Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə37/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   33   34   35   36   37   38   39   40   ...   118

 
82 
 Buxarinin  fikrincə,  onun  ustad  və  şeyxləri  İbn  Üyəynə,  Əbdül-Əziz  ibn  Əbu  Səlmə  və 
İsraildir.  Buxari  şəxsən  onun  özündən  və  Müslim  isə  Züheyr  ibn  Müaviyə  vasitəsilə  ondan 
hədis öyrənmişdir.  
O, 219-cu ildə Kufədə vəfat etmişdir.  
 
77. Məhəmməd ibn Xazim
1
 (Əbu Müaviyə adı ilə də məşhurdur) Zərir Təmimi Kufi.  
Zəhəbi “Mizanül-Etidal”da onu yad edib demişdir: “Məhəmməd ibn Xazim Zərir etimadlı 
şəxsdir. Mən onun zəif olmasına aid söz eşitmişəm. Tezliklə “künyələr” hissəsində bu haqda 
danışılacaqdır.”  Sonra  “künyələr”  hissəsində  deyir:  “Əbu  Müaviyə  Zərir  etimadlı  və  böyük 
şəxslərin rəhbərlərindən biridir. Haşim deyibdir ki, Buxari və Müslim onun hədislərindən dəlil 
gətirmişlər və şiəlikdə ifrat etməkdə məşhurdur.”  
Mən deyirəm: “Sihahi-Sittə” əshabələri onun hədislərindən dəlil gətirmişlər. Zəhəbi adının 
yanında  “E.”  əlaməti  qoymaqla  “Sihah”  yazıçılarının  onun  hədislərindən  dəlil  gətirmələrinə 
işarə etmişdir. Siz onun Əməş və “Hişam ibn Ürvə”dən nəql etdiyi hədislərini “Səhih-Buxari” 
və  “Səhih-Müslim”də  tapa  bilərsiniz.  O,  bir  sıra  etimadlı  rəvayət  söyləyənlərin  rəvayətlərini 
də nəql etmişdir ki, bunlar “Səhih-Müslim”də vardır. “Səhih-Buxari”yə əsasən, onların Əli ibn 
Mədini,  Məhəmməd  ibn  Səlam,  Yusif  ibn  İsadır,  ki,  bunlar  “Səhih-Müslim”də  də  vardır. 
“Səhih-Buxari”yə əsasən, Əli ibn Mədini, Məhəmməd ibn Səlam, Yusif ibn İsa, Qüteybə və 
Müsəddəd ondan hədis nəql etmişlər. “Səhih-Müslim”ə əsasən, Səid Vasiti, Səid ibn Mənsur, 
Əmr  Naqid,  Əhməd ibn Sənan,  İbn  Nümeyr,  İshaq  Hənzəli,  Əbu  Bəkr ibn Əbu  Şeybə,  Əbu 
Küreyb  və  Züheyr  ondan  hədis  nəql  etmişlər.  Amma  hər  iki  “Səhih”ə  əsasən  Musa  Zəmən 
ondan hədis nəql etmişdir. Əbu Müaviyə 113-cü ildə doğulmuş və 195-ci ildə vəfat etmişdir.  
 
78. Məhəmməd ibn Abdullah Zəbbi Təhani Nişaburi Əbu Abdullah Hakim, hafiz və 
hədisçilərin imamı və 1000-dən artıq kitabın müəllifi. 
Elmi  səfərlərində  çoxlu  şəhərlərə  getmiş  və  2000-ə  qədər  ustaddan  hədis  və  elm 
öyrənmişdir. Dövrünün böyük rəhbərlərindən Səluki, imam İbn Furək və başqaları onu bilikdə 
özlərindən əvvəl bilmişlər. Fəzilətli olduğuna görə ona həddindən çox hörmət edirdilər. Onun 
hamıdan  üstün  olmasına  şəkk-şübhə  yoxdur.  Ondan  sonra  gələnlərin  hamısı  onun 
yetişdirmələridir.  O,  şiə  qəhrəmanlarından,  hafizlərindən,  məzhəb  və  şəriətə  xidmət 
edənlərdən  olmuşdur.  Deyilənləri  Zəhəbinin  “Təzkirətül-Hüffaz”  kitabında,  onun  şərhi-
halında oxuyun. Zəhəbi onun şərhi-halını “Mizanül-Etidal” kitabında yazmış və demişdir: “O, 
rəhbər  və  düzdanışan  imam  və  məşhur  şiədir.”  İbn Tahirdən  nəql etmişdir ki,  Əbu  İsmail  və 
Abdullah  Ənsaridən  hakim  Əbu  Abdullah  haqqında  soruşarkən, cavabında  dedilər:  “Hədisdə 
rəhbər  və  imamdır,  amma  xəbis  (pis)  bir  rafizidir.”  Zəhəbi  bu  hədisi  ondan  nəql  etmişdir: 
“Mustafa  (s)  göbəyi  kəsilmiş  və  sünnət  olunmuş  halda  dünyaya  gəlmişdir  və  Əli  (ə) 
Peyğəmbərin naibi və vəsisidir.” Zəhəbi belə əlavə edir: Amma onun düz danışmağı və biliyi 
haqqında hamı eyni fikirdədir. 
O, 321-ci ilin rəbiül-əvvəl ayında anadan olmuş və 405-ci ilin səfər ayında vəfat etmişdir. 
 
79. Məhəmməd Übeydullah ibn Əbu Rafe Mədəni. 
O  və  atası  Übeydullah,  qardaşları  Fəzl,  Abdullah,  babası  Əbu  Rafe,  əmiləri  Həsən, 
Müğeyrə  və  Əli,  onların  övlad  və  nəvələrinin  hamısı  layiqli  şəxslər  və  şiə  sələflərindəndir. 
Onların əsərləri və yazıları sübut edir ki, şiəlikdə sabitqədəm olmuşlar. Biz bu haqda “Füsulul-
Mühimmə” kitabımızın 12-ci fəslinin ikinci bölməsində danışmışıq.  
                                                 
1
 Bəziləri səhvən onu Hazim qeyd ediblər. 


 
83 
Amma haqqında bəhs etdiyimiz Məhəmmədi İbn Ədi yad edib –“Mizanül-Etidal”da şərhi-
halının  sonunda  yazıldığı  kimi–  demişdir:  “O,  Kufə  şiələrindəndir.”  Zəhəbi  “Mizanül-
Etidal”da  adının  kənarında  “T.  Q.”  hərflərini  qoymaqla  “sünən”  yazıçılarının  onun 
hədislərindən  dəlillər  gətirmələrinə  işarə  edib  xatırlamışdır  ki,  o,  atası  vasitəsilə  babasından, 
Məndəl və Əli ibn Haşim isə ondan hədis nəql etmişlər.  
Mən  deyirəm:  Həban  ibn  Əli,  Yəhya  ibn  Yəla  və  başqaları  ondan  rəvayət  nəql  ediblər. 
Məhəmməd ibn Übeydullah bəzən öz qardaşı Abdullah ibn Übeydullahdan rəvayət nəql etmiş, 
necə  ki,  tədqiqatla  məşğul  olanlar  bunu  bilirlər.  Təbəri  “Möcəmül-Kəbir”  kitabında  sənəd 
əsasında yazır: “Məhəmməd ibn Übeydullah ibn Əbu Rafenin atası babasından nəql etmişdir 
ki,  Peyğəmbər  (s)  Əliyə  buyurdu:  “Behiştə  birinci  daxil  olacaq  şəxs  mən,  sən,  Həsən  və 
Hüseyndir, övladlarımız arxamızca, şiələrimiz sağ və sol tərəfdən ilk dəstə olaraq behiştə daxil 
olacaqlar.” 
 
 
 
80. Məhəmməd ibn Füzeyl ibn Qəzvan Əbu Əbdür-Rəhman Kufi. 
İbn  Qüteybə  “Maarif”  kitabında  onu  şiə  şəxsiyyətlərindən  hesab  etmiş  və  İbn  Səd 
“Təbəqat”ın  altıncı  hissəsinin  271-ci  səhifəsində  onun  adını  çəkib  demişdir:  “O,  etimadlı, 
düzdanışandır  və  çoxlu  hədislər  nəql  etmişdir.  Amma  bəziləri  onun  hədislərindən  dəlil 
gətirmirlər.”  Zəhəbi  “Mizanül-Etidal”ın  sonunda  “ata  və  əcdadı  vasitəsilə  tanınan  şəxslər” 
babında deyir: “Düzdanışan şiədir.” “Məhəmmədlər” hissəsində onun adını çəkərək demişdir: 
“Düz danışmaqda məşhurdur.” və xatırlatmışdır ki, Əhmədin dediyinə görə o, şiədir və doğru 
hədislər nəql edib. Ardınca deyir: Əbu Davud deyib ki, “odlu-alovlu” bir şiədir və o, hədis və 
mərifət sahibidir. O, Quranı Həmzə üçün oxumuş və bir sıra kitablar yazmışdır. İbn Müin də 
onu  etimadlı  bilmiş,  Əhməd  onu  yaxşı  adam  hesab  etmiş  və  Nisai  demişdir:  “Onda  nöqsan 
yoxdur.” 
Mən  deyirəm:  “Sihah”  əshabələri  və  başqaları  hədislərindən  dəlil  gətirmişlər.  Onun,  atası 
Füzeyl, Əməş, İsmail ibn Əbu Xalid və bu təbəqədən olan başqalarından nəql etdiyi hədisləri 
“Səhih-Buxari”  və  “Səhih-Müslim”də  vardır.  Buxarinin  fikrincə,  Məhəmməd  ibn  Nümeyr, 
İshaq Hənzəli, İbn Əbu Şeybə, Məhəmməd ibn Səlam, Qüteybə, İmran ibn Meysərə və Əmr 
ibn  Əli  ondan  hədis  nəql  etmişlər.  Müslimin  fikrincə,  Abdullah  ibn  Amir,  Əbu  Küreyb, 
Məhəmməd ibn Türeyf, Vasil ibn Əbdül-Əla, Züheyr, Əbu Səid Əşşəc, Məhəmməd ibn Yəzid, 
Məhəmməd  ibn  Müsənna,  Əhməd  Vəkii  və  Əbdül-Əziz  ibn  Ömər  ibn  Əban  ondan  rəvayət 
nəql etmişlər.  
O, 195-ci il, başqa bir deyilənə görə 194-cü ildə vəfat etmişdir. 
 
81. Məhəmməd ibn Müslim ibn Taifi. 
İmam  Sadiqin  (ə)  əshabələrinin  görkəmli  şəxslərindən  idi.  Şeyxut-Taifə  Əbu  Cəfər  Tusi 
onu  rical  kitabında  şiə  zikr  etmiş  və  Həsən  ibn  Əli  ibn  Davud  özünün  “Müxtəsər”  kitabının 
“etimadlı  şəxslər”  babında  ondan  bəhs  etmişdir.  Zəhəbi  şərhi-halını  yazmış  və  Yəhya  ibn 
Müin  və  başqaları  tərəfindən  etimadlı  sayıldığını  qeyd  edib  və  demişdir:  “Qəsni,  Yəhya  ibn 
Yəhya  və  Qüteybə  ondan  rəvayət  nəql  ediblər.”Əbdür-Rəhman  ibn  Mehdi,  Məhəmməd  ibn 
Müslim  Taifini  xatırladaraq  demişdir:  “Kitabları  doğrudur.  “məruf”  ibn  Vasil  demişdir: 
“Süfyan ibn Surini gördüm ki, Məhəmməd ibn Müslimin qarşısında diz çöküb dediyi hədisləri 
yazırdı.”  
Mən deyirəm: Yalnız şiə olmasına xatir onu bəziləri “zəif” hesab etmiş, lakin bu ona zərər 
yetirməmişdir. Dəstəmaza aid Əmr ibn Dinardan nəql edilmiş hədis ona məxsusdur və “Səhih-


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə