ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə75/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

275
Daş y
ağan gün
başa düşür, onun verdiyi rəsmi və qeyri­rəsmi tapşı­
rıqları canla­başla yerinə yetirirdilər.
Yaxınlıqdakı Fin yaşayış məntəqəsi Sovet ordusu 
tərəfindən işğal edilsə də, burada həyat sönməmişdi. 
Evlərin əksəriyyətindən işıq gəlirdi. Qırmızı kirəmitlə 
örtülmüş ağ binanın ikinci mərtəbəsində şənlik məc­
lisi  aydınca  görünürdü.  Kəndin  aralarında  ora­bura 
gedən yaşlı adamlar nəzərə çarpırdı. Nəcəf gözlərinə 
inanmadı. – Deməli, bizim Köhnə Həsənlidə olduğu 
kimi burada insanlara toxunulmayıb. – Nəcəf düşün­
dü. – Deməli, atəş vaxtı ancaq bir neçə ev uçub və tək­
tük  adam  güllə  yarası  alıb  və  ya  həlak  olub.  Sovet 
əsgəri ermənilər kimi camaatı ucdantutma son nəfə­
rinə qədər qırıb, evləri yandırmayıb.
Arsen Manukyan Rövzətə xısın­xısın pıçıldadı ki, 
sən yerindən tərpənmə, əsgərlərin yanında ol. Nəcəflə 
mən kəndin ucqarındakı işıqsız evə baxaq. Yəqin o ev 
sahibsizdir. Bəlkə bəxtimiz gətirdi, yemək­içməyə bir 
şey tapdıq.
Rövzət də onlara qoşulmaq istədi, lakin komandir 
ona etiraz etdi:
Bayaq dedim ki, sən əsgərlərin yanından tər pən­
mə. Başıma bir iş gəlsə, məni əvəz edərsən. Səlahiy­
yətimi sənə verirəm.
Rövzət üzdə razılığını bildirdi. Daxildə isə ürək qız­
dırmadığı bu insana qarşı yeni şübhələr baş qaldırdı. 
Arsen Manukyan əvvəlcə özü irəlidə gedirdi. Sa­
hibsiz  binaya  çatanda  Nəcəfi  qabağa  saldı.  Onlar 
əyilə­əyilə binaya tərəf sürünürdülər. Rövzət Arsenlə 
Nəcəfin  xəbəri  olmadan,  onları  daban­dabana  izlə­
yirdi. Heç bir hənirti gəlməyən işıqsız binaya bir neçə 
addım qalmış Arsen Nəcəfin qulağına əyilərək:


276
Ə
li 
İld
ırı
m

lu
– Sən sol tərəfdəki darvazadan keçib ehtiyatla evə 
daxil ol, – dedi. – Hər ehtimala qarşı mən kənarda da­
yanıb gözləməliyəm.
Nəcəf əlində avtomat silah, qarşıdakı evə yaxınlaş­
dıqca, – Qreta səhv edir. Arsen etibarlı adamdı. Çar­
hovuzlunun çörəyi ona halal olsun, gör necə də qay­
ğıma  qalır.  Kənarda  dayanıb  qarovulumu  çəkir  ki, 
birdən  düşmən  əlinə  keçərəm,  başıma  bir  iş  gələr. 
Mənə canı yanmasa o cür hərəkət etməz, – düşünür 
və qəlbində Arsenə olan rəğbəti daha da artırdı. Ar­
sen  Manukyan  sinəsini  quru  bir  kötüyə  söykəyib, 
əlin dəki avtomatın lüləsini Nəcəfə tərəf tuşlamışdı. O, 
barmağını avtomat tüfəngin tətiyinə keçirib, atəşə ha­
zır vəziyyətdə dayandığı məqamda, hardansa qəlbinə 
şeytan  doldu  və  birdən­birə  fikri  haçalandı,  –  bəlkə 
girəvəni əldən verməyim?! Nəcəflə yaxınlıq etsəm də, 
babam Manuku onun ayağına verə bilmərəm. Nəcəfi 
elə  burdaca  gəbərdim.  Mənimlə  ikilikdə  söhbət  elə­
yəndə, ermənilər barədə başından yekə sözlər danı­
şırdı.  Onu  necə  yaddan  çıxardım?  Yoox,  namərdlik 
eləmə, Arsen, Çarhovuzlunun çörəyi sənə qənim olar. 
Çarhovuzluların  sizə  göstərdiyi  o  cür  yaxşılıqların 
müqabilində  ayrı  cür  hərəkət  edib,  Nəcəfə  güllə  at­
san, vicdansızların vicdansızı olarsan...
Arsen!!  Nə  durmusan,  Arsen!!  Belə  girəvə  ələ 
düşməz! Baban Manukun ruhu xatirinə, tüpür Çarho­
vuzluda yediyin duz­çörəyə! Unut Nəcəflə dostluğu­
nu! Razı olma ki, sənə görə düşdüyüm cənnətdən qo­
vulum,  cəhənnəmin  odunda,  alovunda  yanıb  külə 
dönüm!! Heç olmasa bircə nəfər azərbaycanlını qətlə 
yetirsən, yerin cənnətlikdi. Onda sən Arsen də mənim 
kimi daşnakların yanına düşüb, burada baban Manu­
ka  qovuşarsan...  Eşit,  agah  ol  ki,  biz  yatan  cənnətin 


