ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

101 
 
Rusiyasının   müstəmləkə  və Rusiyapərəst siyasətinə toxunulur, maraqlı məqamlar 
açıqlanır. Eyni zamanda müəllif   milli-mədəni oyanıĢın tarixinə qısa səyahət edir,  
fikirlərini    mətbuatdan,  ədəbiyyatdan  və  incəsənətdən  gətirdiyi  faktlarla 
zənginləĢdirir.  Sonra  müəllif  mədəni      hüquqlar      uğrunda      mübarizə      aparan   
Azərbaycan  xalqının  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  milli-siyasi 
dirçəliĢinin  baĢlandığını  göstərir.  Bu  mərhələnin  isə  1918-ci  ilin  mayın  28-də 
Azərbaycan  Ġstiqlalının  elan  edilməsi  ilə  nəticələndiyini    qeyd  edir.    23    aylıq  
mövcudluğu    dövründə  Azərbaycanda  əsaslı  dəyiĢikliklər  edilməsi,  milli  ordu 
yaradılıb  ölkənin  ərazi  bütövlüyünün  qorunması,  ali  qanunverici  orqan  olan  ilk 
Parlamentin formalaĢması, iqtisadiyyatda və mədəni həyatda olan yeniliklər burada 
geniĢ Ģəkildə  təsvir edilir. Ölkənin demokratikləĢməsi  üçün çoxlu  sayda  qanunlar 
qəbul edilməsi və söz, mətbuat azadlığıının qorunması ilə bağlı da hüquqi bazanın 
yaradılması  faktlarla  təqdim  olunur.  Bu  dövrdə  Azərbaycan  üçün  ən  önəmli 
hadisələrdən  biri  ölkəmizin  23-ə  yaxın  dövlət  tərəfindən  tanınması  idi  (84;  147). 
1920-ci  ilin  yanvarın  12-də  baĢ  verən  bu  tarixi  hadisənin  çox  böyük  tarixi-siyasi 
əhəmiyyəti vardı. Müəllif razılıqla bildirir ki, bu Azərbaycanı tanıyan ilk dövlətlər 
sırasında PolĢa da var idi. Sonra M. Ə. Rəsulzadə göstərir ki, rus-bolĢevik iĢğalının 
1920-ci  ilin  27  aprelində  baĢ  verməsi  nəticəsində  demokratik  dövlət  quruculuğu 
prosesi  dayandırıldı.  Ölkədə  amansız  repressiyalar  baĢladı.  Qısa  bir  müddətdə 
Azərbaycanın  müstəqilliyindən  heç  bir  əlamət  qalmadı.  Azərbaycan  Moskvadan 
göstəriĢlərlə, əmrlərlə idarə olunan bir məmləkətə çevrildi. 
Kitabın  ikinci  hissəsində  isə  Milli  Azərbaycan  Hərəkatının  xarakteri 
haqqında müəllif oxuculara məlumat verir. Göstərir ki, Milli Azərbaycan Hərəkatı 
"ġərqin  milli  qurtuluĢ  ideyaları  ilə,  Qərbin  demokratiya  cərəyanlarını"  özündə 
birləĢdirir.  Və  bu  milli  hərəkat  demokratik  məzmunlu  Azərbaycan  dövlətinin 
qurulması  ilə  öz  bəhrəsini  verdi.  Kitabın  bu  hissəsində  Azərbaycan  xalqının 
bolĢeviklərə qarĢı apardığı azadlıq nıübarizəsinə də ciddi önəm verilir. 1920-1930-
cu  illərdə  Azərbaycanın  müxtəlif  bölgələrində  baĢ  verən  onlarla  xalq  üsyanı, 
partizan  hərəkatı  sübut  edirdi  ki,  xalq  bolĢevikləri  qəbul  etmir,  Rusiya  iĢğalı  ilə 
razılaĢmır.  Bu  hissədə  həmçinin  Azərbaycan  kommunistləri  arasında  olan  milli 
əyintilikdən,  rus  kommunistləri  ilə  yaranan  problemlərdən  danıĢılır.  Kitabın  bu 
hissəsində  Azərbaycan  mühacirətinə,  problemlərinə  də  geniĢ    yer    ayrılır.   
Mühacirət    mətbuatının      və      milli      nəĢriyyatımızın  yaranması  xüsusi  olaraq 
vurğulanır.  Müəllif  milli  hərəkatın  inkiĢafını  təhlil  edib  bu  qənaətə  gəlir  ki,  milli 
Azərbaycan  ideyası  üç  əsasdan  qaynaqlanıb  və  düĢmənə  müqavimət  göstərir.  Bu 
üç  cəbhə  aĢağıdakılardır:  Xalq  kommunist  müxalifəti  və  mühacirət.  Bu  üç  əsas 
üzərində Qafqaz Konfederasiyası ideyası aktual bir Ģüara çevrilmiĢdir. 
Kitabın  sonunda  -  üçüncü  hissədə  PolĢa-Azərbaycan  əlaqələrinin  tarixi 
araĢdırılır,  maraqlı  faktlar  göstərilir.  Sonra  Azərbaycanın  təsərrüfat  strukturu, 


102 
 
sənayesi,  mövcud  sərvətləri  haqqında  geniĢ  məlumat  verilir.  M.  Ə.  Rəsulzadə 
göstərir  ki,  Azərbaycan  Respublikasının  ümumi  ərazisi  Naxçıvan  Muxtar 
Respublikası (5989 kv km) və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə birgə 85963 kv 
km-dir. Azərbaycan iĢğal edilənə qədərki dövrdə isə Respublikanın milli sərhədləri 
92160kv km idi. 
Müəllif  kitabın  son  hissəsində  Azərbaycanın  Ümumqafqaz  təsərrüfat 
həyatında əhəmiyyətini verərək yazır: "1928-ci ildə SSRĠ atlasını öyrənən və 1926-
cı  ilin  RSFSR-ə  və  onun  muxtar  vilayətləri  olan  ġimala:  Qafqaza-Kabardin-
Balkariyaya-Qaraçaya-Çeçenistana-ĠnquĢetiyaya-ġimali 
Osetiyaya-Adıgey 
və 
Dağıstana  aid  statistika  materiallarına  əsaslanacaq  Qafqazın  ərazisinin  30%, 
əhalisinin isə 31%-i Azərbaycan Respublikasına aiddir. Mədəni-iqtisadi baxımdan 
Qafqazın  60%  əhalisi  müsəlman  dininə  mənsubdur  ki,  onların  70%-i 
azərbaycanlıların  danıĢdığı  türk  dilindən  istifadə  edir.  Bütün  Qafqazın  35%-i  isə 
türklərdən ibarətdir. 
Qafqazın əkilib-biçilən 31% ərazisi Azərbaycanındır" (84, s. 196). 
Göründüyü  kimi,  M.  Ə.  Rəsulzadə  PolĢada  nəĢr  edilən  bu  kitabında 
Azərbaycan  haqqında  bütün  sahələri  əhatə  edən,  ensiklopedik  xarakterli 
məlumatlar hazırlamıĢdır. 
Kitabın  sonunda  Azərbaycanın  tarixinə,  mədəniyyət  və  incəsənətinə, 
milli-ictimai-siyasi fikir və demokratik dövlət quruculuğu tarixində əhəmiyyətli rol 
oynamıĢ görkəmli Ģəxsiyyətləri haqqında fotolar, rəsmlər vermiĢdir. 
Sonuncu  səhifələrdə  isə  istiqlal  Ģairi  Gültəkinin  milli-inqilabi  Ģerlər 
silsiləsindən "Buzlu cəhənnəm" Ģeri verilmiĢdir. 
Bu   Ģerləri   polyak   dilinə   Yozef  Lobodevski      tərcümə etmiĢdir. 
ÜmumiləĢdiririk  ki,  Azərbaycan  xalqının  tarixinin,  mədəniyyətinin  və 
apardığı müstəqillik uğrunda mübarizəsinin əhəmiyyətinin Avropa ictimaiyyətinə, 
eyni zamanda PolĢa xalqına çatdırılmasında bu kitabın böyük rolu olub. 
Qeyd  edək  ki,  azərbaycanlılar  PolĢada  olduqları  müddətdə  çox  böyük 
fəallıq göstərirdilər. Bu fəallıq özünü yalnız siyasi həyatda yox, eyni zamanda milli 
Azərbaycan  ideyalarının  və  Azərbaycannın  müstəqillik  mübarizəsinin  təbliğatı 
baxımından da sistemli, əsaslı Ģəkildə aparılmasında özünü göstərirdi. Bu mənada, 
böyük  ideoloq  M.  Ə.  Rəsulzadənin  PolĢada  nəĢr  edilmiĢ  kitablarının  böyük 
əhəmiyyəti vardı. Bu kitablar həm də Avropa ictimaiyyətini Azərbaycan problemi 
ilə tanıĢ edir, bolĢeviklərin iĢğalçılıq siyasətini ifĢa edirdi. 
 
 
 
 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə