Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə15/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   11   12   13   14   15   16   17   18   ...   118

 
36 
və barışığa) gəlin, Şeytanın ardınca getməyin.”
1
 Məgər onların vilayəti həmin “nəim” deyilmi 
ki, Allah) buyurub: 
 مميمعَّنلا منحع ٍذمئحمْوحـي َّنُلحأْسُتحل َُّثُ
 “Mütləq o haqda sorğu-sual olunacaqsınız.
2
 
Məgər  Peyğəmbər  onların  vilayətinin  çatdırılması  və  təbliği  üçün  məmur  olmamışdımı? 
Məgər  bu  haqda  Allahın  Peyğəmbərə  buyurduğu  əmr,  bir  növ  hədəyə  bənzəmirdimi?  Allah 
buyurmuşdur:  “Ey  Peyğəmbər!  Rəbbin  tərəfindən  sənə  nazil  olanı  təbliğ  et  (çatdır).  Əgər 
çatdırmasan,  rəsulluğunu  yerinə  yetirməmişsən.  Allah  səni  camaatdan  qoruyacaq.”
3
  Məgər 
Peyğəmbər  “qədir”  günü  onun  təbliğinə  başlamadımı  və  uca  səslə  hamıya  çatdırmadımı? 
Allah  həmin  gün  (“Maidə”,  3-cü  ayə)  nazil  etdi:  “Bu  gün  dininizi  kamil  etdim  və  nemətimi 
sizin  üçün  tamamladım  və  İslamı  (əbədi)  dininiz  kimi  qəbul  etdim.”
4
  Məgər  bilmirsən  ki, 
Allah onların vilayətini açıq şəkildə inkar edən və Peyğəmbər ilə müxalifət edən şəxslə necə 
rəftar  etdi?  O  şəxs  uca  səslə  dedi:  “Əgər  bu  haqq  olub  Sənin  tərəfindəndirsə,  onda  göydən 
üstümüzə  daş  yağdır  və  ya  bir  ağır  əzab  bizə  nazil et.”  Allah  da  onu  göydən  endirdiyi  daşla 
“fil səhabələri”ni məhv edən kimi, yox etdi və o vaxt bu ayə nazil oldu: “O hacət istəyən kəs 
elə bir əzabın baş verməsini istəmişdir ki, kafirlər ondan müdafiə oluna bilməzlər.”
5
 Tezliklə 
camaat  qiyamətdə  onların  vilayətilə  bağlı  sorğu-sual  ediləcəklər.  Saffat  surəsinin  24-cü 
ayəsində deyilir: 
 حنوُلوُئْسَّم مُهَّـنمإ ْمُهوُفمقحو
 “Onları saxlayın ki, sorğu-sual ediləcəklər.”
6
 
Bu  da  təəccüblü  deyildir  ki,  onların  vilayətini  hətta  peyğəmbərlər  elan  etmək  üçün 
göndərilmiş və Allahın höccət və canişinləri camaatı onunla tanış etməyə məmur olunmuşlar. 
Belə  ki,  deyilir:  “Səndən  əvvəl  göndərdiyimiz  peyğəmbərlərdən  soruş.”
7
  Hətta  bu  elə  şeydir 
                                                 
1
 “Bəqərə”, ayə 208. Əllamə Bəhreyni “Qayətül-Məram” kitabının 224-cü babında doğru hədislərdən 12-sini 
nəql  etmişdir  ki,  bu  ayə  Əli  (ə)  və  onun  övladlarıdan  olan  imamlar  haqqındadır  və  onlardan  savayı 
başqalarının ardınca getməyi inkar etmişdir. 223-cü babda demişdir ki, İsfahani Əməvi bir neçə təriq ilə onu 
Əlidən (ə) nəql etmişdir.  
2
 “Təkasür”, ayə 8. Əllamə Bəhreyni “Qayətül-Məram” kitabının 48-ci babında sünnə əhli təriqi ilə üç hədis 
nəql  etmişdir  ki,  “nəim”  həmin  Peyğəmbər  (s),  Əmirəl-möminin  və  Əhli-beytin  (ə)  bəndələrə  olan  vilayət 
nemətidir və 49-cu babda şiə təriqi ilə bu barədə 12 hədis xatırlamışdır.  
3
 “Maidə”, 67. Peyğəmbərin (s) sünnə və xəbərlərini yazan sünni yazıçılarının çoxu nəql etmişlər ki, bu ayə 
Qədir-xumda  Əli  (ə)  haqqında  nazil  olmuş,  o  cümlədən  Vahidi  “Əsbabun-Nüzul”da  “Maidə”  surəsinin 
təfsirində  Əbu  Səid  Xidridən,  Sələbi  öz  təfsirində  iki  təriq  ilə,  Həməveyni  Şafei  “Fəraidüs-Səmteyn”də 
müxtəlif təriqlərlə, həmçinin Əbu Hüreyrədən mərfu şəkildə, Əbu Nəim “Nüzulul-Quran”da iki təriqlə birini 
Əbu Rafedən, birini də Əməş və Ətiyyədən və “Qayətul-Məram”ın 37-38-ci bablarında 9 hədis sünni və 8 
doğru hədis isə şiə təriqi ilə bu mövzu ilə bağlı zikr etmişlər. 
4
 İmam Baqir (ə) və övladı İmam Sadiqdən (ə) çatmış səhih hədislərə əsasən, onlar həmin bu mənanın aşkar 
olduğunu bəyan etmişlər. Sünni təriqi ilə 6 hədis “mərfu” şəkildə Peyğəmbərdən (s) nəql olunmuşdur ki, bu 
mənanı aşkar yetirir. Onu müfəssəl şəkilfə “Qayətül-Məram” kitabının 39 və 40-cı babında oxuya bilərsiniz.  
5
 Sələbi  “Kəbir” təfsirində bu  hadisəni  müfəssəl  nəql etmiş  və  misirli Əllamə Şəblənci onu  “Nurül-Əbsar” 
kitabında Əli (ə) haqqında zikr etmişdir. Onun 71-ci səhifəsinə müraciət edin. Bu hadisə müxtəlif təriqlərlə 
nəql  olunmuşdur.  Hələbi  “Sirə”  kitabının  3-cü  cildində  “həccətül-vida”nın  axırlarında  və  Hakim 
“Müstədrək”  kitabında  “Məaric”  surəsinin  təfsirində  onu  yazmışdır.  “Müstədrək”in  2-ci  cildinin  502-ci 
səhifəsinə müraciət edin. 
6
  Deyləmi  “Səvaiq”  kitabında  deyildiyi  kimi,  onu  Əbu  Səid  Xidridən  nəql  etmişdir  ki,  Peyğəmbər  (s) 
buyurub:  Onlar  Əlinin  (ə)  vilayəti  ilə  bağlı  soruşulacaqlar.”  Vahidi  də  “Səvaiq”  kitabında  yazıldığı  kimi, 
yuxarıdakı  ayə  haqqında  belə  rəvayət  edir:  “Onlar  Əli  və  Əhli-beytin  vilayətindən  soruşulacaqlar.”  Sonra 
əlavə edir ki, Allah öz peyğəmbərinə əmr etmişdir ki, risalətin təbliği  müqabilində Əhli-beytlə dostluqdan 
savayı  başqa  bir  muzd  istəmədiyini  camaata  başa  salsın  və  ayənin  mənası  bundan  ibarətdir  ki,  onlardan  –
Peyğəmbərin (s) tövsiyə və sifariş etdiyi kimi– Əhli-beyti sevmək barəsində soruşulacaq, əks-təqdirdə (əməl 
etmədikləri surətdə) təbiidir ki, cəzalarına yetişəcəklər. İbn Həcər “Səvaiq” kitabının 11-ci babında bu ayəni 
Əhli-beyt haqqında nazil olan ayələrdən hesab etmiş və onu dördüncü ayə kimi qeyd etmişdir.  
7
  “Zuxruf”,  45.  Bu  haqda  Haciz  Əbu  Nəimin  “Hilyə”  kitabında  və  Sələbi,  Nişaburi  və  Bərqinin  öz 
təfsirlərində nəql etdikləri kifayətdir. Eləcə də Həməveyni və başqa sünnə əhlinin nəql etdikləri, Təbərsinin 


 
37 
ki,  Allah  elə  “ələst”  dövründən  (ilk  yaradılış  dövrü)  bu  haqda  əhd-peyman  almışdır.  Əraf 
surəsinin  172-ci  ayəsində  deyilir:  “Allah  insan  övladı  doğulmamışdan  əvvəl  ondan  əhd-
peyman  aldı  və  onları  özlərinə  (bir-birinə)  şahid  etdi  və  (onlara  dedi:)  Mən  sizin  Rəbbiniz 
deyiləmmi?  Dedilər:  Bəli.”;
1
  “(Nəhayət)  Adəm  rəbbindən  (nicat  tapmaq  üçün  Əhli-beytin 
məqamına layiq bə’zi xüsusi) kəlmələr öyrənərək o kəlmələr vasitəsilə tövbə etdi. Doğrudan 
da,  O  (Allah)  tövbələri  qəbul  edəndir,  mərhəmətlidir.”
2
  Ənfal  surəsinin  33-cü  ayəsində 
buyurulur: “Nə qədər ki, sən onların arasındasan, Allah onlara əzab verməyəcək.”
3
 
Onlar Allah tərəfindən yer əhli üçün “aman” və Allaha yaxın olma vasitələridir. Onlar elə 
şəxslərdir  ki,  hamı  onlara  həsəd  aparar.  Allah  bu  haqda  buyurur:  “Yoxsa  onlar  Allahın  öz 
ne’mətindən bəxş etdiyi şeylərə görə camaata (Peyğəmbər və Əhli-beyti) paxıllıqmı edirlər?”
4
 
Onlar  elm  əhlidirlər  ki,  Allah  bu  haqda  buyurur: 
 مهمب  اَّنحمآ  حنوُلوُقحـي  ممْلمعْلا  مفي  حنوُخمساَّرلاحو
  “Elmdə 
sabitqədəmlər  deyərlər:  iman  gətirdik.”
5
  Həmçinin  bilməliyik  ki,  “əraf”dakılar  onlardır  və 
Allah  buyurur:  “Ərafda  elə  adamlar  vardır  ki,  hamını  simalarından  tanıyırlar.”
6
  Onlar  həmin 
sədaqətli və vəfalı adamlardır ki, Quran buyurur: “Möminlərdən elə adamlar vardır ki, Allahla 
bağladığı  əhdlərinə  vəfa  edir,  onlardan  bir  dəstəsi  vəzifəsini  başa  çatdırıb  (şəhid  oldular),  o 
biri dəstə isə gözləyir və onlarda (imanlarında) heç bir dəyişiklik baş verməz.”
7
 
                                                                                                                                                   
“Məcməül-bəyan”da  Əmirəl-möminindən  (ə)  söylədiyi  və  “Qayətül-Məram”ın  44-45-ci  babında  yazılanlar 
maraqlananların xəstəliyini yox edir, susuzluğunu aradan qaldırır.  
1
 Bu barədə Əhli-beyt (ə) hədisləri ayənin təfsiri üçün dəlil və yolgöstərəndir.  
2
 “Bəqərə”, 37. İbn Məğazili Şafei, İbn Abbasdan belə nəql etmişdir: “Peyğəmbərdən sual edildi ki, Adəmin 
öyrəndiyi və  nəticəsində tövbəsinin qəbul olunduğu sözlər  nə idi? Peyğəmbər buyurdu:  Adəm Məhəmməd 
(s),  Əli  (ə),  Fatimə  (ə),  Həsən  (ə)  və  Hüseynin  (ə)  məqamlarına  xatir  Allahı  çağırdı.  Sonra  Allah  onun 
tövbəsini qəbul etdi.” Bu hədis şiə təriqi ilə də çatmışdır.  
3
 İbn Həcərin “Səvaiq” kitabında bu ayənin təfsirinə müraciət edin. Bu ayə Əhli-beytin fəzilətləri haqqındakı 
ayələrdən yeddincisidir ki, 11-ci babında yazılmış və orada yuxarıdakı sözü etiraf etmişdir.  
4
 İbn Həcər ona etiraf etmiş və bu ayəni (“Nisa”, 54) Əhli-beyt haqqında olan ayələrdən bilmişdir (“Səvaiq”, 
11-ci bab, ayə 6). İbn Məğazili Şafei “Səvaiq”də yazıldığı kimi, imam Baqirdən (ə) nəql etmişdir ki, Həzrət 
buyurub:  “Allaha  and  olsun  ki,  paxıllığa  məruz  qalmışıq.”  “Qayətül-Məram”  kitabının  60-cı  babında  bu 
barədə 30 doğru və aydın hədis nəql olunmuşdur.  
5
 Siqətül-islam Küleyni İmam Sadiqdən (ə) doğru sənəd əsasında nəql etmişdir ki, Həzrət buyurub: “Biz elə 
qövmük  (sülalə)  ki,  Allah  bizə  itaət  etməyi  camaata  vacib  bilmişdir.  Elmdə  sabitqədəmlər  bizik  və  yalnız 
həsədə məruz qalmışıq. Allah buyurub: “Və yaxud Allahın öz fəzlindən onlara bağışladığı üçünmü paxıllıq 
edirlər?” Şeyx Tusi onu “Təhzib” kitabında imam Sadiqdən nəql etmişdir.  
6
 “Əraf”, 46. Sələbi öz təfsirində bu ayənin şəni nüzulunda belə yazır: “Əraf sirat körpüsünün ən uca yeridir 
ki, Abbas, Həmzə, Əli və Cəfər Təyyar orada oturublar. Onlar dostlarını ağ üzlərindən, düşmənlərini isə qara 
üzlərindən tanıyırlar.” 
 Hakim  öz  sənədlərinə  əsasən,  Əli  (ə)  haqqında  belə  nəql  etmişdir:  “Biz  qiyamət  günü  behiştlə  cəhənnəm 
arasında  dayanacağıq,  bizə  kömək  edənləri  üzlərindən  tanıyırıq  və  onları  behiştə  daxil  edəcəyik.  Bizimlə 
düşmənçilik  edənləri  də  simalarından  tanıyırıq.”  Salman  Farsidən  nəql  olunur  ki,  Peyğəmbər  (s) Əliyə  (ə) 
buyurdu: “Sən və övladların olan canişinlərin, ərafda yerləşəcəksiniz.” Bunu təsdiq edən hədis “Səvaiq”in 2-
ci  cildinin  9-cu  babında  deyildiyi  kimi,  Darü-Qütninin  hədisidir  ki,  belə  nəql  etmişdir:  “Əli  (ə)  Ömər  ibn 
Xəttabın altı nəfərin arasında xilafəti müzakirəyə qoyduğu şəxslərə uzun nitq söyləyən vaxt dedi: Siz Allah, 
deyin  görüm  aranızda  məndən  başqa  elə  bir  adam  vardırmı  ki,  Peyğəmbər  (s)  ona  buyurmuş  olsun:  Sən 
qiyamətdə  behişt  ilə  cəhənnəmi  bölüşdürənsən”?  Dedilər:  Allah  bilir  ki,  yox.”  İbn  Həcər  deyir  ki,  eyni 
mənada Əntərənin imam Rzadan (ə) nəql etdiyi hədisdir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurub: “Ey Əli, sən 
behiştlə  cəhənnəmi  bölüşdürənsən.  Qiyamət  günü  cəhənnəm  oduna  deyərsən:  Bu  biri  məndəndir,  o  biri 
səndən.” İbn Həcər deyir ki, İbn Səmmak nəql etmişdir: “Əbu Bəkr Əliyə (ə) dedi: Peyğəmbərdən eşitdim 
ki, Əlinin icazəsi olmadan heç kəs siratdan keçməyəcək.” 
7
  “Əhzab”,  23.  İbn  Həcər  “Səvaiq”in  5-ci  cildinin  9-cu  babında  Əlinin  (ə)  vəfatı  haqqında  yazdığı  yerdə 
deyir: Əli (ə) minbərdə ikən, haqqında danışılan ayənin mənasını soruşdular ki, cavab verdi: “Ey Allah, bizə 
rəhm et! Bu ayə  mənim, əmim Həmzə, əmim oğlu Übeydə ibn Haris ibn Əbdül-Müttəlibin haqqında nazil 
olmuşdur.  Übeydə  “Bədr”də  şəhid  oldu,  Həmzə  “Ühüd”də  və  mən  isə  bu  ümmətin  ən  daşürəklisini 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə