46
Ə
li
İld
ırı
m
oğ
lu
mizin möminləri kimi əlimi üzümə çəkib salavat çe
virdim və dönədönə yaradanıma şükür elədim.
Yorğanı başıma çəkəndə ağlıma gəldi ki, Qarğı bu
lağında tikdiyim evlərin bünövrəsini qoyanda bir va
cib məsələni unutmuşam. Ona görə də səhərisi vaxt
tapıb kəndimə baş çəkdim. Qolumu çırmayıb burax
dığım səhvləri düzəltməyə başladım. Boylubuxunlu,
çiyni tüfəngli əsgərlər düzəltdim. Onları kəndin yu
xarısındakı qayaların başına qaldırdım və dönədönə
tapşırdım ki, gecəgündüz ayıqsayıq olsunlar. And
ranikin qoşunu hücum çəksə, iriiri daşları, qayaları
diyirlədib düşmənin yolunu kəssinlər. Və cəlladlara
kəndimə soxulmağa imkan verməsinlər.
Erməni vəhşilərinin törədə biləcəyi qırğınların
qarşısını almaq üçün xəlvətə salıb altdanaltdan gör
düyüm bu işləri, yaratdığım müdafiə istehkamlarını
özümdən başqa heç kəs bilmirdi. Düşünürdüm ki, bu
sirri açıbağartsam, hamı mənə güləcək. Babam da,
dayım da, illaf məni canciyəri bilib əzizləyən qocam
da qınayacaqlar. Deyəcəklər ki, hələ ağzından süd iyi
gəlir. Belə səfeh işləri başından çıxart getsin. Ocağın
gözünə qoymaq üçün bir şələ quru çırpı gətirə bilmir,
Andranikin, Nijdehin, Hamazasın döşünə çıxana
bax?!! Həm də rəhmdilliklə dəlildəlalət edəcəklər ki,
olan olub, keçən keçib. Nikolay hökumətinin vaxtına
baxma. İndi hər yerdə əminamanlıqdı. İstər
azərbaycanlı olsun, istər erməni, kimin nə həddi var
birbirinə dəyibdolaşsın. Bir də ki, qanı qanla yumaz
lar. İndi Andranik, Nijdeh, Hamazas kimi ara qarışdı
rıb, qan tökən adamların meydanı deyil. Onların kita
bı çoxdan bağlanıb.
Uşaq olsam da, açıqaydın görürdüm ki, kəndə
gələn pəncərə şüşələyən, at, qatır, öküz nallayan, pa
47
Daş y
ağan gün
lan tikən, divar hörən ermənilərə necə inanıb, məhrəm
münasibət göstərirlər. Təzə Həsənlinin adamları
erməniləri yuxarı başa keçirib, neçə gün evlərində qo
naq saxlayıb, qabaqlarına yağlı xörəklər qoyub, sonra
da gördürdükləri işin müqabilində ciblərini doldu
rub, arpadan, buğdadan, darıdan, pərincdən yüklərini
tutub, hörmətlə yola salırdılar.
Mən isə ayrı cür düşünürdüm. Fikirləşirdim ki,
andraniklər bağımızdakı çayır otu kimi bir şeydir.
Düsərlə, bellə, külünglə nə qədər qazıb kökündən çı
xartsan da, yenə də ordaburda cücərib baş qaldırır.
Daşnakların törəmələri nə qədər sağdır, yenə də
girəvə düşən kimi hücum çəkib kəndlərimizi Köhnə
Həsənlinin gününə salacaqlar.
Böyüklər nə deyir desin, erməni millətçilərinin ipi
nin üstünə odun yığmaq olmaz. Onlara etibar yoxdur.
Xain ermənilərin qəlbimdə yaratdığı nifrət, kin
küdurət hisslərindən xilas ola bilmirdim. Neçəneçə
kəndin yolu Köhnə Həsənlinin xarabalıqları arasın
dan keçir. Buradakı məscidlərin, mədrəsələrin, min
bir əzabəziyyətlə tikilmiş yüzillik, minillik binaların
bir göz qırpımında yerlə yeksan olduğunu görəndə
qəlbim qan ağlayırdı.
* * *
Yaz ki açıldı, camaat malheyvanı da götürüb itli
pişikli uzaquzaq dağlara köçür, payıza dönəndə
geriyə qayıdırdılar. Hər ailədən bir nəfər aranda qalıb
bağbağatla, əkinbiçinlə məşğul olurdu. Hər dəfə
məni də dağa aparırdılar. Gecəligündüzlü neçə gün
yol gedirdik. Tağyurd yaylağına köçəndə beş yaşım
vardı. Burada rəngbərəng çiçəklərlə naxışlanmış göy
çəmənliklərdən, ordaburda nəzərə çarpan mamırlı
48
Ə
li
İld
ırı
m
oğ
lu
daşlardan, balacabalaca quşların sığındığı gəvən kol
larından, qarlı təpələrdən başqa heç nə gözə dəymirdi.
Yurd yerinə çatan kimi əvvəlcə alaçıq qurub, üstünə
yağış keçirməyən boz rəngli qalın keçə salınır, yanla
rına sıx toxunmuş çətən çəkilirdi. Sonra köhnə ağılla
rın daş hasarları qaydaya salınırdı. Mən isə öz alə
mim də idim. Bir kənara çəkilib tərtəmiz göy qüb
bəsinin maviliklərinə, dağlara, düzlərə, yaşıllıqlara
baxır, hey baxırdım. Heç bir dərdim yox idi. Ortada
yeyib qıraqda gəzirdim. Ömrümün xoş, bəxtəvər,
qayğısız anlarını yaşayırdım. Bircə Qarğı bulağının
yanında saldığım kəndimdən nigaran idim. Bir də ki,
Köhnə Həsənlinin xarabalıqları yadıma düşəndə
əhvalım korlanırdı.
Bir yay səhəri naxır örüşə çıxanda, dayım ala cön
gəni ağıldan buraxmadı. Günortaya yaxın ala cöngəni
alaçıqlardan bir qədər aralıda kəsib ətini qonumqon
şular arasında paylaşdırdılar. Ala cöngə ilə buzov
vaxtı dostluq eləyərdim. Həmişə onun nazını çəkib,
qaşqa alnına, yumşaq boyunboğazına tumar çəkib
parpar parıldadırdım. Ancaq yekələndə məni o qədər
də saymırdı. Dana vaxtı bir dəfə xata eləyib yatdığı
yerdə onun belinə minmək istədim. Dostluğumuza
baxmayaraq, soncuqlayıb məni yerə vurdu. Qıçımın
ağrıması bir yana, əynimdəki təzə məxmər pencək
yaş təzəyə bulaşdı. Bir müddət ala dana ilə bir
birimizə yovuşmadıq. O mənim yanımda suçlu idi.
Mən də ala danadan bərk incimişdim. Ancaq ala dana
ilə yenidən mehribanlaşdıq və başa düşdüm ki, dana
ilə buzov vaxtındakı kimi davranmaq olmaz. Bir dəfə
də südəmər vaxtı aramızda inciklik olmuşdu. Başım
nəyəsə qarışmışdısa, arxa tərəfdən köynəyimin ətəyini
çeynəyib zay eləmişdi. Onda günahından keçdim.
49
Daş y
ağan gün
Fikirləşdim ki, hələ buzovdur, ağlı kəsmir. Elə bilib
köynəyin də inək südü kimi dadıtamı var. İndi həmin
buzov yekəlib cütəkotana qoşulmalı olmuşdu. Bəzən
yaxınlaşanda mənə buynuz göstərirdi. Mən də hesa
bımı aparıb daha ona səmtimirdim. Buna baxmaya
raq, ala cöngəni kəsəndə o günlərimi yada salıb, elə
bikef oldum ki, hətta kövrəldim də. Ala cöngənin ba
şına bıçaq çəkiləndə üzümü dağlara tərəf çevirib,
gözlərimi yumdum. Az qalmışdı ki, ağlayam, özümü
güclə saxladım. Qoca nənəm sacayağın üstünə qazan
asıb, ala cöngənin ətindən yaxşı bir bozartma bişirdi.
Hamı bu ləzzətli xörəyi iştahla yeyirdi. Lakin bozart
manın tikələri nə qədər dadlı, yumşaq olsa da, mənim
boğazımdan keçmirdi. Elə bil daşqaya yeyirdim.
Səbəbini qoca nənəmə deyəndə məni o ki var danladı.
Başıma ağıl qoyub dedi ki, gözəgörünməzin qoyduğu
qanunun əksinə getmə. Allahın sənə acığı tutar. Ma
lın, qoyunun əti, südü yeyilmək üçün yaranıb. Qoca
nənəmin sözləri məni xeyli yüngülləşdirdi. Ala cön
gənin kəsilməsinə o qədər də heyfsilənmədim. Fikir
ləşdim ki, bunu özümə dərd eləsəm, Allahın mənə
acığı tutar.
Həmin axşam naxır örüşdən qayıdanda südəmər
buzovların, quzuların, çəpişlərin mələşib acgözlüklə
analarının altına təpilmələrinə, anaların da öz balala
rını duz kimi yalamalarına riqqətlə tamaşa edib,
mütəəssir hisslər keçirirdim. Fikrim uzaqlara gedirdi.
Analı günlərimi xatırlayırdım.
Qulağıma gələn vəhşi bağırtılar məni diksindirib
bu nisgilli hisslərdən ayırdı. Dönüb arxaya baxdım.
Və qəlbi bir daşın üstünə çıxıb həmin səmtə boylan
dım. Bir sürü qaramal ala cöngənin kəsildiyi yeri döv
rəyə almışdı və qurumamış qanı qoxuluyaqoxuluya
Dostları ilə paylaş: |