Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə17/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   13   14   15   16   17   18   19   20   ...   118

 
40 
ilə sirab etmək və “Məscidül-Həram”ı bərpa etmək işində fəxr edənlər haqda Allah buyurur: 
“Hacıları su ilə sirab etmək və Məscidül-Həramı təmir və abad etmək işini Allaha və qiyamət 
gününə  iman  gətirən  və  Allah  yolunda  cihad  edən  kimi  sanırsınız?  Bunlar  Allah  qarşısında 
bərabər  deyildirlər,  Allah  zülmkar  şəxsləri  hidayət  etməz.”
1
  Yenə  də  onların  fədakarlıqları 
haqda Allah buyurur: 
 مداحبمعْلامب  ٌفوُؤحر ُهّللاحو مهّللا  متاحضْرحم ءاحغمتْبا ُهحسْفحـن يمرْشحي نحم  مساَّنلا حنممحو
 “İnsanların eləsi də 
vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah 
öz  bəndələrinə  qarşı  çox  mehribandır.”
2
  Yenə  buyurur:  “Allah  möminlərdən  canlarını  və 
mallarını alır ki, əvəzində behişti onlara bağışlasın. Onlar Allah yolunda vuruşurlar, öldürürlər 
və  öldürülürlər.  Bu,  Tövratda,  İncildə  və  Quranda  yazılmış  həqiqi  və  aydın  vəddir.  Öz  əhd-
peymanına Allahdan vəfalısı kim ola bilər?”; “Artıq siz bu müamilə (can və mal verib behişt 
almısınız)  ilə  özünüzə  müjdə  verin.  Bu,  hədsiz  feyz,  qələbə  və  nicatdır.  (  Möminlər  bu 
xüsusiyyətlərə  malikdirlər:)  Tövbə edən,  abid,  Allaha  sitayiş  edən,  oruc  tutan,  rüku  və  səcdə 
edəndirlər. Onlar yaxşı işlərə dəvət edir və pis işlərdən çəkindirirlər. İlahi hüdudu hifz edən və 
öz  mallarını  gecə-gündüz,  aşkar  və  gizli  bağışlayan  möminlərə  müjdə  ver  ki,  onların  əcri 
Yaradanın yanında hifz olunur, onlar üçün qorxu yoxdur və qəm-kədər görməzlər.”
3
 “Sidq” və 
doğrunu  təsdiq  edənlərə  Allah  şahiddir.  Bu  haqda  oxuyuruq:  “  Özüylə  “sidq”  gətirən 
(Məhəmməd  (s))  və  onu  təsdiq  edənlər  pəhrizkardırlar.”
4
  Bəli,  onlar  Allahın  rəsulunun  xalis 
                                                                                                                                                   
ayənin  mənası  haqqında  özünün  “Əsbabun-nuzul”  kitabında  Səid  ibn  Cubeyrdən,o  da  İbn  Abbasdan  nəql 
etmişdir ki, Vəlid ibn Üqbə Əli ibn Əbu Talibə dedi: “Mənim nizəm səninkindən iti, dilim uzun və qoşunum 
səninkindən  çoxdur.  Əli  ona  buyurdu:  Sakit  ol,  sən  fasiqsən!”  Və  yuxarıdakı  ayə  nazil  oldu  ki,  “mömin” 
sözündən məqsəd Əli (ə), “fasiq”dən məqsəd isə Vəlid ibn Üqbədir.  
1
 “Tövbə”, 19. Bu ayə Əli, əmisi Abbas və Təlhə ibn Şeybə haqqında nazil olmuşdur. Təlhə deyirdi: “Mən 
Kəbənin sahibiyəm, açarı mənim əlimdədir, mən onun qapıçısıyam.” Abbas deyirdi: “Hacılara su çatdırmaq 
mənim  öhdəmdədir”  Əli  (ə)  isə  buyururdu:  “Bilmirəm  siz  nə  deyirsiniz,  amma  mən  altı  ay  hamıdan  əvvəl 
Peyğəmbər  (s)  ilə  namaz  qılmışam  və  cihad  adamıyam.”  Allah  yuxarıdakı  ayəni  nazil  etdi.  Bu,  Vahidinin 
“Əsbabun-Nuzul” kitabında ayənin mənasına aid nəql etdiyi məsələdir. O, bu mənanı Həsən Bəsri, Şəbi və 
Qurtəbidən  nəql etmiş, İbn Sirin  və  həmədanlı Mürrədən  yazmışdır  ki, Əli  Abbasa buyurdu:  “Peyğəmbərə 
qovuşmaq üçün nədən ötrü mühacirət etmirsən? Abbas cavabında dedi: Məgər mühacirətdən üstün iş mənim 
öhdəmdə deyilmi? Məgər mən Allah evinin hacılarına su vermirəmmi? Məgər Məscidül-Həramın təmiri və 
abadlaşdırılması mənim öhdəmdə deyilmi?” Bu vaxt yuxarıdakı ayə nazil oldu.  
2
  “Bəqərə”, 207.  Hakim  “Müstədrək”in  3-cü  cildinin  4-cü  səhifəsində  İbn  Abbasdan  nəql  edir:  “Əli  canını 
satın qoydu və Peyğəmbərin paltarını əyninə geydi.” Hakim bu hədisin doğru olduğunu aydınlaşdırmış, hətta 
Buxari  və  Müslüm  özləri  onun  nəql  etmədiklərinə  baxmayaraq  doğru  olmasına  etiraf  etmişlər.  Hakim 
“Müstədrək”in həmin səhifəsində Əli ibn Hüseyndən (ə) bununəql etmişdir: “Allah üçün birinci canını satın 
qoyan şəxs Əli ibn Əbu Talib (ə) idi ki, Peyğəmbərin (s) yatağında yatdı.” Sonra Əliyə aid olan bir şeri nəql 
edir ki, əvvəli belədir: 
 
«
رحجحلْاب و قيتـحعلا تيبلاب  حفاط نحم  حو اصحـلا ئحطحو نحم حيرخ يسفنـب  ُتيـمق  حو
»
  “Yer  üzərinə  qədəm  qoyub,  Kəbəni  təvaf  və 
Həcərül-Əsvədi ləms edən ən yaxşı adamı canım ilə hifz etdim.”  
3
 “Bəqərə”, 274; “Tövbə”, 111-112. “Əsbabun-Nuzul” yazanlar, hədisçilər və təfsirçilər İbn Abbasdan nəql 
etmişlər ki, 
 ْوحخ حلاحو ْممِّبِّحر حدنمع ْمُهُرْجحأ ْمُهحلحـف ًةحيمنحلاحعحو اًّرمس مراحهَّـنلاحو ملْيَّللامب مُحلَاحوْمحأ حنوُقمفنُي حنيمذَّلا
 حنوُنحزْحَ ْمُه حلاحو ْممهْيحلحع ٌف
 – ayəsi (“Bəqərə”, 
274) Əli  ibn  Əbu  Talib  haqqında  nazil  olmuşdur.  Bu  o  vaxt  idi  ki, Əlinin  dörd  dirhəmi  var  idi. Onlardan 
birini axşam, o birisini gündüz, üçüncüsünü gizli və dördüncüsünü aşkar bağışladı. Bu vaxt yuxarıdakı ayə 
nazil  oldu.  Vahidi  “Əsbabun-Nuzul”  kitabında  İbn  Abbasdan,  yenə  Mücahiddən  və  sonra  Kəlbidən 
əlavələrlə onu nəql etmişdir.  
4
 “Zumər”, 33. “Sidq” gətirmiş kəsdən məqsəd Allahın rəsulu (s), onu təsdiq edən kəsdən məqsəd Əmirəl-
möminindir  (ə).  Bu  aydın  məsələ  imam  Baqir,  imam  Sadiq,  imam  Kazim,  imam  Rza,  İbn  Abbas, 
Məhəmməd Hənəfi, Abdullah ibn Həsən, Zeyd ibn Əli ibn Hüseyn və imam Sadiqin övladı Əli ibn Cəfərin 
sözüdür. Əmirəl-möminin (ə) özü həmişə bu ayəni dəlil gətirərdi. İbn Məğazili özünün “Mənaqib” kitabında 
Mücahiddən  nəql  etmişdir  ki, 
«
قدِّصلاب حءاج يذّلا
»
  –  ayəsindən  məqsəd  Məhəmməd  (s)  və 
«
هب قّدحص يذّلا
»
  – 
ayəsindən məqsəd isə Əlidir. Bu rəvayəti ibn Mərdəveyh və Əbu Nəim və başqaları nəql etmişlər.  


 
41 
“Rəht” qövmü və yaxın adamlarıdır ki, Allah inayətini onlardan əsirgəməmiş və buyurmuşdur: 
 حينمبحرْـقحْلأا  حكحتحيرمشحع  ْرمذنحأحو
  “Öz  yaxın  adamlarını  qorxut.”  Həmin  “yaxın  adamlar”dır  ki,  Allah 
buyurmuşdur: 
 مهَّللا  مباحتمك  مفي  ٍضْعحـبمب  حلَْوحأ ْمُهُضْعحـب  مماححْرحْلأا وُلْوُأحو
  “Allahın  kitabında  bəziləri  bəzilərindən 
üstündür.”  Quran  nöqteyi-nəzərindən  qohumların  bəzisi  digərlərindən  üstün,  qiyamət  günü 
dərəcələri  yüksək,  Peyğəmbər  dərəcəsinə  layiq  və  nemətli  behiştdə  ona  qovuşacaqlar. 
Aşağıdakı  ayədə  deyiləni  sübut  edir:  “İman  gətirib  imanda  övladları  ardınca  gedənlərin 
nəsillərini  (cənnətdə)  özlərinə  qoşacağıq.  Onların  əməllərindən  heç  bir  şey  əskiltməyəcəyik. 
Hər kəs öz əməlinin girovundadır.”
1
 
Onlar  elə  bir  haqqa  sahibdirlər  ki,  Quran  uca  səslə  onun  ödənilməsinə  əmr  edir  və  deyir: 
 ُهَّقحح  حبَْرُقْلا احذ  متآحو
  “Qohum  və  yaxın  adamların  haqqını  ver.”  Onlar  xüms  sahibidirlər  ki,  onu 
yerinə  yetirmədən  zimmədən  (öhdədə  olan  şey)  xilas  olmaq  olmaz.  Allah  buyurmuşdur: 
“Agah  olun,  əlinizə  düşən  hər  bir  qənimətin  xümsü  Allahın,  Peyğəmbərin  və  yaxın 
qohumlarınındır  (Əhli-beytindir).”
2
  Onlar  “fəy”  sahibləridir  ki,  Allah  deyir:  “Allah  Öz 
Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, 
Peyğəmbərə  (ona  (s)  yaxın  olan)  qohum-əqrabaya,  yetimlərə,  yoxsullara  və  (pulu  qurtarıb 
yolda  qalan)  müsafirə  (yolçulara)  məxsusdur.”
3
  Bu  həmin  Əhli-beytdir  ki,  Allah  onlara  belə 
xitab etmişdir: 
 ْذُيمل ُهَّللا ُديمرُي احَّنَّمإ
اًيرمهْطحت ْمُكحرِّهحطُيحو  متْيحـبْلا حلْهحأ حسْجِّرلا ُمُكنحع حبمه
 “Allah istəmişdir ki, siz Əhli-
beytdən günahı uzaqlaşdırsın, sizi tamamilə pak və təmiz etsin.”
4
 Onlar “Ali-Yasin”dirlər ki, 
Allah  onlara  salam  göndərir  və  buyurur: 
 مساحي  ْلمإ ىحلحع ٌم حلاحس
 حين
  “Ali-Yasinə  salam  olsun.”
5
  Ali-
Məhəmməd onlardır və Allah onlara salam göndərməyi bəndələrinə vəzifə bilərək buyurur: 
 َّنمإ
اًميملْسحت اوُمِّلحسحو مهْيحلحع اوُّلحص اوُنحمآ حنيمذَّلا احهُّـيحأ احي ِّمبَّنلا ىحلحع حنوُّلحصُي ُهحتحكمئ حلاحمحو حهَّللا
 “Allah və mələkləri Peyğəmbərə 
salam  göndərirlər,  ey  iman  gətirən  şəxslər,  siz  də  ona  salam  göndərin.”
6
  Hədislərin  birində 
deyilir:  “Ey  Allahın  peyğəmbəri,  sənə  “salam”ı  bildik,  buyur  de,  sənə  “salavat”ı  necə 
göndərək?  Peyğəmbər  buyurdu,  belə  deyin: 
«
 َّمُهـّللحا
 
 ٍدَّمحُمُ  ملآ  يلحع  حو  ٍدَّمحُمُ  يلحع  ِّلحص
»
  “İlahi, 
Məhəmmədə  və  Ali-Məhəmmədə  salavat  göndər  (xeyir-bərəkət  yetir)!”  Bu hədisdən məlum 
olur ki, onlara salavat göndərmək bu ayədə əmr olunan salavatdır və buna görədir ki, alimlər 
bu ayəni Əhli-beytin şəninə nazil olan ayələrdən sayırlar. İbn Həcər “Səvaiq” kitabının 11-ci 
babında bunu onların barəsində nazil olan ayələrdən hesab edib.
7
 
                                                 
1
 “Tur”, 21. Hakim “Müstədrək”in 2-ci cildinin 468-ci səh.-də “Tur” surəsinin 
مهتيرذ مبِّ انقلْا
 – ayəsi haqqında 
nəql etmişdir ki, Allah möminin qohum və övladlarını əməldə özündən aşağı olmasına baxmayaraq özü ilə 
yüksəyə aparar. Sonra yuxarıdakı ayəni dəlil gətirmişdir.  
2
 “Ənfal”, 41. 
3
 “Həşr”, 7. 
4
 “Əhzab”, 33. 
5
  “Saffat”,  130.  Sonuncu  ayəni  İbn  Həcər  “Səvaiq”in  11-ci  babında  yazmış  və  demişdir  ki,  ondan  məqsəd 
Ali-Məhəmmədə salamdır. İbn Həcər yazır: Kəlbi də belə demiş və əlavə etmişdir ki, Fəxri Razi demişdir: 
“Əhli-beyt beş şeydə Peyğəmbərlə bir cərgədədir: 1) salamda: 

بنلا اهيا كيلع ملاسلا”; “
 ْلمإ ىحلحع ٌم حلاحس
 
 حينمساحي

. 2) 
namazın təşəhhüdündə salavatda. 3) paklıqda: 

هط”
 – yəni, “ey tahir, pak!”; 

اًيرمهْطحت ْمُكحرِّهحطُيحو”
. 4) məhəbbətdə: 

للها ُمُكْبمبَُْ  منّوُعمبَّتاحف”; “ حبَْرُقْلا  مفي حةَّدحوحمْلا  َّلامإ اًرْجحأ مهْيحلحع ْمُكُلحأْسحأ  َّلا لُق”
. 5) onlara sədəqə verilməyin haramlığında. 
6
  “Əhzab”,  56.  Buxari  “Səhih”in  3-cü  cildinin  “Təfsirul-Quran”  kitabının 

 ِّمبَّنلا ىحلحع  حنوُّلحصُي ُهحتحكمئ حلاحمحو حهَّللا  َّنمإ”
 
babında,  “Əhzab”  surəsinin  təfsirində  və  Müslüm  “Səhih”in  1-ci  cildində  “əs-sələvat”  kitabının 
“Peyğəmbərə salavat” babında bu sözü nəql etmiş və başqa hədisçilər onu Kəb ibn Ücrədən nəql etmişlər.  
7
 Həmin babda onlar haqqında zikr olunmuş ayələrdən 2-ci ayədir ki, 87-ci səhifəyə müraciət edin.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə