291
Daş y
ağan gün
– Əmi! Məni öldür! Qoyma bu vəhşilər aparsın!!!
Sevdimalı kişi gördü ki, artıq bıçaq sümüyə daya
nıb. Namus əldən gedir. Cəld yan otağa keçib ov
tüfəngini götürdü və onların ardınca yüyürdü. Polis
işçiləri Sevdimalının əlində silah görüb tapançalarına
əl atmaq istədilər. Sevdimalı da bir Sevdimalıdır! On
lara aman vermədi. Qoca qartal əvvəlcə gəlini, sonra
birbir polis işçilərini nişan aldı…
Baş leytenant Mirzoyan yerindəcə gəbərdi. Ma
nukyanla Bədəlyan ağır yaralanmışdı. Onlar Sevdi
malının əlindən qurtara bilməyəcəklərini görüb sürü
cünü köməyə çağırdılar və meyitlə birlikdə birtəhər
aradan çıxdılar…
Sevdimalı eyni cəldliklə yaralı gəlini, arvaduşağı
öz “Niva” maşınına yığıb, kəndini beləcə tərk etdi…
Onun yüzillik xanimanı isə mənhus gecənin qatı qa
ranlığında məşum alovlara qərq olub, bir ovuc isti
külə döndü.
Həmin səhər Gorus şəhərinin küçələrində qapı
qapı bir cənazə nümayiş etdirilirdi. Bu, baş leytenant
A.Mirzoyanın cənazəsi idi. Ağırağır irəliləyən matəm
dəstəsi ara bir dayanır, qabaqda gedən çalsaqqallı ke
şiş hüznlü adamlara üz tutub ucadan deyirdi:
– Ey, Gorus camaatı! Eşidin, baxın, agah olun! Şahi
di olun ki, tarixi düşmənlərimiz türklər bizim bu yazıq,
məzlum, dinc ermənilərin başına nə müsibətlər açır…
Gorusdakı qohumlarına, dostlarına baş çəkməyə
gələn bir neçə fransalı, amerikalı daşnak züytutanları
nın ssenarisi ilə hazırlanmış tragik səhnəni seyr
etdikcə kədərlənir və birbirinin qulağına əyilərək:
– Ah, yazıq ermənilər! İnsafsız, qəddar türklər
görəsən bu zavallı, dinc millətdən niyə əl çəkmirlər?
– deyir və onların bəziləri göz yaşı tökürdülər.
1997-ci il
292
Ə
li
İld
ırı
m
oğ
lu
ERMƏNİ XİSLƏTİ
Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ
zonasında xidmət edirdim. Bir payız çağı yaxın qon
şum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun
maşınında Şuşaya gedirdik. Fermalar dağdan arana
qayıdır, köç əlindən tərpənmək olmurdu. Şuşanın do
laylarında yenə qoyun sürüləri ilə rastlaşdıq. Aşağı
sürətlə gedən maşınımız sürünü yarıb irəliləmək üçün
aramsız siqnal verirdi. Qarakərə qoyun gözlənil mə dən
dazıyıb özünü maşının qabaq fənərlərinə çırpdı, yıxıldı
və tez də qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf
olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxla
dıq, vəziyyəti öyrəndik. Qarakərə qoyunun ola bilsin
ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı
bir zədə almamışdı. Arxayın düşüb yolumuza davam
etmək istəyəndə sürünün arxasından, üzgözü nü tük
basmış, hündürboylu, cantaraq bir çoban çıxıb, əlində
dəyənək kəsdi qabağımızı və qışqıraqışqıra:
– Ara, Permanın qoyununa vurub hara qaçırsınız
e, getməyə qoymuyacağam! Asma, getsəniz də, maşı
nın nömrəsini bilirəm…
Rəis maşından enib ona yaxınlaşdı, ədəbərkanla
salam verdi və soruşdu:
– Bağışlayın, a kirvə, adınız nədir?
Erməni rəisin salamkalamını vecinə almadan,
təkəbbürlə:
– Ara, adamı neynirsən e, – dedi. – Bu yolun içində
mənə angetimə dolduracaqsan?! Aşotam ha! Aşot
Manukyan! Demağına sözün nədi! Qoymuyacağam
293
Daş y
ağan gün
tərpənməyə, qoynuma şikəstə eləmisən, cavabını ver!
Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!
Rəis xoş dillə:
– Aşot kirvə, əvvəla qoyuna bir şey olmayıb, –
dedi. – İkinci də, əgər şübhələnirsənsə ki, sonradan
qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura,
cəriməsini çəkərik. Neçəyə deyirsən, pulunu verək,
qoyun qalsın bizə.
Erməni rəisin yumşaq danışığını, bizim də susdu
ğumuzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə
və səsini bir az da qaldırdı:
– Ara, mənim başıma xarabdı, burada xata çıxar
dacağam! Ay müsəlman, bura bazardı, dükandı ki,
sizə qoyun satım? Bu, permanın heyvanıdı!
Rəis çıxılmaz vəziyyətdə qaldı və yenə də Aşot
Manukyanı sakitləşdirib, razı salmaqdan ötrü dil tök
məyə başladı:
– A kirvə, yaxşı, – dedi, – onda gəl belə danışaq,
heyvanın qiyməti neçəyədi, de, pulunu verək, qoyu
nu da istəmirik, qalsın özünə.
– Ara, yox e, görürəm vəzifəniz də var, mən heç
kimə qorxmuram! Permanın qoynuna vurmusunuz!
Sizə qoymaram, bir addıma da gedəsiniz. Bu saat ma
şına da azacağam. Siz qoynuma vurmusunuz, mən də
maşınına sındıracağam.
Rəis dedi:
– Aşot kirvə, onda imkan ver, arxadan gələn fer
malardan sənin ürəyinə yatan saz bir qoyun alaq
verək. Əl çək, ayıbdı, gəlibgedən bizə baxır. Vurulan
qoyunu da özün kəsib yeyərsən, halalın olsun. – Rəis
ermənini sakitləşdirib, yola gətirməyə çalışdı.
– Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz!
Mənə aldatmağına bacarmayacaqsınız. Dağdan sağ
294
Ə
li
İld
ırı
m
oğ
lu
salamatına gətirdiyim qoyuna qıçına qırmısınız, ha
yalvarın, xeyrinə yoxdur. Mənə də Hadrutlu Aşot
deyərlər. Qabağımdan tərpənə bilməyəcaqsınız…
Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, müm
kün olmadı. Aşot qanqan deyib durmuşdu. Özözlü
yümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə
enib ona baş qoşmağa dəyməz. Bir də ki, axı, onun
erməni toxunulmazlığı var. Bir balaca o yanbu yan
olsa, bir ucu gedib çıxacaq Moskvaya. “Yan”ların baş
bilənləri gözlərini yumub, ağızlarını açıb, aləmə car
çəkəcəklər ki, bax, erməniləri yola vermirlər, onları
gözümçıxdıya salırlar. Zavallı çoban dinməzsöy ləməz
qoyun otardığı yerdə, gör onun başına nə müsibət
açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki…
Maşınımızın sürücüsü Rəşid də bizdən keçib məsə
ləyə müdaxilə eləmirdi. Onun xasiyyəti də başqaydı.
İyirmiiyirmi beş yaşı olan bu adamla iki gün yol get,
dindirsən danışacaq, dindirməsən, kəlmə kəsən deyil.
Necə deyərlər, qızdangəlindən həyalı adamdı. O da
sükanın arxasında matməəttəl quruyub qalmışdı.
Ancaq hiss edirdim ki, Rəşidin içərisində dişi bağırsa
ğını kəsir.
Üç nəfər adam, bir maşın Aşotun çəngindən qurta
ra bilmirdik. Bəs nə edək, – özözümə düşündüm.
Aşot Manukyan ipəsapa yatmırdı. O, qovduqca, rəis
qaçırdı, biz də dinmirdik.
Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sü
kanın arxasından çıxıb maşının açarını rəisin üstünə
ataraq:
– Yoldaş Məmmədov, – dedi. – Bu gündən sizin
işçi deyiləm, əmrimi verin, çıxarın! Əşi, ölmək
ölməkdir, xırıldamaq nə deməkdir?! Bayaqdan qalmı
sınız bu sırtıq, həyasız erməninin əlində! Siz bəlkə
295
Daş y
ağan gün
vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey
yoxdur!..
Rəşid hücum çəkdi erməninin üstünə:
– Ə, vicdansız oğlu, vicdansız, – dedi. – Bayaqdan
bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər,
sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoy
mursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa
heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə
qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!
Rəis sürücüyə təpindi ki, çoban adamdı, onnan
işin olmasın. Həmişə özündən böyüyün qarşısında
“bəli, baş üstə”dən başqa kəlmə kəsməyən sürücü bu
dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü ya
rım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə,
erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq
çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücü
nün boynuna sarıldı:
– Va! Ara! Bu dalıdınadı! Ara, məssəb haqqı, zara
pat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə
kök adamlara bir qoyun nədi ki?! Mənim sürümün
hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim
ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda
gərək günahıma bağışlayasınız…
Sürücünün əlqolu yanına düşdü. O, xarakterinə
xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkəçəkə
geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri
qanqan deyib qarşımızda meydan sulayan Aşot Ma
nukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolu
muza davam etdik…
1997-ci il
TƏNHALIQ
ANLARI
297
Daş y
ağan gün
Gecələr tənha oluram. Qələmimin meydanı geniş-
lənir. Sətirlər biri-birini əvəz edir. Yorulanda dördün-
cü mərtəbədəki mənzilimin eyvanına çıxıram. Özüm-
özümlə həmsöhbət oluram. Xəyalım səmanın ənginlik-
lərində, zülmət gecənin dərinliklərində, sükuta dalmış
haylı-küylü, çilçıraqlı şəhərin sakitliyində dolaşır.
Belə anlarda bəzən özümdən asılı olmayaraq qəlbimdə
qafiyəli, qafiyəsiz şeirlər də misralanır. Tez iş otağı-
ma keçib yazı masamın arxasında əyləşirəm… Lakin
yazdığım şeirləri car çəkmirəm. Düşünürəm ki,
ürəyimi boşaltdığım kifayətdi. Məqamı gələndə yaz-
dığım şeirlər arxiv kağızlarımın arasında qalsa yax-
şıdır. Ancaq məlum və naməlum bir qüvvə məni həmin
şeirlərdən ikisini bu kitabın son səhifələrinə çıxart-
mağa vadar etdi…
298
Ə
li
İld
ırı
m
oğ
lu
Səksənimin son payızı. Zülmət qaranlığın dərin
lik lərində donubqalan lal baxışlar. Ahıllıq dünyamın
fikir karvanı. Yorğun qələmimi sınağa çəkən ilham
pərisi. Qəlbimin həssaslığında sətirlənən kövrək mis
ralar. İthaf nəğməsinin həzinliyi. Etiraf himni…
ƏHLİ KAMALA
Dərd şair edərmiş, demə, insanı,
Yoxsa şeir yazmağa o hünər hanı?!
Doğmalardan deyildim gileyli,
Saldı qeyrilərə onlar da meyli.
İtən gəncliyimtək üzləri döndü,
Odur ki, gecəmin şamları söndü.
* * *
Ola bilmədilər, olduğum kimi,
Könül rübabımın qırıldı simi.
Məcrasın dəyişdi məhəbbətləri,
Hərdən qulağıma gəlir səsləri.
Simsiz telefonlar verir sorağı,
Saralır didəmin qarası, ağı.
* * *
Başqa səmtə döndü gələn yolları.
Yayıldı çöhrəmə xiffət xalları.
* * *
Ata ocağına salanda güzar,
Qəfəsdə sanırlar özlərin onlar.
299
Daş y
ağan gün
* * *
Olmadım həyatda əsla bəxti kəm,
Vəfa gördüm, cəfasın çəkmədiklərimdən.
Qəlbə görə verir, Yaradan, inan,
Həyatda qalmadım, heç vaxt nagüman.
Ümid ulduzumun sönsə birisi,
Günəştək nur saçar, o dəm qeyrisi.
Bir yandan bağlayan, bir yandan açar,
Tanrı yaratdığın, qoyarmı naçar?!
Qoy bu sirri də mən edim bəyan,
Ahıllığıma həyan, o bəni insan
İlk nəticəmlə adaşdı o kəs,
Qələmə almağım deyildir əbəs.
Ömrün qürub çağı gərdi qanadın,
Möhtacı olmadım yağının, yadın.
Müxalif küləklər əssə də hərdən,
Zər ucuz tutulmaz paslı dəmirdən.
Dumanlı zirvədən aşanda yolum,
Bilmədim haradır sağımla solum.
O ulu göylərdən gəldi bir səda,
Rəncbərin
1
ruhuydu, yetişdi dada.
O gündən qeyb oldu qəmim, möhnətim,
Bağçamda gül açdı arzum, niyyətim.
Ömürgün sirdaşı o lətif qadın.
Tanrı qismətidi, çəkmirəm adın.
Nə Haca gedibdi, nə Kərbəlaya,
Ədəbdə çəkibdi FatimaZəhraya.
O xatın layiqdi əhlikamala,
Heç biri gəlməsin gözə, zavala.
Nəzakət elmində yoxdur tayları,
Qəlbimdən silinməz haqqısayları.
1
Müəllif atasını nəzərdə tutur
300
Ə
li
İld
ırı
m
oğ
lu
GECƏ ANLARI
Ömrün səksəninci qışı
Çala çuxurlarda donubqalan,
Durulan,
Buzlaşan,
Büllurlaşan
Ötən payızın son yağışı.
Qələm əhlinin
Soyuq gecənin
Zülmətinə qərq olan
Nəmli, nisgilli
baxışı.
Əsrin qanlı döngələrindən keçən
Və hara isə baş alıb gedən
Dolaşıq fikirlərin ağır karvanı,
Qəlbimin kövrəkliyindən asılan,
Günbəgün ağırlaşan
Yuxularıma qənim
Ağ günlərin qara daşı.
Lakin…
Qolda qüvvət,
Dizdə taqət,
Tükənmək bilməyən
Yazıbyaratmaq həvəsi,
Yolumun toranlığında sətirlənən
Gecikmiş, gileyli misralar
Qafiyəli, qafiyəsiz şeirlər.
Fəqət!
Olmaq istəməzdim!
İstedadı bir çərək,
İddiası göylərdə gəzən şairlərtək
Nizami, Füzuli qınağı,
301
Daş y
ağan gün
Çoxu bir bezin qırağı.
Matahları ucuz,
Şamları nursuz,
Nəfəsləri buz,
Məddahlıqda tuz,
Yazdıqları duzsuz.
Düşüncələr girdabında üzərkən
Gecənin zülmətindən
Gəldi bir səda:
– Nəbada!
Qəlbə yük olanları
Salasan yada.
Ömrü verərsən bada!
Qalsan da
Dünyanın dərdsərinə,
Çox da getmə dərinə.
Uyma
Astarına, üzünə,
Üzərində qərar tutduğumuz
Yer adlı məkan,
Başımızın üzərində cilvələnən
Çilçıraqlı göy qübbəsi,
Sirri insan zəkasına sığmayan
Dərindərin mətləblərdən xəbər verən
Qədimdən qədim ehramlar.
Yaranan,
Qeyb olan,
Qılınc vuran,
Qalxan tutan
Fironlar!
Əvvəlini, axırını
Dərk etmək fəhmindən
Xali insanlar.
302
Ə
li
İld
ırı
m
oğ
lu
Ağlamalı, gülməli oyunlar,
Qoca uşaqların aldandığı
Oyuncaqlar,
Bahalı mərmərlər bitirən,
Karlısı, kasıbı bilinən
Məzarlıqlar,
Qara torpaq altında
Ağ bürüncəklər,
Xoş və bəd əməllər,
Daha nələr, nələr…
Hamısı bir qiymətdə,
Çürüməkdə,
Yox olmaqda
Təzəli, köhnəli kəfənlər.
Hüznlü dodaqlarda dolaşan
Xəfif kəlmələr.
Rəhmət və lənət pıçıltıları,
Heyhat!
Belədir həyat.
Haqq və nahaqq dünyanın məchulluğu
Cəmi məxluqatın əbədi sonluğu.
15 may 2009-cu il-
02 mart 2010-cu il,
Şüvəlan-Bakı
MÜNDƏRİCAT
Fəryad… və Vicdan.........................................................3
Müəllifdən ......................................................................33
Daş yağan gün ...............................................................35
Yaxın keçmişin real həqiqətləri
Məşum alov və göz yaşları. .......................................282
Erməni xisləti ...............................................................292
Tənhalıq anları
Əhli Kamala .................................................................298
Gecə anları ....................................................................300
“ŞərqQərb” Nəşriyyat evində çapa hazırlanmışdır
Buraxılışa məsul:
Sevil İsmayılova
Kompüter səhifələnməsi:
Allahverdi Kərimov
Üz qabığının dizaynı:
Elşən Qurbanov
Korrektor:
Pərinaz Səmədova
Nəşriyyat direktoru:
Rasim Müzəffərli
Çapa imzalanmışdır 23.05.2012
Formatı 84×108
1
/
32
. Fiziki çap vərəqi 9.5
Sifariş N12069. Tiraj 500
“ŞərqQərb” Nəşriyyat evinin mətbəəsində çap
olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+99412) 370 68 03; 374 83 43
Faks: (+99412) 370 68 03; 370 18 49
www.eastwest.az
Dostları ilə paylaş: |