1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Psixoloji tədqiqatların metodologiya problemi



Yüklə 158,58 Kb.
səhifə6/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   2   3   4   5   6   7   8   9   ...   48
Psixologiya

6. Psixoloji tədqiqatların metodologiya problemi.
Müasir dövrdə psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətdə aparılır. Psixologiyanın metodlarını bir qrup tədqiqatçılar nəzəri və empirik metodlara bölürlər. Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən abstraksiyadan, ümumiləşdirmədən, təsnifatdan və s. istifadə olunur. Empirik metodlar isə öz növbəsində iki yerə bölünür:
İnformasiyanın toplanması (müşahidə, eksperiment, anketləşdirmə və s.) və informasiyanın işlənməsi (statistik metodlar). Bununla bərabər obyektiv və subyektiv metodları da təsnif edirlər.
Psixologiyanın tədqiqat metodlarının ən təkmil variantını bolqar psixoloqu O.D.Pirov vermişdir:

• müşahidə (obyektiv — vasitəli və vasitəsiz), subyektiv (vasitəli və bilavasitə).


• eksperiment (laborator, təbii, pedaqoji-psixoloji).
• modelləşdirmə.
• psixoloji xarakteristikalar.
• köməkçi metodik yanaşmalar (genetik, müqayisəli və s.).

B.Q.Ananyev Pirovu tənqid edərək daha əhatəli şəkildə metodların təsnifatını aparmışdır. Onlar aşağıdakılardır:


- təşkilati: müqayisəedici, longyutid və kompleks.
- empirik: obversiyalı metodlar (müşahidə və eksperiment, laborator, çöl, təbii və başqaları), psixodiaqnostik metod, proseslərin və fəaliyyət məhsullarının təhlili metodu (praksiometrik metodlar), modelləşdirmə və bioqrafik metod.

• verilənlərin işlənməsi metodları: riyazi-statistik təhlil və kəmiyyət təsviri.


• interpretasiyanın metodları: genetik (filo-ontogenetik) və struktur metodları (təsnifat, tipləşdirmə və s.).

M.S.Roqovina və Q.V.Zalevskiy bir qədər fərqli təsnifat təqdim etmişlər.



• germenevtik.
• bioqrafik.
• özünümüşahidə.müşahidə.
• klinik.
• eksperiment.

7. Psixologiyanın tədqiqat prinsipləri.
Bir insanın davranışının başqasından fərqini necə öyrənmək olar? Daha dəqiq desək, insanı öyrənən elmin metodoloji əsaslarını nə təşkil edir?
Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodoloji əsasları olmalıdır. Psixologiyanın obyekti insan olduğundan, o öz predmetinə yanaşma tərzinə görə müxtəlif metodoloji yanaşmalardan istifadə edir.
İnsanı öyrənməyin ən başlıca metodoloji əsası rasional yanaşmadır. Dünyanın və insanın rasional dərki bizə öyrədir ki, cisim və hadisələr, varlıq və gerçəklik bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Bu mövcudluq təcrübə yolu ilə və müşahidə nəticəsində elmi yanaşma ilə bütünlüklə, istisnalarla şərh edilə bilər. Belə bir yanaşmanı reallaşdırmaq üçün tədqiqatın predmeti haqqında təsəvvürə malik olmaq zəruridir.Hər bir elmin eksperimental elmə çevrilməsi üçün onun istinad etdiyi ümumi müddəaları və ya metodologiyası olmalıdır. Metodologiya 2 sözdən «metod» (yunanca metodos-tədqiqat deməkdir) və loqos sözlərindən əmələ gəlmişdir və elmi tədqiqatların metodları haqqında təlim deməkdir.Müasir elmdə metodologiya termini 3 mənada işlədilir:

Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə