Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə43/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   39   40   41   42   43   44   45   46   ...   118

 
94 
4. Hələ onların (ə) imamət və xilafətinə dəlalət edən dəlil və “nəss”ləri qoyaq bir kənara! 
Gəl görək elm, əməl və təqvada Əşəri və sünnə əhlinin digər imamları ilə müqayisədə onlarda 
(ə)  bir  qüsur  və  əksiklik  tapırsanmı?  Əgər  onlarda  bir  qüsur  belə  yoxdursa,  nə  üçün 
rəhbərlikdə başqaları onlardan irəli və layiq olmalıdırlar? 
5.  Hansı  ədalətli məhkəmə  onlara  ürəkdən  qoşulanlara,  onların  yoluyla  addım  atanlara  və 
vilayətləri altında hərəkət edənlərə azğınlıq hökmünü verə bilər?! Mümkün deyil ki, sünnə əhli 
və camaatı belə bir hökm versin! Vəssalam.  
“Ş” 


 
95 
ON DOQQUZUNCU MƏKTUB 
5 Zilhiccə 1329 
1. Ədalətli məhkəmələr Əhli-beytə arxalananların yoldan azmalarına hökm vermirlər. 
2. Onların məzhəbinə əməl etmək, (şəri cəhətdən) öhdədə olan işin yerinə yetirilməsini 
tələb edir. 
3. Bəzən deyilir ki, onlar “təbəiyyət” olunmağa daha layiqdirlər. 
4. Xilafət “nəsslərinin” (rəvayətlər) tələbi. 
 
1. Ədalət məhkəmələri, Əhli-beyt vilayətinə arxalananların yoldan azmalarına hökm vermir 
və  Əhli-beyt  imamlarının  başqa  məzhəb  imamları  ilə  müqayisədə  imamət  və  rəhbərlik 
məsələlərində qüsurları yoxdur.  
2. Şübhəsiz, onların məzhəbinə əməl etmək mükəlləflər üçün mükafat və vəzifənin yerinə 
yetirilməsinə səbəb olacaq (ərbəə məzhəblərindən hər hansı birinə əməl etmək kimi). 
3.  Bəzən  deyilir  ki,  sizin  on  iki  imamınız,  təbəiyyət  olunmağa  sünnə  əhlinin  dörd 
imamlarından  və  başqalarından  daha  layiqlidir.  Çünki  bu  on  iki  nəfərin  bir  məzhəbi  vardır, 
onu  nizama  salmış,  yəqinləşdirmiş  və  fikirləri  eynidir.  Halbuki,  bizim  dörd  imamlarımızın 
aralarında  fiqh  məsələlərində  olan  ixtilaflar  aşkardır.  Onların  sayını  hesaba  gətirmək  olmaz. 
Aydın məsələdir ki, bir nəfərin tədqiq etdiyi məsələ on iki imamın tədqiq etdiyi məsələ kimi 
ola bilməz. Bu elə bir həqiqətdir ki, heç bir insaflı şəxs üçün şübhə yeri yoxdur və irad tutanın 
iradı yersizdir.  
Bəli!  Bəzən  nasibilər  Əhli-beyt  imamlarının  məzhəbinə  qarşı  mübarizə  aparırlar  ki,  mən 
sonradan bu haqda dəlil və sübut gətirmək zəhmətini sizə verəcəyəm.  
4. İndi sizdən xahiş edirəm, İmam Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) xilafətinə 
dəlalət  edən  (güman  etdiyiniz)  doğru  və  aşkar  “nəssləri”  (rəvayətləri)  sünnə  əhli  təriqi  ilə 
göstərəsiniz. Vəssalam. 
“S” 
 
 


 
96 
İKİNCİ BƏHS 
 
 
 
 
 
 
 
 
 
PEYĞƏMBƏRİN (S) XİLAFƏTİNİN ÜMUMİ 
RƏHBƏRLİYİ 
 


 
97 
İYİRMİNCİ MƏKTUB 
 
9 Zilhiccə 1329 
1. “Nəss”lərə xülasə işarə. 
2. “Yövmül-inzar” “nəss”i. 
3. Sünnə əhlindən bu “nəss”i nəql edənlər və yazanlar. 
 
1.  Peyğəmbərin  (s)  rəftar  və  yaşayış  tərzindən  agah  olan,  İslam  dövlətinin  yaranmasını, 
əhkamlarının  bəyanını,  onun  qanun  və  əsaslarının  hazırlanmasını,  və  Allah  tərəfindən  nazil 
olmasını  bilən  kəs  başa  düşər  ki,  Əli  (ə),  Allah  peyğəmbərinin  vəziri,  düşmən  qarşısında 
arxası, hökm və fərmanının varisi, onun vəliəhdi və o həzrətdən sonra, xilafət işinin sahibidir. 
Peyğəmbərin (s) səfərdə və qeyri-səfərdə olan söhbətləri və işləri ilə tanış olanlar, bu barədə o 
həzrətin  ardıcıl  və  aydın  rəvayətlərini  bilməlidirlər.  Bu  cərəyan  onun  dəvətinin  əvvəlindən 
ömrünün sonunadək aydın və aşkar şəkildə görünür.  
2. İslamın başlanğıcında, Məkkədə İslamın rövnəq tapmasından əvvəl Allahın nazil etdiyi 
bu ayəni mülahizə etmək sizə kifayət edər: 
 حينمبحرْـقحْلأا حكحتحيرمشحع ْرمذنحأحو
 “Ən yaxın qohumlarını (Allahın 
əzabından və...) qorxut.”
1
 – ayəsi nazil olan vaxt Həzrət yaxın qohumlarını əmisi Əbu Talibin 
evinə  topladı.  Düz,  qırx  nəfər  idilər.  Onların  arasında  əmiləri  Əbu  Talib,  Həmzə,  Abbas  və 
Əbu Ləhəb də var idi. Bu hədis doğru hədislərdəndir. Hədisin sonunda deyilir ki, Peyğəmbər 
(s)  onlara  belə  xitab  etdi:  “Ey  Əbdül-Müttəlibin  övladları,  Allaha  and  olsun,  mən  ərəblərdən 
elə  bir  cavan  tanımıram  ki,  mənim  sizin  üçün  gətirdiyimdən  faydalısını  onlar  üçün  gətirmiş 
olsun. Mən sizin üçün dünya və axirətin xeyrini gətirmişəm. Allah mənə əmr edib ki, sizi ona 
tərəf dəvət edim. 
«
 حو يخحا حنوُكحي نحا يلحع اذه يرْمحا يلحع نُّرمزاوُي ْمكـّيحاحف
 
 حو يّيصحو
 
مُكيف يـتحفيلحخ
؟
»
 
Sizlərdən kim 
bu yolda mənə kömək olsa o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəm olacaq” Hamı 
sükut etdiyi vaxt Əli yaşca hamıdan kiçik olmasına baxmayaraq, ayağa durdu və dedi: 
«
 َّمبحن اي انحا
 حو  ُنوُكحا  مللها
 
 مهْيحلحع  حكحريمز
»
  “Mən!  Ey  Allahın  peyğəmbəri,  mən  bu  işdə  sənin  vəzirin  olacağam.” 
Peyğəmbər (s) əlini onun çiyninə qoydu və buyurdu: 
«
 حو يخحا اذه َّنما
 
 حو يّيمصحو
 
 حو ُهحل اوُعحْسماف مُكيف يـتحفيلحخ
 ُهوُعيمطحا
»
 “Bu  sizin aranızda mənim vəsim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Camaat 
(Əbu  Cəhl)  gülə-gülə  yerdən  qalxıb  Əbu  Talibə  dedilər:  “Sənə  əmr  etdi  ki,  oğlunun  sözünə 
qulaq asmalı və ona itaət etməlisən!” 
3. Nübüvvət əsərlərini qoruyub saxlayanların çoxu, məsələn, İbn İshaq, İbn Cərir, İbn Əbu 
Hatəm,  İbn  Mərdəveyh,  Əbu  Nəim,  Beyhəqi  “Sünən”  kitabları  və  “Dəlail”lərində,  Sələbi  və 
Təbəri,  “Şüəra”  surəsinin  təfsirində,  (həm)  Təbəri  “Tarixul-üməmi  vəl-muluk”
2
  kitabının 
ikinci,  (həm  də)  İbn  Əsir  “Kamil”in
3
  ikinci  cildində  bu  hədisi  olduğu  kimi  qəti  şəkildə  nəql 
etmişlər.  Bunu  Əbül-Fəda  öz  tarix
4
  kitabının  birinci  cildində  “Peyğəmbərin  camaatı  İslama 
dəvət  etməsi  barədə  Allahın  əmri”  ünvanında,  mötəzili  imam  Əbu  Cəfər  İskafi  “Nəqzul-
                                                 
1
 “Şüəra”, 214. 
2
 səh. 217, müxtəlif sənədlərlə.  
3
 səh. 22 
4
 səh. 116 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə