1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Güzəran psixologiyası və elmi psixologiya, onların qarşılıqlı əlaqəsi



Yüklə 158,58 Kb.
səhifə4/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   2   3   4   5   6   7   8   9   ...   48
Psixologiya

4. Güzəran psixologiyası və elmi psixologiya, onların qarşılıqlı əlaqəsi.
Güzaran psixologiyası və elmi psixologiya.
Güzaran psixologiyası dedikdə- insanların həyat təcrübəsi əsasında əldə etdikləri psixoloji baxışlar sistemi başa düşülür. Hər bir insan öz həyat təcrübəsi və biliklərinə uyğun olaraq digər insanlar haqqında öz mülahizələrini söyləyir, hətta bu baxışlar atalar sözləri və zərb məsələləri formasında nəsillərdən nəsillərə ötür. Məs “suyun lal axanı, insanın yerə baxanı”,”ot kök üstə bitər”, “Göy göz, seyrək diş admdan uzaq gəz ”və.s. Bu atalar sözlərində ictimai şüurda özünə yer etmiş müəyyən psixoloji baxışlar mövcutdur.
İnsanlar psixoloji biliklərə malik olmadıqları halda belə başqa insanların xüsusiyyətlərini müəyyənləşdirməyi bacarırlar. Bu müəyyənləşmə prosesi eksperimental səviyyədə yoxlanılmayan biliklərə əsaslanır. Məs: çox etibarlı admdır. Başqası haqqında deyirlər ki, “ondan gözüm su içmir” ,”onun ipinin üstünə odun yığmaq olmaz”. Göründüyü kimi güzaran psixologiyası insanların digər insanlar haqqında söylədikləri fikirlərin məcmuyundan ibarətdir.
Elmi psixologiya isə- bütün əldə olunan bilikləri təcrübi yolla əldə edir. Elmi psixologiyaya bəzən emprink psixolgiya deyilir.
Emprika- təcrübə deməkdir.
Konpleks- nəyinsə həddən artıq çox olmasıdır.


Empirizm — Fəlsəfədə, biliyin sadəcə təcrübə vasitəsi ilə əldə edildiyini önə sürən nəzəriyyədir. EmpirizmSkeptisizm və Rasionalizmlə birgə Epistemologiyanın bir hissəsidir, innatizmə və adət ənənələrə nisbətən təcrübə və empirik düşüncələrin önəmini vurğulayır. Bununla belə, empiristlər adət-ənənələrin əvvəlki hiss təcrübələrinin əlaqələri nəticəsində yarandığını iddia edə bilərlər.
Tarixən empirizm “boş vərəq” konsepsiyası (tabula rasa) ilə əlaqələndirilmişdir, yəni, insan ağlı doğulduğunda “boş” olur və düşüncələrini yalnız təcrübə vasitəsilə inkişaf etdirir.
Elm fəlsəfəsindəki empirizm, xüsusilə təcrübələrdə aşkar edildiyi kimi, sübutları vurğulayır. Elmi metodun əsas hissəsidir ki, bütün fərziyyələr və nəzəriyyələr yalnız aprior mülahizələrə, intuisiyaya və ya vəhyə əsaslanmaqdansa, təbii dünyanın müşahidələrinə qarşı sınaqdan keçirilməlidir.
Təbiət alimləri tərəfindən tez-tez istifadə olunan empirizm, "bilik təcrübəyə əsaslanır" və "biliyin davamlı təftiş və saxtalaşdırmaya məruz qalaraq, ehtimal və ehtimala əsaslandığını" söyləyir.

Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə