Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə7/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   2   3   4   5   6   7   8   9   10   ...   118

 
16 
BEŞİNCİ MƏKTUB 
9 Zilqədə 1329 
1. Deyilənlərə etiraf.  
2. Müfəssəl dəlilin tələbi. 
 
1.  Qiymətli məktubun çatdı.  Geniş,  fəsilləri  kamil, anlamlı  və  yaxşı  bir  məktub  idi.  Qeyd 
olunan  dəlillər  möhkəmdir.  Üsul  və  füruda  cümhur  məzhəblərinin  ardınca  getməyin  vacib 
olmadığı  bəhsin  bəyanında  deyilməmiş  bir  şey  qoymamış,  ictihad  qapısının  açıq  olmasının 
sübutunda dəlilləri dolğunluğu ilə gətirmişsiniz.  
Buna görə də məktubun, hər iki (dörd məzhəbə təqlid etməyin vacib olmaması və ictihad 
qapısının açıqlığı) məsələnin sübutu və dəlili nöqteyi-nəzərindən çox güclüdür, hər ikisi üçün 
gətirilən  dəlillər  doğru  və  anlaşıqlıdır,  baxmayaraq  ki,  biz  onları  o  qədər  də  açıq-aşkar  tələb 
etməmişdik. Lakin özünüz bilən məsləhətdir.  
Biz  sizin  sünni  məzhəblərindən  çəkinməyinizin  səbəbini  soruşmuşduq.  Siz  isə  cavab 
vermisiniz  ki,  səbəbi  yalnız  şəri  (şəriətdə  olan)  dəlillərdir,  amma  siz  onları  müfəssəl  şəkildə 
sübut  etməli  idiniz.  Buna  görə  də  siz  “kitab”  (Quran)  və  sünnədən  elə  bir  qəti  dəlil  gətirə 
bilərsinizmi ki, möminin yolu bağlanaraq, onunla istəkləri arasında hasar çəkilsin? Təşəkkür 
edirəm. Vəssalam. 
 
“S” 


 
17 
ALTINCI MƏKTUB 
12 Zilqədə 1329 
1. Əhli-beytin ardınca getməyin vacibliyinə dair dəlil. 
2. Əmirəl-möminin (ə) Əhli-beyt məzhəbinə dəvət edir. 
3. İmam Zeynəlabidinin (ə) bu barədə sözləri. 
Siz  –Allaha  şükür–  bir  işarə  ilə  hər  şeyi  başa  düşürsünüz  və  aşkar  danışmağa  ehtiyac 
yoxdur.  Allah  eləməsin  ki,  qəlbinizdə  Əhli-beyt  imamlarına  qarşı  şübhə  olsun  və  ya 
ruhunuzda  onları  başqalarından  əvvəl  bilməkdə  bir  maneə  əmələ  gəlsin.  Çünki  onların 
şəxsiyyətləri olduqca aydındır – başqalarından üstündür və seçilirlər, keçmiş peyğəmbərlərin 
elminə Peyğəmbər (s) vasitəsilə varis olmuş, din və dünya əhkamlarını o həzrətdən almışlar.  
1.  Peyğəmbər  (s)  onları  Allahın  kitabı  (Quran)  ilə  bir  sıraya  qoyaraq,  ağıl  sahiblərinə 
rəhbər, nifaq dəryasında tufan zamanı onları nicat gəmisi, düşmənçilik və biganəlik fırtınaları 
qalxan vaxt ümmət üçün əmin-amanlıq yeri, məğfirət qapısından daxil olmaq istəyənlər üçün 
“Hittə qapısı” və sarsıntı vaxtı ayrılığa yol verməyən pənah yeri etmişdir.  
2. Əmirəl-möminin (ə) buyurmuşdur: “Hara, hansı tərəfə üz tutursunuz, haqqın bayraqları 
qaldırılmış,  onun  əlamətləri  aşkar  və  hidayət  çıraqları  asılmışdır.  Yolu  itirmiş  ikən,  hara 
gedirsiniz?  Nə  üçün  sərgərdansınız?  Halbuki  Peyğəmbərin  (s)  Əhli-beyti  sizin  aranızdadır. 
Onlar  haq  göstəriciləri,  dinin  bayraqdarları  və  doğru  danışan  dilləridir.  Onları,  Quranı 
qoruduğunuz  ən  yaxşı  yerdə  (ürəklərdə  və  pak  qəlbinizdə)  yerləşdirin,  susuzlar  kimi  (sirab 
olmaq üçün) onların zülal çeşməsinə hücum edin.  
Ey  camaat,  bu  həqiqəti  peyğəmbərlərin  sonuncusundan  öyrənin:  “Bizdən  kim  ölsə, 
həqiqətdə  ölməmiş,  kim  köhnəlsə,  həqiqətdə  köhnəlməmişdir.”  Belə  ki,  bilmədiyiniz  şeyi 
deməyin,  çünki  həqiqətlərin  çoxu  sizin  inkar  etdiyiniz  şeylərdir  və  əleyhinə  sübutunuz 
olmayan  şəxsdən  üzrxahlıq  edin  ki,  elə  onlardan  biri  mən  özüməm.  Məgər  sizin  aranızda 
“siqli-əkbər”ə  (Quran)  əməl  edən,“siqli-əsğər”i  (Əhli-beyt  imamları)  aranızda  qoyan  mən 
deyiləmmi?...”
1
 
Yenə o həzrət buyurur: “Nəzərlərinizi Peyğəmbərinizin Əhli-beytinə tərəf yönəldin, onların 
getdiyi  səmt  ilə  gedin,  addımlarınızı  onların  ləpirlərinə  qoyun.  Onlar  sizi  hidayət  yolundan 
kənara  çıxarmaz  və  zillət  mənzilinə  sövq  etməzlər.  Sükut  etsələr,  siz  də  edin,  qiyam  etsələr, 
siz də edin. Onlardan qabaqda getməyin ki, yolu itirər və onlardan geridə qalmayın ki, həlak 
olarsınız.”
2
 
Bir daha imam Əmirəl-möminin (ə) camaata xatırladır: “Onlar elmə həyat, nadanlığı məhv 
edir, səbirləri səni öz elmlərindən, zahirləri batinlərindən, sükutları məntiqlərindən agah edər. 
Haqqa  zidd  deyillər  və  ona  qarşı  çıxmazlar.  Onlar  İslamın  dayağı  və  əmin-amanlıq 
pənahgahıdırlar.  Onların  vasitəsilə  haqq  öz  yerinə  qoyular,  batil  kökündən  qopardılar.  İlahi 
ayini  onlar  yaxşı  bilir,  onu  yalnız  eşidib  başqalarına  demək  deyil,  ona  əməl  edirlər.  Belə  ki, 
elmdən danışanlar çox, lakin onu dərk edənlər isə azdır.”
3
 
Başqa  bir  xütbədə  buyurur:  “Onun  (s)  Əhli-beyti  əhli-beytlərin  ən  yaxşısı,  xanədanı 
xanədanların ən yaxşısı, vücudunun nəsil ağacları ağacların ən bəhrəlisidir. Allahın hərəmində 
kök atmış, səxavət və nəciblik diyarında dirçəlmişdir. Budaqları uzun, meyvələri boldur.”
4
 
                                                 
1
 Sübhi Saleh, “Nəhcül-bəlağə”, 87-ci xütbə. 
2
 97-ci xütbə. 
3
 239-cu kəlam. 
4
 94-cü xütbə. 


 
18 
Yenə  İmam  (ə)  buyurur:  “Biz  Peyğəmbər  (s)  elminin  şüarı,  səhabələri,  xəzinələri  və 
qapılarıyıq.  Evə  isə  yalnız  onun  qapısından  daxil  olmaq  olar.  Qapısından  daxil  olmayan  isə 
oğru sayılır.” 
Yenə həmin xütbədə Əhli-beyt haqqında sözünə belə davam edir: “Qurani-kərimin ayələri 
onlar  haqqındadır  və  onlar  Allahın  xəzinələridir.  Danışanda  sözləri  doğru,  susanda  heç  kəs 
onlardan  qabağa  düşməz.  Karvan  başçısı  karvandakılara  yalan  deməməli,  onları  agah 
etməlidir.”
1
 
Yenə  buyurur:  “Siz  tərəqqi  və  hidayəti  yalnız  onu  tərk  edəni  tanıdıqdan  sonra 
tanıyacaqsınız.  Quranın  hökm  və  şərtlərinə  yalnız  inkar  olunandan  sonra  istinad  edəcəksiniz 
və  kimsə  tərəfindən  Qurana  əhəmiyyət  verilməyincəyə  qədər  ona  əl  vurmayacaqsınız.  Belə 
isə,  bunları  öz  əhlindən  soruşun,  o  kəslərdən  ki,  elmi  dirildən,  cəhalət  və  nadanlığın 
məhvidirlər. Onlar o kəslərdir ki, hikmətləri biliklərindən, sükutları məntiqlərindən, zahirləri 
batinlərindən sizi agah edər. Onlar dinə zidd deyillər. Quran onlar üçün doğru şahid və səssiz 
natiqdir.”
2
 
O həzrətdən bu haqda bir çox başqa aydın buyuruqlar da çatmışdır ki, aşağıdakıları misal 
çəkmək olar: 
“Bizim  vasitəmizlə  cəhalət  və  azğınlıq  qaranlıqlarından  hidayət  olundunuz  və  bizim 
köməyimizlə tərəqqi zirvəsinə qalxdınız, səadət səhəriniz vücudumuzun şüaları ilə işıqlandı.”
3
 
“Ey camaat, özü əməl edən vaizin (moizə edənin) vücudunun çırağı şöləsilə vücudunuzun 
çırağını yandırın və içində zərrə qədər də çirk olmayan çeşmədən su götürün.”
4
 
“Biz  nübüvvət  ağacı,  onun  dayağı,  mələklərin  gediş-gəliş  yeri,  bilik  mədənləri,  hikmət 
çeşmələriyik, dostlarımızı rəhmət gözləyir, düşmənlərimizi isə ilahi cəza.”
5
 
“Haradadırlar o kəslər ki, yalandan və zalımcasına özlərini elmin dirəkləri xəyal edirdilər? 
Görsünlər  ki,  Allah  bizə  necə  uca  məqam  bəxş  etdi,  onları  isə  necə  xar  və  zəlil  etdi,  bizə 
rəhmət, onları isə məhrum etdi. Bizdən hidayət hər yana yayılır və idraklar nur alır. İmamlar 
və  rəhbərlər  Qüreyşdəndir.  Onların  silsilə  budağı  Haşimdən  şaxələnir.  İmamət  başqalarına 
layiq deyil, rəhbər və yol göstərənlər onlardan savayı başqası ola bilməz.” 
İmamlara  zidd  olanlar  haqda  belə  deyir:  “Onlar  bu  dünya  həyatını  seçdilər.  Axirətdən  əl 
çəkib, saf və içməli sudan imtina edərək, qoxumuş və çirkli suyu içdilər.”
6
 
“Sizdən  hər  kəs  Allah,  Peyğəmbər  (s)  və  Əhli-beytin  məhəbbəti  və  onları  tanıyaraq 
yatağında  belə  ölsə,  şəhid  sayılar,  Allah  ona  əcr  verər.  Saleh  əməllər  fikrində  olan  adama 
Allah tərəfindən savab veriləcək. O, saleh niyyəti ilə Peyğəmbərin (s) Əhli-beyti ilə bir yerdə 
qılınc çəkib, cihad edən kəs kimidir.”
7
 
“Biz  insanların  ən  şərəfliləri  və  nəcibləriyik.  Bayraq  və  əlamətlərimiz  peyğəmbərlərin 
bayraq  və  əlamətləridir.  Bizim  firqəmiz  “Allah  firqəsi”dir.  Üsyançı  dəstə  isə  şeytan 
firqəsindəndir. Bizi düşmənlər ilə bərabər sayan kəs bizdən deyildir.”
8
 
Behişt  cavanlarının  seyyidi,  Peyğəmbərin  (s)  nəvəsi  imam  Həsən  (ə)  öz  xütbəsində 
buyurur: “Bizim barəmizdə Allahdan qorxun, çünki biz sizin əmiriniz və başçılarınızıq.”
9
 
                                                 
1
 154-cü xütbə. 
2
 147-ci xütbə. 
3
 105-ci xütbə. 
4
 4-cü xütbə. 
5
 109-cu xütbə. 
6
 144-cü xütbə. 
7
 190-cı xütbənin axırı. 
8
  Bu  sözü  çoxları  nəql  edib,  o  cümlədən  İbn  Həcər  “Səvaiq”  kitabının  142-ci  səhifəsində  “İmamların 
xüsusiyyətləri” babının sonunda nəql etmiş və bir sıra cəfəngiyat da söyləmişdir. 
9
  İbn  Həcər  “Peyğəmbərin  vəsiyyətləri”  babının  sonunda  onların  haqqında  “Əs-səvaiq”  kitabının  137-ci 
səhifəsində nəql etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə