Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə110/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   106   107   108   109   110   111   112   113   ...   118

 
280 
həqiqət qülləsində olanlar isə, dünyada aşağı bir məqamda qərar tutmalarından qorxmazlar. 
«
 و
ادينع و افصنم قطني قلْا
»
 “Haqq, həm düz (insaflı) və həm də inadkar adamı etirafa vadar edir.” 
İmam Sadiqin (ə) əshabından çoxları elm və əxlaqda elə böyük zirvələrə çatmışlar ki, bu 
məqamlarda hidayət rəhbərləri, qaranlıqları işıqlandıran çıraqları, bilik dəryaları idilər. Adları 
və tərcümeyi-halları “təracim və rical” kitablarında dörd min nəfərə çatır ki, İraq, Hicaz, Fars 
və Suriya vilayətlərindəndirlər. Onların şiələrin əlində çox məşhur kitabları vardır ki, “Üsuli-
ərbəə  miə”  o  kitabların  arasında  ən  seçilmişidir  (Üsuli-ərbəə  miə  dəfələrlə  deyildiyi  kimi, 
İmam Sadiqin (ə) dörd yüz nəfər şagirdinin yazdığı toplu halda 400 kitabdır). Orada o həzrətin 
fitvaları  verilmişdir  ki,  sonra  ümmətin  bir  sıra  məşhur  alimlərindən  onları  xülasə  edərək 
xüsusi  kitablarda  bir  yerə  toplamışlar  (ki,  mənbələrə  müraciət  etmək  asan  olsun).  Sünnə  və 
rəvayətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imamlı 
şiələrin  üsulid-din  və  füruid-dində  mərcə  və  mənbəyi  sayılır.  “Kütubi-ərbəə”  mərhum 
Kuleyninin  “Kafi”,  Şeyx  Tusinin  “Təhzib”  və  “İstibsar”,  mərhum  Səduqun  “Mən  la 
yəhzuruhul-fəqih”  kitablarından  ibarətdir.  Bu  kitabların  mötəbərliyində  heç  bir  şəkk-şübhə 
yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir. Bu kitabda 16 199 
hədis  mövcuddur  (mərhum  Şəhidin  “Zikra”  kitabında  deyildiyi  kimi,  əhli-sünnənin  “Sihahi-
sittə” kitabındakı hədislərdən də çoxdur). 
Böyük  səhabələrimizin  sırasında  İmam  Sadiq  (ə)  və  İmam  Kazimin  (ə)  əshabından  olan 
Hişam ibn Həkəmin də xüsusi yeri vardır ki, çoxlu kitabın müəllifidir və onların 29 ədədi bizə 
məlumdur.  Onun  kitablarını  bizim  əshabımız  sənədlə  onun  özündən  nəql  etmişlər  ki,  bu 
barədə  maraqlananlar  “Müxtəsərül-kəlam...”  kitabına  müraciət  edə  bilərlər.  Hişam  ibn 
Həkəmin kitabları çox faydalı, aydın, istidlalları parlaqlığı ilə seçilir. Bu kitablarda üsuli-din 
və  fürui-din,  tövhidlə  yanaşı,  əqli  fəlsəfəni,  bütün  dualizmi,  mülhidləri  (dinsizləri),  maddi 
məsləkləri, fatalistləri, Əli (ə) və Əhli-beyt haqqında mübaliğəli fikir yürüdənləri, xəvaric və 
nasibiləri,  Əlinin  (ə)  (və  o  həzrətdən  sonrakı  imamların)  vəsiliyini  qəbul  etməyənləri,  o 
həzrətlə mübarizə aparanları və s. rədd etmə barəsində elmi və qiymətli bəhslər mövcuddur. 
Hüşam  ikinci  əsrin  şəxsiyyətləri  içərisində  “kəlam”,  “əqaid”,  ilahiyyat  və  s.  elmlərdə 
qabaqcıl  olmuşdur.  O,  “kəlam”  elmində  “imamət”  sahəsi  üzrə  “bir  çox”  həqiqətləri  sübuta 
yetirməklə  şiə  məzhəbini  diqqət  mərkəzinə  çevirmiş  və  onu  əqli  təfəkkürlə  daha  da 
zinətləndirmişdir.  O,  İmam  Sadiq  (ə)  və  İmam  Kazimdən  (ə)  hədis  nəql  etmiş  və  onların 
yanında  təsəvvürə  sığışmayacaq  (böyük)  məqama  malik  olmuşdur.  O  əvvəllər  “Cəhmiyyə” 
(yolunu  azmış  firqələrdən)  təfəkkürlü  olsa  da,  amma  İmam  Sadiqlə  (ə)  görüşdükdən  sonra 
hidayətə qovuşaraq o həzrətin ardıcıllarından birinə çevrilmişdir. Sonra isə İmam Kazimə (ə) 
qoşularaq,  bu  iki  böyük  şəxsiyyətin  bütün  əshabı  arasında  ən  etibarlı,  ən  qabaqcıllarından 
olmuşdur.  Amma  təəssüflər  olsun  ki,  Allahın  nurunu  söndürmək  istəyənlər  onu  dünya  və 
qiyamətdə  Allahı  cisim  bilənlərdən  hesab  etmiş  və  ona  digər  başqa  töhmətlər  də  vurmuşlar. 
Onların  ürəklərində  Əhli-beytə  qarşı  olan  həsəd  və  düşmənçilik  alovuna  baxmayaraq,  onun 
məzhəbinə  hamıdan  daha  yaxşı  bələdik  və  onun  tərcümeyi-halı  və  sözləri  bizim 
ixtiyarımızdadır. Onun, məzhəbimizi işıqlandıran bir çox kitabları əldə olduğu halda necə ola 
bilər ki, əqidəsi bizim özümüzə gizli, başqalarına isə əyan olsun?! Bundan əlavə, Şəhristaninin 
“Miləl  və  Nihəl”  kitabında  Hişamdan  müxtəlif  sübutlar  gətirməsi  onun  belə  bir  adam 
olmadığına  dəlalət  edir.  Elə  buradaca  Hişamın  belə  bir  firqəyə  mənsub  olmadığını  bildirən 
mətləbi  (“Miləl  və  Nihəl”dən)  eynilə  veririk:  “Hişam  ibn  Həkəm  üsuli-məzhəbdə  çox 
dərrakəli  və  o,  “mötəzilə”nin  onu  məhkum  etdiyini  unutmamalıdır.  Çünki  insanın  əqidəsi 
həmsöhbətini  məhkum  etdiyi  mətləblərin  arxasında  gizlənir,  bundan  qeyri  olan  hallarda  isə 
bunu  başa  düşmək  olmaz.  Bunu  isə  Hişamın  Əllafla  mübahisə  edərək  onu  məhkum  etdiyi 
söhbətindən ələ gətiririk. O, Əllafa deyir: Sən deyirsən ki, Xaliqin elmi olduğuna görə alimdir, 


 
281 
və elm onun zatının eynidir? Deməli, o, alimdir amma başqa alimlər kimi yox? Belə isə, niyə 
demirsən ki, o, cisimdir, amma başqa cisimlər kimi yox.” 
Şəhristani bu şahidlə Hişamın həmin firqəyə (Allahın –nəuzubillah– cisim olmasına inanan 
firqəyə)  mənsub  olduğunu  demək  istəyir.  Amma  məlumdur  ki,  hətta  bu  sözün  ondan  nəql 
olunması fərz olunsa belə, o, Əllafla mübahisə məqamındadır. Belə də deyildir ki, hər kəs bir 
başqası  ilə  mübahisə  edərkən  işlətdiyi  sözlərin  hamısına  mötəqid  olsun.  Çünki,  mümkündür, 
onun  məqsədi  Əllafı  imtahana  çəkmək  və  onun  elmi  mübahisələrdə  nə  qədər  diqqət  sahibi 
olmağını  aydınlaşdırmaq  imiş.  Şəhristani  özü  etiraf  edir  ki,  bir  şəxsin  əqidəsi,  nəinki  izhar 
etdiyi  şeylərdə,  əksinə,  onun  mübahisə  etdiyi  tərəfin  məhkumluğu  üçün  dediyi  sözlərin 
arxasında  gizlənmişdir.  Əgər  yuxarıdakı  nəqlə  əsasən  onun  həmin  firqəyə  mənsub  olduğunu 
fərz  etsək,  onun  bu  sözləri  hələ  şiə  olmamışdan  qabaq  deməsi  də  mümkündür.  Çünki  onun 
əvvəl  “Cəhmiyyə”  əqidəsində  olduğu  və  sonradan  Ali-Məhəmmədin  (s)  sayəsində  hidayət 
taparaq  Əhli-beyt  imamları  (ə)  yanında  məqamı  böyük  olan  bir  şəxsiyyətə  çevrilməsini 
demişdik.  
Eləcə  də,  müxaliflərimiz  Zürarə  ibn  Əyən,  Məhəmməd  ibn  Müslim  və  Mömin  Taq  kimi 
böyük şəxsiyyətlər haqqında bəzi qeyri-səhih sözlər demişlər ki, biz nə qədər araşdırdıqsa da, 
bu  nisbətlərdən  heç  birini  onlarda  görmədik.  Məlumdur  ki,  bütün  bu  sözlər  zülm,  böhtan  və 
düşmənçilikdən başqa bir şey deyildir. 
 حنوُمملاَّظلا ُلحمْعحـي اَّمحع ًلامفاحغ حهّللا َّحبَحسْحتح حلاحو
 “Elə zənn etməyin ki, 
zalımların əncam verdikləri işlərdən Allahın xəbəri yoxdur.”  
O ki, qaldı Şəhristaninin Hişamdan nəql etdiyi başqa bir məsələyə (Əlini (ə) –nəuzubillah– 
Allah bilməyinə), bu elə bir şeydir ki, ona bişmiş toyuğun da gülməyi gəlir. Hişamın məqamı 
o nisbətdən çox yüksəkdir və belə xürafi nisbətlər ona isnad verilə bilməz. Hüşamın “tövhid” 
barəsindəki fikirləri Allah-taalanı hər cür eyib və nöqsandan pak bilir. O, imamət və “vəsayət” 
barəsində söylədiyi mətləbində Rəsuli-əkrəmi (s) Əlidən (ə) üstün hesab edərək deyir: “Əli (ə) 
o  həzrətin  ümməti  və  rəiyyətindəndir.  O,  Peyğəmbərin  (s)  vəsisi,  xəlifəsi  və  Allahın  çox 
məzlum,  hüququndan  məhrum,  düşmənə  zorla  təslim  olmuş  bir  bəndəsidir  ki,  nə  bir  köməyi 
və nə də bir həmkarı vardı.”  
Şəhristani bir tərəfdən Hişamın üsuli-dində çox dərrakəli olduğunu deyir, digər tərəfdən isə 
ona  belə  bir  sözü  (Əlinin  (ə)  –nəuzubillah–  Allah  olması)  isnad  verir.  Belə  bir  isnad  açıq-
aydın ziddiyyət deyilmi? Belə bir xürafi sözü Hişam kimi ağıllı bir adama necə nisbət (isnad) 
vermək  olar?  Xeyr,  bu  bir  zülmdür  ki,  onu  yalnız  Əhli-beytə  bağlananlar  haqqında  rəva 
görürlər.  
Bunlardan əlavə İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə), İmam 
Əskərinin (ə) dövründə də çoxlu əsər və kitablar yazılmışdır ki, böyük əhəmiyyət kəsb edirlər. 
Mühəqqiq  Helli  “Mötəbər”  kitabında  bu  barədə  belə  yazır:  “İmam  Cavadın  (ə)  şagirdləri 
arasında Hüseyn ibn Səid, onun qardaşı Həsən, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, 
Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi, Şazan, Əbülfəzl Əma, Əyyub ibn Nuh, Əhməd ibn 
Məhəmməd  ibn  İsa  və  bir  çox  başqalarının  adını  çəkmək  olar...  İndi  bizim  aramızda  geniş 
yayılan hədislərə əsasən, onların elm və biliyinin nə qədər geniş olduğu tamamilə aşkar olur.”  
Mən  deyirəm:  Bərqinin  kitablarının  100-dən  çox  olduğunu  bilməyiniz  sizə  kifayət  edər. 
Bəzəntinin  geniş  bir  kitabı  “Camei-Bəzənti”  adı  ilə  məşhurdur.  Hüseyn  ibn  Sədinin  isə  30-a 
yaxın kitabı vardır.  
Bu  məktubda  adı  çəkilən  altı  imamın  şagirdlərinin  təlif  etdiklərinin  adlarını  gətirmək 
mümkün  deyildir.  Buna  görə  də  sizə  ravilərin  avtobioqrafiyası  qeyd  olunmuş  “təracim” 
kitablarına  müraciət  etməyi  məsləhət  görürəm.  Burada  onlardan  bəzilərinin  adlarını  qeyd 
edirəm: Məhəmməd ibn Sinan, Əli ibn Məhziyar, Həsən ibn Məhbub, Həsən ibn Məhəmməd 
ibn Səmaə, Səfvan ibn Yəhya, Əli ibn Yəqtin, Əli ibn Fəzzal, Əbdür-Rəhman ibn Nəcran, Fəzl 
ibn Şazan (təkcə onun 200 kitabı vardır), Məhəmməd ibn Ümeyr, Əhməd ibn Məhəmməd ibn 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə