1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı



Yüklə 158,58 Kb.
səhifə1/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
  1   2   3   4   5   6   7   8   9   ...   48
Psixologiya



1.Psixi hadisələrin mahiyyəti və onların təsnifatı
Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim
vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə
bağlı olmuşdur.
Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir.
İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki
obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan
deməkdir) xarakter daşıyır.
Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar
əsasında yeni faktlarla zəngınləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi
reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.
Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol
oynamışdır.
Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində
həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun
sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
1. Psixi proseslər.
2. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).
3. Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak
proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi
proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir.
Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri,
hissi proseslər, iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da
müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur.
Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosioanl xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan
biri adətən o birisinin sasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.
“Proses”, “hal” və “xassə” nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti,
hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir.
Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı
mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə ədə psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir.
Müasir psixologiyada proses sözü əslində genış və dar mənada işlənir. Geniş
mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni
dərəcədə proses kimi təhlil edilir.
Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür,
nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur.
Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır.
Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun
şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir.
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya
psixi hadisələr deyilir.


Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə