Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə108/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   104   105   106   107   108   109   110   111   ...   118

 
276 
(Allah rəsulunun vəfatından sonra o xanıma yeganə təsəlli verən mənbə idi. Sonra isə o həzrət 
“diyələr” (cəza və qanbahası hökmləri) barəsində kitab yazaraq, onu da “Səhifə” adlandırdı. 
Bu  kitabı  ibn  Səd  öz  məşhur  “əl-Came”  kitabının  axırında  Əmirəl-mömininə  isnad  verərək 
gətirmişdir.  Mən  Buxari  və  Müslimin  də  bu  səhifəni  bəzən  zikr  edərək,  öz  “Səhih”lərində 
ondan  bəzi  mətləbləri  nəql  etdiklərini  görmüşəm.  Nəql  etdikləri  rəvayətlərdən  biri  də  budur: 
Əməş,  İbrahimdən,  o  da  öz  atasından  nəql  edir  ki,  Əli  (ə)  buyurmuşdur:  “Bizim  yanımızda 
Allahın kitabından və “Səhifə”dən başqa oxunmalı bir kitab yoxdur. “O daha sonra “Səhifə”ni 
çıxartdıqda,  orada  yaralar  və  dəvələrin  dişləri  barəsində  məlumatların  yazılmış  olduğunu 
gördük.  Orada  gəlmişdir  ki,  Mədinə  hərəmdir  və  onun  həddi  “eyr”  və  “sur”  arasındakı 
fasilədir.  Bu  hüdudda  cinayət  edən,  ya  cinayətkara  aman  verən  şəxsə  Allahın,  mələklərin  və 
bütün insanların lənəti olsun!” Bu hədisi Buxari öz “Səhih”inin 4-cü cildinin (fəraiz kitabının) 
“ismi  mən  təbərrəə  min  məvalihi”  babında,  111-ci  səhifədə  nəql  etmişdir.  Müslim  onu  öz 
“Səhih”inin  1-ci  cildinin  (həcc  kitabı)  “fəzlül-Mədinə”  babında,  523-cü  səhifədə  gətirmiş, 
İmam Əhməd öz “Müsnəd”ində “Səhifə”dən çoxlu hədis nəql etmişdir. Onlardan biri Əlidən 
(ə) nəql etdiyi bu hədisdir ki, “Müsnəd”in 1-ci cildinin 100-cü səhifədə Tariq ibn Şəhabdan 
gətirmişdir:  “Gördüm  ki,  Əli  (ə)  minbərdə  buyurur:  “And  olsun  Allaha,  bizim  yanımızda 
Allahın  kitabından  və  bu  “Səhifə”dən  başqa  sizə  oxumalı  kitabımız  yoxdur.”  “Səhifə”ni 
Peyğəmbərdən almışdı və qılıncından asırdı.” 
Digər  bir  rəvayətdə  Səffar  Əbdül-Məlikdən  nəql  edir  ki,  Əbu  Cəfər  (ə)  Əlinin  kitabını 
istədi, Cəfər də onun üçün gətirdi. Bu kitab (bir şeyə) bükülmüş və insan budu qalınlıqda idi. 
Orada yazılmışdı ki, “qadınlara ərlərinin malik olduğu torpaqdan irs çatmır.” 
İmam  Əbu  Cəfər  (ə)  buyurub:  “Allaha  and  olsun  ki,  bu,  Əlinin  dəst-xəttidir  (Allah 
rəsulunun (s) imlası ilə).”  
O  həzrətin  şiələrindən  bir  qrupu  Əmirəl-mömininə  iqtida  edərək  kitab  yazmaqla  məşğul 
idilər.  İbn  Şəhr  Aşubun  dediyinə  görə  Salman  və  Əbuzər  də  kitab  yazanlardan  idi.  O  deyir: 
“İslamda ilk kitab yazan Əli ibn Əbu Talib, sonra Salman Farsi, sonra Əbuzər, daha sonra isə 
Əbu Qafe (Allah rəsulunun azad etdiyi qul) idi ki, Əmirəl-mömininin zamanında beytül-malın 
rəisi  və  o  həzrətin  ən  yaxın  dostlarından  idi.  O,  Əlinin  (ə)  hədislərini  toplayaraq  “Sünən, 
əhkam  və  qəzavətlər”  kitabını  təlif  etmişdir.  Bu  kitabın  bizim  sələflərimizin  yanında  böyük 
məqamı vardır və əshabımız onu (kitabı) öz yolları (təriqləri) ilə Əbu Rafeyə isnad vermişlər. 
Onlardan  əlavə  Əli  ibn  Əbu  Rafedir.  “Əl-İsabə”  kitabında  onun  tərcümeyi-halında 
deyilmişdir  ki,  o,  Peyğəmbərin  (s)  zamanında  dünyaya  gəlmiş  və  Həzrət  də  onun  adını  Əli 
qoymuşdur.  Onun  Əhli-beyt  məzhəbi  və  fiqh  elmləri  barəsində  kitabı  vardır.  İmamlar  bu 
kitaba  yüksək  qiymət  verir,  şiələr  isə  ona  müraciət  edərdilər.  Musa  ibn  Abdullah  ibn  Həsən 
deyir  ki,  bir  nəfər  atamdan  “təşəhhüd”  barəsində  soruşduqda  atam  dedi:  “Əbu  Qafe  oğlunun 
kitabını gətir! Sonra atam o kitabı əlinə alıb bizim üçün oxudu.” 
“Rövzatül-cənnat”  kitabının  müəllifi  yazır  ki,  o,  şiənin  ilk  fiqh  kitabıdır,  lakin,  səhv 
etmişdir. 
Başqa birisi isə Əlinin (ə) dostu və özü yazıçı olan Abdullah ibn Əbu Rafedir. Bu, həmin 
şəxsdir ki, Allah rəsulundan (s) Cəfər Təyyara buyurduğu hədisi eşitmiş və rəvayət etmişdir: 
“Sən  yaranışda  və  əxlaqda  mənə  bənzəyirsən.”  Bu  hədisi  bir  qrup  ondan  nəql  etmişlər.  O 
cümlədən,  Əhməd  ibn  Hənbəl  öz  “Müsnəd”ində,  İbn  Həcər  “Əl-İsabə”nin  1-ci  cildində  onu 
Übeydullah  ibn  Əsləm  adı  ilə  vermişdir  (çünki  atasının  adı  Əsləm  olmuşdur).  Übeydullah 
Peyğəmbərin (s) əshabından “Siffeyn” döyüşündə iştirak edənlər barəsində bir kitab yazmışdır 
ki, İbn Həcər “Əl-İsabə” kitabında ondan çox hədis nəql edir. Ora müraciət edə bilərsiniz.
1
 
                                                 
1
 Cübeyr ibn Hübab ibn Münzir Ənsarinin şərhi-halına (“Əl-İsabə”, 1-ci qisim) baxılsın. 


 
277 
Həmçinin  Rəbi  ibn  Səminin  də  adını  çəkmək  olar  ki,  heyvanların  təzkiyəsi  (kəsilməsi) 
barədə  bir  kitab  yazmışdır.  Oradakı  hədislər  Əlinin  (ə)  Allah  rəsulundan  nəql  etdiyi 
hədislərdir.  
Eləcə də Abdullah ibn Hürr Farsinin də hədis kitabının misal göstərmək olar ki, buradakı 
hədislər Əlinin (ə) Allah rəsulundan nəql etdiyi hədislərdir.  
Əsbəğ  ibn  Nübatədən  (Əmirəl-mömininin  yaxın  dostu  və  ona  çox  bağlı  olan)  də  söhbət 
açmaq  yerinə  düşərdi.  Bu  həmin  şəxsdir  ki,  “əhdnameyi-Malik  Əştər”  və  Əlinin  (ə)  oğlu 
Məhəmmədə etdiyi vəsiyyəti nəql etmişdir (bizim əshab bu iki hədisi ondan düzgün sənədlə 
nəql etmişlər). 
O adamlardan biri də Əmirəl-mömininin dostu Səlim ibn Qeys Hilalidir. Səlim, İmamdan 
(ə)  və  Salman  Farsidən  hədis  nəql  etmişdir.  Onun  “imamət”  barəsində  bir  kitabı  da  var  ki, 
Məhəmməd ibn İbrahim Nömani “Qeybət” kitabında onun adını çəkmiş və demişdir: “Bütün 
şiə  alimləri  və  hədis  söyləyənlər  arasında  şəkk-şübhə  yoxdur  ki,  Səlim  ibn  Qeysin  kitabı  o 
kitablardandır ki, Əhli-beytin hədislərini nəql edənlər qədimdən bəri ona istinad edərək, hədis 
nəql etmişlər.” Bu kitab şiənin mötəbər sandığı “əsl” (birinci dərəcəli) kitablardan biridir.  
O  zaman  kitab  yazan  əshabımız  haqqında  məlumat  almaq  istəyənlər  “fehrest”  və  “rical” 
kitablarına, məxsusən Hacı Ağa Bözörg Tehraninin “Əz-Zəriə” kitabına müraciət edə bilərlər.  
O  ki  qaldı  bizim  2-ci  dərəcəli  yazıçılarımıza  (yəni  “tabeinlər”  arasında  olanlara)  etiraf 
etməliyik ki, bu məktubda onların hamısının adlarını çəkmək olmaz. Onlar haqqında müfəssəl 
məlumat almaq istəyənlər şiə alimlərinin həmin kitablarına müraciət edə bilərlər.
1
 
Bu  əsrdə  də  (tabeinlərin  zamanı)  əvvəllərdə  olduğu  kimi,  zülmkarların  qara  buludları  ilə 
örtülmüş  ikən,  Əhli-beyt  nuru  işıq  saçdı.  Səbəbi  də  bu  idi  ki,  “Təf”  faciəsi  (qanlı  Kərbəla 
qiyamı) Ali-Məhəmmədin düşmənlərini rüsvay edib, onları agah adamların gözündən salaraq 
mühəqqiqlərin  diqqətini  Əhli-beytin  müsibətlərinə  cəlb  etdi  (Allah  rəsulunun  vəfatından 
başlamış Əhli-beyt müsibətləri və onların səbəblərini araşdırıb camaatın nəzərinə çatdırılması, 
mühəqqiqləri  təhqiqə  vadar  etdi).  Nəhayət,  səbəbləri  araşdırıldı,  bir  çox  həqiqətlər  bilindi  və 
müsibətlərin kökü aşkar edildi. Elə buna görə də qeyrəti olan müsəlmanlar Əhli-beytə dayaq 
və  onlara  kömək  məqsədilə  ayağa  qalxdılar  (onlar  isə  həmişə  məzlumun  köməyi,  zalımların 
düşməni olmuşlar). Sanki bu faciədən sonra yeni bir dövran başlandı. Çoxları İmam Əli ibn 
Hüseyn Zeynəlabidinin (ə) rəhbərliyini qəbul edərək dinin üsul və füruundan xəbərdar olmaq 
üçün  o  həzrətə  qoşuldular,  Quran  və  sünnə  məsələlərində,  bütün  islami  və  qeyri-islami 
elmlərdə o həzrətə müraciət etdilər. Ondan sonra isə oğlu İmam Baqirə üz tutdular. Elə buna 
görə də bu iki imamın, İmam Səccad və İmam Baqirin (ə) əshabı minlərlə idi.  
“Rical”  kitablarında  adları  və  şərhi-halları  verilən  həmin  adamlar  (yəni,  əshabın  alim  və 
biliciləri)  dörd  min  nəfərə  çatır  və  yazdıqları  kitabların  sayı  isə  on  mini  keçir.  Bu  kitabları 
bizim  əshabımızın  hər  biri  özündən  əvvəlki  nəsildən  düzgün  sənədlərlə  nəql  etmişlər.  O 
qrupdan  olan  məşhur  adamların  bir  çoxu  o  iki  imamın  və  İmam  Sadiqin  (ə)  hüzuruna  nail 
olmuş,  onların  elm  və  bilik  dəryalarından  öz  “kasaları”  qədərincə  faydalanmışlar.  Onlardan 
Əbu Səid Əban ibn Təğlib ibn Riyah Cəririnin adını çəkmək olar ki, həm Quran bilicisi, həm 
fiqh, hədis, üsul elmindən xəbərdar və həm də məşhur lüğətçi olub, çox mötəbər bir şəxs idi. 
Hər  üç  imamı  görmüş,  onlardan  elm,  hədis  öyrənmiş  və  nəql  etmişdir.  Onun  haqqında  bunu 
bilmək  kifayət  edər  ki,  o,  təkcə  İmam  Sadiqdən  (ə)  (“rical”  elminin  məşhur  alimi  Mirzə 
Məhəmmədin “Mənhəcül-məqal” kitabında yazdığı kimi) 30 min hədis nəql etmişdir.
2
  Onun 
imamlar  yanında  parlaq  keçmişi  və  yüksək  məqamı  olub.  İmam  Baqir  (ə)  Mədinədə  olarkən 
                                                 
1
 Məsələn, Nəcaşinin “Fehrest”, “Müntəhəl-Məqal”, Şeyx Əbu Əlinin “Mənhəcül-Məqal”, Mirzə Əhməd və 
başqalarının bu barədə çoxlu qeydləri vardır. 
2
 Bir çox böyük şəxsiyyətlər, həmçinin Şeyx Bəhai “Vəcizə” kitabında bu mətləbi təsdiq etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə