Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə48/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   44   45   46   47   48   49   50   51   ...   118

 
113 
OTUZUNCU MƏKTUB 
22 Zilhiccə 1329 
1. Ərəb dillilər hədisin məfhumunun ümumi olduğunu hökm edirlər. 
2. Onun müəyyən bir yerə aid olması sözünün doğru olmaması. 
3. Onun, dəlil olmaması fikrinin batilliyi. 
 
1. Biz hədisin ümumi olmaması fikrinin cavabını lüğət əhlinə və ərəb ürfünə tapşırırıq və 
sən  özün  sözsüz  ərəb  üçün  dəlilsən.  Heç  fikirləşərsənmi  ki,  sənin  millətin  (ərəb  dillilər) 
hədisdəki  “mənzilət”in  ümumiliyinə  şübhə  etsin?  Heç  vaxt  və  əsla!  Heç  vaxt  mən  inana 
bilmərəm  ki,  sənin  kimi  bir  adam  “ismi-cinsin  izafi  halda  öz  fərdlərinə  şamil  olması”nda 
şübhə etsin! 
Məsələn,  əgər  siz: 
«
فياصنما  مكُتححنحم
»
  “İnsafı  sizə  verdim!”  –  dedikdə,  insafı  yalnız  bəzi 
hallaramı aid edirsiniz? Məgər bütün hallara aid deyildirmi? Allaha pənah aparıram ki, nəbada 
sən şübhə edəsən. Doğrusu, əgər müsəlman bir xəlifə dostlarından birinə: 
«
 يلحع تييلاو حكحل ُتلحعحج
سانلا
»
  “Mən  camaat  üzərində  olan  vilayətimi  sənin  ixtiyarına  verdim”,  yaxud:  “Mənzilətimi, 
yaxud  mənsəbimi,  onların  arasında  olan  rütbəmi  və  ya  mülkümü  sənə  verdim”  –  desə, 
ümumilikdən  savayı  zehnə  başqa  bir  şey  gəlirmi?  Bunun  yalnız  bəzi  hal  və  vəzifələrə  aid 
olduğunu iddia edən adama, inadkardan savayı başqa bir ad vermək olarmı?! Əgər bir xəlifə 
vəzirlərindən  birinə  “Sən  mənim  hakimiyyətim  dövründə  “Əbu  Bəkrin”  hakimiyyəti 
dövründəki  Ömər  kimisən,  bu  fərq  ilə  ki,  sən  Peyğəmbərin  səhabələrindən  deyilsən”  –  desə 
bu,  ürf  nöqteyi-nəzərindən  bəzi  məqamlaramı  aiddir?  Allaha  and  olsun  ki,  sən  onu  ümumi 
biləcəksən. Mən şübhə etmirəm ki, sən Peyğəmbərin (s) “Sən mənə nisbətdə Harunun Musaya 
olan  nisbəti  kimisən”  –  hədisində  “mənzilətin”  (məqamın)  ümumiliyinə  inanacaqsan.  Çünki 
ürf  də,  lüğət  də  belə  hallarda  həmin  məsələni  deyir.  Xüsusilə,  “nübüvvət”  məqamı  istisna 
edildikdən  sonra,  çünki  “nəss”  onu  ümuma  aid  edir.  Özün  ərəblərin  arasındasan,  bu  barədə 
özün onlardan soruş! 
2. Amma hədisdə müxalifin –“hədis müəyyən yerə aiddir”– sözü iki cəhətdən inkar olunur: 
Birinci: Hədis, bildiyin kimi, öz-özlüyündə ümuma aiddir. Buna görə də onun işlənmə yeri 
(xüsusi  olsa  da  belə)  onu  ümumiyyətdən  çıxarmır,  çünki  “işlənmə  yeri”  sözün  yalnız  həmin 
yerə aid olmasına səbəb olmur. Belə ki, fiqh üsulu elmi mənbələrində bu, sübut olunmuşdur. 
Fərz  edək  ki,  natəmiz  (cünub)  halında  bir  şəxs  əlini  “Ayətəl-Kürsi”yə  vurarsa,  sən  ona 
“dəstəmazı və qüslü olmayan şəxs Quran ayələrinə əl vurmamalıdır” – desən, bu müəyyən bir 
məsələ  deyildir.  Əksinə, Quranın  hər  hansı  bir  yerinə  əlini  qoyarsa  haram  iş  görmüş  olur  və 
dəstəmazı və qüslü olmayan heç bir şəxs ona əl vurmamalıdır. Güman etmirəm, elə bir adam 
tapılsın ki, bunu yalnız “Ayətəl-Kürsi”yə aid etsin. Əgər xurma yeyən xəstəyə həkim şirin şey 
yeməyi  qadağan  etsə  və  desə  ki,  “yemə”  bu, ərəb  ürfü  baxımından  müəyyən  bir  məsələyəmi 
aiddir  (yəni  yalnız  xurma  yemə)?!  Yoxsa  bütün  şirniyyat  növlərinə?  Allaha  and  olsun,  mən 
güman etmirəm bir nəfər tapılsın ki, onu yalnız müəyyən bir şeyə aid etsin. Buna yalnız o şəxs 
razı olar ki, üsul məsələlərindən kənarda, lüğət qaydalarından xəbərsiz, ürfi anlayışa tamamilə 
biganə  olsun.  Habelə  “Mənzilət”  hədisini  işləndiyi  yerə,  yəni  “Təbuk”  döyüşü”nə  aid  edən 
şəxs bilməlidir ki, bu ikisinin arasında heç bir fərq yoxdur.  
İkinci cəhət bundan ibarətdir ki, bu hədis Peyğəmbərin (s) mübarək dilindən yalnız Əlinin 
“Təbuk döyüşü”ndə olan xəlifəliyinə aid deyildir ki, müxaliflər bu hədisi “Təbuk döyüşü”nə 


 
114 
aid  etsinlər.  Peyğəmbərin  (s)  Əhli-beytindən  çatmış  doğru  xəbərlər  sübut  edir  ki,  bu  şərəfli 
hədis  başqa  vaxtlarda  da  deyilmişdir.  Tədqiqatçılar  və  elm  əhli  həmin  məsələlərə  müraciət 
etsinlər. Sünnə əhli rəvayətçiləri də bu həqiqətin şahididir.  
Deməli,  “hədis  yalnız  Təbuk  döyüşünə  aiddir”  –  sözü  sübutsuzdur.  Bu  heç  kəsə  gizli 
deyildir.  
3.  “Ümuminin  xüsusiləşmə  zamanı  dəlilliyini  itirməsi”  sözü  açıq-aşkar  rüsvayçı  bir 
səhvdir. Məgər kimsə belə bir sözü bizim bəhs etdiyimiz misal haqqında deyə bilərmi? Xeyr, 
bunu  işlərdə  zorakılıq  etmək  istəyən  şəxsdən  savayı  heç  kəs  deməz.  Əgər  desə  də,  belə  bir 
şəxs bir növ huşsuzluq və dəlilik aləmindədir və kor ata minib, gecənin zülmətində məqsədə 
tərəf  getmək  istəyən  şəxsə  bənzəyir.  Cəhalət  və  nadanlıqdan  Allaha  pənah  aparır  və  bundan 
salamat  qurtarmaq  üçün  Ona  yalvarırıq.  Ümumi  xüsusiləşdikdə,  “mücməl”  olmadığı  surətdə 
dəlillikdən xaric olmur. Xüsusilə, əgər xüsusiləşmiş ümumiyə bağlı olsa, dediyimiz kimi olur. 
Çünki,  əgər  ağa  öz  qulu  və  ya  nökərinə  “bu  gün  mənim  görüşümə  gələnlərə  hörmət  et, 
Zeyddən  başqa”  –  desə  və  əgər  nökər  Zeyddən  başqa  şəxslərə  də  hörmət  etməsə,  camaatın 
ürfü  baxımından  günahkar  sayılar,  ağasının  əmrinə  əməl  etməyən  hesab  olunar,  ağıllılar  onu 
məzəmmət  edər  və  günahının  miqdarı  qədər  cəzalandırılmasını  lazım  bilərlər.  Bu  cəza  həm 
əqlə əsasən və həm də şəriətə görə düzdür... Burada heç bir ürf əhli onun sözünə inanmayacaq 
ki, bu xüsusiləşmiş ümumidir və daha dəlil deyildir. Əksinə bu cür üzr istəmək günahdan daha 
pisdir.  
Siz yaxşı bilirsiniz ki, müsəlmanların və qeyri-müsəlmanların əxlaqi xüsusiyyətləri belədir 
ki,  “xüsusiləşmiş  ümumilərə”  şəkk-şübhəsiz  dəlil  kimi  gətirilir.  Bu  əxlaqi  xüsusiyyətlər 
əvvəlki  və  keçmiş  səhabələrdən,  tabeinlərdən  və  onlardan  sonra  gələnlərdən  başlamış  və  bu 
günə  qədər  davam  edir.  Əhli-beyt  imamları  və  müsəlmanların  başqa  imamları  da  bu  əxlaqi 
xüsusiyyətlərə  malik  idilər.  Bu  elə  bir  məsələdir  ki,  onda  şübhə  ola  bilməz.  Həmin  dəlil 
xüsusiləşmiş  ümuminin  sübutu  kimi  sizin  üçün  kifayətdir.  Əgər  belə  bir  ümumi  dəlil 
olmasaydı, “Ərbəə imamları”nın və müctəhidlərin üzünə elmin şəri və fəri əhkamlarının qapısı 
(dəlil  qismində)  bağlanardı.  Çünki  şəriət  əhkamları  ictihad  məsələlərində,  elm  dəyirmanının 
əməl  bünövrəsi  üzərində  ümumi  qaydalara  söykənir  və  elə  bir  ümumi  qayda  yoxdur  ki, 
xüsusiləşmiş  olmasın  və  əgər  ümumi  qaydalar  ləğv  olunsa,  elm  və  biliyin  qapısı 
bağlanacaqdır.  
“Ş” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə