ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə78/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

287
Daş y
ağan gün
Bax,  beləcə,  Sevdimalı  neçə  il  dağ  kimi  duruş 
gətirdi bu kənddə. Bac vermədi xain ermənilərə. Yeri 
düşəndə, dığaların ağzından vurub yerində oturtdu 
Şahverdinin  qoca  qartalı.  Vaxtilə  Qubadlı  və  Zəngi­
landan alınıb səxavətlə Ermənistanın Gorus və Qafan 
rayonlarına peşkəş edilən Şurnuxu, Ağbulaq, Şamsız, 
Qurdqalağı,  Kürdük,  Ağvanlı  kəndlərində  bir  azər­
baycanlı  qalmamışdı.  Ermənilərin  tənəsinə,  təsirinə, 
təzyiqinə tablaşmadıqlarından pərən­pərən olmuşdu­
lar  dədə­baba  yurdlarından.  Şahverdi  Varatan  olsa 
da, Sevdimalı sevdimalılığında qalırdı, dayanıb dur­
muşdu  kəndində.  Qüruruna,  namusuna,  vətən  qey­
rətinə, burada uyuyan ata­babaların ruhuna söykən­
mişdi qoca qartal.
İllər keçdi, bir gecə… Onda bir vilayəti idarə etmək 
fəhmindən  xali  olan,  lakin  Sovet  hökuməti  kimi 
nəhəng dövlətə başçılıq edən maymaq Qorbaçov ipi 
əldən  vermişdi.  Ölkə  bir­birinə  dəymişdi.  Qanunlar 
gücdən düşmüşdü, aləm bir­birinə qarışmışdı. Aqam­
bekyanların,  şahnazarovların,  balayanların,  petros­
yanların, kaptukyanların məkrli erməni xislətləri üzə 
çıxmışdı. Daşnaklar Andronikdən miras qalmış köhnə 
zurna­balabanları  ilə  erməni  millətçiliyini  yavaş­ya­
vaş  dirçəldirdilər…  Bax,  həmin  ara  qarışıb,  məssəb 
itən günlərin birində Sevdimalı kişinin darvazası dö­
yüldü.  Gecədən  xeyli  keçsə  də,  ev  sahibi  tez  həyət­
bacanın işıqlarını yandırıb, həyətə endi. Və: – Yəqin 
qonaq­qaradır  –  düşündü.  Çünki  Sevdimalının  evi 
yol  qırağındaydı.  Dara  düşən,  maşını  sınan,  aclığı 
olan, yorulub yolda qalan Sevdimalının qapısını dö­
yürdü, bu komaya üz tuturdu. Hamı bilirdi ki, Sevdi­
malı kara gələn, əl tutan, çörək verən adamdır. Kim­
liyindən,  nəçiliyindən  asılı  olmayaraq,  Sevdimalının 
qapısı gələnin üzünə açıqdır. Həmişə də deyir ki, əl 


288
Ə
li 
İld
ırı
m

lu
tutmaq  Əlidən  qalıb.  Qonaq  tanımayan  qapını,  heç 
Allah da tanımaz.
Sevdimalı kişi addımını yeyinlədib qapını tayba­
tay açdı. Bir­birindən aralı üç nəfərlə üzləşdi. Əyin­
lərində də polis forması. Kənardakı “QAZ­69” marka­
lı minik maşınının da qırmızı zolaqlarından hiss olu­
nurdu ki, rayon polis idarəsinə məxsusdur.
“Dövlət  adamlarıdı,  belələrindən  zaval  gəlməz, 
yəqin  aclıqları  və  ya  başqa  bir  ehtiyacları  var. 
Möhüblərini düzəldib yola salaram”, – öz­özünə dü­
şündü və irəlidə dayanan baş leytenant A.Mirzoyanı 
tanıdı. Ona əl verib ədəb­ərkanla:
– Xoş gəlmisən, – dedi. – Atan bu evdə çox olub, sən də 
tut vaxtı bir­iki dəfə gəlib­getmisən. Amma son vaxtlar 
görünmürsən. Adamın vəzifəsi olanda etibarını itirər?!
Elə bil bu sözü daşa dedin. Baş leytenant ona əl də 
uzatmadı  və  Sevdimalının  ərkyana  dediklərinə  əhə­
miy yət  vermədən  dodağını  yana  əyib  həyətə  daxil 
oldu. Ardınca da S.Manukyanla B.Bədəlyan. Baş ley­
tenant  Mirzoyan  həyət­bacaya  kinayəli  nəzər  salıb 
xarakterinə uyğun təkəbbürlə:
–  Ara,  Sevdimalı,  nə  boş­boşuna  qırıldadırsan  e, 
ara, heç abrına yoxdur?! Özün də qocalıb kaftar olmu­
san. Ara, niyə rədd olub getmirsən?
Sevdimalı atası ilə yaxın olduğu, özü ilə neçə dəfə 
çörək kəsdiyi baş leytenantdan bu sözləri gözləmirdi. 
Ona görə də Mirzoyanın başından yekə qələt qırması 
Sevdimalıya  bərk  toxundu.  Lakin  qonaq  olduğunu, 
qapısına gəldiyini mülahizə eləyib onun ədəbsiz sö­
zünün başına ip salmaq istəmədi. Rütbəcə Mirzoyan­
dan kiçik olan Manukyanla Bədəlyan da baş leytenan­
tın dediklərini təsdiq etdilər:
– Ara, Sevdimalı, düz deyir eli, abrını yoxdur, niyə 
rədd olub getmirsən?!!


