Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə9/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   5   6   7   8   9   10   11   12   ...   118

 
22 
 “Mən  aranızda  iki  xəlifə  qoyuram:  göydən  yerədək  (və  ya  göy  ilə  yer  arasında)  uzanan 
Allahın kitabı və Əhli-beytimdir. Onlar hovuz (Kövsər) kənarında mənə çatmayınca heç vaxt 
bir-birindən ayrılmayacaqlar.”
1
 
 “Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytimi. Onlar hovuz 
kənarında mənə qovuşmayınca bir-birindən ayrılmayacaqlar.”
2
 
 “Mən,  Pərvərdigar  tərəfindən  artıq  dəvət  almışam  və  tezliklə  gedəcəyəm.  Aranızda  iki 
“siql” (iki ağır və qiymətli şey) qoyuram: Allahın kitabı və Əhli-beytimi. Allah kitabı göy ilə 
yer  arasında  uzanan  bir  ipdir.  Lətif  və  agah  olan  Allah  xəbər  vermişdir  ki,  onlar  Kövsər 
hovuzunun  kənarında  mənə  çatmayıncaya  qədər  bir-birindən  ayrılmayacaqlar.  Baxın  görün, 
məndən sonra onlarla necə rəftar edəcəksiniz!”
3
 
Peyğəmbər  (s)  “həccətül-vida”dan  qayıdan  zaman  Qədir-xuma  yetişdikdə  karvana  əmr 
verdi ki, oranın böyük ağacları kənarında dayansınlar və ağacların altını təmizləsinlər. Sonra 
buyurdu:  
“Mən  dəvət  olunmuşam və  aranızdan  gedəcəyəm.  Mən  sizin  aranızda  bir-birindən  böyük 
olan iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim. Baxın görün, onlarla necə rəftar 
edəcəksiniz! Onlar bir-birindən heç vaxt ayrılmayacaqlar.” Sonra buyurdu: 
«
 حيلاْوحم َّلحجحوَّزحع حللها َّنما
 ٍنممؤُم ِّلُك ليْوحم احنحاحو
»
 “Allah mənim sərvərim və başçımdır və mən də hər bir möminin sərvəriyəm.” 
Bu  vaxt  Əlinin  əlindən  tutub  dedi: 
«
 ُتْنُك  ْنحم
 
...ُهاداع  ْنحم مداعحو ُهلااو  ْنحم  ملاحو َّمُهّللحا ، ُهُّيلحو اذهحف  ُه لاْوحم
»
 
“Mən  hər  kəsin  sərvəriyəmsə,  bu  (Əli)  onun  vəlisidir.  İlahi,  onu  sevəni  sev  və  onunla 
düşmənçilik edənə düşmən ol...”
4
 
Abdullah  ibn  Həntəb  deyir  ki,  Peyğəmbər  (s)  “Cöhfə”də  bizə  xütbə  söylədi  və  soruşdu: 
“Məgər  mən  sizin  canınızdan  sizə  daha  yaxın  deyiləmmi?  Dedilər:  Bəli,  ey  Rəsulullah. 
Buyurdu: 
«
 منحع مُكُلمئاس ّنّما
 
 مينحنْـثا
تيحْترمع حو منآرُقْلا :
»
5
 Mən iki şeyi sizdən tələb edəcəyəm: Quran və Əhli-
beytimi.” 
4. “Səqəleyn”dən möhkəm yapışmağın vacibliyinə hökm edən doğru hədislər mütəvatirdir 
və  Peyğəmbərin  (s)  səhabələrindən  iyirmi  nəfərdən  çoxu  bunu  nəql  etmişlər.  Peyğəmbər  (s) 
                                                 
1
 Bu hədisi Əhməd Hənbəl, Zeyd ibn Sabitdən iki doğru silsilə ilə nəql edib. Birinci vasitə “Müstənəd”in 5-
ci  cildinin  172-ci  səh-də  və  ikincisi  189-cu  səh-dədir.  Təbərani  “Kəbir”  kitabında  onu  Zeyd  ibn  Sabitdən 
nəql etmişdir ki, həmin hədis “Kənzül-Ümmal”ın birinci cildinin 44-cü səhifəsindəki 873-cü hədisdir.  
2
  Hakim  “Müstədrək”in  üçüncü  cildinin  148-ci  səhifəsində  onu  nəql  edərək  demişdir:  “Bu  hədis  sənəd 
nöqteyi-nəzərindən  “Şeyxeyn”in  (Buxari  və  Müslim)  şərtinə  əsasən  doğrudur.  Amma  özləri  onu 
xatırlamamışlar  və  Zəhəbi  “Təlxisi-Müstədrək”  kitabında  onu  yazmış  və  etiraf  etmişdir  ki,  “Şeyxeyn”in 
xəbər və hədisin məqbulluğunda lazım bildikləri şərtə görə bu hədis doğrudur.  
3
 İmam Əhməd Hənbəlbu hədisi Əbu Səid Xidridən iki vasitə ilə nəql edib, birincisini “Müsnəd”in 17-ci və 
ikincisini  26-cı  səhifəsinin  sonunda  söyləmişdir  və  yenə  İbn  Əbu  Şeybə  və  Əbu  Yəla  və  İbn  Səd,  Əbu 
Səiddən  onu  nəql  etmişlər  ki,  bu  həmin  “Kənzül-Ümmal”ın  birinci  cildinin  47-ci  səhifəsindəki  945-ci 
hədisdir.  
4
  Bu  hədisi  Hakim  “Müstədrək”in  üçünci  hissəsinin  109-cu  səhifəsində  Zeyd  ibn  Ərqəmdən  məruf  şəkildə 
nəql etmişdir. Bu hədis “Şeyxeyn”in hədisin məqbulluğunda lazım bildikləri şərtlərə əsasən doğru hədisdir. 
Lakin  hədis  geniş  olduğuna  görə  onu  nəql  etməmişlər.  Yenə  Hakim  onu  başqa  yolla  Zeyd  ibn  Ərqəmdən 
“Müstədrək”in  üçüncü  cildinin  533-cü  səh.-də  söyləmiş  və  bu  hədisin  doğru  olduğunu  demişdir.  Lakin 
Buxari və Müslim bu  haqda bir şey  yazmayıblar. Dedik ki, Zəhəbi onu  “Müstədrək”in  xülasəsində  yazmış 
və bu sənədin doğru olduğunu demişdir.  
5
  Bu  hədisi  Təbərani,  “Nəbhani”nin  “Ərbəin  əl-Ərbəin”  kitabında  olduğu  kimi  nəql  etmiş  və  habelə 
Süyutinin “Ehyaül-məyyit” kitabında yazılmışdır. Aydındır ki, Peyğəmbərin həmin günkü xütbəsi iki cümlə 
olmayıb. Çünki iki cümlə üçün “انبطخ” (bizə xütbə oxudu) təbir edilməzdi. Bu yalnız bir siyasət idi ki, hədis 
söyləyənlərin dilini bağladı və yazıçıların qələmini yazmaqdan məhrum etdi. Bizə isə o (söylənilməmiş söz 
dəryasından) bir qətrə və o toxumdan bir dənə də kifayətdir.  


 
23 
bir  çox  yerdə  bu  həqiqəti  bəyan  etmişdir;  Qədir-xumda  “həccətül-vidada,  Ərəfə  günündə, 
Taifdən  qayıdanda,  Mədinədə  öz  minbərində,  hətta  öz  evində  xəstə  yatdığı  və  səhabələr 
kənarında  olduğu  zaman:  “Ey  camaat,  mən  tezliklə  ruhumu  tapşıracaq  və  bu  dünyadan 
gedəyəcəyəm. Üzrünüzü kəsəcək sözü sizə dedim. Agah olun, Allahın kitabı və Əhli-beytimi 
aranızda qoyuram.” Sonra Əlinin əlini qaldırıb dedi: 
«
  ّتيحح مناقحترْفحـيلا ٍّيملحع حعحم ُنآرُقلا حو منآرُقلا حعحم ٌيملحع اذحه
 حضْوحْلْا َّيلحع ادمرحي
»
 “Bu Əli Quran ilədir və Quran onunladır, onlar hovuz kənarında mənim yanıma 
gələnə qədər bir-birindən ayrılmayacaqlar.”
1
 
Bunu  bir  qrup  sünni  alimləri  də  təsdiq  edir.  Hətta  İbn  Həcər  “səqəleyn”  hədisini  nəql 
edəndən  sonra  belə  deyir:  “Agah  ol  ki,  Quran  və  Əhli-beytdən  möhkəm  yapışmağın 
vacibliyini  bildirən  hədisin  çoxlu  sənədləri  var  və  Peyğəmbərin  (s)  iyirmidən  çox  səhabələri 
tərəfindən  nəql  olunmuşdur.”  Sonra  deyir:  “Bu  hədisin  bir  çox  silsilə  sənədləri  kitabın  “on 
birinci  şübhə”  hissəsində  keçdi.  Onların  bəzisində  deyilir  ki,  Peyğəmbər  (s)  onu  “həccətül-
vida”da  Ərəfə  günündə,  başqa  birisində  Mədinədə  xəstə  ikən  otağının  səhabələr  ilə  dolu 
olduğu vaxt, başqasında Qədir-xumda, daha başqa bir yerdə deyilir ki, Taifdən qayıdan zaman 
buyurmuşdur.” Yenə əlavə edir: “Bunlar bir-birinə zidd deyil, çünki o həzrətin bu və ya başqa 
hallarda  bu  həqiqəti  təkrar  etməsinin  eybi  yoxdur.  Bu,  onun  Qurani-kərimin  və  pak  Əhli-
beytinin əhəmiyyətinə xatirdir.”
2
 
İmamlar üçün elə bircə bu kifayətdir ki, heç bir yerdən batilin onlara yol tapa bilməməsi 
kimi Allah və Peyğəmbərin (s) nəzərində Quranla bərabər məqamda olsunlar. (
لا
 
 نمم ُلمطاحبْلا مهيمتْأحي
 مهمفْلحخ ْنمم  حلاحو مهْيحدحي مْينحـب
)
3
 
Bunun  özü  müsəlmanları  onların  (Əhli-beyt)  məzhəbinə  itaət  etməyə  vadar  edən  aydın 
dəlildir.  Çünki  Qurandan başqa  heç  bir  şeyi  qəbul etmək  istəməyən  müsəlman  kəs  (“Allahın 
kitabı  bizə  bəs  edər”  –  fikrini  dəstəklədiyiniz  halda),  başqa  bir  şeyi  Quranla  bir  sırada  necə 
qoya bilər? 
5. 
«
 ححتَ ْنإ ام ْمُكيف ٌكمرات  ّنّما
اُوحلمضحت ْنحل مهمب مُتْكَّس
 مللها  حباتمك :
تيحْترمعحو 
»
 “Sizin aranızda elə bir şey qoyuram ki, 
əgər  ondan  möhkəm  yapışsanız,  heç  vaxt  yolunuzu  azmayacaqsınız.  Allahın  kitabı  və  Əhli-
beytim.” 
Bu  mənanı  təsdiq  edən  daha  dəqiq  ifadə  isə  Təbəraninin  nəql  etdiyi  Peyğəmbərin  (s) 
“səqəleyn” hədisinin ardınca buyuruğudur: 
«
 ْمُهومِّلحعُـت لا حو اوُكملْهحتحـف امُهْنحع اوُرِّصحقُـت لا حو اوُكملْهحتحـف اُهُوُمِّدحقُـت لاحف
مُكْنمم  ُمحلْعحا  مُهَّـنماحف
»
  “Onlardan  irəli  keçməyin  ki,  həlak  olarsınız  və  geri  qalmayın  ki,  həlak 
olarsınız. Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər.” 
İbn  Həcər  isə  (bu  qədər  aydın  dəlildən  sonra)  deyir:  Peyğəmbərin  (s)  “Onlardan  irəli 
keçməyin ki, məhv olarsınız və geri qalmayın ki, həlak olarsınız, onlara heç nə öyrətməyin ki, 
sizdən biliklidirlər.” – sözləri o vaxt həqiqi mənasını doğruldur ki, Əhli-beytdən hər biri özünü 
uca məqam və dini vəzifələrdə yüksək rütbəyə çatdırmış olsun.
4
 
                                                 
1
  İbn  Həcərin  “Əs-səvaiqül-Mühriqə”  kitabının  ikinci  fəslinin  sonu,  9-cu  babın  75-ci  səh.-də  qırxıncı 
hədisdən sonra gələn fəslə müraciət edin.  
2
  İbn  Həcərin  “Əs-səvaiqül-Mühriqə”  kitabının  11-ci  babının  birinci  fəslinin  89-cu  səhifəsinin  sonuna 
(“Saffat”, 24-cü ayənin təfsiri) müraciət edin.  
3
 “Fussilət”, ayə 42 
4
 “Əs-səvaiq” kitabının 135-ci səhifəsində “Peyğəmbərin vəsiyyətləri” babına müraciət edin və sonra ondan 
soruşun ki, nə üçün Əbül-Həsən Əşərini üsuli-dində və “dörd məzhəb fəqihləri”ni fürui-dində Əhli-beytdən 
üstün tutursan? Nə üçün İmran ibn Həttan və Xəvaricdən onun kimilərini hədisdə onlardan (imamlar) üstün 
tutursan?  Nə  üçün  Məqatili  ibn  Süleymanı  (Allahın  cisim  olmasına  inanan  “murciə”lərdəndir)  imamlardan 
üstün tutursan? Nə üçün “əxlaq”, “süluk” və ruhi dərmanlar elmində Məruf və onun kimiləri üstün bilirsən? 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə