Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə60/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

1

2

3

4







Qumlar

Saflaşdırma ol­ma­dıq­da silikat kərpiclərin ha­zır­lan­ması üçün, sa­f­­laş­dırdıqdan sonra be­ton­lar da doldurucu kimi, hörgü işlərində və suvaqçılıqda məh­lul kimi







Əhəngdaşı

Flyüs kimi (Qaradağ, Qazax, Güzdək dağ-mədən kombinatı), me­tal­lurgiya proseslərində




Manqanlı filizlərin çıxarılma­sı, zən­gin­ləş­diril­məsi və ema­lı

Manqan tər­kibli tullantı­lar. Tullantı sü­­xur­ları, gil­lər və əhəng­daşı

Qəhvəyi rəngli kərpic isteh- salı üçün, qırmızı kərpic, keremzit, divar materialları, əhəng isteh­salı üçün

Əlvan metal­lurgiya sənayesi

Alümini­um isteh­salı

Nefelinli şlam

Portlandsement istehsalı üçün əsas komponent xammal kimi




Mis istehsalı



Mis-molibden filiz tullan­tıla­rı, xüsusilə kükürdlü tul­lan­tılar, az qiy­mətli kü­kürd tullan­tıları

Yandırıldıqdan sonra keramzit və üzlük plitələrin istehsalında, odadavamlı kərpic almaq üçün komponent kimi



Cədvəl 2.6-nın ardı

1

2

3

4




Qurğu­şun-sink istehsalı



Açılış süxurlarının tullantıları

Üzlük plitələri və kərpic istehsalında, suvaq və hörgü məh­lul­larının hazırlan­ma­sında




Volfram- molib­­-den istehsalı

Kvars gilləri, qumlar

Məmulat hazırlamaq üçün formalar hazırlanmasında




Polime­tal istehsalı



Ağır suspen­zi­yalı zəngin­ləşdirmədə yüngül çınqıl

Müxtəlif mexaniki tök­mə zavodlarında yüngül fraksiyalı çınqıl kimi

Elektrik stansiyaları

İstilik elektrik stansi­ya­ları

Daş kömür külü (əldə olan külün 40 faizi­ni təşkil edir)

Sementsiz material və konstruksiya səna­yesində xammal kimi







Şistli kül

Məsaməli betonların istehsalında xammal kimi



2.5. Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi və nəzarət sistemləri


2.5.1. Ətraf mühitin monitorinqi

Monitorinq ətraf mühitin hərtərəfli analizi, ekoloji vəziyyətinin qiymətləndirilməsi və ona təbii və antropogen təsirlərin öyrənilməsi məqsədini daşıyır. Bu təsirlər özünəməx­sus xüsusiyyətə malikdirlər. Antropogen və təbii təsirlərin məhdudiyyət səviyyəsinin göstəricisi buraxıla bilən ekoloji yükdür (BBEY). Ekosistemin və biosferin normal fəaliyyəti yalnız BBEY səviyyəsində mümkündür.


Adətən, təbii faktorların təsirindən vəziyyətini ardıcıl dəyişmiş biosfer, bir müddətdən sonra, əvvəlki vəziyyətinə qa­yıdır. Məsələn, havanın və torpağın temperaturu, təzyiqi, nəmliyi müəyyən sabit həddə dəyişir. İri ekosistemlər təbiətdə gedən proseslər tərəfindən çox kiçik, zəif dəyişməyə məruz qalırlar. Dünya miqyasında belə dəyişikliklərin gedişatına nəzarət edən xüsusi ekoloji xidmət mövcuddur.
Biosferin antropogen faktorlar təsirindən dəyişməsi daha qısa müddətdə baş verir. Buna görə də, biosferin abiotik hissəsində antropogen təsirdən baş verən dəyişikliyin ölçül­məsi, qiymətləndirilməsi, proqnozlaşdırılması və biotun bu dəyişikliklərə reaksiyasının öyrənilməsi üçün ekoloji monito­rinqin informasiya sistemi yaradılır.
Ekoloji monitorinq biosferin kompleks monitorinqidir. Buraya təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət aid edilir.
Antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsələ­ləri aşağıdakılardan ibarətdir:
– Antropogen təsir mənbələrinə nəzarət;
– Antropogen təsir faktorlarına nəzarət;
– Antropogen faktor təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə nəzarət;
– Təbii mühitin fiziki halının qiymətləndirilməsi;
– Antropogen faktorlar təsirindən təbii mühitin vəziyyə­tin­dəki dəyişikliklərin proqnozlaşdırılması və bu proqnozun qiymətləndirilməsi.
Monitorinq latınca monitor (nəzər salmaq, müşahidə aparmaq) sözündən götürülmüşdür. Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun ayrı-ayrı elementlərində baş vermiş dəyişikliklərə nəzarət (ölçülməsi), onların qiymətlən­diril­məsi və proqnozlaşdırılmasından ibarətdir.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
– Ətraf mühitin vəziyyətinə və ona təsir edən faktorlara nəzarət etmək;
– Ətraf mühitin faktiki vəziyyətini və çirklənmə səviyyə­sini qiymətləndirmək;
– Çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana bilə­cək vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin obyekti atmosfer (atmosferin yerüstü qatı və yuxarı qatı), atmosfer çöküntüləri, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq sistemi təsir faktoruna, mənbələrinə və miq­ya­sına görə də siniflərə ayrılırlar.
Monitorinqin təsir faktoru dedikdə, müxtəlif kimyəvi çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elektromaqnit şüaları, günəş radiasiyası, səs-küy, titrəyiş) başa dü­şülür.
Çirkləndirici mənbələrin monitorinqi dedikdə, yerini dəyişməyən, bir nöqtədə yerləşən mənbəyin (zavod tüstü boru­su), hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin (şəhər) monitorinqi başa düşülür.
İnformasiyaların ümumiləşdirmə xarakterinə görə aşağı­dakı monitorinq sistemi mövcuddur:
Qlobal monitorinq sistemi. Dünyada baş verən proses­lərə və yer kürəsinin biosferində bütün ekoloji komponentlərə nəzarətlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə xəbərdarlıq etmək rolunu yerinə yetirir;
Baza monitorinq sistemi. Təbiətdə baş verən hallara nəzarət etməkdən ibarətdir. Bu zaman regional antropogen təsirlər nəzərə alınmalıdır;
Milli monitorinq sistemi. Ölkə miqyasında aparılan monitorinqdir;
Regional monitorinq sistemi. Hər hansı bir region daxi­lin­də gedən proseslərə nəzarəti həyata keçirir;
Lokal monitorinq sistemi. Konkret antropogen mənbə­yin təsiri ilə məşğul olur;
İmpakt monitorinq sistemi. Regional və lokal antropo­gen təsirlərə məruz qalan xüsusi təhlükəli zonaların monitorinqidir;
Kimyəvi monitorinq. Atmosferin, atmosfer çöküntülə­rinin, yerüstü və yeraltı suların, okean və dəniz sularının, torpağın, dib çöküntülərinin, bitkilərin kimyəvi tərkibinə nəzarət və kimyəvi çirkləndiricilərin yayılma dinamikasına nəzarətdən ibarətdir.
Kimyəvi monitorinq əsasən ətraf mühiti çirkləndirən aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl 2.7.).
Fiziki monitorinq – ətraf mühitə təsir edən fiziki pro­seslərə nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.).
Bioloji monitorinq – bioindikatorlar vasitəsilə aparılan monitorinq (mühitdə dəyişikliklərə nəzarət).
Ekobiokimyəvi monitorinq – Ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət.
Cədvəl 2.7.
Ətraf mühiti çirkləndirən komponentlər

Üstünlük sinifi

Çirkləndirici maddələr

Mühit

Ölçü proqra- mının növü


Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə