ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə76/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

279
Daş y
ağan gün
danışmırdıq. Ötkəm görkəmi olan yaşlı adam yaran­
mış sükutu pozaraq:
– Bağışlayın, hansı respublikadansınız? – maraqla 
soruşdu.
– Azərbaycandanam, bəs siz? – suala sualla cavab 
verdim.
–  Orta  Asiya  tərəfdənəm,  Fərqanə  vilayətindən. 
Ancaq əslən mesxeti türklərindənəm. Müharibə vaxtı 
ora sürgün olunmuşuq.
– Adınız?.. 
– Adım Rövzətdi, Rövzət Qədirov.
Mən də özümü ona təqdim etdim. Və beləliklə, ta­
nış olduq. Rövzət sözlü adama oxşayırdı. O, bir qədər 
fikrə gedib ağacın dibinə çəkilərək:
– Siz tərəfdən Nəcəf adlı bir nəfərlə əsgərlik etmi­
şik, – dedi. – Ermənistan sərhədinə yaxın olan Gölcük 
rayonunun Həsənli kəndindən idi. Canlara dəyən oğ­
lanıdı. O vaxt kəndlərini ermənilər yandırıb, dağıdıb. 
Həmin  davada  ata­anası,  bacı­qardaşları  da  qırılıb. 
Onda bələkdəymiş, əmisi girəvəyə salıb ermənilərin 
əlindən qurtarıb. Yekələndən sonra da əmisinə çoban­
lıq eləyirmiş. Heç bir təhsili olmasa da, kitab həvəs­
karıydı. Öz dediyinə görə ona da yazıb­oxumağı bala­
ca bir dostu yal­yamacda öyrədib. Düzü, Nəcəfdən bu 
sözləri eşidəndə qulaqlarıma inanmadım, məəttəl qal­
dım.
Rövzət bunu deyəndə, o günləri xatırlayıb riqqətə 
gəldim. Hətta kövrələn kimi oldum. Və əlimi Rövzətin 
çiyninə qoyub:
– Nəcəfin həmin kiçik dostu mənəm, – dedim.
Hər ikimiz mütəəssir olduq. Və dərin bir maraqla 
soruşdum:
– Onun barəsində nə bilirsiniz?!


280
Ə
li 
İld
ırı
m

lu
Rövzət təəssüflə:
– Nəcəf çox alicənab, mehriban, çevik oğlanıydı, – 
dedi.  –  Yaxından  dostluq  edirdik.  Məndən  gizli  heç 
bir sirri yoxudu. Başına gələnlərin hamısını mənə da­
nışırdı.  Ürəyiaçıq  adamıdı.  Di  gəl  ki,  adamlara  tez 
inanırdı. Axırda da sadəlövhlüyünün ucbatından, ya­
xınlıq etdiyi Arsen adlı erməni komandirinin gülləsinə 
tuş gəldi. Düzdür, Nəcəfin qisasını yerdə qoymadım. 
Həmin komandiri də mən girəvəyə salıb gəbərtdim. 
Ancaq  günah  Nəcəfin  özündə  oldu.  Nə  qədər  dəlil­
dəlalət  elədim  ki,  bu  erməni  dığasının  yağlı  dilinə 
inanma, ondan uzaq ol, məni eşitmədi. Özünü güda­
za verdi.
Rövzət  bunu  deyəndə  baxışlarına  kədərli  sükut 
çökdü və:
Onu öz əlimlə dəfn etdim, – deyib susdu.
Həmin gündən sonra hər dəfə Rövzətlə rastlaşan­
da  doğma  adamlar  kimi  görüşürdük.  Və  söz­
söhbətimiz ən çox mənim uşaqlıq, Rövzətin əsgərlik 
dostu Nəcəfin başına gələnlərdən olurdu.



282
Ə
li 
İld
ırı
m

lu
MƏŞUM ALOV VƏ GÖZ YAŞLARI
Bir vaxt gəlhagəli idi yüzillik tarixi olan Şahverdi 
kəndinin. Bəxtəvər günlərini yaşayırdı buranın cama­
atı. Qubadlının Ermənistanla sərhəd zolağında yerlə­
şən bu kəndin zümrüd meşələri, buz bulaqları, Bərgü­
şad  çayının  sahillərinə  rövnəq  verən  meyvə  bağları 
dildən­dilə düşmüşdü. Uzaq­yaxın ellərdən axın­axın 
gələn  insanlar  kəndin  qənşərindəki  yalçın  qayaların 
dibindən qaynayıb çıxan İsti suda şəfa tapırdı…
Ancaq… Ancaq çox çəkmədi Şahverdinin bəxtəvər 
günləri.  Bəlkə  tale  qarğıdı  bu  kəndə?!  Yoxsa,  gözə­
nəzərə gəldi Şahverdi?! Yaşadığımız əsrin ikinci yarı­
sından başlayaraq ermənilər iki­bir, üç­bir ayaq açdı 
bu  kəndə.  Ordan­burdan  azıb­təzən  ermənilər  bu 
dilbər  guşədə  sığınacaq  tapmağa,  məskən  salmağa 
baş ladılar. Şahverdi camaatı qərib bilib, qonaq hesab 
etdikləri bu yurdsuz­yuvasız erməniləri necə də meh­
ribanlıqla,  canıyananlıqla  qarşılayırdı.  İlahi…  Hamı 
ellikcə gələnlərə əl tuturdu. Ev bünövrəsi qoyanlara 
daş, qum, taxta, ağac verirdilər. Tapdıqları bir loğma 
halal çörəklərini erməni gəlmələri ilə yarı bölürdülər. 
Ermənilər də üzdə:
– Ara, elə türkün başına pırlanım, bizə ki, belə yax­
şılığına eləyirsiz, Allah da sizə köməyiniz olsun. Ki, 
ölək  gedək  torpağın  altına,  türkün  yaxşılığına  yadı­
mızdan çıxmayacaq, – deyib yağlı­yalvarıcı dil tökür­
dülər. Sən demə, ürəklərində ayrı cür: – qoy özümüzə 
yer  eyləyək,  gör  sizə  nə  dağlar  çəkərik,  –  düşünü­
rmüşlər.


283
Daş y
ağan gün
Ermənilər  üzdə  dedikləri  kimi  yox,  qəlblərinin 
hökmü ilə hərəkət edib, yavaş­yavaş hiss olunmadan 
saman  altından  su  axıtdılar…  Ayaqları  yer  tutan 
gündən  Şahverdi  camaatının  qara  günləri  başlandı. 
Ermənilərə pay verilmiş Azərbaycan torpağında şah­
ver dililər  gözümçıxdıya  salındı.  Belə  yerdə  deyirlər 
ki, yersiz gəldi, yerli qaç.
Kənd  müsibətlərə  düçar  oldu. Adamlar  didərgin 
düşdü  doğma  yurd­yuvalarından.  Şahverdidə  bircə 
Sevdimalının  ailəsi  qaldı.  Başa  vurduğumuz  əsrin 
ikinci yarısından kəndin adı da dəyişdirildi, erməniləş­
dirildi.  Şahverdi  Varatan  oldu.  Bu  da  bir  ağır  dərd! 
Sağalmaz yara! Sevdimalı buna da dözdü. Tərpənmədi 
yerindən. – Daş düşdüyü yerdə ağır olar, – dedi. Tək­
tənha  qaldı  kəndində.  Onun  bu  qətiyyəti,  yurda 
bağlılığı şəstinə toxundu ordan­burdan gələn erməni­
lərin. Ağır daş olub düşdü erməni xainlərinin başına. 
Bağban işləyən kirvəsi Arşavid Sevdimalını bir xəlvətə 
çəkib xısın­xısın:
– Ara, Sevdimalı kirvə! – dedi. – Sənə bir sirr deya­
cağam.  Gərək  heç  kimə  bilməsin.  Ki,  bizim  bu  şon 
dığalar bilib xəbər tutsa, başıma oyun açacaxlar. Ara, 
Sevdimalı kirvə, nə durmusan e!! Ara, ki getmiyəsən, 
sənin  başını  kəsəcəklər!  Ara  get  ee!  Get  burdan! 
A  kirvə,  sən  bizim  bu  murdar  millətin  xasiyyətinə, 
zatına­kökünə bilmirsən?! Gərək çoxdan köçəsən! Ara 
gizli plan qurublar ki, evinə də od vurub yandırsınlar.
Həmin gecə Sevdimalının yuxusu ərşə çəkildi. Fi­
krinin  cığırlarında  dağı  arana  daşıdı,  aranı  dağa. 
Yumşaq yorğanın altına sığmadı Sevdimalının dərdi. 
O,  hövlnak  yerindən  qalxıb  pal­paltarını  geyindi, 
eyvana  çıxdı.  Gecənin  dərinliklərinə  nisgilli  nəzər 
saldı,  kədərli  ah  çəkdi  və  öz­özünə:  –  Minillik  Şah­
verdi, indi də Varatan… Buna da dözərdim, qıvrılıb­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə