Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə11/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   7   8   9   10   11   12   13   14   ...   118

 
26 
DOQQUZUNCU MƏKTUB 
17 Zilqədə 1329 
 Bu haqda daha çox hədisin tələbi. 
 
Qələmini  azad  burax  və  danlaqdan  qorxma,  qulağım  səndədir.  Açıq  sinəm  səndən  elm  və 
bilik  öyrənməyə  hazırdır  və  sakit  və  aramla  səni  dinləyirəm.  Sənin  dəlil  və  sübutların  məni 
yenidən sevindirib, yorğunluğu ruhumdan sildi. Buna görə də, o mənalı sözlərindən, misilsiz 
hikmətlərindən  mənə  daha  çox  buyur.  Çünki  mən  sənin  sözlərində  itirilmiş  hikmətləri 
görürəm. Sözlərin qəlbimdə şəffaf sudan daha safdır. Mənim üçün çox danış, çox. Sənə yüz 
afərin. Vəssalam. 
 “S” 


 
27 
ONUNCU MƏKTUB 
19 Zilqədə 1329 
Bir sıra başqa hədislər. 
 
Məktubumu səmimiyyətlə oxuyub özünü ona tam hazırlamışdınsa, bu bir yenilik deyildir. 
Çünki  sən  çoxdandır  ki,  arzularımı  və  fəaliyyətimi  müvəffəqiyyətə  qovuşdurursan.  Niyyəti 
pak, daxili aləmi gözəl, təvazökar, xoşxasiyyət, elmli və həlim adamın sözündə və qələmində 
haqq cilvələnər, əlində və dilində insaf və doğruluq aşkar olar.  
“Çox  de,  çox!”  deməklə  məni  nə  qədər  sənə  təşəkkür  etməyə  və  əmrinə  qulaq  asmağa 
vadar  edibsən.  Məgər  bundan  da  artıq  lütf  və  təvazökarlıq  olarmı?  Ləbbəyk!  Ləbbəyk! 
(Gözüm üstə! Gözüm üstə!) Allaha and olsun ki, gözlərinə işıq verəcəyəm və diqqətlə dinlə! 
1. Təbərani özünün “Kəbir” və Rafei “Müsnəd” kitabında İbn Abbasdan bir sıra sənədlərlə 
İslam Peyğəmbərindən (s) belə nəql edirlər: “Mənim kimi yaşamaq və ölmək, Allahın əbədi 
behiştində özünə əbədi yer seçmək istəyən şəxs Əlini məndən sonra özünə dost və vəli bilsin. 
Əlinin  dostunu  özünə  dost  bilsin,  məndən  sonra  Əhli-beytimin  ardınca  getsin.  Çünki  onlar 
mənim  itrətimdir,  mənim  vücudumun  mayasından  yaranıblar,  elmimdən  bəhrələniblər.  Vay 
ümmətimdən  o  kəslərin  halına  ki,  onların  üstünlüyünü  və  fəzilətlərini  təkzib  edələr  və 
mənimlə onlar arasındakı əlaqəni kəsələr! Allah mənim şəfaətimi onlara nəsib eləməsin!”
1
 
 
2. Mətir, Bavərdi, İbn Cərir, İbn Şahin və İbn Məndə İshaq vasitəsilə Ziyad ibn Mütrəfdən 
nəql edirlər ki, Peyğəmbər (s) buyurubdur: “Mənim kimi yaşamaq və ölmək, Allahımın mənə 
vəd  etdiyi  əbədi  behiştə  daxil  olmaq  istəyən  kəs  məndən  sonra  Əli  və  onun  övladlarını 
sevməlidir.  Çünki  onlar  sizi  heç  vaxt  hidayət  qapısından  kənar  etməz  və  heç  vaxt  azğınlıq 
vadisinə salmazlar.”
2
 
3.  Buna  bənzər  Zeyd  ibn  Ərqəmin  hədisidir  ki,  Peyğəmbər  (s)  buyurub:  “Mənim  kimi 
yaşamaq və ölmək, Allahın vəd etdiyi əbədi behiştdə məskunlaşmaq istəyən şəxs, Əli ibn Əbu 
Talibi  sevməlidir.  O,  heç  vaxt  sizi  hidayətdən  uzaqlaşdırmaz  və  heç  vaxt  yolunuzu  azmağa 
qoymaz.”
3
 
                                                 
1
 Bu hədisin sözləri eynilə “Kənzül-Ümmal”ın 6-cı cildinin 217-ci səh.-nin sonunda 3819-cu hədisdə deyilib 
və “Müntəxəbil-Kənz” kitabında da yazılıb. “Müsnədi-Əhməd”in 5-ci cildinin haşiyəsinin 94-cü səh.-də də 
vardır,  bu  fərqlə  ki, 
«
يمْلمع  حو يمْهحـف اوُقحزحر  حو
»
  –
  cümləsində 
«
يمْلمع  حو
»
  –  sözü  yazılmamışdır  və  bu  tarixi 
səhvdir.  
 Və Hafiz Əbu Nəim özünün “Hilyə” kitabında və İbn Əbil-Hədid Misirdə çap olunmuş “Nəhcül-Bəlağənin 
şərhi”nin  ikinci  cildində  450-ci  səh.də  Əhməd  ibn  Hənbəldən  “Müsnəd”in  449-cu  səh.də  və  Mənaqibi  Əli 
ibn Əbu Talibdən onun kimisini nəql etmişdir.  
2
  Bu  “Kənzul-Ümmal”ın  6-cı  cildinin  155-ci  səh.-dəki  2578-ci  hədisdir  ki,  “Müntəxəbi-Kənzül-Ümmal” 
kitabında Əhmədin “Müsnəd” kitabının 5-ci cildinin haşiyəsinin sonuncu sətrində də nəql edilmişdir və İbn 
Həcər Əsqəlani onu ixtisarla Ziyad ibn Mütrəfin tərcüməsində “Əl-İsabə” kitabının 1-ci cildinin xatırlatmış 
və  əlavə  etmişdir  ki,  onun  sənədində  Yəhya  ibn  Yəla  Müharibi  vardır  ki,  zəif  və  sözü  qəbul  olunmaz  bir 
şəxsdir. Lakin, İbn Həcərin bu sözləri təəccüb doğurur. Çünki Yəhya ibn Yəla Müharibi alimlər tərəfindən 
etimad  qazanmış  şəxsdir,  belə  ki,  Buxari  öz  “Səhih”ində  “Ümreyi-Hüdeybiyyə”  rəvayətlərində  və  Müslim 
öz  “Səhih”ində  “hüdud”  babında  ondan  hədis  nəql  etmişlər.  Buxarinin  fikrincə  atasından  və  Müslimin 
fikrincə Qeylan ibn Camedən rəvayət eşitmişdir və Zəhəbi “Mizan” kitabında onun etimadlı olduğunu yəqin 
bilir  və  Qeysərani  deyir  ki,  o,  Buxari  və  Müslimin  diqqət  mərkəzindədir  və  həm  də  başqaları  ondan  dəlil 
gətirmişlər.  
3
 Bu hədisi Hakim  “Müstədrək” kitabının 3-cü cildinin 128-ci səh.-nin  sonunda  nəql etmiş və demişdir ki, 
sənəd nöqteyi-nəzərindən doğru hədisdir. Lakin Buxari və Müslim onu nəql etməmişlər və Təbərani “Kəbir” 
kitabında və Əbu Nəim “Fəzailus-Səhabə” kitabında onu yazmışdır və bu hədis “Kənzul-“Ümmal” kitabında 


 
28 
4.  Habelə  Əmmar  Yasirin  hədisidir  ki,  “Peyğəmbər  (s)  buyurub:  “Mənə  iman  gətirən  və 
məni  təsdiq  edənləri  Əli  ibn  Əbu  Talibin  vilayətinə  tapşırıram.  Onu  özünə  vəli  hesab  şəxs 
məni  özünə  vəli  hesab  edib  və  məni  özünə  vəli  bilən  şəxs,  Allahı  da  sevmişdir.  Ona  kin 
bəsləyən də mənə kin bəsləmiş olar. Və mənə kin bəsləyən şəxs Allaha kin bəsləmiş olar.”
1
  
5. Yenə Əmmar Yasirdən nəql olunmuşdur ki, Peyğəmbər (s) buyurub: “Ey Pərvərdigar, o 
kəs  ki,  mənə  iman  gətirib  və  məni  təsdiq  edibdir,  Əli  ibn  Əbu  Talibin  vilayətindən  əl 
çəkməməlidir,  çünki  onun  vilayəti  mənim  vilayətimdir  və  mənim  vilayətim  Allahın 
vilayətidir.”
2
 
6. Peyğəmbər (s) xütbələrinin birində buyurur: “Ey camaat! Fəzl, şərəf, məqam və vəlilik 
Allah rəsulunun və onun zürriyyəsinindir. Buna görə də yersiz və batil sözlər sizi yolunuzdan 
azdırmasın.”
3
 
7. Yenə buyurmuşdur: “Ümmətimin hər bir dövründə Əhli-beytimdən olan adil və ədalətli 
adamlar  vardır  ki,  onlar  yolunu  azmış  şəxslərin  təhriflərini,  təxribatçı  adamların  dində  icad 
etdikləri  puç  məsələləri,  cahil  adamların  din  haqqındakı  səhv  təsəvvürlərini  inkar  və  məhv 
edərlər.  Bilin  ki,  imamlar  və  sizin  rəhbərləriniz  Allah  dərgahında  seçilmiş  adamlardır.  Belə 
isə, diqqət edin, görün kimi Allah dərgahında özünüz üçün rəhbər və qabaqcıl seçirsiniz.”
4
 
8. Peyğəmbər (s) yenə buyurmuşdur: “Əhli-beyt imamlarından qabağa keçməyin ki, həlak 
olarsınız və onlardan geri qalmayın ki, məhv olarsınız. Onlara öyrətməyin, çünki onlar sizdən 
daha çox agahdırlar.”
5
 
9.  Yenə  buyurmuşdur:  “Mənim  Əhli-beytimi  başın  bədənə  və  gözlərin  başa  olan  nisbəti 
kimi bilin. Çünki baş, gözlərin vasitəsilə idarə olunur.”
6
 
10. Yenə buyurmuşdur: “Bizim Əhli-beytimizi sevin! Bizi sevən kəs (qiyamətdə) Allah ilə 
görüşdükdə,  bizim  köməyimizlə  behiştə  daxil  olacaq  və  and  olsun  o  Allaha  ki,  canım  onun 
əlindədir. Bizim haqqımızı tanımayana əməlləri fayda verməyəcəkdir.”
7
 
                                                                                                                                                   
6-cı cildin, 155-ci səhifədəki 2577-ci hədisdir. “Müntəxəbül-Kənz” kitabında da yazılıb və “Müsnəd”in 5-ci 
cildinin 32-ci səhifəsinin haşiyəsinə müraciət edin.  
1
  Təbərani  “Kəbir”  kitabında  və  İbn  Əsakir  öz  tarixində  bu  hədisi  nəql  etmişlər.  Bu  hədis  “Kənzül-
Ümmal”ın kitabı hədislərindən 2571-ci hədisdir ki, 6-cı cilddə 154-cü səhifənin sonunda zikr olunmuşdur.  
2
  Təbərani  “Kəbir”  kitabında  bu  hədisi  “Məhəmməd  ibn  Əbu  Übeydə  ibn  Məhəmməd  ibn  Əmmar  ibn 
Yasirdən,  o  da  atasından  və  əcdadı  Əmmardan  öyrənmiş  və  nəql  etmişdir.  Bu  hədis  “Kənzül-Ümmal”ın 
hədislərindən 2576-cı hədisdir ki, 6-cı cildin 155-ci səh.-də yazılmışdır.  
3
  Bu  sözü  Əbu  Şeyx  uzun  bir  hədisdə  nəql  etmişdir.  İbn  Həcər  “məvəddət”  ayəsinin  təfsirindəki 
məqsədlərdən  dördüncüsünün  sonunda  105-ci  səh.-də  bəhs  etmiş  və  “Əs-səvaiq”  kitabında  söyləmişdir. 
Diqqətlə, oradakı dərin məqsəddən agah ol və o cümlədən, 
«
ليطابحْلاا ُمُكمب حينبحهذحت لاحف
»
 “yersiz və dəyərsiz sözlər 
sizi inhirafa aparmasın” – sözlərindən qafil olma. 
4
 Molla öz “Sirə”sində bu hədisi  yazıb  və İbn Həcər “Əsəvaiq” kitabının 90-cı səh.-də 
«
 حنوُلوُئْسَّم مُهَّـنمإ ْمُهوُفمقحو
»
 
ayəsinin (Saffat, 24) təfsirində zikr etmişdir.  
5
 Təbərani onu “hədisi-səqəleyn”də və İbn Həcər “Əs-səvaiq” kitabının 11-ci babındakı ayələrdən dördüncü 

«
 حنوُلوُئْسَّم مُهَّـنمإ ْمُهوُفمقحو
»
– ayənin təfsirində, 89-cu səh.-də zikr etmişdir.  
6
 Bir qrup hədis söyləyənlər bu hədisi “mərfu” şəkildə Əbuzərdən nəql etmişlər və İmamüs-Səbban “İsafur-
rağibin” kitabında Əhli-beytin fəzilətləri haqqında və Şeyx Yusif Nəbhani “Əş-şərəfül-Müəyyəd” kitabının 
31-ci  səhifəsində  və  bir  sıra  başqa  etimadlı  şəxslər  onu  xatırlamışlar.  Bu  isə  aşkar  şəkildə  onların  xalqa 
başçılıq və rəhbərlik etməyini sübut edir və haqqa tərəf getməyin yalnız onların yolu ilə mümkün olduğunu 
aşkar edir.  
7
 Təbərani “Övsət”, Süyuti “Ehyaul-Meyyit”, Nəbhani “Ərbəin” və İbn Həcər “Səvaiq” kitabında, həmçinin 
bir sıra sünni alimləri Əhli-beytə məhəbbət (sevmək) haqqında yazmışlar. Peyğəmbərin (s) 
«
 هُلحمحع ًادبحع ُعحفنـحي لا
انِّقحح مةفرعحمبِ لاإ
»
 “bizim haqqımızı tanımayana əməli xeyir verməz” – cümləsindəki sözlərə diqqət et! Soruş ki, 
Əhli-beytin  haqqı  nədir?  O  hansı  haqdır  ki,  Allah  onu  işlərin  doğru  olması  üçün  şərt  bilmişdir?  Məgər 
onların əmrinə təslim və itaətdən başqa bir şeymidir, yaxud onların düz yolu ilə haqqa sarı getməkdən başqa 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə