279
Daş y
ağan gün
danışmırdıq. Ötkəm görkəmi olan yaşlı adam yaran
mış sükutu pozaraq:
– Bağışlayın, hansı respublikadansınız? – maraqla
soruşdu.
– Azərbaycandanam, bəs siz? – suala sualla cavab
verdim.
– Orta Asiya tərəfdənəm, Fərqanə vilayətindən.
Ancaq əslən mesxeti türklərindənəm. Müharibə vaxtı
ora sürgün olunmuşuq.
– Adınız?..
– Adım Rövzətdi, Rövzət Qədirov.
Mən də özümü ona təqdim etdim. Və beləliklə, ta
nış olduq. Rövzət sözlü adama oxşayırdı. O, bir qədər
fikrə gedib ağacın dibinə çəkilərək:
– Siz tərəfdən Nəcəf adlı bir nəfərlə əsgərlik etmi
şik, – dedi. – Ermənistan sərhədinə yaxın olan Gölcük
rayonunun Həsənli kəndindən idi. Canlara dəyən oğ
lanıdı. O vaxt kəndlərini ermənilər yandırıb, dağıdıb.
Həmin davada ataanası, bacıqardaşları da qırılıb.
Onda bələkdəymiş, əmisi girəvəyə salıb ermənilərin
əlindən qurtarıb. Yekələndən sonra da əmisinə çoban
lıq eləyirmiş. Heç bir təhsili olmasa da, kitab həvəs
karıydı. Öz dediyinə görə ona da yazıboxumağı bala
ca bir dostu yalyamacda öyrədib. Düzü, Nəcəfdən bu
sözləri eşidəndə qulaqlarıma inanmadım, məəttəl qal
dım.
Rövzət bunu deyəndə, o günləri xatırlayıb riqqətə
gəldim. Hətta kövrələn kimi oldum. Və əlimi Rövzətin
çiyninə qoyub:
– Nəcəfin həmin kiçik dostu mənəm, – dedim.
Hər ikimiz mütəəssir olduq. Və dərin bir maraqla
soruşdum:
– Onun barəsində nə bilirsiniz?!
280
Ə
li
İld
ırı
m
oğ
lu
Rövzət təəssüflə:
– Nəcəf çox alicənab, mehriban, çevik oğlanıydı, –
dedi. – Yaxından dostluq edirdik. Məndən gizli heç
bir sirri yoxudu. Başına gələnlərin hamısını mənə da
nışırdı. Ürəyiaçıq adamıdı. Di gəl ki, adamlara tez
inanırdı. Axırda da sadəlövhlüyünün ucbatından, ya
xınlıq etdiyi Arsen adlı erməni komandirinin gülləsinə
tuş gəldi. Düzdür, Nəcəfin qisasını yerdə qoymadım.
Həmin komandiri də mən girəvəyə salıb gəbərtdim.
Ancaq günah Nəcəfin özündə oldu. Nə qədər dəlil
dəlalət elədim ki, bu erməni dığasının yağlı dilinə
inanma, ondan uzaq ol, məni eşitmədi. Özünü güda
za verdi.
Rövzət bunu deyəndə baxışlarına kədərli sükut
çökdü və:
– Onu öz əlimlə dəfn etdim, – deyib susdu.
Həmin gündən sonra hər dəfə Rövzətlə rastlaşan
da doğma adamlar kimi görüşürdük. Və söz
söhbətimiz ən çox mənim uşaqlıq, Rövzətin əsgərlik
dostu Nəcəfin başına gələnlərdən olurdu.
282
Ə
li
İld
ırı
m
oğ
lu
MƏŞUM ALOV VƏ GÖZ YAŞLARI
Bir vaxt gəlhagəli idi yüzillik tarixi olan Şahverdi
kəndinin. Bəxtəvər günlərini yaşayırdı buranın cama
atı. Qubadlının Ermənistanla sərhəd zolağında yerlə
şən bu kəndin zümrüd meşələri, buz bulaqları, Bərgü
şad çayının sahillərinə rövnəq verən meyvə bağları
dildəndilə düşmüşdü. Uzaqyaxın ellərdən axınaxın
gələn insanlar kəndin qənşərindəki yalçın qayaların
dibindən qaynayıb çıxan İsti suda şəfa tapırdı…
Ancaq… Ancaq çox çəkmədi Şahverdinin bəxtəvər
günləri. Bəlkə tale qarğıdı bu kəndə?! Yoxsa, gözə
nəzərə gəldi Şahverdi?! Yaşadığımız əsrin ikinci yarı
sından başlayaraq ermənilər ikibir, üçbir ayaq açdı
bu kəndə. Ordanburdan azıbtəzən ermənilər bu
dilbər guşədə sığınacaq tapmağa, məskən salmağa
baş ladılar. Şahverdi camaatı qərib bilib, qonaq hesab
etdikləri bu yurdsuzyuvasız erməniləri necə də meh
ribanlıqla, canıyananlıqla qarşılayırdı. İlahi… Hamı
ellikcə gələnlərə əl tuturdu. Ev bünövrəsi qoyanlara
daş, qum, taxta, ağac verirdilər. Tapdıqları bir loğma
halal çörəklərini erməni gəlmələri ilə yarı bölürdülər.
Ermənilər də üzdə:
– Ara, elə türkün başına pırlanım, bizə ki, belə yax
şılığına eləyirsiz, Allah da sizə köməyiniz olsun. Ki,
ölək gedək torpağın altına, türkün yaxşılığına yadı
mızdan çıxmayacaq, – deyib yağlıyalvarıcı dil tökür
dülər. Sən demə, ürəklərində ayrı cür: – qoy özümüzə
yer eyləyək, gör sizə nə dağlar çəkərik, – düşünü
rmüşlər.
283
Daş y
ağan gün
Ermənilər üzdə dedikləri kimi yox, qəlblərinin
hökmü ilə hərəkət edib, yavaşyavaş hiss olunmadan
saman altından su axıtdılar… Ayaqları yer tutan
gündən Şahverdi camaatının qara günləri başlandı.
Ermənilərə pay verilmiş Azərbaycan torpağında şah
ver dililər gözümçıxdıya salındı. Belə yerdə deyirlər
ki, yersiz gəldi, yerli qaç.
Kənd müsibətlərə düçar oldu. Adamlar didərgin
düşdü doğma yurdyuvalarından. Şahverdidə bircə
Sevdimalının ailəsi qaldı. Başa vurduğumuz əsrin
ikinci yarısından kəndin adı da dəyişdirildi, erməniləş
dirildi. Şahverdi Varatan oldu. Bu da bir ağır dərd!
Sağalmaz yara! Sevdimalı buna da dözdü. Tərpənmədi
yerindən. – Daş düşdüyü yerdə ağır olar, – dedi. Tək
tənha qaldı kəndində. Onun bu qətiyyəti, yurda
bağlılığı şəstinə toxundu ordanburdan gələn erməni
lərin. Ağır daş olub düşdü erməni xainlərinin başına.
Bağban işləyən kirvəsi Arşavid Sevdimalını bir xəlvətə
çəkib xısınxısın:
– Ara, Sevdimalı kirvə! – dedi. – Sənə bir sirr deya
cağam. Gərək heç kimə bilməsin. Ki, bizim bu şon
dığalar bilib xəbər tutsa, başıma oyun açacaxlar. Ara,
Sevdimalı kirvə, nə durmusan e!! Ara, ki getmiyəsən,
sənin başını kəsəcəklər! Ara get ee! Get burdan!
A kirvə, sən bizim bu murdar millətin xasiyyətinə,
zatınakökünə bilmirsən?! Gərək çoxdan köçəsən! Ara
gizli plan qurublar ki, evinə də od vurub yandırsınlar.
Həmin gecə Sevdimalının yuxusu ərşə çəkildi. Fi
krinin cığırlarında dağı arana daşıdı, aranı dağa.
Yumşaq yorğanın altına sığmadı Sevdimalının dərdi.
O, hövlnak yerindən qalxıb palpaltarını geyindi,
eyvana çıxdı. Gecənin dərinliklərinə nisgilli nəzər
saldı, kədərli ah çəkdi və özözünə: – Minillik Şah
verdi, indi də Varatan… Buna da dözərdim, qıvrılıb
Dostları ilə paylaş: |