Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə12/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   8   9   10   11   12   13   14   15   ...   118

 
29 
11.  Yenə  buyurmuşdur:  “Ali-Məhəmmədi  (s)  tanımaq  oddan  xilas  olmaqdır.  Ali-
Məhəmmədi (s) sevmək və ona məhəbbət bəsləmək sirat körpüsündən keçid vəsiqəsidir. Ali-
Məhəmmədin vilayəti əzabdan qurtuluşdur.”
1
 
12.  Yenə  o  həzrət  buyurmuşdur:  “Qiyamətdə  adam  hələ  yerindən  tərpənməyə  macal 
tapmamış,  ondan  dörd  şey  soruşulacaq:  ömrünü  hansı  yolda  sərf  etmiş,  bədənini  hansı  yolda 
qocaltmış, var-yoxu hansı yolda xərcləmiş və bir də Əhli-beytimizin məhəbbəti.”
2
 
13.  Yenə  Peyğəmbər  (s)  buyurmuşdur:  “Bütün  ömrünü  (həcdə)  “rükn”  və  “məqam” 
arasında  dayanaraq  namaz  qılan  və  oruc  tutan  şəxs  Ali-Məhəmmədə  kin  bəsləyərsə,  odda 
yanacaqdır.”
3
 
14.  Və  yenə  Allahın  rəsulu  buyurmuşdur:  “Ali-Məhəmmədin  məhəbbəti  ilə  ölən  şəxs 
şəhiddir.  Agah  olun,  Ali-Məhəmmədin  məhəbbəti  ilə  ölən  şəxs  bu  dünyadan  bağışlanaraq 
köçəcəkdir. Bilin ki, Ali-Məhəmmədin məhəbbəti ilə canını tapşıran şəxs bu dünyadan tövbəli 
gedəcəkdir.  Agah  olun  ki,  Ali-Məhəmmədin  dostu  olaraq  ölən  şəxs  mömin  və  tam  imanlı 
dünyanı tərk edəcəkdir. Bilin, Ali-Məhəmmədin dostu kimi ölən şəxsin ruhunu mələk behiştlə 
müjdələyəcək,  sonra  Münkir  və  Nəkir  ona  müjdə  verəcəklər.  Agah  olun,  Ali-Məhəmmədin 
məhəbbəti ilə dünyadan köçənlər cah-calal və ehtiramla ər evinə daxil olan və behiştə gedən 
gəlinə  bənzəyəcəklər.  Bilin  ki,  Ali-Məhəmmədin  məhəbbətilə  dünyadan  gedən  şəxsin 
qəbrindən behiştə iki qapı açılacaq. Agah olun, Allah Ali-Məhəmmədin məhəbbətilə dünya ilə 
vidalaşan  şəxsin  qəbrini  mələklərin  ziyarətgahı  olacaq.  Yadda  saxlayın,  Ali-Məhəmmədin 
məhəbbətilə  can  verən  şəxs  Peyğəmbərin  dini  yolunda  canını  tapşırmış  və  agah  olun,  Ali-
                                                                                                                                                   
bir  məqsədmi  güdülür?  Hansı  haqq  nübüvvət  və  xilafətdən  savayı  belə  bir  böyük  təsirə  malik  ola  bilər? 
Təəssüflər olsun, biz elə bir millətin əlində giriftar olmuşuq ki, düşünməzdirlər. 
نوعجار هيلا انا و لله انا
 
1
 Qazi Əyaz bu hədisi 1327-ci il Məşhəd şəhərindəki “Astan” çapxanasında buraxılmış “Şəfa” kitabının 2-ci 
cildinin 40-cı səh.-nin əvvəlində “Əhli-beytə ehtiram və yaxşılıq etmək Peyğəmbərə (s) yaxşılıq və ehtiram 
deməkdir” fəslində nəql etmişdir.  
 Aydındır  ki,  onları  tanımaqdan  məqsəd  şəxsləri  tanımaq,  onların  adlarını,  Peyğəmbər  övladları  olmasını 
bilmək deyil. Çünki Əbu Cəhl və Əbu Ləhəb də bunları bilirdilər, əksinə, məqsəd budur ki, onlar 
(
«
رـملااولوا
»
)
 
Peyğəmbərdən  (s)  sonra  ixtiyar  sahibidirlər.  Bu  barədə  Peyğəmbər  (s)  buyurdu  ki:  “Zamanının  imamını 
tanımadan ölən şəxs cahiliyyət (İslamdan əvvəl zamanda yaşayan) adam kimi ölmüş və onların “məhəbbət 
və  vilayət”dən  məqsədo  vilayətdir  ki,  haqq  əhli  onu  imamlar  üçün  lazım  bilirlər.  Bu  da  ki,  son  dərəcə 
aydındır.  
2
  Əgər  onlar  Allah  tərəfindən  xüsusi  mənsəbə  malik  olduqlarına  görə  mütləq  itaət  olunmağa  layiq 
olmasaydılar, bu qədər onlara məhəbbət bəsləmək tövsiyə olunmazdı.  
 Bu  hədisi  Təbərani  “mərfu”  şəkildə  “Ehyaul-Meyyit”  kitabında  İbn  Abbasdan  və  “Ərbəin”  kitabında 
Nəbhanidən və “cümhur”un bir sıra başqa alimlərindən nəql etmişlər.  
3
 Təbərani və Hakim onu nəql etmiş, Nəbhaninin “Ərbəin”, Süyutinin “Ehyaul-Meyyit” və başqa kitablarda 
da yazılmışdır. Bu hədis, bir qədər bundan əvvəl haqqında danışdığımız “bizi tanımadan heç kəsin əməli ona 
fayda (xeyir) verməz” – hədisinə oxşardır və əgər onlara qarşı olan kin və qəzəb  Allah və Peyğəmbərə (s) 
qarşı olan kin və qəzəb olmasaydı, (hətta daim “rükn” və “məqam” arasında ibadət etsələr də) daha “əməlləri 
faydasızdır”  –  demək  olmazdı.  Onlar  (imamlar)  Peyğəmbərin  naibi  və  canişini  olmasaydılar,  bu  məqama 
nail olmazdılar.  
  Hakim  və  İbn  Həcər  öz  “Səhih”lərində  Nəbhaninin  “Ərbəin”  və  Süyutinin  “Ehyaul-Meyyit”ində  olduğu 
kimi,  Əbu  Səid  Xidridən  nəql  etmişlər  ki,  Peyğəmbər  buyurub:  “Allaha  and  olsun  ki,  oda  daxil  olmaq 
istəyən adamdan başqa heç kəs biz Əhli-beytə kin bəsləməz.” Təbərani Nəbhaninin  “Ərbəin” və Süyutinin 
“Ehyaul-Meyyit”ində  olduğu  kimi,  imam  Həsəndən  (ə)  nəql  etmişdir  ki,  Müaviyə  ibn  Xədicə  buyurdu: 
“Nəbadə  biz  Əhli-beytə  kin  və  qəzəb  bəsləyəsən!  Çünki  Peyğəmbər  (s)  buyurdu  ki,  bizə  qarşı  kin  və 
paxıllığı özünə peşə edən şəxsi qiyamətdə odlu qamçı ilə Kövsər hovuzunun kənarından qovacaqlar.”  
 Və  Peyğəmbər  (s)  xütbələrinin  birində  buyurub:  “Hər  kəs  biz  Əhli-beyti  düşmən  olub  kin  bəsləsə,  Allah 
qiyamət  günü  onu  “yəhudi”  kimi  dirildəcək.”  Bu  hədisi  Təbərani  “Övsət”  və  Süyuti  “Ehyaul-Meyyit”  və 
Nəbhani “Ərbəin” kitabında və başqaları yazmışlar.  


 
30 
Məhəmmədin  ədavəti  ilə  ölən  şəxsin  qiyamət  günü  alnında  belə  yazılmışdır:  Allahın 
rəhmətindən məhrumdur.”
1
 
O həzrət istəyirdi ki, bu həqiqətlər vasitəsilə bütün diləkləri bu tərəfə yönəltsin. Bütün bu 
hədislərin  xüsusilə  Peyğəmbərin  (s)  pak  Əhli-beytindən  bizə  çatan  hədislərin  məzmunu 
mütəvatirdir. Məlumdur ki, Allah tərəfindən kamil dəlillər olmasaydı, bu mərtəbə və məqam 
onlar  üçün  olmazdı.  Bəli,  əgər  bunlar  haqq  yolunun  şəfalı  çeşməsi,  əmr  və  nəhydə 
Peyğəmbərin  (s)  varisi,  hidayətin  canlı  timsalı  olmasaydılar,  heç  vaxt  bu  mərtəbə  və 
məqamları  olmazdı.  Buna  görə  də  onları  sevənlər  Allah  və  rəsulunu  sevənlərdir.  Onlara 
düşmən  olan  və  kin  bəsləyənlər  isə  Allah  və  rəsulunun  düşmənidirlər.  Peyğəmbər 
buyurmuşdur: “Pəhrizkar mömindən başqa bizi heç kəs sevməz və bədbəxt münafiqdən başqa 
heç kəs bizimlə düşmənçilik etməz.”
2
 
Məşhur şair Fərəzdəq də onların haqqında belə demişdir: 
«
 حو ٌرْفُك ُمُهُضْعُـب حو ٌنيمد مُهُّبُح ٍرحشْعحم ْنمم
جْنُم ُمُهُـبْرُـق
ي
 
 ٌممصحتْعُم حو
»
  