289
Daş y
ağan gün
Ev  sahibi  başa  düşdü  ki,  çağırılmamış  qonaqlar 
dalaşmağa  bir  bəhanə  axtarırlar.  Sevdimalı  dünya­
görmüş kişidi. Polis işçilərinin ədalı hərəkətlərindən 
dalağı sancdı. Hiss etdi ki, burda nə isə xoşagəlməz 
bir hadisə baş verə bilər. Ancaq özünü o yerə qoyma­
dı.  Bildiyini  bildirmək  istəmədi.  Hələlik  hövsələsini 
cilovlayıb səbir elədi. Bu söz­söhbətlərin axır aqibətini 
gözlədi. Əslən Gorus şəhərindən olub, Yerevanda po­
lis sistemində işləyən baş leytenant A.Mirzoyanın da­
nışıqlarından dava­dalaş qoxusu gəlirdi. Bunu Sevdi­
malı kişi başa düşmüşdü.
Onlar  söz  güləşdirə­güləşdirə  yuxarı  mərtəbəyə 
qalxdılar.  Sevdimalının  həyat  yoldaşı  Sərmayə  ilə 
gəlini Aidə qonaqların qabağına çıxıb ehtiramla onla­
rın hər üçünə:
– Xoş gəlmisiniz, – dedilər. Və tez­tələsik yemək 
sto luna təmiz süfrə açdılar, samovara su töküb od sal­
dılar…
Başda əyləşib qıçını­qıçının üstünə aşıran baş ley­
tenant bir siqaret yandırıb erməni lovğalığı ilə tüstü­
sünü başından yuxarı pülədi və təkəbbürlə:
– Ara, Sevdimalı, niyə bu kənddən köçüb getmir­
sən, uzuna uz bağlamısan. Ara, türk olanda adamın 
abrına olmaz?!..
Sevdimalının qətiyyətli baxışlarında kinayəli təbəs­
süm dolaşdı:
– Görürəm, üçünüz də paqon sahibisiniz, – dedi. 
– Polis işçisi elə hökumət adamı deməkdir. Ayağımın 
biri burdadır, biri gorda. Ömrümün bu çağında damı­
mı­daşımı atıb hara gedim?
Mirzoyan səsini qaldırdı:
– Ara, bu qoca türk dalıdı, nadı, – dedi. – Gərək elə 
qulağından tutaq, donuz kimi sürüyüb aparaq.
Sevdimalı kişi yenə də təmkinini pozmadan:


290
Ə
li 
İld
ırı
m

lu
–  Oğul,  –  dedi.  –  Çiynində  paqon  gəzdirsən  də, 
görü rəm  çox  nadansan,  yuxarıdan  gedirsən,  havalı 
danışırsan. Atanla  çörək  kəsmişəm,  özün  də  vaxtilə 
bu  evə  gəlib­getmisən.  Gecənin  bu  vədəsi  buyurub 
gəlmisiniz, qonaqlarımsınız. Ürəyiniz nə istəyir, uşaq­
lar  hazırlasın,  yeyin­için,  sizi  hörmətlə  yola  salım. 
Yoox,  ayrı  bir  qara  niyyətiniz  var,  bu  başqa  məsələ. 
Fikrinizi deyin, mən də bilim. Evimin içində, arvad­
uşaq eşidə­eşidə artıq­əskik danışmaq nə lazım? Bir 
az da özünüzü ədəbli aparın, sözünüzə sərhəd qoyun. 
Heç olmasa, çiyninizdəki qırmızı paqondan utanın.
Mirzoyan Sevdimalının sözünü özünə sığışdırma­
dı, hikkəli­hikkəli ayağa qalxdı, qabaq stolunu itələyib 
aşırdı. Manukyanla Bədəlyan da ona baxıb əyləşdikləri 
stulu  kənara  tulladılar.  Baş  leytenant  aynabəndə  çı­
xanda  əlini  kəmərinə  aparıb  belindəki  makarov  ta­
pançasını geri çəkdi. Şübhəsiz ki, o silahlı olduğunu 
hiss  etdirmək  istəyirdi.  Və  barmağını  Sevdimalıya 
silkələyə­silkələyə:
– Qoca kaftar, sənə bir gün vaxt verirəm, – dedi. – 
Rədd olun, gedin burdan! Gəlini də aparmalıyıq, bizə 
lazımdı, özün bilirsən də niyə – o ədəbsiz­ədəbsiz iriş­
di – ki, o yan­bu yan eləsən, məhv olacaqsan.
Sevdimalı kişinin rəngi qaçdı:
– Yaxşı! Köç deyirsən, sabahdan köçərik, – dedi. – 
Ancaq səfeh­səfeh danışmayın! Ağlınızı başınıza yığın!
Polis  işçiləri  başı  çay  dəmləməyə  qarışan Aidəni 
araya aldılar. Gəlin onları geri itələyib qaçmaq istədi, 
lakin mümkün olmadı. Qadın xeylağı üç nəfər pəzə­
vəng polis işçisi ilə necə bacarsın?! Səs­küyə yuxudan 
qalxan körpələr analarını yad kişinin əlində görüb çı­
ğırışdılar. Polis işçiləri Aidəni pilləkən aşağı sürüməyə 
başladılar. Gəlin onların əlində özünü ora­bura çırpa­
raq qışqırıb qayınatasını köməyə çağırdı:


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə