Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə6/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   ...   118

 
14 
3.  Bundan  əlavə,  müsəlmanlar  ilk  üç  əsrdə  dediyiniz  məzhəblərsiz  yaşamışlar.  Bu 
məzhəblər  yaranan  dövrlər  hara,  birinci,  ikinci  və  üçüncü  əsrlər  hara!  (İlk  üç  əsr  ən  parlaq 
əsrlər sayılır.) Çünki Əşəri 270-ci hicri ilində anadan olmuş və təqribən 335-ci ildə dünyadan 
getmiş,  Əhməd  Hənbəl  134-cü  ildə  anadan  olmuş,  241-ci  ildə  vəfat  etmiş,  Şafei  150-ci  ildə 
anadan olmuş, 204-cü ildə vəfat etmiş, Malik
1
 95-ci ildə dünyaya gəlmiş, 179-cu ildə dünyanı 
tərk etmiş və Əbu Hənifə 80-ci ildə doğulmuş və 105-ci ildə vəfat etmişdir.  
Amma  şiələr  isə  elə  İslamın  əvvəlindən  Əhli-beytin  məzhəbinə  inanmışlar.  Çünki  ev  əhli 
evdə  olan  hər  şeyi  daha  yaxşı  bilir.  Şiə  olmayanlar  isə  səhabələrin  və  tabe  olduqları  məzhəb 
alimlərinin rəftarlarına əməl etmişlər. Belə olan surətdə, hansı dəlilə əsasən müsəlmanlar –ilk 
3 əsrdən sonra– bu məzhəblərə əməl etməli, əvvəllər hamının qəbul etdiyi məzhəbə isə əməl 
etməməlidirlər? Allahın kitabı ilə eyni sırada və eyni qiymətdə olan şəxslərdən – Peyğəmbərin 
(s) qiymətli səfirlərindən, onun “elm xəzinəsi”, “nicat gəmisi”, “rəhbərlər”, “aman” və “hittə 
qapısı”ndan niyə üz döndərməlidirlər? 
4.  Üç  əsr  hamının  üzünə  açıq  olan  ictihad  qapısının  müsəlmanların  üzünə  möhkəm 
bağlanmağının  səbəbi  nə  idi?  Bu  yalnız  özümüzü  məhrum  etmək,  cahillik  və  nadanlıqdan 
başqa bir şeydirmi? 
Kim  bu  həqiqəti  –  Rəsulullahın  peyğəmbərlərinin  ən  üstünü,  dinlərin  ən  kamili  və  ən 
yüksək  səmavi  kitaba  sahib  olması,  dinin  onun  vasitəsilə  kamilləşməsi,  ona  bol  nemətin 
verilməsi,  bütün  keçmiş  və  gələcək  elmlərin  ona  öyrədilməsi  inancını  qəbul  etdikdən  sonra 
“lakin, bütün bunlar dörd məzhəb sahiblərilə tamamlanmış, onlar bu bəxşişləri mənimsəmiş və 
heç kəsə başqa yolla onu  əldə etməyə icazə verməmiş” – fikrini söyləyə bilər?! Guya,  İslam 
dini,  onun  kitabı,  Peyğəmbərin  buyuruqları,  əməlləri  və  sair  aydın  dəlillər  onların  (dörd 
məzhəbin)  xüsusi  əmlakı  kimimi  qeyd  olunmuş  və  o  fikirlərə  müvafiq  olanlardan  əlavə  heç 
kimə bu nemətləri əldə etməyə icazə verilməmişmi?! Məgər onlar peyğəmbərlərin varislərimi 
idilər? Yaxud, Allah vəsilik və imaməti onlaramı vermişdi? Keçmiş və gələcək elmləri yalnız 
onlaramı  öyrətmişdi?  Yaxud,  dünyada  heç  kəsə  bəxşiş  edilməyən  şeyləri  onlaramı 
bağışlamışdı? Heç vaxt! Onlar da digər alimlər və elm xadimləri kimi hamını Ona tərəf dəvət 
edənlərdəndir  və  heç  vaxt  dəvət  edənlər  elm  xəzinəsinin  qapısını  heç  kimin  üzünə 
bağlamazlar.  Onlar  bunun  üçün  yaranmamışlar  ki,  ağıl  və  zəkaları  zindana  salsın,  camaatın 
gözünü  bağlasınlar.  Onlar  ürəkləri  susdurmaq,  qulaqları  kar  etmək,  gözlərdən  pərdə  asmaq, 
ağızlara  qıfıl  vurmaq,  əlləri  və  boyunları  zəncirləmək,  ayaqlara  qandal  vurmaq  üçün 
yaranmamışlar.  Şübhəsiz,  iftiraçılardan  başqa  heç  kəs  bunu  onlara  aid  etməz.  Onların  öz 
sözləri bizim fikirlərimizin doğru olmasına şahiddir.  
5.  İndi  doğrudan  da  müsəlmanların  pərakəndəliyi  barədə  bəhsə  başlamağımızın  vaxtı 
çatmışdır.  Məncə,  bu  iş  şiənin  öz  məzhəbindən  əl  çəkib  cümhurun  dörd  məzhəbinə  meyl 
etməsi,  yaxud  sünnə  əhlinin  öz  məzhəbindən  əl  çəkməsi  demək  deyil.  Əvvəlki  söhbətlərdən 
aydın  olduğu  kimi,  şiəni  öz  məzhəbindən  əl  çəkməyə  dəvət  edən  təkliflər  dəlilsiz  təkliflər, 
ümumiyyətlə, mümkün olmayan təkliflərdir.  
Bəli, müsəlmanların birliyi və ittifaqı o vaxt mümkün olar ki, siz Əhli-beyt məzhəbini azad 
elan edəsiniz və onu digər məzhəblərdən biri biləsiniz ki, hər müsəlman ona əməl edə bilsin. 
Beləliklə,  Şafei,  Hənəfi,  Maliki,  Hənbəli  məzhəblərinə  təqlid  edənlərin  (ardıcılları)  Ali-
Məhəmməd (s) şiəsi haqda olan fikri, başqa məzhəb ardıcıllarına olduğu kimi olsun.  
Bu da gizli deyildir ki, sünnilərin dörd məzhəbi arasındakı ixtilafları, onların şiələrlə olan 
ixtilaflarından  az  deyildir.  Bu  sözün  ən  aşkar  şahidi  sünni  və  şiələrin  üsul  və  füru  barədə 
                                                 
1
 İbn Xəlkan “Vəfəyatül-Əyan” kitabında yazır ki, “Malik üç il ana bətnində nütfə halında qalmışdır.” 
İbn Qüteybədə “Maarif” kitabının 170-ci səh.-də “əshabi-rəy”i (fikir sahibləri) sayanda, Maliki də onlardan 
hesab  etmiş,  habelə  neçə  adamın  adını  da  çəkərək  öz  gümanına  əsasən,  analarının  hamiləlik  müddəti  adi 
müddətdən çox olduğunu göstərmişdir. Bunu “Maarif”in 198-ci səhifəsində qeyd etmişdir.  


 
15 
yazılmış  minlərlə  kitabıdır.  Əgər  belədirsə,  bəs  onda  niyə  sizinkilər  müsəlmanlar  arasında 
şayiə yayırlar ki, şiələr sünnilərə ziddir? Nə üçün demirlər ki, sünnilər şiələrlə ziddir? Nə üçün 
demirlər  ki,  bir  dəstə  sünnə  əhli  başqa  bir  dəstəyə  ziddir.  Əgər  dörd  məzhəbin  olması 
mümkündürsə, nə üçün beşincisi mümkün olmasın? Necə ola bilər ki, dörd məzhəbin olması 
müsəlmanların ittifaqına səbəb olsun, amma elə ki, beşincisinə çatdı, ittifaqları dağılıb hərəsi 
bir səmtə yönəlsin (və bu iş onların parçalanmasına səbəb olsun)?! 
Nə  yaxşı  olardı  ki,  siz  bizi  məzhəb  vəhdətliyinə  çağırdığınız  vaxt,  sünnilərin  dörd 
məzhəbini  də  birliyə  dəvət  edəydiniz.  Sünnə  əhlinin  dörd  məzhəbi  arasında ittihad  yaratmaq 
sizlər üçün daha asan deyilmi? Məzhəb birliyinə dəvət etməyi niyə yalnız bizə aid edirsiniz? 
Necə oldu ki, siz pərakəndəliyin səbəbini Əhli-beyt (ə) məzhəbinə tabe olanlarda gördünüz, 
amma məzhəbi, nəzəriyyəsi, təbiəti və istəkləri müxtəlif olan digər dörd məzhəb ardıcıllarını 
isə ürəkləri və məqsədləri birləşdirən amil hesab edirsiniz? 
Sizin Peyğəmbər ailəsinə belə münasibət bəslədiyinizi təsəvvür belə etməzdim. Vəssalam. 
 “Ş” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə