Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə55/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   51   52   53   54   55   56   57   58   ...   118

 
132 
kəs  ona  bir  şey  vermədi.  Əli  rüku  halında  idi.  Kiçik  barmağı  ilə  ona  işarə  etdi.  Həmin 
barmağında üzük var idi. Dilənçi irəli gəlib üzüyü barmağından çıxartdı. Bu vaxt Peyğəmbər 
(s)  Allah  dərgahında  razü-niyaz  edir,  deyirdi:  “Ey  Allah!  Qardaşım  Musa  (ə)  səndən  xahiş 
edib dedi ki, mənə ürək genişliyi ver, işimi asan et və Əhli-beytimdən mənə bir vəzir təyin et! 
Sən də mən Əlini və onun vasitəsilə ilə arxamı möhkəmlət.” 
(Əbuzər  deyir:)  Allaha  and  olsun,  Peyğəmbərin  (s)  sonuncu  kəlməsi  qurtarmamış  Cəbrail 
bu ayəni (Maidə, 55-56) gətirdi.” 
3. Siz –Allah sizin vasitənizlə haqqı saxlasın– bilirsiniz ki, “vəli” burada “övla” – “üstün” 
mənasındadır.  Necə  ki,  deyirik:  “filankəs  vəliyyi-qasirdir”  və  lüğət  alimlərinin 
aydınlaşdırdıqları kimi: 
«
ـُهحـف ٍدححا حرْمحا حّليحو ْنحم ُّلُك
 ُهُّيلحو حو
»
 “Hər kəs başqasının işini öhdəsinə götürsə, 
onun vəlisidir.”
1
 Beləliklə ayənin mənası belə olur: “Sizin işinizi öhdəsinə götürən və həmin 
işlərinizə dəxalət etməkdə sizdən üstün olan yalnız Allah, onun rəsulu və Əlidir.” Çünki yalnız 
Əlidə “iman”, “namazda rüku halında”, “zəkat verilməsi” kimi xüsusiyyətlər mövcud olmuş 
və ayə onun haqqında nazil olmuşdur. 
Allah  bu  vilayəti  öz  peyğəmbəri  və  vəlisi  üçün  eyni  cür  nəzərdə  tutmuş  və  bilirik  ki, 
Allahın  vilayəti  ümumidir.  Deməli,  Peyğəmbərin  və  vəlisinin  vilayəti  də  Allahın  vilayəti 
kimidir  və  mümkün  deyildir  ki,  “nəsir”  (köməkçi),  “mühibb”  (dost)  və  bu  kimi  mənalarda 
olsun. Çünki bu sözün yalnız “nəsir”, “mühibb” və başqa mənalara həsr edilməsinə əsla dəlil 
yoxdur  və  mən  belə  güman  edirəm  ki,  bu  məsələ  aydın  məsələlərdəndir. 
«
 .ينلماعلا بر لله دملْا
ملاسلاو
»
 
“Ş” 
                                                 
1
 “Sihah”, yaxud “Muxtarüs-Sihah” və başqa kitablarda “vəli” ləfzinə bax. 


 
133 
QIRX BİRİNCİ MƏKTUB 
3 Məhərrəm 1330 
İman gətirənlər sözü cəm halındadır, necə tək hala aid ola bilər? 
 
Bəzən deyilə bilər ki, 
 مذَّلا ْاوُنحمآ حنيمذَّلاحو ُهُلوُسحرحو ُهّللا ُمُكُّيملحو احَّنَّمإ
 حنوُعمكاحر ْمُهحو حةاحكَّزلا حنوُتْؤُـيحو حةحلاَّصلا حنوُميمقُي حني
 – cəm 
halındadır.  Deməli,  həqiqət  cəm  şəklindədir.  Belə  olan  surətdə,  yəni  imam  tək  olduğu  halda 
cəmə necə aid ola bilər və cavabı nədir? 
“S” 


 
134 
QIRX İKİNCİ MƏKTUB 
4 Məhərrəm 1330 
1. Ərəb “müfrəd”i (tək) cəm halında işlədir. 
2. Bu məsələ üçün sübutlar. 
3. İmam Təbərinin dedikləri. 
4. Zəməxşərinin dedikləri. 
5. Mənim dediklərim. 
 
1.  Cavabı  budur  ki,  bəzən  “ərəb”  müfrədi  cəm  halında  məna  incəlikləri  tərkibinə  görə 
işlədir.  
2.  Bu  mənaya  sübut  Allah-təalanın  “Ali-İmran”  surəsindəki  173-cü  ayədir  ki,  orada 
oxuyuruq: 
احنُـبْسحح ْاوُلاحقحو ًاناحيممإ ْمُهحداحزحـف ْمُهْوحشْخاحف ْمُكحل ْاوُعححجَ  ْدحق  حساَّنلا َّنمإ  ُساَّنلا ُمُحلَ  حلاحق حنيمذَّلا
 
ليمكحوْلا حمْعمنحو ُهّللا
  “O 
kəslər ki, xalq onlara: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, 
(bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – 
deyə  cavab  verdilər.”  Bu  sözü  müfəssirlər,  hədis  söyləyənlər  və  xəbər  yazanların  nəzərinə 
görə  yalnız  Nəim  ibn  Məsud  Əşcəi  demişdir.  Burada  Allahın  “ən-nas”  sözünü  cəm  halında 
deməsinə baxmayaraq,  tək  şəxsə aid  etmişdir.  Burada müfrədin cəm  halında  işlənməsi  onun 
boş, cəfəng sözlərinə etina etməyənlərə ehtiram əlamətidir. Çünki Əbu Süfyan müsəlmanları 
zəiflətmək  və  müşriklərin  vasitəsi  ilə  qorxutmaq  üçün  ona  on  dəvə  vermişdi.  O  da 
müsəlmanlara dedi ki, camaat sizə qarşı hazırlaşmış, onlardan qorxun. Müsəlmanların çoxu bu 
sözə  görə  Əbu  Süfyanın  qoşununa  qarşı  qiyam  etməkdən  qorxdu.  Amma  Peyğəmbər  yetmiş 
atlı  ilə  hərəkət  etdi  və  onlar  salamat  qayıtdılar.  Bu  ayə  Peyğəmbər  ilə  gedən  həmin  yetmiş 
nəfər haqqında nazil oldu ki, boş sözlərə qulaq asmadılar.  
Burada “ən-nas” sözünün tək bir şəxsin barəsində işlədilməsi incə bir məfhumu ifadə edir 
ki, Peyğəmbər ilə gedən yetmiş nəfərin mədhindən ibarətdir. Burada cəm halı tək haldan –“O 
kəslər  ki,  bir  kişi  (bir  nəfər)  onlara  dedi:  Camaat  sizə  qarşı  (qüvvə)  toplamışdır.”–  daha 
bəlağətli və məqsədəuyğundur ki, bu heç kəsə gizli deyildir. Belə misallar Allahın kitabında, 
Peyğəmbərin  hədislərində  və  ərəb  dilində  çoxdur.  O  cümlədən  bunu  göstərmək  olar.  Allah 
buyurur: 
 ُهحـيمدْيحأ ْمُكْيحلمإ ْاوُطُسْبحـي نحأ ٌمْوحـق َّمحه ْذمإ ْمُكْيحلحع مهّللا  حتحمْعمن ْاوُرُكْذا ْاوُنحمآ حنيمذَّلا احهُّـيحأ احي
 ُكنحع ْمُهحـيمدْيحأ َّفحكحف ْم
 ْم
 “Ey 
iman  gətirənlər!  Bir  qövmün  sizi  ələ  keçirməyi  qərara  aldıqları  zaman  Allahın  sizə  verdiyi 
nemətini  yada  salın:  Allah  qoymadı  ki,  onların  əli  sizə  çatsın.”  Halbuki  müsəlmanları  ələ 
keçirməyi  qərara  alan  qövm  yalnız  “Bəni  Müharib”dən  Qürəs  adında  bir  nəfər,  yaxud  “Bəni 
Nəzir” tayfasından olan Əmr ibn Cəhaş olub. O, qılınc çəkib Peyğəmbəri (s) vurmaq istəyəndə 
Allah ona mane oldu. Bu hadisəni müfəssirlər, hədisçilər nəql etmiş və İbn Hişam “Sirə”sinin 
3-cü cildində “Zatür-Riqa” döyüşündən bəhs edərkən yazmışdır. “Camaat” sözü kimi işlənən 
“qövm”  sözü  tək  bir  kişiyə  ona  görə  aid  edilmişdir  ki,  Allah  onlara  inayət  etdi  və 
peyğəmbərlərini salamat saxladı.  
Habelə  “mübahilə”  ayəsində  “əbna”  (oğullar),  “nisa”  (qadınlar),  “ənfus”  (özlər)  sözləri, 
həqiqətdə  ümumi  olsa  da,  Həsəneynə  (yəni  Həsən  və  Hüseyn),  Fatiməyə  və  Əliyə  aid 
edilmişdir.  Bu məsələdə hamının  fikri  eynidir.  Belə  deyiliş  onların məqamını  ucaltmaq  üçün 
edilmişdir.  Bu  qəbil  işlənmiş  sözləri  çox  olduqlarından  sayıb-qurtarmaq  və  toplamaq  olmaz. 
Bu  cəm  halının  müfrədə  aid  edilməsinə  dair  sübutlar  idi  ki,  məna  incəlikləri  zəruriliyindən 
yaranır.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə