ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

91 
 
Qurultayın  ikinci  günü  səhər  və  axĢam  iclaslarında  ancaq  bəyanatların 
müzakirəsi  oldu  və  bu  müzakirələr  nəticəsində  Millətlər  Cəmiyyətinə  müraciətin 
yazılı mətni qəbul edildi. Azərbaycan təmsilçilərinin bir təklifı ilə razılaĢdırıldı ki: 
yəni  qurultayda  qəbul  edilən  bəyanatların  mətni  həm  də  fransızca  Millətlər 
Cəmiyyətinə təqdim olunsun. 
Qurultayın qəbul etdiyi bəyanat aşağıdakı məzmunda idi:    "Sovetlər   
Ġttifaqı   daxilində   yaĢayan,   rus   olmayan millətlərin dillərini tədqiqlə məĢğul 
olanların  birinci  dil  Qurultayı,  1936-cı  ilin  31  may  və  1  iyununda  VarĢavada 
keçirilən toplantısında belə qərara alınmıĢdır: 
1)
 
1926-cı  ildən  baĢlayaraq  rus-bolĢevik  partiyası  öz  təĢkilatları 
vasitəsi  ilə  ilk  öncə  Azərbaycan,  Belorusiya,  Gürcüstan,  Ġdil-Ural,  Ġnqeriya, 
Kareliya, Komi, Krım, Kuban, ġimali Qafqasya, Türküstan, Ukrayna (və bununla 
yanaĢı  Moldoviya  Respublikasında  rumın,  polyak  və  s.)  kimi  millətlər  olmaqla 
bütün  rus  olmayan  millətlərin  dillərini  sistematik  surətdə  ruslaĢdırmağa 
baĢlamıĢdır. 
2)
 
Kommunist  Partiyasının  BaĢ  katibi  Stalinin  Kommunist 
Partiyasının  XVI  Qurultayında  dediyinə  görə  bu  dil  siyasətinin  dayanacağı  son 
nöqtə budur: proletariat bütün dünyada qalib olduqdan sonra bütün kültürləri, tək, 
müĢtərək dilli, tək və ortaq bir kültür halına gətirmək. 
3)
 
Son illərdə baĢ verən hadisələr bolĢeviklərin bütün dünyada qalib 
olmaq ümidini qırdığından Kommunist Partiyası rus dilini, Lenin dili, proletariya 
və Oktyabr inqilabı dili elan etməklə, tək ortaq dil fikrini Sovetlər Ġttifaqı hüdudları 
daxilində təhəqqüq etdirməyə çalıĢdı. 
Bunun  icrası,  yəni  rus  olmayan  millətlərin  dillərini  ruslaĢdırmaq  üçün 
Kommunist Partiyası bütün ittifaqa məxsus olmaq üzrə yeni bir dil bilgisi ortalığa 
qoyaraq  öz  dilçilərini  "Təhəqqüq  etdirilmiĢ  bu  günkü  dilləri  birləĢdirmə  iĢinin 
asanlaĢdırılması  və  sürətləndirilməsi  üçün  dil  yaradıcılığı  texnikasının  tədqiqi" 
("Dillərin mənĢəyi" - N. Y.) kimi bir məqsəd ətrafında çalıĢmağa sövq etdi. 
Kommunist  Partiyasının  ancaq  sözdə  mövcud  milli  Cümhuriyyətlərin 
pərdəsi  arxasında  qalmaqla  keçmiĢ  çarlığın  tətbiq      etdiyi      ruslaĢdırma      siyasəti   
yoluna  dönməklə,   eyni zamanda   partiya   dövlət   aparatından   istifadə   edərək, 
ən amansız   üsulları    tətbiqlə   ruslaĢdırma    iĢini    son   dərəcə kəskinləĢdirərək   
dərinləĢdirdiyini      qeyd      edən      Qurultay:    a)  Sovetlər  Ġttifaqındakı  rus  olmayan 
millətlərin,  dillərinə  qarĢı  edilən      vəhĢi      təqibləri      və      sistematik    bir    Ģəkildə   
aparılan  ruslaĢdırmanı,  bütün  kültür  dünyası  nəzdində  etiraz  edir  və  bütün  
beynəlmiləl    elmi    və    kültür  təĢkilatlarını    ilk    sırada  Beynəlxalq          intellektual       
ƏməkdaĢlıq  Komissiyasını  millətlərimizin  müdafiəsinə  çağırır;  b)  Millətlər 
Cəmiyyətinə  mənsub      bir      dövlət      olan      Sovetlər    Ġttifaqı      daxilindəki      bu 
vəziyyətin, Millətlər Cəmiyyətinin istinad etdiyi bəĢəri ədalət kimi təməl fikirlərinə 


92 
 
tamamilə  müxalif  olduğunu  Millətlər  Cəmiyyətinin      nəzəri      diqqətinə      çatdırır.    
Sovetlər      Ġttifaqı  daxilində  sözdə  guya  milli  Cümhuriyyətlərə  malik  millətlər 
Cümhuriyyətləri   daxilində   nəinki   öz   dillərindən   istifadə etmirlər,   hətta  sivil   
dövlətlərdəki      milli      azlıqlara      verilən  hüquqlardan            da            məhrumdurlar.   
Beləliklə,      Sovetlər  Ġttifaqındakı    bu  vəziyyət    1922-ci    ildə  Millətlər  Cəmiyyəti 
tərəfindən  qəbul  edilərək  1933-cü  ilin  sentyabrında  müĢtərək  Ģəkildə  təsdiqini 
tapan  "azlıqlara  aid  olmaq  üzrə  hər  hansı  hüquqi  bir  təhəqqüqlə  Millətlər 
Cəmiyyətinə  bağlı  olmayan  dövlətlər,  irq,  din,  yaxud  dil  baxımından  azlıqda 
qalanlarla  münasibətlərdə  heç  olmasa  cəmiyyət  hüquqi  ədalət  dərəcəsini  indilik 
mühafizə edəcəklərdir"dən ibarət qərarına da çirkin bir Ģəkildə   təcavüzdən   baĢqa   
bir   Ģey   deyildir;   c)   Qurultay Millətlər    Cəmiyyətinin   bu    ilki   toplantısında    
Sovetlər  Ġttifaqında  yaĢayan,  rus  olmayan  millətlərin  dillərinin  müqəddəratının 
tədqiqilə  məĢğul  olması  və  Sovetlər  Ġttifaqındakı  rus  olmayan      millətlərə   
dillərinin   inkiĢafına   tam   hüquq  və sərbəstliyin qaytarılması, dil yaradıcılığına 
azadlığın  verilməsi  ilə  bağlı  Sovet  hökumətinə  müraciət  etməsi  tələbini  qaldırır" 
(179, s. 15). 
Qərarın  qəbulundan  sonra  Qurultay  nümayəndələri  "Prometey"  klubunun 
iĢi ilə bağlı bir sıra arzu və istəklərini bildirdilər: a) "Prometey" qurultayının tez-tez 
keçirilməsi; b) Qurultayın tam hesabatının və bütün çıxıĢçıların referatlarının ayrıca 
broĢur Ģəklində nəĢri və s. 
AxĢam  saat  7-də  Qurultaya  sədrlik  edən  professor  Smal-Stotski 
nümayəndələrə təĢəkkürünü bildirib qurultayı bağlı elan etdi. 
Qeyd  olunmalıdır  ki,  "Prometey"  təĢkilatı  tərəfindən  VarĢavada  "Dil 
Qurultayı”nın  keçirilməsi  həm  PolĢa,  həm  də  xarici  mətbuatda  öz  geniĢ  əksini 
tapdı.  Qurultayda  qaldırılası  problemlərin  aktuallığı  ayrı-ayrı  qəzet  və  jurnallarda 
əhatəli Ģəkildə iĢıqlandırıldı. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 


93 
 
VIII  FƏSİL   
 
Müsavat Partiyasının Varşavada 
keçirilən konfransı. Konfransın 
qəbul etdiyi qərarlar 
 
1936-cı  ilin  avqustunda  Müsavat  Partiyasının  üzvləri  VarĢava  Ģəhərində 
təĢkilatın Konfransını keçirdilər. Konfransın keçirilməsinə PolĢa dövləti razılıq vermiĢdi. 
M.  Ə.  Rəsulzadənin  PolĢa  hökumətində  nüfuz  və  Ģəxsi  əlaqələrinin  olması  da  bu  iĢdə 
mühüm rol oynamıĢdı. 
 Müsavat  Partiyasının    PolĢada  keçirilən  konfransı    böyük  tarixi 
əhəmiyyətə malik idi. 
Hələ  1936-cı  ilin  fevralında  M.  Ə.  Rəsulzadə  konfransın  çağırıĢ  
tezislərini    əlaqədar  üzvlərə  göndərmiĢdi.  Tezislərə  görə  konfrans  aĢağıdakı 
nümayəndələrdən  ibarət  olmalı  idi  -yeni  Divan  Heyətinin  namizədləri:  Partiya 
Divanına  mənsub  keçmiĢ  üzvlər;  müxtəlif  yerlərdəki  partiyaçılar.  Bildirilirdi  ki, 
konfransa gəlməyən  nümayəndələr öz fikirlərini yazılı olaraq  göndərə    bilərlər.    Bu   
fikirlər     konfransda  oxunmaq məcburiyyətindədir.   Konfrans   Rəyasət   Heyəti   
tərəfindən layihəsinin əvvəlcədən üzvlərə paylanmıĢ olduğu yeni partiya proqramını 
müzakirə  edərək  bu  xüsusda  rəy  verir,  partiya  taktikasının  əsas    istiqamətlərini 
müəyyənləĢdirir.  Konfrans  Partiyanı  xaricdə  idarə  edəcək  məsul  heyəti 
müəyyənləĢdirir. Konfransda oxunması arzu olunan'qərar layihələri əlaqədar üzvlər  
tərəfindən   iyunun   20-dən   gec   olmamaq   Ģərti   ilə Rəyasət Heyətinə təqdim 
edilir. 
Konfransı  Müsavatın  Başqanı  Məhəmməd  Əmin  Rəsulzadə  açdı.  Onun 
təklifi  ilə  konfrans  nümayəndələri  milli  istiqlalımız  yolunda  canının  fəda  edənlərin 
xatirəsini yad etdilər. 
M.  Ə.  Rəsulzadə  təĢkilatın  keçdiyi  tarixi  yol  haqqında  fikirlərini  belə 
ümumiləĢdirdi:  "Azərbaycan  istiqlal  hərəkatında  yolgöstərənlik  yolunda  bulunan 
və qurtuluĢ savaĢını yürüdən birinci firqə "Müsavat"dır. Bunun yanında baĢqa bir firqə 
və  təĢkilat  yoxdur".  (48,  s.  204).  M.  Ə.  Rəsulzadə  bildirirdi  ki,  bu  gün 
müsavatçılıqla  azərbaycançılıq  eyni  məzmun  daĢıyır:  "YaĢadığımız  tarixi  dövrdə 
Azərbaycan  varlığında  yaĢanacaq  ən  təbii  ideoloji  bizim  təmsil  və  müdafiə  etdiyimiz 
ideolojidir". (48, s. 204). 
M. Ə. Rəsulzadənin açılıĢ nitqindən sonra aĢağıdakı məsələlər müzakirəyə 
verildi:  1.  Təbriklər  və  yerlərdən  məlumatlar.  2.  Milli  Hərəkatda  Firqənin  rolu 
haqqında çıxıĢ. 3. Firqə Proqramının müzakirəsi. 4. Firqə Nizamnaməsinin təsdiqi. 5. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə