Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə14/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   10   11   12   13   14   15   16   17   ...   118

 
34 
həmin sadiqlər deyildirlərmi? Allah buyurur: 
 حينمقمداَّصلا حعحم ْاوُنوُكحو
 “Sadiqlərlə olun.”
1
 Məgər onlar 
“siratullah”  deyildirlərmi  ki,  Allah  buyurmuşdur:  “Pərakəndə  yol  ilə  getməyin,  yoxsa  Allah 
yolundan  saparsınız”.
2
  Məgər  onlar  “ülul-əmr”  (rəhbərlər)  deyillərmi?  Allah  buyurur: 
 احهُّـيحأ احي
 حو حهّللا ْاوُعيمطحأ ْاوُنحمآ حنيمذَّلا
 
و  حلوُسَّرلا ْاوُعيمطحأ
 
 ْوُأحّ
 ْمُكنمم مرْمحلأا  ملي
  “Ey  iman  gətirən  şəxslər,  Allaha  itaət  edin, 
Peyğəmbərə  və  sizin  özünüzdən  olan  rəhbərlərin  əmrinə  itaət  edin.”
3
  Məgər  onlar  zikr  əhli 
deyillərmi?  Quran  əmr  edir: 
 حنوُمحلْعحـت حلا ْمُتنُك نمإ مرْكِّذلا حلْهحأ ْاوُلحأْساحف
  “Əgər  bilmirsinizsə  zikr  əhlindən 
soruşun.”
4
 Məgər onlar həmin möminlər deyillərmi ki, “Nisa” surəsinin 115-ci ayəsi o haqda 
belə  buyurur:  “Haqq  aşkar  olandan  sonra  Peyğəmbər  ilə  müxalifət  edən  və  möminlərin 
yolundan  savayı  başqa  bir  yol  ilə  gedən  şəxsi  elə  getdiyi  yolla  aparıb  cəhənnəmə  daxil 
edəcəyik.”
5
  Məgər  onlar  “Rəd”  surəsinin  7-ci  ayəsində  deyildiyi  kimi,  Allah  tərəfə  “hidayət 
edənlər”  deyillərmi? 
 ٍداحه  ٍمْوحـق  ِّلُكملحو  ٌرمذنُم  حتنحأ احَّنَّمإ
  “Sən  yalnız  qorxudansan  və  hər  bir  qövmün 
(dəstənin) hidayətçisi vardır.”
6
 Məgər onlar “O kəslər ki, Allah onlara nemət bağışlayıb”-dan 
                                                                                                                                                   
“Camaatı  məzhəb  məsələsində  azğınlıq  dəryasında  müşahidə  etdikdə,  mən  Allahın  adı  ilə  nicat  gəmisinə 
mindim ki, həmin peyğəmbərlərin sonuncusu Mustafanın Əhli-beytidir. Allahın ipindən yapışdım ki, bu da 
onları sevməkdən başqa bir şey deyildir (ondan yapışmağa əmr olunduğumuz ikən).  
1
  Ayədəki  (Tövbə,  119)  sadiqlər  sözündən  məqsəd  düzgün  və  mütəvatir  xəbərlərimizə  görə  Peyğəmbər  və 
Əhli-beyt imamlarıdır. Hafiz Əbu Nəim və Müvvəffəq ibn Əhməd də bunu demişlər. İbn Həcər “Səvaiq”in 
11-ci babının beşinci ayəsinin təfsirində 90-cı səh.-də imam Səccaddan hədis söyləmişdir ki, 6-cı məktubun 
sonunda qeyd etmişik.  
2
 (Ənam, 153) İmam Baqir (ə) və İmam Sadiq (ə) həmişə buyurardılar ki, doğru yol sözündən məqsəd doğru 
imamdır  və  yollar  sözündən  məqsəd  sizi  Allah  yolundan  uzaqlaşdıran  yolunu  azmış  rəhbərlərdir.  Biz  isə 
Allah yoluyuq.  
3
  Siqətül-islam  Küleyni  doğru  sənəd  əsasında  nəql  etmişdir  ki,  Büreyd  İcli  İmam  Sadiqdən  (ə)  bu  ayədən 
məqsədin nə olduğunu soruşduqda, İmamın cavabı “Nisa” surəsinin 51, 53-cü ayələrinin müxtəsər şərhi ilə 
belə olmuşdur: «Məgər o kəsləri görmədin ki, (Allah) Kitabından faydaları var ikən (onlara hidayət ayələri 
nazil olmuş ikən), büt və tağuta iman gətirir və müşriklərə deyirlər ki, sizin yolunuz iman gətirənlərdən daha 
doğrudur.” Belələri yolunu azmış rəhbər və atəşə dəvət edənlər haqda deyirlər: Onlar Ali-Məhəmməddən (s) 
artıq  Allah  yoluna  hidayət  olunmuşlar.  Lakin,  onlar  o  kəslərdir  ki,  Allah  onları  öz  rəhmətindən 
uzaqlaşdırmış  və  Allahın  öz  rəhmətindən  uzaqlaşdıran  bəndəsinə  bir  köməkçi  tapılmaz.  Məgər  onların 
hökumətdə  (imamət  və  xilafətdə)  paylarımı  var?  Əgər  belə  olsaydı,  camaata  heç  bir  hüquq  verməzdilər. 
“Yoxsa  camaat  Allahın  öz  fəzlindən  onlara  (Peyğəmbər  və  Əhli-beyti)  bağışladığı  nemətlərəmi  paxıllıq 
edirlər?”  Biz  o  kəslərik  ki,  imamətə  və  Allahın  bizə  bəxş  etdiyi  rəhbərliyə  görə  şübhə  və  paxıllığa  məruz 
qalmışıq – “Baxmayaraq ki, Ali-İbrahimə  “kitab”, hikmət  və böyük səltənət verdik.”  Quran deyir:  “Onlara 
peyğəmbərlər  və  imamlar  göndərdik.”  Necə  olur  ki,  Ali-İbrahimi  qəbul  edir,  Ali-Məhəmmədi  (s)  isə  inkar 
edirlər?  “Onlardan  bəzisi  ona  iman  gətirdilər,  bəzisi  yoluna  maneə  yaratdılar,  lakin  cəhənnəmin  şölələnən 
atəşi onlar üçün kifayətdir.» 
4
 (Nəhl, 43; Ənbiya, 7) Sələbi özünün “Kəbir” təfsirində Cabirdən nəql edir ki, bu ayə nazil olanda Əli dedi: 
“Biz zikr əhliyik.” Bu söz başqa imamlardan da nəql olunmuşdur. Əllamə Bəhreyni “Qayətül-Məram”ın 35-
ci babında bu məzmunda iyirmidən çox doğru hədis nəql etmişdir.  
5
 İbn Mərdəveyh nəql etmişdir ki, burada Peyğəmbər ilə müxalifət etmək və əziyyətdən məqsəd Əli (ə) ilə 
müxalifətdir. “Hidayətin” aydın olmasından məqsəd də Əlinin (ə) məqamıdır.  
 Əyyaşi öz təfsirində onu nəql etmiş və Əhli-beyt imamları təriqi ilə də bu məna aydın və ardıcıl çatmışdır 
ki, möminlərin yolu Əhli-beyt imamlarının yoludur.  
6
  Sələbi  öz  “Kəbir”  təfsirində  bu  ayənin  altında  İbn  Abbasdan  bir  hədis  nəql  edir  ki,  deyir:  bu  ayə  nazil 
olandan  sonra  Peyğəmbər  (s)  əlini  Əlinin  (ə)  sinəsinə  qoyub  buyurdu:  “Mən  qorxudanam  və  Əli  yol 
göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.” 
 Bu hədisi şərhçilər və Peyğəmbərin (s) xəbərlərini yazanların çoxu İbn Abbasdan nəql etmişlər. Məhəmməd 
ibn  Müslim  deyir  ki,  İmam  Sadiqdən  (ə)  bu  ayənin  şərhini  soruşduqda  belə,  buyurdu:  “Hər  bir  imam  öz 
dövrünün  yol  göstərənidir.”  İmam  Baqir  (s)  onun  şərhində  buyurmuşdur  ki,  “munzir”  (qorxudan)  Allahın 


 
35 
deyillərmi? “Həmd” surəsi yenə onlara işarə edərək buyurmuşdur ki, “Bizi doğru yola hidayət 
et,  nemət  verdiyin  kəslərin  yoluna.”
1
  “Nisa”  surəsinin  69-cu  ayəsində  buyurulur:  “Allaha  və 
Peyğəmbərə  itaət  edən  kəs  (qiyamət  günü)  Allahın  onlara  bol  nemət  verdiyi  peyğəmbərlər, 
doğru danışanlar, şəhidlər və salehlər ilə bir yerdə olacaqlar.”
2
 Məgər Allah onların vilayətini 
bütün  ümmət  üçün  qərar  verməyibmi?  Məgər  Peyğəmbərdən  (s)  sonra  müsəlmanlara  vilayət 
və  hökumət  etməyi  onlara  aid  etməmişmi?  Belə  isə,  bu  ayəni  oxu:  “Başçınız  və  rəhbəriniz 
yalnız  Allah,  onun  peyğəmbəri  və  o  kəslərdir  ki,  iman  gətiriblər,  namaz  qılır  və  rüku 
məqamında zəkat verirlər; o kəslər ki, Allahın, onun peyğəmbərinin və iman gətirmiş kəslərin 
vilayətini qəbul edərlər (qalibdirlər, çünki) Allahın firqəsi və qoşunu qalibdir.”
3
 
Məgər  Allah  rəhmət  və  məğfirəti  əyri  yoldan  dönən,  iman  gətirən,  düzgün  və  layiqli  iş 
görən  üçün  bu  şərtlə  qəbul  etməmişdirmi  ki,  gərək  onların  vilayətində  olsunlar?  Çünki  Taha 
surəsinin  82-ci  ayəsində  buyurur:  “Şübhəsiz  ki,  Mən  həm  də  tövbə  edib  iman  gətirəni  yaxşı 
işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!”
4
 
Məgər  onların  vilayəti  Allahın  buyurduğu  əmanət  deyilmi:  “Biz  əmanəti  göylərə,  yerə  və 
dağlara  təklif  etdik,  onlar  onu  götürməkdən  çəkindilər.  Lakin  insan  onu  qəbul  etdi.  Amma 
insan (özünə qarşı) zülmkar və çox cahildir.”
5
 Məgər onların vilayəti həmin “silm” deyilmi ki, 
Allah ona bağlanmağı əmr etmişdir? Allah buyurur: “Ey iman gətirənlər hamınız “silmə” (sülh 
                                                                                                                                                   
rəsulu və “had” (hidayət edən) Əlidir (ə) və sonra əlavə etdi ki, bizim haqqımızdakı bu ayə qiyamətə qədər 
doğrudur.  
1
  Sələbi  “Kəbir”də  “Fatihə”  surəsinin  təfsirində  Əbu  Büreydədən  nəql  etmişdir  ki,  “Siratəl-müstəqim”dən 
məqsəd  Ali-Məhəmməddir  (s)  və  Vəki  ibn  Cərrahın  təfsirindən,  Süfyan  Suridən,  Səudidən,  İsbatdan  və 
Mücahid  İbn  Abbasdan  nəqs  etmişdir  ki,  “bizi  doğru  yola  hidayət  et”  ifadəsinin  mənası  bizə  Ali-
Məhəmmədin dostluq və məhəbbətini nəsib et, deməkdir.  
2
 Sözsüz ki, Əhli-beyt imamları sadiqlərin, şəhidlərin və salehlərin qabaqcılları və böyüklərindəndirlər. 
3
  Bütün  müfəssirlərin  fikri  bu  məsələdə  eynidir.  Əşairə  imamlarından  (başçılarından)  olan  Quşçi  özünün 
“Təcridin şərhi” kitabında imamətə məhəbbət bəhsində etiraf etmişdir ki, bu ayə Əli (ə) haqqında rüku vaxtı 
sədəqə  verərkən  nazil  olmuşdur.  Nisai  özünün  “Səhih”  kitabında  onun  Əli  (ə)  haqqında  nazil  olmasını 
Abdullah  ibn  Salamdan  nəql  etmişdir.  “Maidə”  surəsinin  təfsirində  “Sihahi  Sittə”ni  toplayan  yuxrıdakı 
ayənin  Əli  (ə)  haqqında  nazil  olduğunu  nəql  etmişdir.  Sələbi  də  özünün  “Kəbir”  təfsirində  onun  Əmirəl-
möminin haqqında nazil olmasını qəti hesab edir (şərhi veriləcək).  
4
 İbn Həcər “Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində bəhs edərkən bu ayəni 8-ci ayə kimi gətirib deyir: 
“Sabit Bənani demişdir ki, “hidayət olunmuş”dan məqsəd, Peyğəmbərin (s) Əhli-beytinin vilayəti ilə hidayət 
olmuş  deməkdir.”  Yenə  İbn  Həcər  deyir  ki,  bu  söz  imam  Baqirdən  (ə)  də  nəql  olmuşdur.  Sonra  onların 
vilayəti  vasitəsilə  hidayət  tapan  şəxsin  nicatı  haqqında  bir  sıra  rəvayət  nəql  etmişdir.  İbn  Həcər  imam 
Baqirdən  (ə)  hədis  nəql  edərkən,  o  həzrətin  Haris  ibn  Yəhyaya  buyurduğu  sözə  işarə  etmiş,  belə  ki,  imam 
Baqir  ona  buyurmuşdur:  “Ey  Haris,  məgər  görmürsən  ki,  Allah  tövbənin  qəbulunu,  imanı,  doğru  işi  bizim 
vilayətimiz  vasitəsilə  hidayət  olunmaq  və  haqqımızı  tanımaqla  şərtləndirmişdir.  Bunlar  olmadan  heç  bir 
bəndəyə iman, doğru iş və tövbə mənfəət verməz.” Sonra o həzrət cəddi Əmirəl-möminindən (ə) belə nəql 
etmişdir: “Əgər bir şəxs tövbə etsə, iman gətirsə və layiqli iş yerinə yetirsə, lakin bizim vilayətimizlə hidayət 
olmasa, bu işlər onu ehtiyacsız etməyəcək (ona mənfəət verməyəcəkdir).” 
 Hafiz  Əbu  Nəim  buna  oxşar  hədisi  Ovn  ibn  Əbu  Cühəyfədən,  o  da  Əlidən  (ə)  söyləmiş  və  Hakim  (imam 
Baqir və imam Sadiqdən), Sabit Bənani və Ənəs ibn Malik buna oxşarını nəql etmişlər.  
5
 “Əhzab”, 72. Ayənin mənası ilə tanış olmaq üçün “Təfsiri-Safi”yə “Təfsiri-Əli ibn İbrahim”ə Səduqun bu 
haqda  imam  Baqir,  imam  Sadiq  və  imam  Rzadan  (ə)  və  Əllamə  Bəhreyninin  “Qayətül-Məram”  kitabının 
115-ci babında sünnə əhli hədislərindən nəql etdiklərinə müraciət edin.  


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə