82
Tiflisdəki Kadetlər korpusuna oxumağa göndərilir. 1910-cu ilin
avqustunda
I kateqoriyalı korpusu tamamlayaraq, II çar
Nikolayın Nijeqoroddakı 17
saylı polkunda pod-poruçik rütbəsini alır. 1911-ci ildə çarın icazəsi ilə Ədilə
xanım Atabəyova - Koblanskaya ilə evlənir. 1912-ci ildə oğlu Ənvər dünyaya
gəlir. 1913-cü ildə poruçik rütbəsini alır. I Dünya müharibəsində tabeliyində olan
polkla VarĢava yaxınlığında olur. Arada qospitalda müalicə aldıqdan sonra 2-ci
eskadrona baĢçılıq edir. 1915-ci ilin yanvarında Qafqaz-Türk cəbhəsinə göndərilir.
1915-ci ildə ona qərargah-rotmistr rütbəsi verilir. Bir müddət sonra Odessa ətrafina
köçürülür və Bolqarıstana desant üçün hazırlığa baĢlayır. Lakin sonradan fars
körfəzinə -ingilislərə köməyə göndərilir. 1916-cı ilin noyabrında rotmistr rütbəsini
alaraq Qafqaz-tatar süvari diviziyasına köçürülür və rumın cəbhəsinə göndərilir.
1917-ci ilin yanvarında podpolkovnik rütbəsi alaraq Qafqaza diviziya rəisi təyin
olunur və 2-ci tatar polkunun ehtiyat briqadasını təĢkil etmək tapĢırığını alır.
1917-ci ilin sonunadək orduda qalır və sonra tərxis olunub öz malikanəsinə
qayıdır. 1918-ci ilin dekabrında gürcülərin ordusunda cəbhədə Ennənistana
qarĢı döyüĢür. 1919-cu ildə ordudan uzaqlaĢır və öz kəndində yaĢayır. 1921-ci
ildə fevralda Sovet Rusiyası ilə müharibə baĢlanarkən orduya cəlb edilir və tatar
partizanları dəstəsinə baĢçılıq edir. Həmin ilin martında döyüĢlərdə
məğlub
olurlar və Konstontinopola köçürülürlər. Burada ağır maddi durumda qalır.
Məcbur olub fransız-ingilis iĢğal ordusunda dəmirçilik edir 1922-ci ilin noyabrında
PolĢaya gedənə qədər həmin iĢdə çalıĢır. 1922-ci ilin sentyabrında isə o, 4 il əvvəl
həyat yoldaĢından ayrıldığından Züleyxa xanımla evlənir. PolĢaya gələrkən onu
zabitlər məktəbinə - gürcü zabitləri üçün təĢkil edilmiĢ mərkəzə göndərirlər.
Məktəbi bitirdikdən sonra Qrudjonda təhsilini davam etdirməyə göndərilir və
1924-cü ilin oktyabrın 10-da tamamlayır" (60, v. - 10, 11, 12).
Arxiv sənədlərində Ġsrafil bəy haqqında məlumatlar çoxdur. polĢanın
Qrodno Ģəhərində 29-cu piyada diviziyada xidmət edən Ġsrafil bəy Azərbaycanın
bolĢevik iĢğalından sonra Türkiyəyə sığınmıĢ, buradan isə PolĢaya keçmiĢ, orduda
xidmətə baĢlamıĢdır. Ġkinci Dünya müharibəsi illərində Azərbaycan legionerlərinin
döyüĢlərində iĢtirak edən Ġsrafil bəy 1943-cü ildə Berlində keçirilən Milli
Azərbaycan Qurultayında çox diqqətli bir çıxıĢ etmiĢdi. O, demiĢdi: "Əziz
qardaĢlar! Öz xalqının vətən azadlığı uğrundakı mübarizə tarixini bilməyənlər, ata-
anasını tanımayan cocuqlara bənzərlər. ... Xalqımızda bolĢeviklərə qarĢı nifrət və
barıĢmazlıq hissləri o qədər böyük olmuĢdur ki, bunun nəticəsində 20 il içərisində -
yəni 1920-1940-cı illər arasında 40-dan çox qanlı üsyanlar baĢ vermiĢdir.
BolĢeviklərin
ölkəmizi
Ģərəfsizləndirdiklərinə,
ailələrimizi
dağıtdıqlarına, səfərbərliyə alaraq Almaniyaya qarĢı etdiklərinə və Azərbaycanın
ən yaxĢı oğullarını güllələdiklərinə bizim xalq soyuqqanlılıqla baxa bilməz" (50, s.
170-171).