“Onlara olan məhəbbət və dostluq din, düşmənçilik isə küfrdür. Onlarla birgə olmaq nicat 
tapmaq və (həlakətdən) qurtuluşdur.” 
«
 َّممئحا اوُناك يحقُّتلا ُلهحا َّدُع ْنما
 ْمُهحت
 
 ُمُه حليق مضْرحْلاا ملْهحا ُيرخ ْنحم حليق ْوحا
»
  
“Əgər  təqva  və  pəhrizkarlıq  əhlinin  say  cəhətdən  hesablamaq  olsa,  bunlar  onların 
rəhbərləridir, əgər ən gözəl insanları yer üzündə axtarsan, deyərlər ki, bunlardır.”  
Möminlərin əmiri Əli (ə) həmişə deyərdi: “Mən, pak əcdadım və Əhli-beytim, cavanlıqda 
adamların ən aqil və təmkinlisi, qocalıqda isə ən biliklisidir. Bizim vasitəmiz ilə Allah yalanı 
rədd edir, divanə və qurd (kimi) insanların dişlərini torpağa sürtür, sizi zəlil edib əsarətə salan 
müşkülləri həll edir və zəncirləri boynunuzdan açır. (Hər bir şey) bizimlə başlayır və bizimlə 
də qurtarır.”
3
 
Bizə elə bu kifayətdir ki, Allah onları başqalarından üstün tutmuş, belə ki, onlara salam və 
salavatı namazın vacib bir hissəsi kimi bütün bəndələrinə vacib bilmişdir, yəni onlara salavat 
göndərmədən  heç  kəsin  namazı  Allah  dərgahında  qəbul  deyildir.  Namaz  qılan  istər  “siddiq” 
olsun,  ya  “faruq”,  zünnür”  olsun,  ya  “zünnureyn”  ya  “zünnar”.  Allahın  buyurduğu  vaciblərə 
itaət edən şəxs namaz qılarkən onlara salavat göndərməklə Allaha ibadət edir (“şəhadəteyn”i 
deməklə  Allaha  ibadət  edən  kimi).  Bu  elə  bir  məqamdır  ki,  ümmətin  başçıları  onu  qəbul 
etmişlər və adlarını çəkdiyiniz cümhur məzhəblərinin başçıları ona itaət etmişlər. İmam Şafei 
bu barədə deyir: 
«
 ُمُكُّبُح مللها ملوُسحر  متْيحـب حلْهحا اي
 
 في مللها حنمم ٌضْرحـف
 ُهحلحزْـنحا منآْرُقْلا
»
 
«
 ُمُكَّنإ ملْضحفْلا مميظحع ْنمم ْمُكافحك
 
 ُهحل حةولحصلا ْمُكْيحلحع ِّلحصُي ْحلَ ْنحم
»
4
 
                                                 
1
 Sələbi, Cabir ibn Abdullah Bəcəlidən “Kəbir” təfsirində “məvəddət” ayəsinin təfsirində Peyğəmbərdən onu 
nəql  etmiş  və  Zəməxşəri  “Kəşşaf”  təfsirində  həmin  ayə  ilə  əlaqədar  olmasını  şübhəsiz  məsələlərdən 
bilmişdir.  
2
 Molla “Əs-səvaiq”in 14-cü ayəsinin məqsədlərindən ikinci məqsəddə gəldiyi kimi, bu hədisi nəql etmişdir. 
3
  Bu  hədisi  Əbdül-Qəni  ibn  Səd  “İzahül-İşkal”  kitabında  yazmışdır.  Bu,  “Kənzul-Ümmal”ın  6050-ci 
hədisidir ki, 6-cı cildinin 396-cı səhifəsinin sonunda onu xatırlamışdır.  
4
 Bu iki mədhedici şeri Şafei Peyğəmbərin (s) Əhli-beyti haqqında demiş və bir çox mötəbər alimlər şöhrət 
nöqteyi-nəzərindən onu  məşhur və sübut olunmuş  hesab edir və onun Şafeinin  vasitəsilə  yazıldığına şübhə 
etmirlər. O cümlədən İbn Həcər (
 ُهحتحكمئ حلاحمحو حهَّللا َّنمإ
 ِّمبَّنلا ىحلحع حنوُّلحصُي
) “Əhzab” surəsinin 56-cı ayəsinin təfsirində “Əs-
səvaiq”  kitabının  88-ci  səh.-də,  Nəbhani  “Əş-şərəfül-müəyyəd”  kitabının  99-cu  səh.-də,  imam  Əbu  Bəkr 
Şəhabəddin  “Rəşfətüs-sadi”  kitabında  və  başqaları  nəql  etmişlər.  Daha  geniş  izahat  üçün  “Əl-Qədir” 
kitabının 2-ci cildinin 302-ci səhifədən sonraya müraciət edin.  
 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə