282
İsa (onun özü İmam Sadiqin (ə) əshabından olan 100 nəfərdən rəvayət nəql edir), Məhəmməd
ibn Əli ibn Məhbub, Təlhə ibn Təlhə ibn Zeyd, Əmmar ibn Musa Sabati, Əli ibn Nöman,
Hüseyn ibn Abdullah, Əhməd ibn Abdullah ibn Məhrəvan (ibn Xanə kimi məşhurdur), Sədəqə
ibn Münzir Qummi və öz kitabını İmam Sadiqə (ə) göstərmiş, Übeydullah ibn Əli Hələbi
İmam (ə) onun kitabını təsdiq etdikdən sonra (həmişə) onu yaxşılıqla yad edərək buyurarmış:
“Heç onların (əhli-sünnətin) belə bir kitabı vardırmı?” Öz kitabını İmam Rzaya (ə) göstərmiş
Abdullah ibn Səid,
Əbu Əmr Təbib eləcə də, Yunis ibn Əbdür-Rəhman (o da öz kitabını İmam
Həsən Əskəriyə (ə) göstərmişdi) belələrindəndirlər.
Şiə sələflərinin şərhi-halını tədqiq edən, Hüseyn (ə) övladlarından olan doqquz imamın hər
birinin əshabının halı və kitabları ilə tanış olanlar əmin olarlar ki, Əhli-beyt imamlarının
məzhəbi tamamilə sağlamdır. (Yəni eynilə Peyğəmbərin sünnəsinə əsaslanır). Bu zaman füru
və üsulumuzun, yalnız Allah rəsulunun Əhli-beytindən mənimsənilməsi həqiqətini inadkar,
cahil, ya da axmaq adamdan başqa heç kəs inkar etməz.
حـنمل اَّنُك احمحو احذـحملَ احناحدحه يمذَّلا مهّلمل ُدْمحْلْا
ْنحأ لاْوحل حيمدحتْه
ُهّللا احناحدحه
Vəssalam.
“Ş”