277
Daş y
ağan gün
yolu türk meyitinin üstündən, bayquşlar yuvasına çe­
virdiyimiz  müsəlman  kəndlərinin  xarabalıqlarından 
keçir...  Bu,  səcdə  qıldığımız  daşnak  yoludu,  Arsen! 
Nəbadə o yoldan kənara çıxasan!
Gecənin zülmətində, naməlum səmtdən gələn bu 
tükürpərdici səs Arseni çaşdırıb başdan çıxartdı. Ma­
nukun zəhmi onu necə basdısa, Arsen özünü itirdi...
Arsen keçirtdiyi tərəddüdlərdən yaxa qurtarıb qəti 
qərara gələ bilmirdi. O, qızdırmalı anlarda sayıqlayan 
xəstənin vəziyyətinə düşmüşdü. Arsen özü­özünə pı­
çıldadı:
– Nəcəf, nəcib insan kimi yaşamağa layiqsən. Lakin 
əcdadlarımın Türklərə qənim kəsilən amansız qanun­
larına xəyanət edə bilmərəm. Səni qətlə yetirmə yimin 
əsl  məqamıdır.  Belə  bir  fürsəti  əldən  verə  bil mərəm. 
Əks təqdirdə babalarımın ruhu məni bağışlamaz.
Sükuta  dalmış  qalın  meşələrin  dərinliklərindən 
gələn məşum səs və gecənin xofu Arsenin diqqətini 
başqa  səmtə  yönəltdi.  O,  müvazinətini  itirən  kimi 
oldu.  Fin  kəndinin  tutqun  səmasında  gözünə  cazi­
bədar bir qadın göründü. Bu, Arsenin həyat yoldaşı 
Qreta xanım idi. Onun tükürpərdici qışqırtısı Arseni 
vahimələndirdi. Qreta saçlarını yola­yola yalvarıcı bir 
səslə çığırırdı:
– Arsen!! Nəcəfə qarşı namərdlik eləmə!! Evimizdə 
olub,  süfrəmizin  başında  əyləşib,  onunla  duz­çörək 
yemisən!! Aramızdakı haqqı­salamı ayaq altına salıb 
tapdalama!! Allahın  qəzəbinə  gələrsən Arsen!!  Əlin­
dəki silahı yerə qoy!! Nəcəfə toxunma!!
Qreta  qaranquş  kimi  ərinə  tərəf  uça­uça  özünü 
Nəcəfə  tuşlanan  güllənin  qabağına  atmaq  istəyirdi. 
Arsen çaşmışdı. O, gözlərinə inanmırdı. Sanki qarma­
qarışıq  yuxular  görürdü.  Nəmli  gecənin  sərin  mehi 


278
Ə
li 
İld
ırı
m

lu
Arseni bir balaca ayıltdı. O, birtəhər özünü ələ aldı. 
Arsenin şəhadət barmağı Nəcəfə tuşlanan silahın so­
yuq tətiyini geri çəkdi…
Bədənindən bir neçə güllə keçən Nəcəf:
– Ay, namərd! – deyib, əbədi olaraq susdu... Arsen 
qəddini  düzəldib,  ayağa  qalxmaq  istəyəndə,  onları 
izləyən Rövzətin ona tuşlanmış silahının səsi, yuxuya 
dalmış  kəndin  sakitliyini,  qərib  gecənin  sükutunu 
pozdu... 
* * *
Ermənilərin  dağıtdığı  Köhnə  Həsənliyə  oxşayan 
kənd saldığım, qara palçıqdan evlər tikdiyim o günlər 
arxada qalmışdı. Aradan neçə on illər keçmişdi. Artıq 
mən özüm də həmişəki adam deyildim. Dəyişilmişdim. 
Ailə, ixtiyar, iqtidar sahibi idim. Ancaq Nəcəflə oturub­
durduğum,  dostluq  etdiyim,  əyləndiyim  anlar  qəl­
bimdə  həm  xoş,  həm  də  acı  xatirə  kimi  iz  salmışdı. 
Nəcəf  barədə  axırıncı  onu  bilirdim  ki,  Fin  müha­
ribəsində həlak olduğuna dair qara kağızı gəlib. Yaxın­
uzaq qohumları Nəcəfdən biryolluq əllərini üzüblər.
* * *
Şimali Qafqazdakı sanatoriyaların birində istirahət 
edərkən tez­tez rastlaşdığım, lakin tanımadığım yaşlı 
bir adamın mənə verdiyi salamda, səmimiyyət ifadə 
edən  baxışlarında  özümə  qarşı  bir  rəğbət  hiss  edir­
dim.  Lakin  bir­birimizə  yovuşmurduq,  kənar  gəzib­
dolanırdıq. Bir axşamçağı mərkəzi parkda yanaşı get­
diyimiz  yerdə  qəfil  yağış  başladı.  İslanmamaq  üçün 
ikimiz  də  sıx  yarpaqları  olan  qollu­budaqlı  ağacın 
dibinə  çəkilib,  yağışın  səngiməsini  gözlədik.  Hiss 
olunmadan  bir­birimizə  nəzər  salırdıq,  lakin  dinib­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə