Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə44/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   40   41   42   43   44   45   46   47   ...   118

 
98 
Osmaniyyə” kitabında aydın rəvayətlə
1
 və Hələbi öz “Sirə”sinin “Ərqəmin evində Peyğəmbər 
və əshabələrinin gizli iclaslarının olması” bölümündə nəql etmişlər.
2
 Bu hədis həmin mənada, 
təqribən  sözləri  oxşar  şəkildə  bir  sıra  hədis  alimləri  tərəfindən  zikr  olunmuşdur.  Məsələn 
Təhəvi, Ziya Müqəddəsi “Əl-Muxtarə”də, Səid ibn Mənsur “Sünən”də, Əhməd ibn Hənbəlin 
“Müsnəd”inin  birinci  cildində  Əlidən  nəql  olan  hədisin  111-159-cu  cüzünə  müraciət  etsəniz 
kifayətdir.  O,  müsnədinin  birinci  cildinin  331-ci  səhifəsində  yenə  İbn  Abbasdan  dəyərli  bir 
hədis nəql edir. Bu hədisdə İbn Abbas Əlinin başqalarından fərqlənən 10 üstün cəhətini sayır. 
Bu  dəyərli  hədisi  Nisai  də  İbn  Abbasdan  “Xəsaisül-Ələviyyə”nin  6-cı  səhifəsində  və  Hakim 
“Müstədrək”in  üçüncü  cildinin  132-ci  səhifəsində  nəql  etmişdir.  Zəhəbi  də  öz  “Təlxis”ində 
onu söyləmiş və doğru olduğuna etiraf etmişdir.  
“Kənzül-Ümmal”ın  altıncı  cildi  də  ixtiyarınızdadır.  Bu  hədis  orada  müfəssəl  şəkildə 
yazılmışdır.
3
  Sizə  imam  Əhmədin  “Müsnəd”inin  haşiyəsində  çap  olunmuş  “Müntəxəbi 
Kənzül-Ümmal”a  müraciət  etməniz  lazımdır.  Onun  5-ci  cildinin  41-43-cü  səhifəsinin 
haşiyəsinə baxsanız müfəssəl şəkildə onu tapacaq və elə təkcə bu kifayətdir.  
“Ş” 
                                                 
1
  Necə  ki,  İbn  Əbil-Hədidin  “Nəhcül-bəlağə  şərhi”nin  (Misir  çapı)  3-cü  cildinin  263-cü  səh.-də  gəlmişdir. 
Amma “Nəqzül-Osmaniyyə” haqq yolunu axtaran hər bir tədqiqatçıya lazım olan misilsiz kitablardandır. Bu 
mövzu İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildində “Qasiə” xütbəsinin sonunda 257-281-ci 
səh.-də gəlib.  
2
  Bu  babın  dördüncü  səhifəsinə,  yaxud  Hələbinin  “Sirə”sinin  381-ci  səhifəsinə  müraciət  edin.  Və  İbn 
Teymiyyənin  məlum  inadkarlığının  ona  vəhy  olunmuş  “adilanə  boşboğazlıq  və  zorakılığına”  etina  etmə, 
çünki ədalətli deyil.  
 Bu hədisi Misirli ictimaiyyətşünası Məhəmməd Həsəneyn Heykəl “Əs-siyasət” qəzetinin 12 zilqədə, 1350-
ci il hicri-qəməri tarixli, 2751-ci nömrəsində nəşr olunmuş beşinci səhifəsinin ikinci sütununda söyləmişdir. 
Ora  müraciət  et  və  bu,  müfəssəl  şəkildə  yazılmışdır.  Və  (Əs-siyasət)  2785-ci  nömrəsinin  əlavələrinin  6-cı 
səhifəsinin  dördüncü  sütununa  müraciət  etsən,  onun  bu  hədisi  Müslimin  “Səhih”ində,  Əhmədin 
“Müsnəd”indən,  İbn  Həcər  Heysəminin  “Cəmül-Fəvaid”indən,  İbn  Qüteybənin  “Uyunil-Əxbar”ından, 
Əhməd  ibn  Əbdür-rəbənin  “İqdül-Fərid”indən,  Əmr  ibn  Bəhr  Hacizin  “Risalə”sindən,  Bəni-Haşimdən  və 
imam Əbu İshaq Sələbinin “Təfsir”indən nəql etmişdir.  
 Mən  deyirəm:  Bu  hədisi  ingilis  Corc  “Məqalətün  fil-İslam”  (ərəbcə  tərcüməsi)  kitabında  yazmışdır. 
Məqaləni Haşim Ərəbi adlanan dinsiz bir protestant ərəbcəyə tərcümə etmişdir. Bu hədisi onun tərcüməsinin 
altıncı  çapının  79-cu  səhifəsində  tapmaq  olar.  Bu  hədis  məşhur  olduğu  üçün  bir  sıra  avropalılar;  fransız, 
ingilis və alman yazıçıları da onu söyləmişlər. Tomas Karlayl da onu müxtəsər şəkildə “Əl-İbtidal” kitabında 
yazmışdır.  
3
 392-ci səhifədə 6008-ci hədisə müraciət et və onu İbn Cərir nəql etmişdir. 396-cı səhifədə 6045-ci hədisə 
bax.  Onu  Əhmədin  “Müsnəd”indən,  Ziya  Müqəddəsinin  “Əl-Muxtarə”sindən  və  Təhavi  və  İbn  Cərirdən 
nəql etmiş və onu doğru hesab etmişlər. 397-ci səhifədə 6056-cı hədisə müraciət etsən, görəcəksən ki, onu 
İbn İshaq, İbn Cərir, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Əbu Nəim və Beyhəqi “Şöəbul-İman” və “Dəlail”də 
nəql  etmişlər.  401-ci  səhifədə  6102-ci  hədisə  müraciət  etməklə  aydın  olacaqdır  ki,  İbn  Mərdəveyhdən,  və 
408-ci səhifədə 6155-ci hədisindən məlum olacaqdır ki, Əhmədin “Müsnəd”indən və İbn Cərir və Ziyadan 
“Əl-Muxtarə”də  nəql  olunmuşdur.  “Kənzül-Ümmal”ı  araşdıran  şəxs  bu  hədisi  onun  başqa  yerlərində 
tapacaqdır. İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildinin 255-ci səhifəsinə müraciət etsən və 
ya bu kitabda “Qasiə” xütbəsinin şərhinin axırlarını oxusan, bu hədisi olduğu kimi tapa biləcəksən.  


 
99 
İYİRMİ BİRİNCİ MƏKTUB 
10 Zilhiccə 1329 
Bu “nəssin” (hədisin) sənədi barəsində şübhə. 
 
Düşməniniz  bu  hədisin  sənədini  mötəbər  hesab  etmir  və  onu  rədd  etmək  üçün  möhkəm 
izahatları vardır. Onun etibarsız olması üçün elə bircə bu kifayətdir ki, onu Müslim və Buxari 
nəql etməmiş, habelə, “Sihah” yazıçıları da yazmamışlar. Güman etmirəm ki, bu hədis sünnə 
əhlinin  etimadlı  şəxsləri  vasitəsilə  nəql  olsun  və  siz  də  bu  hədisi  –onların  vasitəsi  ilə 
söyləndiyinə görə– mötəbər hesab edəsiniz. 
“S” 


 
100 
İYİRMİ İKİNCİ MƏKTUB 
12 Zilhiccə 1329 
 
1. Bu hədisin sənədinin doğru olması. 
2. Nə üçün ondan üz döndərmişlər? 
3. Onları tanıyan şəxs onların üz çevirməsindən təəccüblənməz. 
 
1.  Əgər  mən  bu  hədisi  sünnə  əhli  təriqi  ilə  mötəbər  və  doğru  hesab  etməsəydim,  burada 
ondan danışmazdım. Bundan əlavə İbn Cərir və imam Əbu Cəfər İskafi onun doğru olmasını 
yəqinləşdirmi
1
 və bir sıra məşhur tədqiqatçılar onu doğru hesab etmişlər. Onun doğru olmasını 
bilmək üçün sənə təkcə bu kifayət edər ki, bu hədis sünnə əhlinin etimadlı şəxsləri vasitəsi ilə 
söylənmişdir.  O  şəxslər  vasitəsi  ilə  ki,  “Sihahi-Sittə”nin  müəllifləri  arxayınlıqla  onlardan  və 
rəvayətlərindən  dəlillər  gətirmişlər.  Əhmədin  “Müsnəd”inin  birinci  cildinin  111-ci  səhifəsinə 
baxın.  Orada  görəcəksiniz  ki,  bu  hədisi  Əsvəd  ibn  Amirdən
2
,  Şərikdən
3
,  Əməşdən
4

Minhaldan
5
,  İbad  ibn  Abdullah  Əsədidən
6
  və  “məruf”  şəkildə  Əlidən  nəql  etmişdir.  Bu 
sənədin  silsilə  şəxslərinin  hər  biri  müxaliflərə  bir  dəlildir.  Və  hamısı,  sözsüz,  “Sihah” 
kitablarında  adı  gələn  şəxslərdəndir.  Qeysərani  onların  haqqında  “Əl-cəm  beynə  Ricalis-
Səhiheyn”  kitabında  yazmışdır.  Buna  görə  də  bu  hədisin  doğru  olmasını  deməkdən  savayı 
başqa yol yoxdur.  
2. Amma Müslim, Buxari və başqalarının bu hədisi nəql etməməsi məsələsinə gəldikdə isə 
bu  ona  görədir  ki,  onların  xilafətinə  olan  əqidələri  ilə  uyğun  gəlmiri  və  elə  həmin  məsələ 
onların  bir  çox  “nəssləri”  qəbul  etməmələrinə  səbəb  olmuşdur.  Qorxmuşlar  ki,  əgər  nəql 
etsələr, şiənin əlində bu bir silah ola bilər və ona görə də bilə-bilə onları gizlətmişlər. Sünnə 
əhlinin böyüklərindən çoxu –Allah təqsirlərindən keçsin– bu yol ilə getmiş və bu məzmunda 
olan  bütün  hədisləri  gizlətmişlər.  Onlar  hədis  gizlətməkdə  məşhur  idilər,  belə  ki,  Hafiz  ibn 
Həcər  “Fəthul-bari”  kitabında  onları  nəql  etmiş  və  Buxari  “Səhih”in  birinci  cildində  “elm” 
kitabının axırlarında bu barədə bir bölüm 
«
موق حنود ًاموق ملعلاب ّصُخ نحم ٌباب
»
 
ayırmışdır.
7
  
3. Buxarinin Əmirəl-möminin (ə) və Əhli-beytə (ə) olan rəftarından agah olanlar bilirlər ki, 
onun qələmi “nəsslərin” gözəllikləri qarşısında acizdir və onların xüsusiyyət  və imtiyazlarını 
                                                 
1
  “Kənzül-Ümmal”ın  altıncı  cildinin  396-cı  səhifəsindəki  hədislərdən  6045-ci  hədisə  müraciət  etsən  tapa 
bilərsən.  İbn  Cərir  bu  hədisi  doğru  hesab  etmişdir.  Əgər  “Müntəxəbi-Kənz”  kitabına  müraciət  etsən, 
Əhmədin  “Müsnəd”inin  5-ci  cildinin  44-cü  səhifəsindəki  haşiyəsinin  əvvəllərində  bu  hədisin  İbn  Cərir 
tərəfindən  doğru  sayılmasından  agah  olarsan  və  Əbu  Cəfər  İskafi  “Nəqzül-Osmaniyyə”  kitabında  onun 
doğru  olmasına  dair  qəti  şəkildə  hökm  vermişdir.  İbn  Əbil-Hədidin  “Nəhcül-bəlağənin  şərhi”nin  (qədim 
Misir çapı) 3-cü cild, 263-cü səhifəsinə müraciət edin.  
2
  Buxari  və  Müslim  öz  “Səhih”lərində  ondan  dəlil  gətirmiş  və  hər  ikisinin  fikrincə  o,  Şöbədən  hədis 
eşitmişdir. Buxarinin fikrincə, Əbdül-Əziz ibn Əbu Səlmədən və Müslimin fikrincə, üheyr ibn Müaviyədən 
və Həmmad ibn Səlmədən də hədis eşitmişdir. “Səhihi Buxari”yə əsasən, Məhəmməd ibn Hatəm ibn Bəzi və 
Müslimə əsasən, Harun ibn Abdullah, Naqid, ibn Əbu Şeybə və Züheyr ondan rəvayət nəql etmişlər.  
3
 Müslim öz “Səhih”ində ondan dəlil gətirmişdir, belə ki, 16-cı məktubda onun adını çəkəndə xatırladıq.  
4
 Buxari və Müslim öz “Səhih”lərində ondan dəlillər gətirmişlər. Bu haqda 16-cı məktubda qeyd etdik.  
5
 Buxari ondan dəlillər gətirmişdir. 16-cı məktuba bax.  
6
 O, İbad ibn Abdullah ibn Zübeyr ibn Əvam Qürəşi Əsədidir. Buxari və Müslim öz “Səhih”lərində ondan 
dəlillər gətirmişlər. O, Əbu Bəkrin qızları Əsma və Ayişədən hədis eşitmişdir.  
7
 Səh. 25 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə