Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə13/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   9   10   11   12   13   14   15   16   ...   118

 
31 
“Ey  Peyğəmbərin  Əhli-beyti,  sizi  sevməyi  Allah  nazil  etdiyi  kitabında  vacib  etmiş;  Sizə 
salavat  göndərməyən  şəxsin  namazının  qəbul  olunmamağı  isə  sizin  fəzl  və  üstünlüyünüzə 
kifayətdir.” 
Hələlik  Peyğəmbərin  (s)  pak  hədisləri  (Quranda  buyurulan  kimi)  əsasında  onlara  itaət 
etməyin  vacibliyinə  dəlalət  edən  bu  qədər  dəlillər  ilə  kifayətlənirik.  Quranda  bu  mənaya 
dəlalət  edən  aydən  ayələr  mövcuddur  ki,  onu  sizin  ağlınızın  və  aydın  zehninizin  şahidliyinə 
həvalə edirəm siz, bir işarə ilə onları duya bilirsiniz.” Vəssalam. 
 “Ş” 


 
32 
ON BİRİNCİ MƏKTUB 
20 Zilqədə 1329 
1. Xatırlanmış aydın hədislərdən heyrətə gəliş.  
2. Cümhurun inandıqları ilə bu rəvayətlərin uyğun gəlməsindən qorxu.  
3. Qurani-kərimin ayələri ilə dəlillər gətirilməsi xahişi.  
1. Qiymətli məktubunuzu oxumaq şərəfinə nail oldum. Elə bir məktub idi ki, haqq yolunu 
göstərmək  üçün  çox  aydın,  ondan  istifadə  etmək  isə  çox  asandır.  Elm  və  bilik  quyusundan 
çəkdiyim tuluğu ağzına qədər doldurmusan və dağa bənzər yüksək vücudunun uca zirvəsindən 
dəlil və bürhanları sel kimi axıtmısan. Məktubuna nəzər salaraq uzun müddət onun ətrafında 
dərin  fikrə  daldım.  Səni  mübahisədə  yorulmaz,  elmi  mübahisədə  sabitqədəm,  qüvvətli  və 
rəvan bəyana malik bir şəxs kimi gördüm. 
2.  Sənin  dəlillərin  arasında  özümü  qərq  etdikdə  və  gətirdiyin  dəlilləri  dəqiq  şəkildə 
araşdırdıqda özümü qəribə bir döyüşdə hiss etdim. Dəlillərinə nəzər salırdım və onları mütləq 
(sübut  olunmuş)  hesab  edirdim.  Əhli-beyt  imamlarına  baxmaqla,  onları  Allah  və  Peyğəmbər 
(s)  qarşısında  elə  bir  məqamda  görürdüm  ki,  görkəmləri  və  cəlalları  qarşısında  təvazökarlıq 
qanadlarını sərmək lazımdır.  
Sonra cümhur, qiblə əhli və İslam ümmətinin əksəriyyətini müşahidə edərək onların Əhli-
beyt əleyhinə, yəni bu dəlillərin zahirlərinin tələb etdiyi şeyin əleyhinə olduqlarını görürdüm. 
Vücudumda möhkəm bir çəkişmə əmələ gəlmişdi. Özümdə iki mövqe görürdüm. Biri məni bir 
tərəfdən dəlilə tabe olmağa çəkir, o biri isə müsəlmanların əksəriyyəti olan tərəfə sövq edirdi. 
Birincisi  cilovunu  sənin  əlinə  tapşırmış  və  səndən  ayrılmır,  ikincisi  isə  inadkarcasına  özünü 
sizdən uzaqlaşdıraraq üsyan edirdi.  
3.  Bu  üsyankar  ruha  qalib  gəlmək  üçün  Qurandan  kəskin  dəlillər  gətirməyə  imkanın 
vardırmı?  Belə  ki,  bu  ayələr  onun  yolunu  kəssin,  Əhli-beyt  tərəfə  sövq  etdirsin  və  onunla 
cümhur müsəlmanlarının nəzəriyyəsi arasında qəti sədd olsun. Vəssalam. 
“S” 


 
33 
ON İKİNCİ MƏKTUB 
22 Zilqədə 1329 
Quran ayələrindən dəlillər. 
 
Allaha şükür olsun ki, siz Quran elmlərindən bolluca bəhrələnmiş şəxslərdənsiniz və onun 
aşkar  və  gizli  cəhətlərindən  agahsınız.  Amma  deməliyəm  ki,  məgər  Quranın  aşkar  ayələri 
Peyğəmbərin  (s)  pak  Əhli-beyti  barədə  nazil  olan  qədər  başqaları  haqqında  da  nazil 
olmuşdurmu? 
Quranın  aydın  ayələri  Əhli-beytdən  savayı  başqaları  haqqında  “Onlar  günah  və 
çirkinlikdən  uzaqdırlar”  –  deyə  hökm  edirmi?
1
  “Təthir”  ayəsi  kimin  haqqında  nazil 
olmuşdur?
2
 Quran onlardan savayı kimləri sevməyi vacib hesab etmişdir?
3
 Cəbrail “mübahilə 
ayəsi”ni onlardan savayı kimin haqqında gətirmişdir?
4
 
«
 ْمُهاومس محْدحمبِ تيحا ْلحه تيحا ْلحه
 
اه ّلاحح ْممهمّمرْكمذمب ليْوحم حو لا
»
  
Məgər “həl əta...” ayəsi onların haqqında nazil olmamışdırmı? Allaha and olsun ki, yalnız 
onlar  haqqında  buyurulmuşdur.
5
  Məgər  bunlar  həmin  “həblüllah”  deyildirlərmi  ki,  Quran 
buyurur: 
 حو 
 حو اًعيمحجَ مهّللا ملْبحمبِ ْاوُممصحتْعا
 
 ْاوُقَّرحفحـت حلا
 “Allahın ipindən yapışın və ayrılmayın.”
6
 Məgər onlar 
                                                 
1
  “Təthir”  ayəsinə  işarədir.  “Əhzab”  surəsinin  33-cü  ayəsində  deyilir: 
  متْيحـبْلا حلْهحأ حسْجِّرلا ُمُكنحع  حبمهْذُيمل ُهَّللا ُديمرُي احَّنَّمإ
اًيرمهْطحت ْمُكحرِّهحطُيحو
 “Allah istəyir ki, siz Əhli-beytdən bütün pislikləri silsin və sizi tamamilə pak etsin.” 
2
  Xeyr,  heç  kəs  üçün  belə  bir  şey  yoxdur  və  yalnız  onlar  bu  xüsusiyyətləri  ilə  fərqlənirlər,  bu  barədə 
başqaları onlara qoşula bilməz və heç kəsdə belə bir tamah ola bilməz. 
3
 Yox, bu Allahın yalnız onlara aid etdiyi fəzilətdir. Belə ki, buyurmuşdur: 
  حبَْرُقْلا  مفي حةَّدحوحمْلا  َّلامإ اًرْجحأ مهْيحلحع ْمُكُلحأْسحأ  َّلا لُق
 ٌروُكحش  ٌروُفحغ حهَّللا  َّنمإ  اًنْسُح احهيمف ُهحل  ْدمزَّن ًةحنحسحح  ْفمحترْقحـي نحمحو
  (Ya  Peyğəmbər!)  De:  "Mən  sizdən  bunun  (risaləti  təbliğ 
etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” (“Şura”, 
23)  
4
 Heç vaxt! “Mübahilə” ayəsi yalnız onların haqqında nazil olmuşdur. Allah buyurur: 
 مم مهيمف  حكَّجآحح ْنحمحف
 احم مدْعحـب ن
 ْمُكحسُفنحأو احنحسُفنحأحو ْمُكءاحسمنحو احنءاحسمنحو ْمُكءاحنْـبحأحو احنءاحنْـبحأ ُعْدحن ْاْوحلاحعحـت ْلُقحـف ممْلمعْلا حنمم حكءاحج
 
 حينمبمذاحكْلا ىحلحع مهّللا ُةحنْعَّل لحعْجحنحـف ْلمهحتْبحـن َُّثُ
 (“Ali-İmran”, 
61) “De, gəlin biz övladlarımızı, siz də övladlarınızı; biz qadınlarımızı, siz də qadınlarınızı; biz özümüzü, siz 
də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək.” 
5
  Əhli-beyt  və  düşmənləri  haqqında  Quranın  76-cı  surəsi  olan  “Həl  Əta”  surəsinin  nazil  olmasına  işarədir. 
“Təthir”,  “mübahilə”,  “əl-məvəddətə  fil  qurba”  və  “həl  əta”  ayələrini  mütaliə  edib  və  təfsirlərindən  agah 
olmaq istəyənlər  “Əl-kəlimətül-Qərra” kitabına  müraciət etsinlər. Çünki  bu  kitab  hər bir “xəstə” üçün şəfa 
və  müxaliflərə  cavabdır.  (Qeyd  etdiyimiz  kimi,  bu  kitab  “Əl-füsulul-Muhimmə”  kitabının  sonunda  çap 
olunmuşdur ki, hamı onu əldə edə bilər.) 
6
 Sələbi “Kəbir” təfsirində sənəd ilə Əban ibn Təğlibdən, o  da İmam Sadiqdən (ə) nəql etmişdir ki, Həzrət 
deyib: “Yuxarıdakı ayədə (Ali-İmran, 103) “həblüllah”dan məqsəd bizik.” 
 İbn  Həcər  bu  ayəni  onların  haqqında  nazil  olmuş  ayə  hesab  etmişdir  və  bu  beşinci  ayədir  ki,  “Əs-səvaiq” 
kitabının  11-ci  babının  birinci  fəslində  söylənmişdir  və  onun  təfsirində  yuxarıdakı  mətləbi  “Sələbinin” 
təfsirindən nəql etmişdir. İmam Şafei “Rəşfətüs-Sadi” kitabında demişdir: 
 
«
لهلجا و ّيحغلا رُحـبأ في مهُبهاذم مهمـب ْتبهحذ دحـق سانلا ُتيأر اّـلم حو
»
 
«
لُسُّرلا تماخ يفطصلما تيـحب ُلهأ مُه حو اجنلا نُفُس في للها مسا يلع ُتبكر
»
 
 
«
مك مُهُءلامو حوـُه و مللها حلـبح ُتكحسمأ و
لـْبحلْاب كّسمّتلاب انرممُا دـحق ا
»
 
 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə