Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə5/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   ...   118

 
10 
İKİNCİ MƏKTUB 
6 Zilqədə 1329 
1. Dua və salama cavab. 
2. Mübahisəyə icazə. 
1. Bizim mövlamız Şeyxül-İslama salam və Allahın rəhmət və bərəkəti olsun! 
Məhəbbətlə  dolu  məktubunuz  mənə  çatdı,  göstərdiyiniz  lütf  və  mərhəmətə  görə  təşəkkür 
etməkdə  dilim  acizdir.  Uzun  illər  keçsə  də,  bəzi  vacib  öhdəlikləri  yerinə  yetirmək  mümkün 
deyildir.  
Arzu  və  məqsədlərini  mənə  açdın,  halbuki  sən  özün  ümid  gözləyənlərin  qibləsi,  pənah 
gətirənlərə nicat verənsən. Mən Suriyadan arzu atına minib, uzun məsafələrdən keçərək sənin 
elmindən bəhrələnmək, fəzilət yağışında islanmaq üçün qapına gəlmişəm və tezliklə, Allahın 
qoysa, arzu dolu ümidlə qayıdacağam.  
2.  Məndən  mübahisə  üçün  icazə  istəmisən.  Mən  bu  icazəni  sənə  verdim,  halbuki  əmr  və 
sahibi-ixtiyarsınız. İstədiyin şeyi soruş, nə istəyirsən de, fəzl, üstünlük, ədalətli qəzavət, haqqı 
batildən ayıran söz sənindir. Təşəkkür edirəm. “Ş” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
11 
 
 
 
 
 
 
 
 
 
BİRİNCİ BƏHS 
 
 
 
 
 
 
 
 
DİNİ RƏHBƏRLİK 
MƏZHƏBDƏ İMAMƏT 


 
12 
ÜÇÜNCÜ MƏKTUB 
7 Zilqədə 1329 
1. Nə üçün şiə, müsəlmanların yekdil cümhur məzhəblərinə tabe deyil (ardınca getmir)? 
2. Bu gün həmişəkindən daha çox birliyə möhtacıq.  
3. Pərakəndəliyi yalnız cümhur məzhəbləri ilə birləşməklə aradan qaldırmaq olar. 
 
1.  Mənim  ilk  sualım  budur  ki,  nə  üçün  siz,  müsəlmanların  cümhur  məzhəblərinə  tabe 
olmursunuz,  məqsədim  üsuli-dində  “əşairə”  və  fürui-dində  dörd  məzhəbdən  biridir.  Halbuki 
keçmişdən  bəri  saleh  sələf  etiqad  və  əməldə  onların  yolunu  tutmuş,  onları  üstün  bilmişlər. 
Bütün  əsrlər  boyu  hamı  bu  fikrə  mötəqid  olmuşdur  ki,  əməldə  onlara  tabe  olmaq  lazımdır. 
Məzhəb başçılarının ədalət, ictihad, əmanət, paklıq, iffət, əxlaq gözəlliyinə malik olmalarında 
heç kimin şübhəsi olmamışdır.  
2. Siz yaxşı bilirsiniz ki, bu gün bizim ülfət, ittihad və birliyə nə qədər çox ehtiyacımız var 
və  İslam  ümmətinin  nizama  salınması  və  birləşməsi  sizin  ümum  müsəlmanların  fikrinə  tabe 
olmağınızla  bağlıdır.  Həmçinin  yaxşı  bilirsiniz  ki,  hələlik  elə  bir  vəziyyətdəyik  ki,  din 
düşmənləri bizə qarşı qəlblərini kin və nifrət ilə doldurmuş, hər vasitə ilə bizi məhv etməyə 
çalışırlar.  Onlar bu  işi  həyata  keçirmək  üçün müxtəlif  planlar  hazırlamış,  daha  da  ayıq-sayıq 
olmuşlar.  Lakin  müsəlmanlar  hələ  də  qəflət  yuxusundadırlar.  Elə  bil  ki,  cəhalət  və  nadanlıq 
dəryasında  əl-qol  atır  və  düşmənlərə  –özlərinə  qarşı–  kömək  edirlər.  Belə  ki,  öz  vəhdət 
bayraqlarını parçalamış, firqələrə, dəstələrə bölünmüşlər. Bu firqələr də ki, biri o birisini yolu 
azmış sanır, başqa birisinin digərini görməyə gözü yoxdur. Beləliklə, it-qurd bizə tamah gözü 
ilə baxır, rahatca bizi ovlayırlar.  
3.  Məgər  belə  deyilmi?  Allah  sizi  ittifaq  və  birlik  yoluna  hidayət  etsin!  Hər  nə  demək 
istəyirsən, buyur, de. Əmr et və arxayın ol ki, sözlərinə diqqətlə qulaq asacaq və onları yerinə 
yetirməkdə sənə tabe olacağam. Salam olsun sənə! 
“S” 


 
13 
DÖRDÜNCÜ MƏKTUB 
8 Zilqədə 1329 
1. Şəri dəlillər Əhli-beyt məzhəbinə təqlid etməyi (tabe olmağı) vacib hesab edir.  
2. Cümhur məzhəblərinə təqlid üçün bir dəlil yoxdur.  
3. Müsəlmanlar ilk üç əsrdə cümhur məzhəblərini tanımırdılar.  
4. Bütün əsrlərdə hər kəsin ictihada imkanı vardır.  
5. Pərakəndəliyi Əhli-beytin ehtiramını saxlamaqla birləşdirmək olar. 
 
1. Üsuli-dində “əşairə”, fürui-dində isə dörd məzhəbdən başqa məzhəbə tabe olmağımız nə 
firqələr  və  ayrı-ayrı  qruplara  xatir,  nə  də  dörd  məzhəb  imamlarının  (başçılarının)  ictihadına, 
onların  ədalət,  əmanət,  saflıq  və  elminin  yüksəkliyinə  şübhəyə  görədir.  Əksinə,  bir  çox  şəri 
dəlillər vardır ki, bizi Peyğəmbər (s) Əhli-beytinin dininə təqlid etməyə vadar etmişdir. Biz o 
kəslərin məzhəbinə təqlid etmişik ki, Peyğəmbər ocağında böyümüş, evləri mələklərin gediş-
gəliş  yeri,  qeybdən  gələn  vəhyin  məkanı  olmuş,  Qurani-kərim  orada  nazil  olmuşdur.  Bu 
səbəbdəndir  ki,  fürui-din  və  dini  əqidələrdə,  fiqh,  üsul  və  onun  qaydalarında,  maarif,  hədis, 
Quran  və  əxlaq  elmində  onları  örnək  bilmişik.  Bu  yalnız  dəlil  qarşısında,  yalnız  İslam 
peyğəmbərinin  qarşısında  itaətin  nəticəsidir  ki,  biz  də  elə  bu  yolu  seçmişik.  Ona  və  Əhli-
beytinə salam olsun! 
Əgər dəlillər bizə Peyğəmbərin (s) Əhli-beyti ilə müxalifət etməyə icazə versəydi,  yaxud 
əməldə başqa məzhəblər kimi azad qürbət qəsdi (Allaha yaxınlaşma niyyəti) mümkün olsaydı, 
biz  də  hər  hansı  məzhəbə  əməl  edər,  beləliklə,  dostluq  peymanı  və  qardaşlığı 
möhkəmləndirərdik. Lakin, qəti dəlillər möminin yolunu bağlayır və onunla istəkləri arasında 
fasilə yaradır.  
2. Bundan əlavə, cümhur məzhəblərinin üstün olmasına heç bir dəlil yoxdur. Xatırladığınız 
dörd  məzhəbin  rəhbərlərinin  ictihad,  əmanət,  ədalət  və  əzəmətindən  əlavə,  onlara  təqlid 
etməyin zəruriliyinə dəlalət edən heç bir dəlil tapmadıq. Halbuki siz yaxşı bilirsiniz, əzəmət, 
ictihad,  əmanət  və  ədalət  yanlız  onlara  həsr  edilməyib.  Belə  olan  surətdə,  onlara  təqlid 
etməyin zəruriliyi necə mümkün ola bilər? 
Güman etmirəm, elə bir şəxs tapılsın ki, onları elm və əməldə bizim imamlarımızdan üstün 
bilsin, yəni, onları pak imamlarımızdan, nicat gəmisi, ixtilaflarda əmin-amanlıq mərkəzi olan 
“Hittə  qapısı”,  dinin  hidayət  bayraqdarları,  Allah  rəsulunun  İslam  ümməti  arasında  olan 
xələfləri və övladlarından üstün tutsun. Peyğəmbər (s) onların haqqında buyurmuşdur: 
“Onlardan irəliyə keçməyin, yoxsa həlak olarsınız, onlara qoşulmaqdan çəkinməyin, yoxsa 
məhv olarsınız, onlara bir şey öyrətməyin, çünki onlar sizdən daha alimdirlər.”  
Amma siyasət elə gətirdi ki, başqaları irəli sürüldülər. Yaxşı bilirsən ki, İslamın əvvəlində 
siyasət nəyi tələb edirdi, amma hara yönəldi. Çox təəccüblüdür, buyurursunuz ki, keçmişdəki 
pak  adamlar  bu  məzhəblərə  inanmış,  onları  başqa  məzhəblərdən  üstün  tutmuş,  bütün  əsrlər 
boyu onlar kimi əməl etmişlər. Məgər siz bilmirsiniz ki, keçmişdəki pak adamlar və onlardan 
sonra gələnlər –yəni, müsəlmanların yarısını təşkil edən Ali-Məhəmməd (s) şiələri– Əhli-beyt 
imamlarının məzhəbinə, Rəsulullahın “səqəleyn”inə (Quran və Əhli-beyt) həmişə sadiq qalmış 
və  bu  yoldan  azacıq  da  olsa,  dönməmişlər?!  Onlar  Əli  (ə)  və  Fatimə  (ə)  zamanından,  dörd 
məzhəb imamlarının, hətta onların atalarının da heç birinin olmadığı zamandan indiyədək bu 
yol ilə getmişlər. Bu yəqin ki, sizin üçün gizli deyildir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə