Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə16/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   12   13   14   15   16   17   18   19   ...   118

 
38 
Onlar  həmin  zikr  əhlidir  ki,  Allah  onların  barəsində  buyurmuşdur:  “Səhər-axşam  onun 
zikrinə  məşğul  olarlar,  o  kəslər  ki,  ticarət,  alış-veriş  onları  Allahı  zikr  etməkdən,  namaz 
qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi 
gündən  (qiyamət)  qorxarlar.”
1
  Onların  evləri  haqqında  Allah  buyurmuşdur:  “O  evlərdə  ki, 
Allah  orada  öz  adının  ucalı  şəkildə  yad  olunmasına  icazə  vermişdir.”
2
  Allah  “nur”  ayəsində 
buyurur: “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə 
haqq  yolu  göstərən  xaliqdir).  Onun  nuru,  içində  çıraq  olan  bir  taxçaya  (çıraqdana)  bənzər; 
taxçadakı  o  çıraq  bir  qəndilin  içindədir,  o  qəndil  isə,  sanki  parlaq  bir  ulduzdur.  O  çıraq  nə 
şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə 
deyildir  ki,  günəş  batdıqda,  qərbdə  də  deyildir  ki,  günəş  doğduqda  qaranlıqda  qalsın).  Onun 
(zeytun  ağacının)  yağı  özünə  od  toxunmasa  da,  sanki  (haradasa)  işıq  saçır.  O,  nur  üstündə 
nurdur. Allah istədiyini öz nuruna qovuşdurur. Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar 
üçün misallar çəkir. Allah hər şeyi biləndir!”
3
  
 مباَّسلاحو
نوُبَّرحقُمْلا  حكمئحلْوُأ  حنوُقمباَّسلا  حنوُق
  “Və  öndə  olanlar.  Onlar  (dünyada  Allah  yolunda,  imanda, 
əməldə,  xeyirdə  öndə  olduqları  kimi,  axirətdə  də)  öndədirlər!  (Nə  xoşbəxtdir  onlar!)”
4
 
“Sadiqlər”, “şahidlər”
5
 və “salehlər”dən məqsəd onlardır.  
                                                                                                                                                   
gözləyirəm  ki,  bu  saqqalımı  başımın  qanına  boyasın.  Bu  sifariş  və  peyman  isə  dostum  Əbül-Qasim  (s)  ilə 
aramızda imzalanmışdır. Hakim “Məcməül-Bəyan”da deyildiyi kimi, Əmr ibn Sabitdən, o da Əbu İshaqdan, 
o da Əlidən (ə) belə nəql etmişdir: “Bu ayə bizim haqqımızda nazil olmuşdur. Mən isə gözləyirəm və məndə 
heç bir dəyişiklik baş verməmişdir.”  
1
 “Nur”, 37. Mücahid və Yəqub ibn Süfyan, İbn Abbasın “Cümə” surəsinin 11-ci ayəsinin təfsirində “ticarət 
işləri qarşıya  gələndə səni tək qoyarlar” –  yazılan  yerdə deyilir: Dihyə Kəlbi cümə  günü Şam ticarətindən 
qayıdan  zaman  mal  və  yeməli  şeylər  gətirmişdi.  “Zeyt”  daşlarına  çatıb  təbil  çalmaqla  gəldiyini  elan  etdi. 
Camaatın hamısı onun ticarət karvanını görməyə getdi. Məsciddə Peyğəmbər (s) (minbərdə), Əli (ə), Həsən 
(ə),  Hüseyn  (ə),  Fatimə  (ə),  Salman,  Əbuzər  və  Miqdaddan  başqa  heç  kəs  qalmadı.  Peyğəmbər  buyurdu: 
“Allah  məscidə  bir  nəzər  saldı,  əgər  bunlar  məsciddə  olmasaydılar,  Mədinə  camaatı  atəşdə  yanardı,  Lut 
qövmü kimi onların  da başına daş yağardı və  Allah bu ayəni  yerdə qalanlar üçün nazil etdi: “Səhər-axşam 
Allahı zikr edirlər və ticarət onları aldatmır.” 
2
 Sələbi “Kəbir” təfsirində Ənəs ibn Malik və Yeziddən nəql etmişdir ki, Peyğəmbər (s) bu ayəni oxuduqdan 
sonra,  Əbu  Bəkr  ayağa  durub  soruşdu:  “Ey  Allahın  rəsulu  (s),  bu  ev  ayədə  deyilən  evlərdəndirmi  (Əli  və 
Fatimənin  evinə  işarə  etdi)?  Peyğəmbər  (s)  buyurdu:  Bu,  o  evlərin  ən  yaxşısıdır.”  “Qayətül-Məram” 
kitabının 11-ci babında bu haqda həqiqət üfüqünü işıqlandıran 9 doğru hədis yazılmışdır.  
3
  “Nur”  surəsinin  35-ci  ayəsinə  işarədir.  İbn  Məğazili  Şafei  “Mənaqib”  kitabında  Əli  ibn  Cəfərdən  nəql 
etmişdir ki, İmam Kazimdən (ə) soruşdum:  “Mişkatdan  məqsəd –onda çıraq və misbah  var– nədir? Həzrət 
buyurdu: Mişkat (qəndil) Fatimə və misbah (çıraq) Həsən və Hüseyndir. Və parlaq ulduza bənzər “zücacə” 
isə İbrahim peyğəmbərin şəcərəsindən nurlanmış Fatimədir ki, ulduz kimi dünya qadınları arasında parlayır, 
“nə  şərqlidir,  nə  qərbli”  –  nə  yəhudidir,  nə  nəsrani.  “Zeytunun  parlamasına  az  qalıb”  –  vücudundan  elm 
yağır, “od hələ ona çatmamış, nur ardınca nur” – yəni, imam ardınca imam vücuda gətirir “və istədiyi adamı 
öz  nuruna  qovuşdurur”  –  yəni,  bizim  vilayətə  kimi  istəsə  hidayət  edər.”  Bu,  Əhli-beytdən  bir  neçə  təriqlə 
çatmış ayənin təfsiridir.  
4
  “Vaqiə”,  10.  İbn  Həcərin  “Səvaiq”  kitabının  2-ci  cildinin  9-cu  babında,  29-cu  hədisdə  olduğu  kimi, 
Deyləmi yazır ki, Ayişə, Təbərani və İbn Mərdəveyh İbn Abbasdan nəql etmişlər ki, Peyğəmbər (s) buyurub: 
“İlk  irəlidə  gedənlər  üç  nəfərdir:  Musaya  qoşulan  Yuşə  ibn  Nun,  İsaya  qoşulan  “Yasin  Sahibi”  və 
Məhəmmədə qoşulan Əli ibn Əbu Talibdir.” Müvəffəq ibn Əhməd ibn Məğazili də İbn Abbasdan onu nəql 
etmişdir. 
5
  “Nisa”,  69.  İbn  Nəcər  “Səvaiq”  kitabının  2-ci  cildinin  9-cu  babının  30-cu  hədisində  deyildiyi  kimi,  İbn 
Abbasdan  nəql  edir  ki,  Peyğəmbər  (s)  buyurdu:  “Siddiqlər və  düzdanışanlar  üç  nəfərdir:  “Həzqil”  Fironun 
ailəsindən olan mömin şəxs, Həbib Nəccar “Sahibi-Yasin” və Əli ibn Əbu Talib.” Habelə Əbu Nəim və ibn 
Əbu  Leylidən  nəql  etmişlər  ki,  “Səvaiq”in  2-ci  cildinin  9-cu  babının  31-ci  hədisində  deyildiyi  kimi, 
Peyğəmbər  buyurub:  “Doğrudanışanlar  üç  nəfərdir:  “Ey  camaat,  göndərilmişlərin  ardınca  gedin”  deyən, 
Həbib  Nəccar  mömini  “Ali-Yasin”,  “Məni  yaradan  Allahdır”  –  deyən  Həzqil  “mömini  Ali-Firon”  və 


 
39 
 ْنَّممَحو
 
 حنوُلمدْعحـي مهمبحو ِّقحْلْامب حنوُدْهحـي ٌةَّمُأ احنْقحلحخ
  “Yaratdıqlarımız  içərisində  bir  zümrə  də  vardır  ki,  onlar 
insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.” Bu ayə 
də  Əhli-beyt  və  onların  dostları  haqda  nazil  olmuşdur.
1
  “Cəhənnəm  və  behişt  əhli  bərabər 
deyillər,  behiştdə  olanlar  nicat  tapmışlardır.”
2
  Bu  ayə  Əhli-beytlə  dost  və  düşmən  olanlar 
barəsindədir. Və yenə Əhli-beytə müxalif və müvafiq olanlar haqda deyilir: “Biz iman gətirən 
və  əməli  saleh  olanlarla  yer  üzündə  fəsad  törədənləri  eyni  cürmü  mühakimə  edəcəyik? 
Pəhrizkarlarla günahkarları eyni tuturuqmu?!”
3
 Yenə bu iki firqə haqda deyilir: “Günahkarlar 
elə  xəyal  edirlər  ki,  onları  iman  gətirən  və  əməli  saleh  adamlarla  bir  səviyyədəmi  görürük? 
Həyat və ölümləri birdirmi? Nə pis hökm edirlər!”
4
  Yenə  Əhli-beyt  və  onların  şiələri  haqda 
Quranda  oxuyuruq: 
 مةَّيمحبَْلا  ُرْـيحخ  ْمُه  حكمئحلْوُأ  متاحملْاَّصلا اوُلممحعحو اوُنحمآ  حنيمذَّلا َّنمإ
  “İman  gətirib  yaxşı  əməllər 
edənlər isə yaradılmışların ən yaxşılarıdır.”
5
 Yenə onların düşmənləri haqda deyilir: “Bu ikisi 
düşməndirlər  ki,  öz  yaradanları  haqda  düşmənçiliyə  qalxıblar.  Buna  görə  də  kafir  olanlara 
oddan  paltar  geyindirərik  və  cəhənnəmin  yanar  istisi  onların  başına  töküləcək.”
6
  Həmçinin 
onların  və  düşmənləri  barədə  yenə  başqa  ayədə  deyilir:  “Məgər  mö’min  kimsə  ilə  (Allahın 
itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər! İman gətirib yaxşı işlər 
görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Mə’va cənnətləri 
gözləyir.  (Onlar  orada  Allahın  əbədi  qonaqları  olacaqlar).  Fasiqlərə  gəldikdə  isə,  onların 
məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və 
onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" – deyiləcəkdir.”
7
 Hacıları su 
                                                                                                                                                   
hamıdan  əfzəl  olan  Əli.  Əlinin  “düzdanışan”  və  “haqqı  batildən  ayıran”  olması  haqqında  doğru  xəbərlər 
mütəvatirdir.  
1
 “Əraf”, 181. Müvəffəq ibn Əhməd, Əbu Bəkr ibn Mərdəveyhdən öz sənədinə əsasən, Əlidən belə nəql edir: 
“(İslam) ümməti 73 firqəyə bölünər. Behiştdə olan bir firqədən başqa hamısı od içindədir. Onların haqqında 
Allah buyurmuşdur: “Yaratdığım insanların içərisində elələri var ki, haqq tərəfə hidayət edirlər və qayıdışları 
ona tərəfdir.” Onlar mənim şiələrimdir.” 
2
  “Həşr”,  20.  Şeyx  Tusi  “Əmali”  kitabında  doğru  sənəd  əsasında  Əmirəl-möminindən  nəql  etmişdir  ki, 
Peyğəmbər  (s)  bu  ayəni  tilavət  edən  zaman  buyurdu:  “Behişt  əhli  o  kəslərdir  ki,  mənim  itaətimdədir  və 
məndən  sonra  Əlinin  (ə)  əmrinə  itaət,  vilayətinə  etiraf  edərlər.  Soruşdular:  Cəhənnəm  əshabı  kimlərdir? 
Həzrət buyurdu: Onun vilayətilə düşmənçilik edən, əhdi pozan və onunla döyüşə cəhd göstərənlər.” Mərhum 
Səduq  da  bu  hədisi  Əlidən  (ə)  və  Əbül-Müəyyid  Müvəffəq  ibn  Əhməd,  onu  Cabirdən  nəql  edirlər  ki, 
Peyğəmbər  (s)  buyurdu:  “Canım  ixtiyarında  olan  kəsə  and  içirəm  ki,  Əli  (ə)  və  onun  şiələri  qiyamət  günü 
nicat tapanlardır.” 
3
 “Sad”, 28. Ayənin təfsirinə baxmaq üçün Əli ibn İbrahimin təfsirinə və ya “Qayətül-Məram” kitabının 81-
83-cü babına müraciət edin.  
4
  “Casiyə”,  21.  Bu  ayə  Həmzə,  Əli,  Übeydə  haqqında  “Bədr”  döyüşündə  Ütbə,  Şeybə  və  Vəlid  ilə  qarşı-
qarşıya dayanan zaman nazil olmuş, yəni iman gətirənlər Həmzə, Əli və Übeydə, günaha batmışlar isə Ütbə, 
Şeybə və Vəliddir. Bu haqda doğru hədislər vardır. 
5
 “Bəyyinə”, 7. Elə bircə bu kifayətdir ki, İbn Həcər etiraf etmiş: “Bu ayə onların haqqında nazil olmuşdur.“ 
və bu ayəni onların  üstün  və  fəzilətlərini  göstərən ayələrdən hesab etmişdir. “Səvaiq”in  1-ci cildində 11-ci 
babın  ayələrindən  11-cisidir  ki,  Əhli-beyt  haqqında  zikr  olunmuşdur.  Bu  ayə  haqda  “Füsulul-Muhimmə” 
kitabının “Sünnədə şiə üçün müjdələr” fəslində söylədiyimiz hədislərə müraciət edin (“Füsulul-Muhimmə”, 
7-ci fəsil, səh. 39, beşinci çap). 
6
 Buxari “Səhih” kitabının 3-cü cildinin 107-ci səh.-də “Həcc” surəsinin təfsirində Əlidən (ə) nəql etmişdir 
ki,  o  həzrət  demişdir:  “Mən  qiyamət  günü  Allah  qarşısında  düşmənlərimdən  haqqımı  tələb  etmək  üçün 
yalvaracaq  ilk  kəsəm.”  Buxari  deyir:  Qeys  ibn  İbad  demişdir:  Bu  ayə  “Bədr”  döyüşü  günü  Əli  (ə)  və  iki 
yoldaşı  Həmzə  və  Übeydə  və  (onların  qarşısına  çıxan)  Şeybə  və  iki  yoldaşı  Ütbə  və  Vəlid  haqqında  nazil 
olmuşdur. Həmin səhifədə Əbuzər nəql etmiş və o, and içmişdir ki, bu ayə Əli ilə iki yoldaşı və Ütbə ilə iki 
yoldaşı  haqqında  “Bədr”  döyüşündə  qarşı-qarşıya  duran  vaxt  nazil  olmuşdur  (“Səhih-Buxari”,  “Ehyaut-
Türasül-ƏrƏbu çapı”, 2-ci cild, 6-cı hissə, 123-cü səh.-də bu iki hədis nəql olunmuşdur).  
7
 “Səcdə”, 18. Bu ayə sözsüz ki, Əmirəl-möminin və Vəlid ibn Üqbə ibn Əbu Muit haqqında nazil olmuşdur. 
Hədis  söyləyənlər  onu  nəql  etmiş  və  təfsirçilər  onu  aydınlaşdırmışlar.  Əbül-Həsən  Əli  ibn  Əhməd  Vahidi 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə