ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

87 
 
VII FƏSİL  
 
Varşavada "Prometey" klubunun 
keçirdiyi "Dil Qurultayı". Sovet 
İttifaqında aparılan ruslaşdırma 
siyasətinə mühacirlərin etirazı 
 
"Prometey"  klubuna  daxil  olan  millətlərin  nümayəndələrini  narahat  edən 
problemlərdən  biri  də  Moskvanın  on  illər  idi  ki,  davam  etdirdiyi  ruslaĢdırma 
siyasəti idi. Rusiya əsarətində saxladığı xalqların doğma dilini məhv edir, amansız 
bir rejimlə onları ruslaĢdırdı. Moskvanın yürütdüyü bu siyasət ayrı-ayrı mühacirət 
mətbuatı  orqanlarında  öz  əksini  tapır  və  ciddi  tənqid  edilirdi.  Bu  problemi  dünya 
və  Avropa  ictimaiyyətinə  çatdırmaq,  Sovetlər  Birliyinin  yürütdüyü  siyasəti  ifĢa 
etmək üçün ayrıca bir qurultayın keçirilməsi iĢinə baĢlanıldı. 1936-cı ilin mayın 31-dən 
iyunun 1-dək VarĢavada ikigünlük "Dil Qurultayı" keçirildi.  Qurultayda aĢağıdakı 
bölgələrin nümayəndələri iĢtirak edirdilər: Azərbaycan, Belorusiya, Gürcüstan, Ġdil-
Ural,  Ġnquriya,  Kareliya,  Komi,  Krım,  Kuban,  ġimali  Qafqaz,  Türküstan  və 
Ukrayna(174,s. 20). 
Qurultay VarĢavadakı "Ü.M.C.A."-nın binasında mayın 31-də saat 11-də öz 
iĢinə  baĢladı.  Qurultayın  açılıĢında  çoxsaylı  qonaqlar,  PolĢa  və  xarici  ölkə 
mətbuatının  nümayəndələri  iĢtirak  edirdi.  Qonaqlar  arasında  aĢağıdakı  nüfuzlu 
Ģəxslər vardı: nazir L. Vasilevski,  VarĢava  ġərq Ġnstitutunun direktoru, senator S. 
Sedlitski, Krım Milli Mərkəzinin sədri C. Seyidəhməd, Ali Məhkəmənin prokuroru 
O.  Nayman  Mirzə  Kriçinski,  redaktor  V.  Bonçkoyski,  VarĢava  Universitetinin 
professoru,  doktor  S.Ponyatovski,  professor  Potoski,  PolĢa  Ədəbiyyat 
Akademiyasının üzvləri K. Stokovski, Boy-Jelenski və b. 
Qurultayı  "Prometey"  klubunun  sədri,  professor  R.  Smal-Stotski  açaraq, 
toplantının  məqsəd  və  vəzifələri  haqqında  qısa  məlumat  verdi.  Sonra  təbrik 
çıxıĢları oldu. 
Ġlkin  olaraq  danıĢan  senator  Sedlitski  ümuminsanlığın  azadlıq  uğrundakı 
mübarizəsini geniĢ əsaslandırdıqdan sonra qeyd etdi ki, "Prometey" xalqları yalnız 
öz xoĢbəxtlikləri üçün deyil, bütövlükdə bəĢəriyyətin xeyrinə və Ģərəfinə çalıĢırlar. 
Sedliçski çıxıĢının sonunda PolĢa hökuməti adından qurultayı təbrik etdi. 
Sonra  professor  S.  Ponyatovski  çıxıĢ  etdi.  Ġxtisasca  etnoqraf  olan,  tam 
Ģəkildə  elmi  obyektivlik  və  Prometey  xalqlarına  rəğbətlə  çıxıĢını  quran 
Ponyatovski  sovet  dövlətinin  milli  siyasətinin  elmə  zidd  əsaslarını 
aydınlaĢdırdıqdan  sonra  möhkəm  əminliklə  bildirdi  ki,  dil  sahəsində  yalana 
söykənən bu nəzəriyyə də uğursuzluğa düçür olacaq. 


88 
 
Gənc  PolĢa  ĢərqĢünasları  tərəfindən  qurultayı  salamlayan  "Vosxod" 
jurnalının  redaktoru  V.  Bonçkovski  Prometey  ideyalarının  PolĢa  üçün 
əhəmiyyətindən  danıĢdıqdan  sonra,  bu  ideyaların  həyata  keçməsi  üçün  uğurlar 
arzuladı.  Prokuror  O.  Nayman  Mirzə  Kriçinski  isə  qurultayı  "PolĢa  Tatarları 
Ġttifaqı" və "VarĢava Müsəlman Ġcması" adından salamladı. Ukrayna elmi dairələri 
adından isə professor Pototski qurultaya xoĢ arzularını bildirdi. 
Qurultayı  salamladıqdan  sonra  nazir  L.  Vasilevski  "Dünya  müharibəsi 
ərəfəsində  PolĢanın  ruslaĢdırmaya  qarĢı  mübarizəsi"  mövzusunda  geniĢ  və 
məzmunlu çıxıĢ etdi. Qurultay iĢtirakçıları  nazir  Vasilevskinin  çıxıĢını    gurultulu    
və  ardıkəsilməz  alqıĢlarla  qarĢıladılar.  Bu  məruzə  ilə  qurultayın  birinci  hissəsi  baĢa 
çatdı. (174, s.20-21). 
Gündüz  saat  16.00-da  Qurultay  öz  iĢinə  baĢladı.  Ayrı-ayrı  bölmələrin 
nümayəndələri sovet dövlətinin dil siyasəti əleyhinə referatlarla çıxıĢlar etdilər. 5 saata 
qədər oxunan referatlarla yanaĢı qurultay iĢtirakçılarına illüstrasiya və faktlarla zəngin olan 
materiallar təqdim edildi. Hər bir referat Sovet hökumətinin əleyhinə bir ittiham aktı 
idi. Bundan əlavə, Moldoviyada rumın dilinin təqibi ilə bağlı olduqca maraqlı referat 
təqdim edildi. 
Qurultayda  Azərbaycan  nümayəndələri  adından,  tanınmıĢ  mütəfəkkir,  M. 
Ə.  Rəsulzadənin  yaxın  silahdaĢı  Mirzə  Bala  Məmmədzadə  çıxıĢ  etdi.  O,  dedi: 
"Möhtərəm Qurultay nümayəndələri! Hörmətli qonaqlar! Millətlərin oyanıĢ, yüksəliĢ 
və düĢüĢ  tarixləri  göstərir ki,  Milli  xüsusiyyətlərini  və Milli kültürlərini qoruyub 
yaĢatmağa müvəffəq olan hər millət gec-tez  müstəqil   milli   bir  dövlət  qurmağa  
namizəddir.   Milli xüsusiyyətlərini və Milli kültürlərini itirmiĢ olan millətlər, milli 
mənliklərini və ilham alacaq milli qaynaqlarını daha itirmiĢlər deməkdir.   Bu  kimi  
millətlərin    gələcəyi    yoxdur.  Onlara  ölmüĢ  nəzəri  ilə  baxmaq  lazıındır.  Milli 
xüsusiyyət  və  milli  kültürün  baĢında  isə  milli  dil  gəlir.  Milli  dilin  milli  varlığı 
qorumasında rolu həlledicidir 
Bu  cəhəti  çox  gözəl  anlayan  qızıl  Moskva  əsarətində  saxladığı  baĢqa 
millətlər  kimi  Azərbaycanı  da  istila  edər-etməz  6-7  əsrlik  qoca  ədəbiyyata  malik 
olan  ədəbi  Azərbaycan  türkcəsini  məhv  etməkdədir:  1.  -  Bunun  üçün  Moskva 
müxtəlif yollara əl atmıĢdır. Qızıl Moskva ilk öncə Türküstanda, ġimali Qafqazda və 
baĢqa  yerlərdə  etdiyi  kimi  Azərbaycanı  kiçik  qəbilələrə  və  ortaq  dili  də  məhəlli 
qəbilə  dillərinə  parçalamaq  istədi.  Azərbaycanı  çoxmillətli  bir  məmləkət  deyə  elan 
etdi.  Azərbaycana  yavaĢ-yavaĢ  göndərilən  rus  "elmi  rəhbərləri"  "türkləĢmiĢ  əski 
millətlər" aramağa baĢladılar.  Fəqət  bundan  özləri  üçün  müsbət  bir  nəticə  əldə  edə 
bilmədilər.  Doğrudur,  tatlara,  talıĢlara  və  dildən,  yazıdan  məhrum  digər  müsəlman 
əhaliyə  ayrıca  əlifba,  yazı,  qrammatika  meydana  gətirdilər.  Hətta  Azərbaycanda 
yaĢayan  türküstanlı  və  Ġdil-Ural  türklərini  Azərbaycan  məktəblərinə  buraxmadılar. 
Onlara məxsus da ayrı-ayrı məktəb, teatro, mətbuat və s. təsis edərək bunların hamısını 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə