ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə37/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

94 
 
Firqə taktikasının əsasları. 6. Firqə sıralarını təmizləmə əsasları. 7. Firqə yubileyi. 8. 
Cari məsəbbr. 9. Firqə Divanının təĢkili. 
Konfransla  əlaqədar  partiya  rəhbərliyinə  gəlmiĢ  məktublar,  təbriklər 
oxunduqdan sonra Konfransın ilk hissəsi bağlı elan edildi. 
Ġkinci  hissədə  M.  Ə.  Rəsulzadənin  "Milli  Hərəkatda  Partiya"  fəaliyyəti 
haqqında çıxıĢının müzakirəsi baĢlandı M. Ə. Rəsulzadənin çıxıĢının ümumi tezisləri belə 
idi: (Bildiririk  ki, M. Ə, Rəsulzadənin çıxıĢının bəzi məqamları ümumi vəziyyətə görə 
gizli  saxlanılmıĢdı  -  red):  "1)  Qızıl  rus  bolĢviklərinin  məmləkətimizi  istilası  ilə  Milli 
Azərbaycan hərəkatı yeni Ģəkillər alaraq, əsgisindən daha fəal bir surətdə yürümüĢ,    
gərək    daxildə,    gərəksə    xaricdə    durnadan irəliləmiĢdir. 2) Ġstila qüvvətinə 
qarĢı aparılan xalq üsyanları vətənsevər gəncliyin istiqlal uğrundakı gizli çalıĢması, 
istilal  rus  ideolojisinə  həyatın  hər  sahəsində  qarĢılıq  göstərməsi  milli  qurtuluĢ 
hərəkatının  içəridəki  müvəffəqiyyətini  göstərir'  3)  Bu  hərəkatın  xaricdəki 
müvəffəqiyyətləri isə Qafqasiya Konfederasionu Ģüari üzərinə, Qafqasiyanı qonĢu 
millətlərlə  bağlamaq;  Rusiya  məhkumu  türk  elləri  ilə  sıx  surətdə  təmasda 
bulunmaq  və  Rusiya  istilasına  qarĢı  istiqlal  mücadiləsində  olan  bütün  millətlərlə 
"Prometey"  cəbhəsində  birləĢmək  kimi  xüsusiyyətlərdən  baĢqa  davamızın 
mədəniyyət  dünyası  qarĢısında  təbliğ  olunmasıdır.  4)  Ġstiqlal  ərəfəsindəki  siyasi 
hazırlıq və  istiqlal  dövründəki  dövlət quruculuğu  iĢlərində olduğu kimi, istiqlalı 
geri almaq uğrunda  aparılan indiki  fəaliyyətdə  də,   milli   qurtuluĢ   hərəkatının   
aparıcısı   Müsavat    Firqəsi  olmuĢdur. 5) Hər zaman və hər  məkanda  müĢkülsüz 
olmayan  koalisyon,  mühacirət  Ģəraiti  içərisində  də  müĢkül  və  əngəllidir.  6) 
Taktika,  koalisyon,  təĢkilat  və  təmizləmə  iĢlərinə  yanaĢmaq  və  məsələni  az-çox 
dürüst  həll  edə  bilmək  üçün  konfransın  həllinə  məcbur  olduğu  məsələ  budur: 
ideologiya ib  ideologiyaya  sadiq  kadrdır,  yoxsa ayrı-ayrı  Ģəxsiyyətlərdirmi(148, 
s. 205). 
Sonra  Mandat  Komissiyasının  hesabatı  dinlənildi  və  təsdiq  olundu. 
Mandat Komissiyası bildirdi ki, konfransda iĢtirak etməli olan iki adam haqqında 
texniki  səbəbbrə  görə  məlumat  alınmayıb,  bir  nəfər  partiya  üzvü  məlumat 
göndərməmiĢ, bır qismi maddi çətinlik üzündən gələ bilməmiĢdir. Qalan əksəriyyət 
isə  konfransda  iĢtirak  edir.  Sonra  M.  Ə.  Rəsulzadə  Partiya  Proqramı  haqqında 
izahat  vermiĢ  "Proqram  Əsasları"  maddə-maddə  müzakirə  edilib  qəbul 
olunmuĢdur. 
Konfrans  "Partiya  sıralarının  təmizlənməsinə"  diqqət  yetirdi.  Bütün 
iĢtirakçıların  qızğın  müzakirəsindən  sonra  vaxtilə  partiya  rəhbərliyinin  verdiyi  - 
Mir Əzizlə ġəfı bəy Rüstəm-bəylinin təĢkilatdan çıxarılması qərarı təsdiq edildi. N. 
ġeyxzamanlı,  X.  Xasməmmədov  və  S.  Ağasıbəyli  də  partiya  lideri  və  digər 
sınanmıĢ  üzvlər  əleyhinə  apardıqları  mənfi  iĢə  görə  Müsavatdan  xaric 


95 
 
olunmuĢdular.  Konfrans  iĢtirakçıları  bəzilərinin  də  partiyadan  çıxarılmasını  təklif 
etsə də, M. Ə. Rəsulzadə bununla razılaĢmadı (48, s. 206). 
Qeyd olunmuĢdur ki, Konfransın keçirildiyi il, həm də Partiyanın 25 illik 
yubileyidir.  M.  Ə,  Rəsulzadənin  təklifı  ilə  partiyanın  ilk  üç  qurucusundan  olan, 
ötən  il  (1935-ci  il  -  N.  Y.)  Bakıda  vəfat  etmiĢ  Tağı  Nağıoğlunun  xatirəsi  ayağa 
qalxmaqla  yad  edildi.  Partiyanın  digər  qurucusu  M.  Ə.  Rəsuloğlu  iĢtirak  edə 
bilmədiyindən  konfransa  təbrikini  göndənniĢdi.  Partiya  qurucularından  olan 
Abbasqulu  Kazımzadəni  isə  bütün  iĢtirakçılar  Ģiddətli  alqıĢlarla  qarĢıladılar. 
Bununla əlaqədar Konfrans aĢağıdakı qəran verdi: "2-... Firqə həyatında fəal iĢtirak 
etməkdə  olan  Abbasqulu  və  Məhəmməd  Əli  bəylər  25  ildən  bəri  sarsılmadan 
partiya  və  onun  müdafiə  etdiyi  milli  istiqlal  qayəsinə  göstərdikləri  bağlılığın  bir 
mükafatı olmaq üzrə yaĢadıqları müddətcə toplanacaq partiya konfranslarına Fəxri 
Üzv sayılacaqlar" (48, s. 206). 
Konfransda 
Partiya 
Divanının 
yeddi 
üzvdən 
ibarət 
heyəti 
müəyyənləĢdirildi.  M.  Ə.  Rəsulzadənin  təklifi  ilə  Divan  üzvüyünə  gələcəkdə  iki 
nəfərin də qəbul edib biləcəyinə qərar verildi. 
Beləliklə,  təĢkilatın  rəsmi  yığıncağına  verilən  17  illik  fasilədən  sonra 
Müsavat  özünün  böyük  əhəmiyyətə  malik  konfransını  keçirdi.  Konfransın 
bağlanıĢında  M.  Ə.  Rəsulzadə  yekun  nitqi  söylədi:  "QardaĢlar,  tarixdə  böyük  iĢ 
gördünüz.  Firqənin  Proqramı,  təĢkilatı  və  taktikasına  aid  bütün  cəhətləri 
tamamlamaq  üçün  qərarlar  alındı...  Yetər  ki,  özümüz  məğlubiyyət  material 
olmayalım.  DaĢıdığımız  ideologiya  kimi,  özümüzün  də  zəfər  amili  olması  öz 
əlimizdədir. Bunu etməyə çalıĢalım. Biləlim ki, haqq bizim olduğu kimi, zəfər də 
bizimdir, bizim olacaqdır!" (48, s. 207). 
Konfrans iĢtirakçıları bir səslə  deyirdilər:  "Yaşasın Azərbaycan,  yaşasın 
İstiqlal, yaşasın mücahidlərimiz, yaşasın firqə və onun lideri!" (48, s. 207). 
Yeni Proqram Əsaslarının qəbul edilməsi böyük hadisə idi. Yeni Proqram 
Əsaslarında  bir  fikrə  baĢlıca  üstünlük  verilirdi:  Müstəqil  Azərbaycan  Xalq 
Cümhuriyyətini  rus  istilasından  qurtarmaq  və  onu  qeydsiz-Ģərtsiz  müstəqil  bir 
dövlət  halında  yaĢatmaq!  Yeni  Proqram  Əsasları  müsavatçılığın  tərifini  belə 
müəyyənləĢdirirdi:  "Müsavatçılıq  böyük  Türk  Kültürünə  bağlı,  milli,  mədəni  və 
insani  dəyərləri  mənimsəyən,  hürriyyət,  Cümhuriyyət  və  istiqlal  idealına  sadiq 
Azərbaycan vətənsevərliyidir" (48, s. 207). 
Yeni  Proqram  Əsasları  Milli  Təsanüdə  cəmiyyətdə  böyük  ehtiyac 
duyulduğunu  vurğulayaraq  bildirirdi:  "4.  Müsavatçılıq,  hərb  sonu  təcrübələrində, 
vaxtı ilə iqtisadi açılıĢda böyük rol oynadığı əsgi klassik liberalizmin, fərdlər üçün 
heç bir qeyd, hüdud görməyən "Tezis" kimi sinif mücadiləsi fikriyyatına dayanaraq 
fərdiyyətçiliyi  kökündən  rədd  edən  kollektivizm  antitezisinin  də  xüsusilə  rus 
təcrübəsində iflas etdiyinin   qətiyyətlə   sabit   olduğuna   qanedir...   Bu   surətlə 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə