Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə18/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Tətbiqi. Maqnezium fotoaparatlarda, işıqlandırıcı güllə və mərmilərin istehsalında tətbiq edilir. Gəmilərin sualtı hissəsini korroziyadan elektrokimyəvi üsulla mühafizə etmək üçün maqnezium protektor kimi tətbiq olunur. Metallotermiyada maqneziumdan Ti, Zr, V, U və s. alınmasında istifadə olunur.
Maqnezium yüngül ərintilərin tərkibinə daxil olur. Onun elektron (10,5% Al, 0,2-3% Zn, 17% Mn və Mg) maqnali (89-91% Al, 9-11% Mg, az miqdar Cu, W, Cr) adlı ərintiləri raket texnikasında, aviasiyada, elektrotexnikada, avtomobil və cihazqayırmada tətbiq olunur.

2.4. Kalsium yarımqrupu (Ca, Sr, Ba, Ra)


II qrupun əsas yarımqrupunun kalsium yarımqpunu kalsium Ca, stronsium Sr, barium Ba və radium Ra elementləri təşkil edir.


Kəşfi. Kalsium ilk dəfə ingilis alimi Devi tərəfindən kəşf edilmişdir. Kalsium adı, latınca yumşaq mənasında işlədilən «kalks» sözündən əmələ gəlmişdir. Elementin adı onun bəzi birləşmələrinin (əhəng daşı, təbaşir) yumşaq olması ilə əlaqədardır. Stronsiuma verilən ad Qərbi Şotlandiyadakı Stronsian adlı yerlə bağlıdır. Stronsianit mineralı da burada tapılmışdır. Barium yunanca «baris» (ağır) sözündən götürülmüşdür. Latınca «radius» sözündən əmələ gələn radium «şüa» deməkdir.
Təbiətdə tapılması. Təbiətdə kalsiumun 6, stronsiumun 4, bariumun isə 7 izotopu vardır. Bunlardan ən geniş yayılan izotoplarıdır. stronsiumun təbiətdə təsadüf olunan izotopu izotopunun radioaktiv parçalanmasından əmələ gəlir.

Bu elementlərdən ən geniş yayılanı kalsiumdur. O, yer qabığınıı çəki ilə 3,6%-ni, stronsium 0,04%-ni, barium 0,05%-ni, radium isə 1. 10-10%-ni təşkil edir. Kalsium yarımqrupu elementlərinin təbii mineralları aşağıdakılardır. Kalsiumun təbii birləşmələri: CaCO3 –kalsit (əhəng daşı, mərmər, təbaşir), CaF2 –fluorit, CaCO3. MgCO3 –dolomit, CaSO4. 2H2O –gips, CaSO4 –anhidrit, Ca3(PO4)3 –fosforit, Ca5(PO4)3x (x=F, Cl, OH-) –apatit.
Stronsium selestin SrSO4, barium isə barit mineralı BaSO4 şəklində rast gəlir. Radium uran filizində rast gəlir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə