4.2.1. Karbonun oksidləri
Karbonun oksigenlə müxtəlif tərkibli oksidləri məlumdur: CO, CO2, C2O3, C5O2, C6O9, C12O12 və (C4O3)n. Bu oksidlərdən ən əhəmiyyətlisi CO və CO2-dir.
Karbon (II) oksid, karbon monooksid.
Quruluşu. CO-nun elektron formulu və molekulda rabitələrin əmələgəlmə sxemi aşağıdakı kimidir:
2p2 2s2
*
*
CO: və ya C = O ⇅
2r4 ⇅ O
2s2
Karbonun p-yarım səviyyəsində boş orbitalın olması, onun akseptor rolu oynamasına imkan yaradır. CO molekulunda sxemdən göründüyü kimi C və O atomları arasında üçqat rabitə yaranır. Bu rabitələrdən ikisi C və O atomlarının qoşalaşmamış elektronları hesabına, biri isə donor-akseptor mexanizmi ilə karbon atomunun boş orbitalı və oksigen atomunun cüt elektronları hesabına əmələ gəlir.
CO molekulunda oksigen donor, karbon isə akseptordur.
CO-da karbon və oksigen hər ikisi 3-valentlidir, karbonun oksidləşmə dərəcəsi +2, oksigenin oksidləşmə dərəcəsi isə (-2)-dir.
Alınması. Sənayedə karbon monooksid aşağıdakı üsullarla alınır:
Közərmiş kömür üzərindən hava keçirilir:
(O2 + 4N2) + C CO2 + 4N2
hava
Bu zaman əmələ gələn CO2 yenidən közərmiş kömür üzərindən buraxdıqda CO alınır:
2 (CO2 + 4N2) + C ⇄ 2CO(25%) + 4N2(70%) + CO2(5%)
generator qazı
Bu proses təmiz oksigenlə aparıldıqda isə aşağıdakı reaksiyalar gedir:
(CO+N2) qarışığına qenerator qazı deyilir. Qenerator qazını sənayedə qazoqenerator adlanan xüsusi peçlərdə alırlar.
2) (sintezqaz)
(sintezqaz)
Bərk yanacağın qaz halına çevrilməsi yanacağın qazlaşdırılması adlanır. Qenerator qazının və su qazının alınması reaksiyaları bərk yanacağın qazlaşdırılmasına aiddir.
3) Təmiz CO, közərmiş kömür üzərindən CO2 qazı buraxmaqla alınır:
Laboratoriyada 1) Suuducu maddələrlə (H2SO4, P2O5) qarışqa turşusunun HCOOH qarşılıqlı təsirindən alınır:
2) oksalat turşusuna suuducu maddələrlə təsirindən alınır:
Dostları ilə paylaş: |