Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə40/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   36   37   38   39   40   41   42   43   ...   118

 
88 
94. Hüşam ibn Əmmar ibn Nəsir ibn Meysərə Əbül-Vəlid. Ona Zəfəri Dəməşqi də 
demişlər.  
O,  Buxarinin  “Səhih”də  ustadıdır.  İbn  Qüteybə  onu  şiə  şəxsiyyətlərindən  hesab  etmişdir. 
Bunu  “Maarif”  kitabının  “əl-firəq”  babında  bir  qrup  şəxslərdən  bəhs  edərkən  qeyd  etmişdir. 
Zəhəbi  “Mizanül-Etidal”da  onu  xatırlamış  və  onu  imam,  xətib,  qari  (quranşünas),  hədisçi, 
Dəməşq alimi, düzdanışan rəvayətçi və bəzən xoşa gəlməyə sözlər nəql edən və s. kimi təsvir 
etmişdir.  
Mən  deyirəm:  Buxari  heç  bir  vasitə  olmadan  öz  “Səhih”inin  “bey”  və  “müamilə” 
hissəsində “borcu olan fəqirə möhlət verən kəs” babında və tədqiqatçılara məlum olan başqa 
yerində  ondan  hədis  nəql  etmişdir  ki,  “Məğazi”  (döyüşlər)  kitabında  və  “əşribə”  (içkilər)  və 
“Peyğəmbər (s) əshabələrinin fəzilətləri” bablarında qeyd olub. O, Yəhya ibn Həmzə, Sədəqə 
ibn  Xalid,  Əbdül-Həmid  ibn  Əbil-İşrin  və  başqalarından  hədis  nəql  etmişdir.  Zəhəbi 
“Mizanül-Etidal”da deyir: “Qiraət və hədis öyrənmək üçün onun yanına çoxlu adam gələrdi və 
ondan hədis söyləməsini istəyərdilər. Ustadı Vəlid ibn Müslim ondan hədis nəql etmişdir.”  
O,  “icazə”  ilə  Əbu  Ləhyəədən  rəvayət  nəql  etmişdir.  Əbdan  demişdir:  “Dünyada  onun 
kimisi olmayıb” və bir başqası deyir: “Hüşam fəsahət, bəlağət sahibi, ağıllı və elmli... bir şəxs 
idi.”  
Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır, yəni bu 
sözlər  eyni  ilə  Peyğəmbərə  vəhy  olunmuşdur.  Bu  fikirlər  Əhmədə  çatanda  –“Mizanül-
Etidal”da  Hüşamın  şərhi-halında  yazıldığı  kimi–  deyib:  “Mən  onu  nadan  gördüm,  Allah  onu 
öldürsün.” Əhməd, Hüşamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır: 
«
 ملله ُدْمحْلْا
 مهمقْلحمبِ مهمقْلحمل يّلححتَ يذَّلا
»
  “Sitayiş  Allaha  məxsusdur  ki,  məxluqlarına  özünü  yaratdıqlarıyla  aşkar 
etdi.”  Əhməd  yerindən  dik  atıldı  və  sonra  yenidən  oturdu.  Hirsindən  az  qalırdı  ki,  partlasın. 
Hişamın arxasında namaz qılanlara dedi ki, namazlarınızı təkrar edin (yəni, onun namazı batil 
olduğuna görə, gərək yenidən öz namazlarınızı qılasınız). 
Hüşamın  sözündə  Allahın  paklığı,  əzəməti,  müqəddəsliyi  münsif  adama  gizli  deyildir. 
Çünki onun sözü 
«
ةيآ ُهـحل ئيش ّلك في حو
»
 “Hər şeydə Allahın nişanəsi var.” – mənasındadır və hətta 
Allah özü bundan daha əzəmətli və daha aydın demişdir. Lakin onunla bir dövrdə yaşayan və 
eyni  biliyə  malik  alimlər  öz  düşündüklərinə  uyğun  tərzdə  başqaları  haqqında  fikir 
söyləyirdilər.  
Hüşam 153-cü ildə dünyaya gəlmiş və 245-ci il Məhərrəm ayının axırında vəfat etmişdir. 
Allah rəhmət eləsin.  
 
95. Hüşam ibn Bəşir ibn Qasim ibn Dina Səlmi Vasiti Əbu Müaviyə. 
O,  əslində  Bəlx  əhlidir.  Cəddi  Qasim  ticarət  məqsədi  ilə  Vasitə  gəlib,  sonra  orada 
məskunlaşmışdır.  
İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. O, imam Əhməd 
Hənbəlin  və  bu  təbəqədən  başqalarının  ustadıdır.  Zəhəbi  “Mizanül-Etidal”da  onun  adını 
çəkmiş  və  “Sihahi-Sittə”nin  müəlliflərinin  rəmzini  adının  kənarında  yazmaqla  onun 
hədislərindən  dəlillər  gətirmələrinə  işarə  etmiş,  onu  hafiz  kimi  təsvir  etmiş  və  demişdir:  “O, 
Zuhəri  və  Həsin  ibn  Əbdür-Rəhmandan  hədis  eşitmiş  böyük  şəxsiyyətlərdəndir.”  Yəhya  ibn 
Qəttan, Əhməd, Yəqub Durəqi və bir dəstə başqaları ondan hədis nəql etmişlər.  
Mən  deyirəm:  Onun  Həmid  Təvil,  İsmail  ibn  Əbu  Xalid,  Əbu  İshaq  Şeybani  və 
başqalarından  nəql  etdiyi  hədisləri  “Səhih-Buxari”  və  Müslimdə  vardır.  Buxari  və  Müslimin 
fikrinə görə, Ömər, Naqid, Əmr ibn Zürarə və Səid ibn Süleyman ondan hədis nəql etmişlər. 
Şəxsən Buxariyə görə, Əmr ibn Ovf, Səd ibn Nəzr, Məhəmməd ibn Nəbhan, Əli ibn Mədini 


 
89 
və  Qüteybə  və  Müslimin  fikrincə,  Əhməd  ibn  Hənbəl,  Şüreyh,  Yəqub  Durəqi,  Abdullah  ibn 
Müin, Yəhya ibn Yəhya, Səid ibn Mənsur, İbn Əbu Şeybə, İsmail ibn Salim, Məhəmməd ibn 
Səbbah, Davud ibn Rəşid, Əhməd ibn Mani, Yəhya ibn Əyyub, Züheyr ibn Harun, Osman İbn 
Əbu-Şeybə, Əli ibn Həcər və Yəzid ibn Harun ondan hədis nəql etmişlər.  
O, 183-cü ildə 79 yaşında Bağdadda vəfat etmişdir. Allah rəhmət eləsin. 
“Vav” 
96. Vəki ibn Cərrah ibn Məlih ibn Ədiy. Künyəsi oğlu Süfyan Rəvasinin adı ilədir (yən, 
ona Əbu Süfyan deyirlər) və Qeys Qeylan qəbiləsindəndir.  
İbn  Qüteybə  “Maarif”  kitabında  onu  şiə  şəxsiyyətlərindən  hesab  etmiş  və  İbn  Mədini 
“Təhzib”  kitabında  aydınlaşdırmışdır  ki,  Vəki  şiə  idi.  Mərvan  ibn  Müaviyə,  Vəkinin  rafizi 
olmasına şübhə etmirdi. Bir gün Yəhya ibn Müin onunla rastlaşdı, yanında bir səhifə gördü ki, 
orada  yazılmışdı:  “Filankəs  belədir,  filankəs  elədir  və  o  cümlədən  Vəkinin  də  rafizi  olması 
barəsində  qeydlər  var  idi.  İbn  Müin  ona  dedi:  Vəki  səndən  yaxşıdır.  Dedi:  Məndən?  Cavab 
verdi: Bəli. Bu xəbər Vəkiyə çatdı və dedi: Yəhya sahibimiz və dostumuzdur.” 
Əhməd  Hənbəldən  soruşdular:  Vəki  ilə  Əbdür-Rəhman  arasında  fikir  ixtilafı  olarsa, 
hansının sözünü üstün tutaq? O, Əbdür-Rəhmana üstünlük verdi, çünki, keçmişdəki xəlifələrin 
hamısı Əbdür-Rəhmana görə təmiz, eyibsizdir. Vəkiyə görə isə, hamısı belə deyildir.”  
Mən  deyirəm:  Zəhəbi  Həsən  ibn  Salehin  şərhi-halının  sonlarında  yazdığı  Vəki  deyirdi: 
Həsən ibn Saleh mənim nəzərimdə imam və rəhbərdir” – sözü bunu təsdiq edir. Ona dedilər: 
O,  Osmana  salam  və  rəhmət  göndərmir.  Vəki  cavab  verdi:  “Sən  Həccaca  salam  və  rəhmət 
göndərirsən? Burada o, Osmanı Həccaca bənzətmişdi.”  
Zəhəbi  “Mizanül-Etidal”da  onu  xatırlamış,  bütün  bu  dediklərimizi  onun  şərhi-halında 
yazmışdır. “Sihah” yazanlar və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Əməş, Suri, 
Şöbə,  İsmail  ibn  Əbu  Xalid  və  Əli  ibn  Mübarəkdən  söylədiyi  hədisləri  “Səhih-Müslim”  və 
“Səhih-Buxari”də sizin ixtiyarınızdadır (əlinizdədir). Hər ikisinin fikrinə görə, İshaq Hənzəli 
və  Məhəmməd  ibn  Nümeyr  ondan  hədis  söyləmişlər.  “Səhih-Buxari”də  Abdullah  Həmidi, 
Məhəmməd ibn Səlam, Yəhya ibn Cəfər ibn Əyən, Yəhya ibn Musa, Məhəmməd ibn Müqatil 
və  “Səhih-Müslim”də  Züheyr,  İbn  Əbu  Şeybə,  Əbu  Kureyb,  Əbu  Səid  Əşşəc,  Nəsr  ibn  Əli, 
Səid ibn Əzhər, İbn Əbu Ömər, Əli ibn Xəşrəm, Osman ibn Əbu Şeybə və Qüteybə ibn Səid 
ondan hədis nəql etmişlər.  
O,  197-ci  il  Məhərrəm  ayında  həcdən  qayıdan  zaman  “Fid”də  68  yaşında  vəfat  etmişdir. 
Allah rəhmət eləsin.  
 
 
97. Yəhya ibn Cəzzar Ərəni Kufi, Əmirəl-mömininin (ə) səhabələrindəndir. 
Zəhəbi  “Mizanül-Etidal”  kitabında  onun  haqqında  yazarkən,  Müslimin  və  “sünən” 
yazıçılarının rəmzlərini onun adının kənarında qoymaqla, hədislərindən dəlillər gətirmələrinə 
işarə  etmişdir.  Zəhəbi  onun  etimadlı  olduğunu  qeyd  edərək  demişdir:  “Düzdanışandır.” 
Həkəm  ibn  Üteybədən  nəql  etmişdir  ki,  Yəhya  ibn  Cəzzar  şiəlikdə  ifrata  varmışdır.  İbn  Səd 
“Təbəqat”ın  altıncı  cildində
1
  onu  xatırlamış  və  demişdir:  “Yəhya  ibn  Cəzzarın  məzhəbi  şiə 
məzhəbidir  və  dediklərində  ifrat  vardır.  Deyiblər  ki,  etimadlı  şəxs  olub  və  hədislər  də 
söyləyibdir.” 
                                                 
1
 206-cı səhifə. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə