilə  münasibətdə  Harunun  Musaya  olan  münasibətinə 
bənzətdi?  Nübüvvət  məqamı  istisna  olmaqla  özündə  olan  heç  bir  məqamı  ondan  əskiltmədi. 
Yalnız bunun (nübüvvətin) istisna olması ümumiliyə dəlalət edir, yəni o, Peyğəmbərin başqa 
məqam və mənzilətlərinə malikdir.  
Siz  yaxşı bilirsiniz ki, Harunun Musa (ə)  yanında ən  yaxşı məqamları – vəzirlik məqamı, 
himayədarlıq,  peyğəmbərlik  işlərində  iştirak  etmək,  xəlifəlik  və  bütün  ümmətin  Haruna  itaət 
etməsi  vacibliyindən  ibarət  idi.  Allahın  buyurduğu  buna  sübutdur:  Musa  Allahdan istədi:  Öz 
əhlimdən  mənim  üçün  bir  vəzir  təyin  et!  Harun  qardaşımı  və  onun  vasitəsilə  arxamı 
möhkəmlət,  onu  işimdə  şərik  et!”
1
  Haruna  dedi:  “Qövmün  içində  xəlifəm  ol,  islah  et,  fəsad 
törədənlərin yolu ilə getmə.”
2
 Və əziz Allah buyurdu: “Ey Musa, istədiyin şey sənə verildi.”
3
 
Deməli, bu “nəss”ə əsasən, Əli (ə) Peyğəmbərin qövmü arasında xəlifəsi, əhli arasında vəziri, 
işlərində –peyəmbərlik yox, xəlifəlik məqamı ilə– şəriki, ümmətinin ən fəzilətlisi, Peyğəmbərə 
həyatında  və  ölümündə  onların  hamısından  ən  yaxınıdır  və  Peyğəmbər  zamanında  vəzirliyi 
xatirinə  ona  itaət  etməyin  vacibliyi,  Musa  (ə)  zamanında  Musa  ümmətinin  Haruna  itaətinin 
vacibliyi kimi şübhəsizdir.  
“Mənzilət”  hədisini  eşidənə  bütün  bu  məqamlar  aydın  olur  və  bu  məqamların  nəzərdə 
tutulduğuna şübhəsi qalmır. Peyğəmbər özü bu məsələni aşkar şəkildə buyurduğu bu cümlə ilə 
aydınlaşdırmışdır:  “Məndən  sonra  xəlifə  olmağa  səndən  başqası  layiq  deyildir.”  Bu  onun 
xəlifəliyinə aşkar “nəss”dir, üstəlik bu “nəss”dən aydınlaşır ki, onu öz xəlifəsi təyin etmədən 
dünyadan getsə, layiq olmayan işi yerinə yetirmiş olar və bu da Allah tərəfindən Əlini (ə) öz 
yerinə xəlifə təyin etməyə məmur olduğundan başqa bir şey deyildir. Bu ayə həmin hadisə ilə 
bağlı nazil olmuşdur: 
 مم حكْيحلمإ حلمزنُأ احم ْغِّلحـب ُلوُسَّرلا احهُّـيحأ احي
 ُهحتحلاحسمر حتْغَّلحـب احمحف ْلحعْفحـت َّْلَ نمإحو حكِّبَّر ن
 “Ey Peyğəmbər, 
sənə nazil olan şeyi çatdır! Əgər yerinə yetirməsən risalətini sona çatdırmamısan.” 
4
 
Ayədəki 
هحتحلاحسمر  حتْغَّلحـب احمحف
 “risaləti çatdırmamısan” – cümləsinə və sonra Peyğəmbərin 
«
 لا ُهَّنما
يـتحفيلحخ حتْنحا حو ّلاإ حبحهْذحا ْنحا يغحبْنـحي
»
 “Heç olmaz ki, mən gedəm, sən isə mənim xəlifəm olmayasan.” – 
sözünə  dərindən  nəzər  salan  şəxs  başa  düşər  ki,  hər  ikisi  vahid  məqsəd  dalıncadır  və  bu  da 
gizli  deyildir.  Elə  bu  hədisdəki  Peyğəmbərin  (s) 
«
يدعب نمؤم ّلك ُّيـلو  حتنا
»
  “Sən  məndən  sonra 
bütün möminlərin vəlisi olacaqsan” – sözünü də unutmamalıyıq ki, onun vəli və canişinliyinə 
                                                 
1
 “Taha” surəsi, 29-cu ayədən sonra.  
2
 “Əraf” surəsi, 142-ci ayə.  
3
 “Taha” surəsi, 29-cu ayədən sonra.  
4
 “Maidə” surəsi, 67-ci ayə. 


 
107 
aşkar  “nəss”dir.  Rəhmətlik  məşhur  şair  Kümeytin  dediyi  kimi:  “Nə  yaxşı  vəlidir  o;  o,  təqva 
nümunəsi və ən yaxşı ədəb verəndir.” 
“Ş” 


 
108 
İYİRMİ YEDDİNCİ MƏKTUB 
18 Zilhiccə 1329 
Mənzilət hədisinin sənədinə şübhə. 
 
“Mənzilət”  hədisi  doğrudur  və  bir  neçə  sənədi  var.  Amma  tədqiqatçı  alim  və  “Üsul 
elmi”nin böyük alimi Amidi onun sənədinə və silsiləsinə şübhə etmişdir. Əgər düşmənləriniz 
onun  nəzəriyyəsini  əldə  dəlil  tutsalar,  nə  kimi  vasitələr  ilə  onlara  qalib  gələr  və  cavablarını 
verərsiniz? 
“S” 


 
109 
İYİRMİ SƏKKİZİNCİ MƏKTUB 
19 Zilhiccə 1329 
 1. “Mənzilət” hədisi ən qəti xəbərlərdəndir. 
2. Bu həqiqəti bildirən şahidlər. 
3. Sünnə əhlindən bu hədisi nəql edənlər. 
4. Amidinin şübhəsinin səbəbi. 
 
1. Amidi bu şübhə ilə özünə zülm etmişdir, çünki mənzilət hədisi ən doğru, ən aydın sünnə 
və qəti xəbərlərdəndir.  
2.  Bu  hədisin  doğru  olmasında  heç  bir  şübhə  ürəkdə  iztiraba  səbəb  olmaz  və  heç  kəsin 
fikrinə gəlməz ki, onu sübut etmək üçün münaqişəyə başlasın. Hətta Zəhəbi, o cür inadkarlığı 
ilə  “Təlxisi  Müstədrək”  kitabında  o  hədisin  doğru  olmasını  aydınlaşdırmışdır.
1
  İbn  Həcər 
Heysəmi, o cür inadkarlığı ilə öz “Səvaiq” kitabının 12-ci şübhəsində bu hədisi xatırlamış, və 
yalnız mötəbər hədis imamlarının sözünə əsasən onun doğru olmasını nəql etmişdir.
2
 O kitaba 
müraciət  et  və  əgər  bundan  da  sonra  o  hədis  doğru  sayılmazsa,  sonda  Buxari  onu  öz 
“Səhih”ində nəql etməzdi. Halbuki o, Əlinin (ə) xasiyyət  və  fəzilətləri qarşısında özünə çox 
zülm edir və onları yazmaqdan çəkinərmiş.  
Üsyançı  dəstənin  rəhbəri  və  pişvası  və  Əmirəl-möminini  (ə)  söyən,  onunla  döyüşən  və 
minbərlərdə Əlini (ə) söyməyi müsəlmanlara əmr edən Müaviyə də belə –hədsiz həyasızlığı və 
düşmənçiliyinə  baxmayaraq–  “Mənzilət”  hədisini  inkar  etməmişdir.  Müslimin  nəql  etdiyinə 
əsasən, Səd ibn Əbu Vəqqasa
3
 “Sənə nə mane oldu ki, Əbu Turabı söymürsən?” – dediyi vaxt 
onun  cavabını  inkar  etmədi.  Səd  cavab  verdi:  “Peyğəmbərin  onun  haqqında  buyurduqları  üç 
şeyi xatırladım və söyə bilmədim. Əgər onlardan biri məndə olsaydı, mənim üçün ərəbin ən 
əziz  sərvətindən  də  qiymətli  olardı.  Peyğəmbər  onu  bəzi  döyüşlərdə  Mədinədə  saxladığı 
zaman eşitdim ki, ona buyurdu: 
“Razı deyilsənmi ki, sən mənə Harunun Musaya (vəsi) olduğu kimi olasan? Bu fərq ilə ki, 
məndən sonra Peyğəmbər yoxdur.
4
” Müaviyə sakit oldu və Sədi söyüş söyməkdən azad etdi.  
Daha aydın deyim, Müaviyə özü “Mənzilət” hədisini nəql etmişdir. İbn Həcər “Səvaiq”də
5
 
deyir: Əhməd nəql edir ki, bir nəfər Müaviyədən bir məsələni soruşdu. Müaviyə ona dedi: Bu 
məsələni  Əlidən  soruş  ki,  o  daha  bilikli  və  daha  agahdır.  O  şəxs  cavab  verdi:  Sənin  cavabın 
mənə Əlinin cavabından daha əzizdir. Müaviyə dedi: “Pis danışdın. Elə bir kəsdən narahatsan 
ki,  Allahın  rəsulu  onu  elmin  parlaq  çöhrəsi  adlandırmış  və  ona  buyurmuşdur: 
«
 مةحلمزْنحمبِ  ّنيمم  حتْنحا
يدْعحـب َّمبحن لا ُهَّنحا ّلاما يحسوُم ْنمم حنوُراه
»
 “Sən mənə Harunun Musaya (vəsisi) olduğu kimisən, bu fərq ilə 
                                                 
1
 26-cı məktubda onun doğru olmasını eşitdiniz.  
2
 “Əs-Səvaiq”, səh. 29 
3
 “Səhih”in ikinci cild, Əlinin fəzilətləri bab”,səh 324 
4
 Hakim də “Müstədrək”in 3-cü cildinin 109-cu səhifəsinin əvvəlində onu söyləmiş və demişdir ki, Müslim 
və Buxarinin  hədisin qəbulunda şərtlərinə əsasən, bu rəvayət doğrudur.  Zəhəbi onu  “Təlxisi-Müstədrək”də 
xatırlamış və Müslimin şərtlərinə əsasən onu doğru hesab etmişdir.  
5
 107-ci səhifə, 11-ci bab, 14-cü ayə, 5-ci məqsəd.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə